Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək .....                     Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək .....                     Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb .....                     "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" .....                     Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” .....                     Akif İslamzadə xəstəxanadan evə buraxılıb .....                     Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... .....                     “Normallaşma” İllüziyası .....                     Rəna Soltanovanın klinikasında qəfil yoxlama .....                     Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi .....                     Nazirdən bu quruma yeni təyinat .....                     Azərbaycanın ən uğursuz siyasətçisi .....                     Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi .....                     Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa .....                     AzTV Çingiz Əhmədova 15 min ödəyəcək .....                     Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu .....                     Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir .....                     “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır .....                     Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib .....                     Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” .....                     Ekologiya nazirinin yeni birinci müavini kimdir? .....                     Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı .....                     İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb .....                     Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub .....                     AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... .....                     Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" .....                     Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ .....                     Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır .....                     Minimum əməkhaqqı nə zaman artırılacaq? .....                     "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? .....                     “Brent” neftinin qiyməti 106 dolları ötüb .....                     “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? .....                     Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü .....                     AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb .....                     Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: .....                     Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... .....                     Paşinyan bizə ona görə lazımdır ki... .....                     Bir həkimdən DAHA ÖTƏSİ... .....                     Neçə gündür ki, içməli su küçəyə axıdılır... .....                 

Hacı Qalib kimdir ki, qanunlara meydan oxuyur? - 40 İLİN “ZAVMAQI” VƏ 10 İLİN SOVXOZ DİREKTORU...
Tarix: 28-09-2021, 12:46 | Çap et
Hacı Qalib kimdir ki, qanunlara meydan oxuyur?
“Bircə onu deyirəm ki, ağıllı olsunlar. Hacı Qaliblə Bilgəhdə belə məkrli oyun qurmaq heç kimin bacaracağı iş deyil... O adamlar gözlərini bir daha yaxş-yaxşı açıb, kiminlə üz-üzə dayandıqlarını görsünlər, anlasınar, qansınlar...”

Bunu 2015-2020-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü olmuş, çoxlarının Allahşükür Paşazadənin qudası kimi tanıdığı Qalib Salahzadə mətbuata son müsahibəsində deyib.

Bundan əvvəlki müsahibəsində də sözügedən sabiq millət vəkilinin "Polisi çağırıb dindirirəm...”, "Bilgəhdə mənim razılığım olmadan kim aksiya keçirə bilər?... mənə dedilər ki, hacı, biz nə edək? Mən də dedim ki, gedin nə istəyirsiz eləyin” kimi birmənalı qəbul edilməyəcək və sanki Bilgəh və ətraf ərazilərin sahibi qismində açıqlamaları oldu.

“Azərbaycanda elə bir dövlət qurumu yoxdur ki, Hacı Qalib Salahzadənin mənə qarşı cinayət törətdiyindən xəbərsiz olsun. Qalib Salahzadə Bilgəh qəsəbəsində özünü balaca padşah sayır, Azərbaycan qanunlarını da qəbul etmir. Mənim özəl torpağımı zəbt edən zaman o, deputat idi.

Təsəvvür edin ki, torpağımı zəbt edib bu gün deputat olan oğlu Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Allahşükür qızının adına çıxarış almışdı. Bu gün həmin çıxarış ləğv olunub. Amma Qalib Salahzadə, onun deputat oğlu Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı mənim özəl torpağımdan çıxmırlar, məni də illərdir ki, özəl torpağıma buraxmırlar. Torpağımla bərabər dənizə gedən, dövlətin çəkdiyi yolu da zəbt ediblər. Əmlak Komitəsindən heç bir əsası olmayan çıxarış almaq da bunlar üçün su içmək qədər asan idi. Əlimdə Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarı var ki, torpaq mənimdir. İllərdir ki, həmin qərar icra edilmir”. Bunu isə Hacı Qalibin “Bilgəhdə mənəm, Bağdadda kor xəlifə” şıltaqlığının qurbanı olan Azərbaycan vətəndaşı Seymur Quliyev deyir.

Qalib Salahzadənin Bilgəhdə və ətraf ərazilərdəki hegemonluğundan əziyyət çəkən təkcə Seymur Quliyev deyil, belə vətəndaşların sayı və onların qaldırdıqları məhkəmə iddiaları olduqca çoxdur. Ancaq indiyə qədər soruşan olmayıb ki, bu adamın bəzən qoçuluq həddinə çatan bu qədər özbaşınalıqlarına, qanun, dövlət, vətəndaş tanımamasına kim haqq verib? Hansı xidmətlərin sahibidir axı bu adam?

Bəlkə Qarabağ savaşlarında qəhrəmanlıqlar edib, savaşıb, ailəsindən həmin müharibələrdə şəhid olanlar olub, malını, canını bu savaşda fəda edib? Bəlkə, Elşad Abdullayevin bazara çevirdiyi saxta təhsilli ABU-nun diplomu ilə ali savadlı olan və bu gün Milli Məclisdə oturan oğlu Qarabağda hansısa misilsiz qəhrəmanlıqlar, böyük xidmətlər göstərib? Yaxud Qalib Salahzadənin özü Azərbaycanı bütün dünyada tanıdan hansısa elmi kəşflərin, ədəbi əsərlərin, incəsənət incilərinin, musiqilərin və s. yaradıcısıdır, dahi şəxsiyyətdir də, xəbərimiz yoxdur? Axı nə edib, hansı xidmətlərin sahibi olub bu adam?

Bu suala ən yaxşı cavabı elə son müsahibəsində Qalib Salahzadənin özü verib. Jurnalistin onun maddi imkanları ilə bağlı sualına cavab verən Salahzadə deyib: “40 il “zavmaq”, yəni mağaza müdiri olmuşam, 10 il də sovxoz direktoru işləmişəm...” Vəssalam!

Bəli, budur hörmətli Həcinin “xidməti”, “həyat və mübarizə yolu”, ən əsası isə var-dövlətinin mənbəyi – 40 il “zavmaq”, 10 il sovxoz direktoru! Və belə çıxır ki, bu “karyera” onun özünü Bilgəhin padşahı hesab etməsinə və ölkə qanunlarını, ondan heç nəyi ilə əskik olmayan ayrı-ayrı ölkə vətəndaşlarının hüquqlarını ayaq altına atıb tapdamasına kifayət edir.

Əlavə edək ki, Q.Salahzadə həm də Bilgəh Bələdiyyəsinin sədri olub, ancaq müsahibəsində bu vəzifədə qazandığı pullardan danışmayıb və deməyib ki, bu, nə qədər “yağlı” vəzifə imiş ki, özü deputat olan kimi cəmi 21 yaşlı oğlu Əliabbas Salahzadəni öz yerinə seçdirib...

Bilgəh də daxil olmaqla, Bakı kəndlərində Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə, dövlətçiliyinə misilsiz xidmətlər göstərmiş sonsuz sayda böyük, dahi şəxsiyyətlər yetişib və indidən sonra da yetişəcək. Ancaq onların heç biri özünü bu cür aparmayıb, heç biri bu adam qədər özündənrazı, saymazyana davranışalara yol verməyib, qanuna, dövlətə, vətəndaşa qarşı hörmətsizlik etməyib. Heç biri özünü az qala kriminal avtoritet yerinə qoymayıb. Sözümüz bütün bunlara yol verən səlahiyyətli şəxslərədir - əgər bu adam kriminal avtoritetdirsə, qanunları tanımırsa və bu məmləkətdə qoçuluq zəmanəsi hökm sürürsə, o zaman bu, rəsmi səviyyədə elan olunsun və hamı da işini bilsin. Yox, əgər hamı kimi sıravi vətəndaşdırsa, qanunlara hörmət etməyə məcbur edilsin və kimsənin haqqına girməsin.

İş o yerə çatıb ki, adam Konstitusiya Məhkəməsinin qərarını belə vecinə almır və icra etmir! Axı, bu adamın bu cür meydan oxuması heç bir əndazəyə sığmır - nə qanuna, nə insan haqlarına, nə dövlət maraqlarına , nə də dinə! Və inandırıcı deyil ki, Q.Salahzadənin bütün bu davranışlarına sadəcə, Allahşükür Paşazadənin qudası olduğu üçün göz yumulur. Görünür, ortada başqa mətləblər də var...

Hacı Qalibin son müsahibəsindən daha bir “şedevr”: “Prezident xarici mətbuata müsahibə verəndə qərəzli suallar ünvanlayan pis jurnalistləri televizordan sillələyirdim...”

Yaxud, daha biri: “Mən 40 il pul qazanmışam. Mənim parlamentdən aldığım məvacibə ehtiyacım olmayıb axı. Bütün qaydalara, qanunlara əməl edərək on illərlə mağaza sahibi işlədən adamın deyirsiz pulu olmasın?...”

Adam sanki həmsöhbətini və oxucunu ələ salır. Qayıdıb soruşan lazımdır ki, “bütün qaydalara, qanunlara əməl edərək (!) on illərlə mağaza işlədən adamın Azərbaycan reallığında oliqarxlara bərabər pulu, var-dövləti necə ola bilər axı?”

Bir də ki, ümumiyyətlə bu cür “zavmaq” təfəkkürlü adamların parlamentdə nə işi ola bilərdi? Təəssüf ki, parlamentimizdə buna oxşar təfəkkürə malik deputatlar həmişə olub və indi də var...
Bütün bu qeyd edilənlərin hüquqi tərəflə yanaşı bir də mənəvi və həmçinin dövlətçilik, dövlət siyasəti tərəfi var. Belə çıxır ki, Bakı kəndlərində söz, nüfuz sahibləri missiyasını əsl ziyalılar, mədəniyyət, incəsənət, elm xadimləri yox, elmdən, müasir dünyagörüşündən uzaq yarıkriminallar, məlum yolla var-dövlət sahibi olanlar daşımalıdır. Bircə sual yaranır – axı, niyə?

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18
Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14
Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08
"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07
Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56
Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39
Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36
“Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22
Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18
Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01
Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55
AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53
Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50
Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46
“Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44
Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43
Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34
Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29
İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21
AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18
Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" - Formula sadədir
Bu gün, 10:10
Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 10:06
Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01
Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35
AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31
Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14
Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12
Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru