Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

"Sülh sazişi ən çox Ermənistana lazımdır" - Partiya sədri
Tarix: 20-05-2022, 08:53 | Çap et
"Sülh sazişi ən çox Ermənistana lazımdır"
Ermənistan müxalifəti hakimiyyətə gələcəkləri halda 1994-cü ildəki danışıqlar miqyasına qayıdacaqlarını bəyan edib. Revanşist qüvvələr indidən niyyətlərini çılpaqlığı ilə ortaya qoymağa başlayıblar. Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan hesab edir ki, proses İrəvanın əleyhinə işləyir: “Ermənistan hakimiyyəti Qarabağ məsələsi ilə bağlı öz mövqelərini aydınlaşdıra bilmir, ziddiyyətli bəyanatlar verir. Ermənistan hakimiyyətinin nümayəndələri Bakının məsələləri beynəlxalq aləmdə təqdim etmək cəhdlərinə adekvat cavab vermirlər. Bu halda Azərbaycan Rusiya sülhməramlılarının mandatının uzadılmaması üçün əlindən gələni edəcək. Deməli, bununla da Bakı Qarabağ üzərində tam nəzarətə malik olacaq”.

Qarabağdakı separatçı rejimin “milli assambleyası”nın “ədalət fraksiyası”nın üzvü Metakse Akopyan da o fikirdədir ki, Ermənistanın Azərbaycanın 5 prinsipdən ibarət təklifinə cavab verməsindən sonra özünü “dqr” adlandıran respublikanın bütün “nazirləri”, “prezidenti”, “deputatları” təcili olaraq Xankəndini azad etməli olacaqlar. “Biz hamımız Ermənistana qayıtmalı olacağıq” - Akopyan təlaşlı və məyus şəkildə belə söyləyib.

Bakı Ermənistanın 5 təklifə 6 təkliflə cavabını “absurd yanaşma” adlandırıb. Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da Bakının haqlı olduğunu bildirir: “Bugünlərdə İrəvanın da təklifləri açıqlandı və səmimi etiraf etməliyəm ki, bu, tamamilə biabırçılıqdır”. Aşotyan qeyd edib ki, uzun müddət heç kim Azərbaycana və beynəlxalq ictimaiyyətə Ermənistanın siyasi, diplomatik düşüncəsini, potensialını ələ salmaq üçün belə imkan verməmişdi: “Nikol yalan deyir, Ararat yalan deyir, indi Edmon da onlara qoşulub. Ermənistan MDB-yə daxil olarkən Azərbaycanın ərazi bütövlüyünü tanımırdı, çünki ərazi bütövlüyü beynəlxalq strukturlara daxil olarkən tanınmır, ikitərəfli münasibətlər çərçivəsində tanınır. Azərbaycan istədiyini alır”.

Bütün bu erməni nümayəndələrinin narahatlıq dolu açıqlamaları belə təəssürat yaradır ki, onlar cəmiyyətə Paşinyanın “satqın” və “təslimçi” olduğu rəyini sırımağa çalışırlar. İctimai rəyi inandırmaq istəyirlər ki, gedişat Ermənistanın milli maraqlarının guya əleyhinədir və Paşinyan Azərbaycanın tələblərinə baş əyəcək. Bununla da imzalanmış sülh sənədi əsasında Qarabağda yuva salmış “artsax” terrorçu rejiminin ömrünə son qoyulacaq, bölgəyə müvəqqəti yerləşmiş rus hərbi kontingenti əraziləri tərk etməli olacaq. Hərçənd tam olaraq deyildiyi kimi görünmür. Əvvəla, Rusiyanın siyasi rəhbərliyinin sülhməramlı qüvvələrini belə tezliklə - 5 ilin tamamında Qarabağdan çıxarmaq niyyətində olduğu görünmür. İkincisi, Ermənistan rəsmiləri və “dqr” tez-tez rus qüvvələrinin Qarabağda uzunmüddətli qalması arzusunu, zərurətini dilə gətirirlər. Hətta əbədi buraya yerləşməsinə çalışırlar. Siyasi analitiklər necə düşünür, ermənilərdə olan bu həyəcan və təşviş həqiqətən hadisələrin onlar üçün son olduğundan irəli gəlir, yoxsa blef edərək cəmiyyətə yalan mesajlar ötürürlər? diaaz.space-ın məlumatına görə, deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a dedi ki, ermənilər heç vaxt öz ağlı ilə hürməyiblər, öz başları ilə fikirləşməyiblər, heç vaxt da torpaqlarımızı öz güclərinə işğal etməyiblər. “İndi Ermənistanı qarışdırırlar və mətbuatdan da bunu görməkdəyik. Bu gün Köçəryan, Sərkisyan və digərləri hakimiyyətə qayıtmaq istəyirlər və onların ağalarının da kim olduğunu bilirik. Amma erməni xalqı da yaxşı anlayır ki, onları bu bəlaya salan elə həmin cinayətkar klan olub. Ona görə dəstək vermirlər”, - deyə B.Sadıqov vurğuladı.

Onun sözlərinə görə, ermənilər xəstə təfəkkürə malikdirlər: “Özlərini inandırmışdılar ki, guya Qarabağı alıblar, öz güclərinə əllərində 30 il saxlaya biliblər. Vətən müharibəsi isə bu mifləri darmadağın etdi. O baxımdan indi proseslərdən görünür ki, xoşluqla sülh müqaviləsi imzalamayacaqlar. Azərbaycan isə güclü ordusunu qurub, qardaş Türkiyə yanındadır, strateji və siyasi cəhətdən bizi dəstəkləyir, cənab İlham Əliyev nəyi, nə vaxt etməyi yaxşı bilir. Əgər ermənilər hərb istəyirsə, 44 gündə onlara göstərdik, kiməsə arxalanırlarsa, görsünlər ki, onlar hansı haldadırlar. Sadəcə, bu gün başını itirmiş erməni millətinin başçısı yoxdur. Ona görə hərə bir şey danışır. Ölkəni idarə edəcək, hamının qəbul etdiyi bir lider yoxdur. O zaman bu vəziyyətdə nə vaxt silah alıb ordu quracaqlar, iqtisadiyyatlarını dirçəldəcəklər? Bizsə öz yolumuzla gedirik, sülh istəyirik, dünyaya da bunu bəyan edirik. Yəni bütün parametrlərdə - cəbhədə, informasiya müharibəsində və diplomatiyada qalib gəlmişik, indi dediyiniz məsələləri də bir-bir yoluna qoyacağıq”.

ALDP sədri Fuad Əliyev isə hesab edir ki, bu mövqedən çıxış edənlərin əksəriyyəti keçmiş korrupsioner klanın üzvləridir: “İrəvandakı müxalifətlə Qarabağdakı separatçıların fikirləri üst-üstə düşür, koordinasiyalı hərəkət edirlər. Bu qüvvələr erməni cəmiyyətini uçuruma aparmaq naminə Qarabağ məsələsini daim gündəmdə saxlamaq istəyirlər. Ancaq bundan sonra nə edə bilərlər? Ordusunun döyüşmək gücü yoxdur, yenidən Kəlbəcərə, Ağdama hücum edə bilməzlər, qalır sülh müqaviləsi, onun imzalanması tarixini uzatmağa çalışırlar. Ümid edirlər ki, vaxt keçdikcə geosiyasi vəziyyət dəyişə bilər və arzularına çatarlar. Amma sülh sazişi ən çox Ermənistana lazımdır. Əgər istəmirlərsə, bundan yenə erməni xalqı zərər görəcək”.

Partiya sədrinin fikrincə, Paşinyan hakimiyyəti də sülh təklifi ilə bağlı həyasız mövqe qoymaqda davam edir: “Onlar Qarabağ erməniləri üçün ayrıca muxtariyyət istəyir, təhlükəsizliyə zəmanət tələb edir, Minsk Qrupunu çağırırlar. Azərbaycan fikrini aydın şəkildə ifadə edib. Təbii ki, burada revanşist və separatçı dairələr bərk narahatdır. Onlar dərk edirlər ki, mövcudluqları prosesi pozmaqdan asılıdır. Bəli, sülh müqaviləsinin olması terrorçu dəstələrin və ”dqr"in Xankəndindən rədd olub getməsi ilə nəticələnəcək. Amma sülhməramlılar məsələsi Rusiya və Azərbaycan arasında danışıqlardan asılıdır. Qarabağda yaşayan erməni əhalisinin inteqrasiyasına qədər onların burada qalması mümkün ola bilər".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru