Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Ölkədə seçici sayı necə 1 milyon artdı - İcazə verin, şübhələnək...
Tarix: 3-06-2022, 08:12 | Çap et
Ölkədə seçici sayı necə 1 milyon artdı
Ötən həftə Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda seçicilərin sayını açıqlayıb. MSK-dan bildirildiyinə görə, ölkədə səsvermə hüququ olan 6 milyon 402 min civarında şəxs var. 2020-ci ildə MSK bu sayın 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi.

Ona görə də ortaya sual çıxıb ki, iki ildə ölkədə 1 milyondan çox seçici necə arta bilər?

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə isə 2022-ci il aprelin 1-i Azərbaycan əhalisinin sayı 10 milyon 167 min 178 nəfərə çatıb. Halbuki 2020-ci il martın 1-i əhali sayı 10 milyon 79 mindən bir qədər çox açıqlanmışdı. Demək, əhali bu iki ildə heç 100 min belə artmayıb. Üstəlik, seçici yaşlı insanların sayı ilə də bağlı vahid rəqəm yoxdur.

DSK-dan “Turan” agentliyinə bildirilib ki, ölkədə 18 yaşından yuxarı əhalinin sayı 7 milyon 200 mini ötüb. Qurumdan qeyd olunub ki, ölkədə əhalinin siyahıyaalma prosesi vahid statistik metodologiya əsasında aparılır: “Proses zamanı sonuncu siyahıyaalma məlumatlarından istifadə olunur və doğulanlar, ölənlər, miqrasiya edənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir”.

MSK-dan isə “Turan”a deyilib ki, seçici siyahıları icra hakimiyyəti orqanları, bələdiyyə başçıları və hərbi hissə komandirlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında yerli komissiyalarda tərtib olunduqdan sonra onlara verilib.

Onu da qeyd edək ki, ötən həftə 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı elan olunub. Qərarda bildirilir ki, seçici siyahılarının tərtib edilməsi işi yekunlaşıb, seçici sayının Seçki Məcəlləsinin 35.3.1-ci maddəsi ilə müəyyən edilmiş saydan çox olması müəyyən edilib. Ona görə də həmin məntəqələrin daxil olduğu seçki dairələrində Seçki Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması zərurəti yaranıb. DİA.AZ-ın məlumatına görə, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ölkə əhalisinin sayı 10 milyon nəfəri keçib. Nəzərə alsaq ki, ölkədə qanunvericiliyə müvafiq olaraq seçki hüququnun yarandığı 18 yaşından yuxarı əhalinin sayı 7 milyon nəfərdən çoxdur, o zaman seçici sayı da adekvat olaraq 7 milyon nəfərdən artıq olmalıdır: “Lakin o da məlumdur ki, seçki hüququna malik əhalinin müəyyən bir hissəsi ölkə hüdudlarından kənarda, əsasən də Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdə yaşayır və işləyir. Pandemiya dönəmində məlum səbəblərdən ölkə hüdudlarından kənarda yaşayan və potensial seçici hesab olunan vətəndaşlarımızın əhəmiyyətli hissəsi faktiki olaraq yaşadıqları və işlədikləri ölkələrdə iş yerlərinin bağlanması səbəbi ilə ölkəyə qayıtmaq məcburiyyəti ilə üzləşiblər. O səbəbdən də seçici sayında son bir il ərzində fiksə olunmuş hazırkı nəzərəçarpacaq dərəcəli fərq bu amillə əlaqədardır. Yəni MSK-nın elan etdiyi seçici sayı potensial seçici hüququna malik seçicilərin deyil, hazırda ölkə hüdudları daxilində faktiki olaraq yaşayan seçici sayını əks etdirir”.

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirdi ki, bu məsələni ilk dəfə REAL sədri İlqar Məmmədov gündəmə gətirib və uyğunsuzluq olduğunu isbatlayıb. Həqiqətən də MSK-nın açıqladığı rəqəmlərlə 2020-ci ilin statistikası arasında çox böyük uyğunsuzluq var: “Təbii ki, burada çox ciddi suallar yaranır. Bu, texniki olaraq mümkün deyil ki, iki il ərzində seçici sayı 1 milyondan çox artsın. Ölkədə 18 yaşına çatan insanların hər il sayı təqribən 100 min nəfərdən bir az çox olur. İki ilə maksimum 220-230 min seçki hüququ qazanan vətəndaşlar olur. Amma dünyasını dəyişən vətəndaşlar da var. Hər il ölkədə 50-60 min arası dünyadan köçənlər olur ki, bunların da böyük əksəriyyəti seçki hüququ olan vətəndaşlardır. Yəni onları da çıxsaq, ölkədə iki ilə yüz mindən bir qədər artıq seçicinin artması mümkündür. Bu, texniki rəqəmlərin analizidir, bunun üçün böyük bir akademik araşdırmaya da ehtiyac yoxdur. Elementar riyazi hesablamalar hər şeyi ortaya qoyur. İndi MSK-nın 1 milyondan çox seçici sayı artımını bəyan eləməsini texniki göstəricilərlə izah etmək mümkün deyil. Bu işi hansısa dövlət, hökumət strukturlarının və ya bələdiyyələrin üzərinə atmaq məsələnin həlli sayıla bilməz. İstər MSK, istər Dövlət Statistika Komitəsi və digər əlaqədar rəsmi orqanlar ağlabatan açıqlamalar verməlidirlər. Hələlik verilən açıqlamalar ortada olan uyğunsuzluğu izah edəcək səviyyədə deyil. Uzun illər Azərbaycanda seçkilərlə bağlı baş verən hadisələri də nəzərə alsaq, sanki seçici sayının bu qədər artırılması gələcəkdə hansısa seçkilərdə müəyyən şübhəli addımların atılmasına hazırlıq kimi görünür. Ən azı növbədənkənar parlament seçkiləri ehtimalı var, 2024-cü ildə bələdiyyə seçkiləri olacaq, əgər o zamana qədər konstitusiyada dəyişikliklər olacaqsa, bələdiyyə seçkilərinin tamam fərqli formada keçirilməsi gözlənilir, mer seçkilərinin də keçirilməsi gündəmdədir. Yəni yaxın iki-üç ildə bir neçə çox mühüm seçkilər dönəmi yaşaya bilərik. Seçicilərin sayının 1 milyondan çox artırılmasının bu seçkilərə hazırlıq getdiyi barədə adamda rəy yaradır. Nə qədər ki, rəsmi qurumlardan vətəndaşlarda sual işarəsi qoymayan açıqlamalar olmayacaq, bu cür fikirlər qalacaq. İndiyə qədər verilən açıqlamalar heç bir məntiqi izaha uyğun gəlmir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru