Ermənistana özünü toparlamağa vaxt vermək olmaz - ÇAĞIRIŞ
Tarix: 18-05-2022, 08:14 | Çap et
 Moskvada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Ermənistanın baş naziri KTMT liderlərinin görüşündə də iştirak edib. Paşinyan qurumu “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə müdaxiləsi”nə reaksiya verməməkdə günahlandırıb: “Ermənistan KTMT-yə müraciət etdi ki, mexanizmləri işə salsın.
Təəssüf ki, təşkilatın Ermənistan Respubikasının gözlədiyi şəkildə reaksiya verdiyini söyləmək mümkün deyil”. Hazırda KTMT-yə sədrlik edən Ermənistan lideri təşkilat üzvlərini Bakıya silah satmaqda ittiham edib: “Biz KTMT üzvü olan dövlətlərin Ermənistana dost olmayan dövlətə silah satmaları məsələsini uzun müddət qaldırmışıq. Nəticədə həmin silah Ermənistana, erməni xalqına qarşı istifadə olunub. Bu da bir problemdir”. Paşinyan təşkilat dövlətlərinin İkinci Qarabağ savaşı zamanı tutduqları mövqeni də tənqid edib. Amma Putini müharibənin dayandırılmasındakı roluna görə tərifləyib.
Xatırladaq ki, Paşinyan Niderland səfərində də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirmişdi. Baş nazir ölkəmizi erməni əsirlərdən sövdələşmə üçün istifadə etməkdə suçlayıb. Ekspertlərin sözlərinə görə, Paşinyanın son vaxtlar sərgilədiyi irrasional ritorika sülh danışıqlarının irəliləməsinə ciddi maneələr yarada bilər. Əslində Azərbaycanın Qarabağla bağlı mövqeyi kifayət qədər aydın və birmənalıdır. Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkməli və Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımalıdır. Məsələ bu qədər sadə və bəsitdir.
Qalib dövlət kimi şərtləri yalnız biz diktə edirik. Ermənistanın hansısa şərt irəli sürməyə mənəvi-siyasi haqqı yoxdur. Görünür, Paşinyan Qarabağla bağlı sərsəm təkliflər irəli sürməklə öz sələflərinin yol verdiyi səhvləri təkrarlamaq niyyətindədir. İndiki məqamda “status” məsələsinin yenidən gündəmə gətirilməsi Ermənistana yalnız mənfi nəticələr vəd edə bilər. Əhalisi səfalət içində yaşayan, iqtisadi böhran içərisində çabalayan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın diktə etdiyi şərtləri yerinə yetirməkdir. Nə qədər paradoksal səslənsə də, bu, ən çox erməni xalqının mənafeyinə xidmət edir. Çünki münaqişə vəziyyəti onları bütün inkişaf layihələrindən kənarda qoyub. Əgər Paşinyan hakimiyyəti həqiqətən də erməni xalqının mənafeyini düşünürsə, sərsəm təkliflərini kənara qoyub, tez bir zamanda Azərbaycanın şərtlərini yerinə yetirməlidir. diaaz.space-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin sözünə, vədinə etimad göstərilməməlidir. Partiya rəhbəri bildirib ki, Ermənistana manevr imkanları yaratmaq, öz gücünü, ordusunu toparlamağa vaxt vermək olmaz:
“Müharibə bitəndən bu yana dəfələrlə demişəm ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirsə, bu, İrəvanın ən zəif olduğu, dalana dirəndiyi zamanda baş verməlidir. İndiki halda ermənilərə yenidən dirçəlməyə, özlərinə gəlməyə, beynəlxalq əlaqələr qurmağa şərait yaratsaq, Ermənistan məğlubiyyətlə barışmayacaq. Hətta “status”, “Minsk qrupu” kimi xülyalarını da geri qaytarmağa çalışacaq. Paşinyanın addımları və davranışları erməni xisləti prizmasından baxdıqda başadüşüləndir. Hansı erməni sözünə əməl edib ki? Ermənistan dövlət olaraq özünə hörmət qoymur. Çox biabırçı və ləyaqətsiz siyasət yürüdürlər”.
T.Abbaslı Paşinyanın çıxışlarının daxili auditoriyanı sakitləşdirməyə hesablandığını düşünmür:
“Baş nazir buna ehtiyac duymur. İrəvan hökumətinin məqsədi beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönləndirmək və “əzilmiş erməni” obrazı yaratmaqdır. Çalışırlar ki, Azərbaycanı “qəsbkar” dövlət kimi qələmə versinlər. Əgər ermənilərin qarayaxma kampaniyasının qarşısını almasaq, sadəcə, sülh prosesi pozulmayacaq, həmçinin, beynəlxalq ictimai fikir əleyhimizə yönələcək.
O baxımdan Ermənistan rəhbərliyinin addımları diqqətlə izlənilməli və bütün cəhdlərə ən sərt formada adekvat cavab verilməlidir. Ermənistana izah olunmalıdır ki, sülh və əməkdaşlıqdan qaçış onların birmənalı məhvinə səbəb olacaq. Reallıqları ermənilərə zor gücünə başa salmalıyıq.
Çünki ermənilərdən humanizm, rasionallıq gözləmək əbəsdir. Qalib Azərbaycan öz üstünlüklərindən faydalanmalıdır”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
|