Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

"Ordumuzun aparıcı kadrlarının Rusiyanın təsirindən çıxarılması prosesi xeyli vaxt aldı" - Etibar Məmmədov
Tarix: 14-05-2022, 09:17 | Çap et
"Ordumuzun aparıcı kadrlarının Rusiyanın təsirindən çıxarılması prosesi xeyli vaxt aldı"
DİA.AZ AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədovun hafta.az-a müsahibəsini təqdim edir:

-Etibar bəy, siz I Qarabağ savaşının getdiyi 1988-1994-cü illərdəki ictimai-siyasi proseslərdə fəal iştirak etmiş siyasi liderlərdən biri olmusuz. Eyni zamanda bir müddət respublika Müdafiə Şurasının üzvü kimi hərbi-siyasi proseslərin gedişinə də qatılmısız. Necə hesab edirsiz, 28 il öncə - 1994-cü ilin mayında Azərbaycanın Ermənistanla atəşkəs razılığı əldə etməsi nə dərəcədə zəruri idi, doğrudanmı başqa yol yox idi?

-1994-cü ilin bu günlərində, təəssüf ki, hərbi üstünlük Ermənistan tərəfdə idi. Daha doğrusu, Rusiya Ermənistana hərtərəfli kömək etdiyindən bu, belə idi. Azərbaycanda isə ordunun formalaşması prosesi hələ başa çatmamışdı. Yəni nizami ordunun yaradılması prosesi hələ davam edirdi. Amma ordunun silah və texnika ilə, eləcə də gərəkli kadrlarla təminatında böyük problemlər yaşanırdı.

O günlər Rusiya da Ermənistanın tərəfində duraraq Azərbaycanı hədələyirdi ki, erməni qüvvələrinin Kürə çıxmasıyla ölkə iki yerə parçalana bilər. Təbii ki, bu halda Gəncə də təhlükə altında qalırdı. Və Rusiyanın Azərbaycandakı o vaxtkı səfiri Valter Şoniya və Rusiya prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirov işğal barədə belə hədələri açıq-aşkar ifadə edirdi. Bir sözlə, Azərbaycanın hərbi-siyasi mövqeyi yetərincə güclü deyildi. Müttəfiqləri də yox səviyyəsində idi. Çünki olan müttəfiqləri də kömək etmək iqtidarında deyildi. Bütün bu səbəblərdən 1994-cü ildə Ermənistanla atəşkəs haqda razılıq əldə olunması məcburi bir addım idi. Hamı, o cümlədən biz də narazı olsaq da, hakimiyyət atəşkəsə getməyə məcbur idi…

-Bəs atəşkəsin 26 ilədək uzanmasında daxili, yoxsa xarici amillər əsas rol oynadı?

-Burada həm xarici, həm də daxili amillər böyük rol oynayırdı. 1994-1995-ci illərdən başlayaraq atəşkəs müddəti dövründə həm Qərb, həm də Rusiya tərəfindən Azərbaycana reallıqla, yəni işğal altındakı torpaqların Ermənistana məxsusluğuyla barışması və bunun rəsmiləşdirilməsi üçün təzyiqlər vardı. Həm Şuşa da daxil olmaqla keçmiş Dağlıq Qarabağ ərazisi Ermənistana birləşməli idi, həm də ətraf 6 rayondan Ermənistan ordusu o şərtlə çıxmalıydı ki, həmin ərazilərdə Azərbaycan Silahlı Qüvvələri yerləşdirilməsin. Buna demilitarizasiya deyirdilər. Eyni zamanda Laçın və Kəlbəcər rayonları da qeyri-müəyyən müddətə Ermənistanın nəzarətində qalmalı idi. Təbii ki, Azərbaycan hökuməti bütün bunlarla razılaşmayaraq dözüm gətirirdi. Amma xalq da, əksər siyasi qüvvələr də Qarabağ məsələsinin birdəfəlik hərbi yolla ədalətli həllini tələb edirdi. Lakin hakimiyyət də problemin siyasi-diplomatik yollarla həllinin mümkünlüyündə inad edirdi. Nəhayət, sonda iqtidar da tam əmin oldu ki, torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolu hərbi-siyasi yoldur. Yəni hərbi qələbədən sonra bu, siyasi cəhətdən rəsmiləşdirilməliydi. Bu da, nəhayət, 2020-ci ildə baş verdi…

- 26 illik atəşkəsin Azərbaycan dövləti və xalqı üçün müsbət tərəfləri, faydası oldumu?

-Bu illər ərzində genişmiqyaslı hərbi əməliyyatların aparılmamasının müsbət tərəfi ondan ibarət oldu ki, Azərbaycan dövləti öz qüvvələrini toplamaq, təmərküzləşdirmək üçün böyük vaxt əldə etdi. Həmin müddət ərzində nizami ordu yaradılması prosesi davam etdirildi, yeni kadrlar yetişdirildi. Eyni zamanda müəyyən mərhələdən sonra Türkiyə Silahlı Qüvvələri də milli ordumuzun formalaşması prosesinə qoşuldu. Düzdü, qardaş ölkənin əvvəl də bu işimizə dəstəyi vardı, ancaq böyük səviyyədə deyildi. Bundan sonra isə çox genişmiqyaslı Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı başlandı. Və məhz Türkiyə ordu sisteminə uyğun hərbi kadrlarımız yetişdirildi. O vaxtadək Azərbaycanın hərbi kadrları əsasən Rusiya hərbi məktəblərində təhsil alıb yetişirdi və təbii ki, əksəriyyəti də Moskvanın təsiri altında olurdu. Ordumuzun aparıcı kadrlarının Rusiyanın təsirindən çıxarılması prosesi də xeyli vaxt aldı. Amma təəssüf ki, Rusiya bu gün də hərbi sahəmizə təsirini itirməyib...

-Bəs həddindən artıq uzunmüddətli atəşkəs dövrünün mənfi cəhətlərini nələrdə görürsüz?

- Uzunmüddətli atəşkəsin əsas mənfi tərəfi o idi ki, 1 milyondan çox soydaşımız öz doğma yurd-yuvalarından kənarda evsiz-eşiksiz qalmışdı. Bunun eyni zamanda mənəvi-psixoloji tərəfi də vardı ki, millət, xalq başqaları qarşısında özünü məğlub, başıaşağı hiss edirdi. Bunun aradan qaldırılması üçün də mütləq hərbi qələbə lazım idi... Və nəhayət ki, II Qarabağ savaşında, yəni 2020-ci ilin payızında şəhid və qazilərimizin canı-qanı hesabına qazandığımız hərbi qələbəmizdən sonra hər bir Azərbaycan vətəndaşı başı dik gəzə bilər...

-İkinci Qarabağ savaşında, yəni 2020-ci ilin payızında Azərbaycan ordusu Ermənistan ordusu üzərində danılmaz qələbə əldə etsə də, hələ işğal altındakı bütün ərazilərimiz tam nəzarətimizə keçmədi. Bu baxımdan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma da faktiki atəşkəs razılaşmasıdır. Sizcə, bu dəfəki atəşkəs də xarici güclərin təzyiqi altında neçə illər uzana bilər, yoxsa yaxın illərdə məsələni kökündən həll edə biləcəyik?

-Bu, yenə də Azərbaycanın gücündən asılı olacaq. Artıq Azərbaycanın iqtisadi, hərbi gücü formalaşıb, müttəfiqləri də mövcuddur. Ermənistanın müttəfiqi olan Rusiya isə artıq hazırkı prosesdə məğlub durumdadır. Yəni ona istədiyi köməyi edə bilməyəcək. Lakin buna baxmayaraq Ermənistanın Qərbdə də müttəfiq və tərəfdarları çoxdur. Bu baxımdan da hazırda əsas məsələ işğaldan azad edilmiş torpaqların sürətlə məskunlaşdırılması, yəni əhalinin o ərazilərdə daimi yaşayış üçün yerləşdirilməsidir. Birinci ərazi hərbi cəhətdən mənimsənilməlidir, yəni hərbi qüvvələrin müvafiq strukturları, infrastrukturu yaradılmalıdır. Bu proses artıq gedir. Amma ən əsas proses, bir daha təkrar edirəm, həmin torpaqların məskunlaşdırılmasıdır. Əhali oraya köçürülməli və o torpaqlar əsl sahibləri tərəfindən mənimsənilməlidir. Ondan sonra da digər proseslər gedə bilər...

- Rusiyanın Ukraynaya təcavüzundən sonra başlanmış son prosesləri, xüsusən Rusiya lideri Putinin Moskvada qəbul etdiyi məlum 9 may paradından sonrakı hərbi-siyasi durumu necə xarakterizə edərdiniz?

-Əslində Rusiyanın mayın 9-da paradı olmadı ki... O, başdan-ayağa ağlaşma idi(gülür)... Onlar hətta öz aviasiyalarını nümayiş etdirə bilmədilər. Ali Baş Komandanın təyyarəsi nasazdırsa, göyə qalxa bilmirsə, Rusiya dünyanı nə ilə qorxuda bilər? Artıq Rusiya bütövlükdə nasaz, idarə olunmayan və idarə oluna bilməyən bir dövlətə çevrilib. İndiyədək qonşularını və dünyanı hərbi qüvvələri, ordularıyla təhdid edirdilər. Ancaq Ukraynaya təcavüzdən sonra bəlli oldu ki, Kremlin hərbi qüvvəsi də gözlənilən, təsəvvür olunan səviyyədə deyil, ondan çox-çox aşağıdır. Və Rusiya ordusu uzunmüddətli hərbi qarşıdurmaya, müharibəyə hazır durumda deyil. Yəni bu, Rusiyanın sırf hərbi baxımdan da zəifliyini nümayiş etdirdi. İndi əllərində yalnız nüvə təhdidi məsələsi qalıb. Ancaq hamı bilir ki, bu addımı reallaşdırmaq bütün planeti məhvə aparmaq deməkdir. Buna Rusiyanın rəhbərliyi daxilində də, zənnimcə, heç kəs imkan verməz...

- Yəni belə çıxır ki, Ukraynanın işğalçı Rusiya ordusunu öz torpaqlarından çıxarıb qəti qələbə əldə etmək şansı çoxalıb?

-Hələ bu proses müəyyən qədər vaxt alacaq. Ancaq prosesin indiki dönəmində artıq Rusiya məğlub tərəf kimi görünür. Ukrayna xalqı bu müharibədə bir millət kimi sanki yenidən formalaşdı, həm dövlətinin güclənməsinə nail oldu, həm də bir xalq kimi mənəvi cəhətdən üstünlük əldə etdi. Bütün dünya da Ukraynanın tərəfində dayandı. Və bundan sonrakı mərhələdə artıq sırf hərbi-texniki məsələlər qalır; Rusiya qoşunlarının ölkə ərazilərindən çıxarılması prosesini yekunlaşdırmaq... Hələlik isə Azov və Qara dəniz sahillərini möhkəmləndirib qorumaq məsələsi, vəzifəsi ön plandadır. Rusiya çalışır ki, Ukraynanı bir dövlət olaraq dənizlərdən ayırsın və təcrid olunmuş bir duruma salsın. İndi əsas mübarizə bu sahədə gedəcək...

-Sizcə, Ukrayna torpaqlarını ədalətsiz və amansız formada işğal etməsindən sonra Qərbin, ABŞ-ın sərt sanksiyalarına məruz qalmış, siyasi və iqtisadi böhran içində olan Rusiyada yaxın illər ərzində başqa hakimiyyət qurula biləcəkmi?

- Rusiyada yaxın illərdə demokratik bir iqtidar formalaşacağına inanmıram hələ... Çünki hələ xalqın özü buna hazır olub həmin istiqamətdə formalaşmalıdır. Təəssüf ki, Rusiya xalqının buna hazır olması görünmür. Elita da belə bir dəyişikliyə hazır olmalıdır. Fəqət... Odur ki, hələ yeni elitanın formalaşmasına da ehtiyac var. Amma hazırkı durumda Rusiyada böhranın getdikcə dərinləşəcəyi görünür. Yəni hərbi-siyasi böhrandan sonra daxili siyasi böhran başlamalıdır...

-Belə anlaşılır ki, Putin yaxın müddətdə hakimiyyətdən getsə də, hələ Rusiya rəhbərliyini yenə də elə onu vaxtı ilə hakimiyyətə gətirmiş “FSB”-oliqarxiya birliyi formalaşdıracaq...

-Bilirsiz, hələ hakimiyyətdə olanın getməsiylə məsələ həll olunmur. Həmin hakimiyyəti əldə edib sonra da normal şəkildə idarə etməyə hazır yeni qüvvələr formalaşmalıdır. Ancaq təəssüf ki, Rusiyada həmin yeni qüvvələr hələ də görünmür. Görünən hissəsi indiki elitanın daxilindədir. Onların isə Rusiyadakı hakimiyyətin xarakterini dəyişməyə nə dərəcədə qabil olduqları hələ məlum deyil...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru