Xarici qüvvələr yenidən fəallaşır: Azərbaycanda sabitliyi pozmaq istəyirlər - NƏ BAŞ VERİR?
Tarix: 12-05-2022, 09:07 | Çap et
 Son günlər ölkəmizdə “5-ci kolon” xaricdəki himayədarlarının göstərişi ilə yenidən fəallaşıb. Onların iddiasına görə, Azərbaycanda ictimai fəllara basqılar təşkil olunur. diaaz.space-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Reyting.az-a açıqlamasında deyib ki, “5-ci kolon” təmsilçilərinin bu hərəkətinə haqq qazandırmır.
Professorun sözlərinə görə, hazırda dünyanın hər yerində ciddi problemlər var, Azərbaycanın isə son 30 ildə ən böyük problemi Qarabağ olub.
C. Nuriyev bildirib ki, Qarabağ azad olunmayana qədər “5-ci kolon” təmsilçiləri Azərbaycan prezidenti İlham Əliyevi müxtəlif məsələlərdə ittiham edirdilər: “İndi belə çıxır ki, İlham Əliyev Qarabağı azad etməklə bunların əlindən ən böyük arqumenti alıb. Bu səbəbdən də digər məsələlər üzərində var-gəl edirlər. Onlar belə təəssürat yaradırlar ki, guya bu milləti və bu dövləti hamıdan çox istəyirlər. Belə “fəaliyyətlərinə” görə isə, müxtəlif yerlərdən qrant almağa çalışırlar. Məsələn, ABŞ-ın NED təşkilatından”.
C. Nuriyev əmindir ki, bu şəxslər və təşkilatlar yeni qrant layihələri əldə etmək üçün fəallaşıblar və hansısa aksiya təşkil etməkdə məqsəd xarici təşkilatlardan pul almaqdır.
Professor iddia edir ki, indi qrantı ayrı istiqamətdə, daha çox ermənilərə bağlı təşkilatlar özlərinin iştirakı olmadan ayırırlar: “Amma indi Azərbaycan kifayət qədər güclüdür, Ermənistanda isə proseslər kortəbii gedir. Belə bir ərəfədə Azərbaycan sülh sazişi tələb edir, bunun üçün şərtlərini irəli sürür. Bu da erməniləri və onları dəstəkləyən qüvvələrdə narahatlıq yaradır. Odur ki, indi Azərbaycanda “5-ci kolon”u aktivləşdirməyə çalışırlar”.
C. Nuriyev əlavə edib ki, Azərbaycanın deyil, Qərbin, Şimalın və ya Cənubun yanında olan adamlardan bu ölkəyə heç vaxt xeyir gəlməyəcək: “Bu adamların fəallaşmasının səbəblərindən biri də Cənubi Qafqazda Türkiyənin nüfuzunun artmasıdır, çünki bu, müəyyən xarici qüvvələri narahat edir”.
Qərbpərəstlərin belə tezliklə fəallaşmaq istəyəcəklərini gözləməyən C. Nuriyev ümid edirmiş ki, nəhayət onların vicdanı oyanar və Azərbaycanın haqq işini dəstəkləməyə başlayarlar: “Təəssüflər olsun ki, belə deyil. Amma indi Azərbaycan çox dəyişib və bu xalq heç vaxt prezidentini tək qoymayacaq”.
Professor diqqətə çatdırıb ki, “5-ci kolon” ABŞ və Qərb təşkilatlarından qrant almaq üçün fəallaşsa da, Azərbaycan ziyalıları prezident İlham Əliyevi müdafiə edir: “Baxmayaraq ki, ziyalıların müəyyən narazılığı var, amma biz prezidentin yanında olmalıyıq və olacağıq da. Biz istəmirik ki, Azərbaycanı Ukraynaya çevirsinlər”.
C. Nuriyev qeyd edib ki, Azərbaycan Turanın ürəyidir: “Türkiyə ilə Orta Asiya arasında bağlayıcı Azərbaycandır. Bütün yollar Azərbaycandan keçir. Nahaq yerə Naxçıvanda Türkdilli Dövlətlərin Şurası yaradılmayıb və ötən il də Türk Dövlətləri Təşkilatına çevrilib. Bu mənada Turan da çoxlarını narahat edir”.
Qərbə yaxın təşkilat və şəxslərin fəallaşmasına gəldikdə, C. Nuriyev iddia edir ki, onlar xaricdən sifariş alıblar: “Amma Azərbaycan dövlətinin əleyhinə getmək ən böyük xəyanətdir. Xüsusilə, qrant naminə bunu etmək biabırçılıqdır”.
Onu da qeyd edək ki, son günlər “5-ci kolon” bütün cəhdlə Azərbaycanda insan hüquqularına məhəl qoyulmadığını, guya ictimai-siyasi fəalların basqılara məruz qaldığını iddia edirlər. Bu fəallaşma ABŞ-ın NED (National Endowment for Democracy) Fondunun Azərbaycan üçün 2022-ci ildə ayırdığı 970, 235 dollarlıq qrant layihələri ilə paralel baş verir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Bu gün, 18:34 |
|
|
|
| • “Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Bu gün, 18:26 |
|
|
|
| • Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Bu gün, 18:24 |
|
|
|
| • Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Bu gün, 17:41 |
|
|
|
| • Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Bu gün, 17:35 |
|
|
|
| • Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Bu gün, 17:28 |
|
|
|
| • Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Bu gün, 17:25 |
|
|
|
| • “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Bu gün, 17:16 |
|
|
|
| • İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Bu gün, 17:13 |
|
|
|
| • Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Bu gün, 17:08 |
|
|
|
| • Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Bu gün, 17:07 |
|
|
|
| • BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Bu gün, 17:04 |
|
|
|
| • Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
| • Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Bu gün, 16:57 |
|
|
|
| • Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Bu gün, 16:50 |
|
|
|
| • Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Bu gün, 16:45 |
|
|
|
| • Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Bu gün, 16:43 |
|
|
|
| • Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 16:38 |
|
|
|
| • Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Bu gün, 16:36 |
|
|
|
| • Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Bu gün, 16:35 |
|
|
|
| • Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Bu gün, 16:31 |
|
|
|
| • Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Bu gün, 16:30 |
|
|
|
| • Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Bu gün, 16:28 |
|
|
|
| • Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Bu gün, 16:25 |
|
|
|
| • Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Bu gün, 16:21 |
|
|
|
| • Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Bu gün, 16:19 |
|
|
|
| • Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Bu gün, 16:10 |
|
|
|
| • Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Bu gün, 16:06 |
|
|
|
| • Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Bu gün, 16:02 |
|
|
|
| • "Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Bu gün, 15:14 |
|
|
|
| • Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Bu gün, 15:12 |
|
|
|
| • Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Bu gün, 15:05 |
|
|
|
| • Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Bu gün, 15:02 |
|
|
|
| • 44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Bu gün, 14:57 |
|
|
|
| • Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Bu gün, 14:54 |
|
|
|
| • Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Bu gün, 13:12 |
|
|
|
| • Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Bu gün, 13:10 |
|
|
|
| • Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Bu gün, 13:03 |
|
|
|
| • “Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Bu gün, 13:02 |
|
|
|
| • İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Bu gün, 12:56 |
|
|
|
| • Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Bu gün, 12:54 |
|
|
|
| • Şair Əşrəf Veysəlli vəfat edib
Bu gün, 12:49 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
| • Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Bu gün, 12:41 |
|
|
|
| • "Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:35 |
|
|
|
| • Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 12:33 |
|
|
|
| • Sabah Ermənistanda “sükut günü”dür – Parlamentə kimlər düşəcək?
Bu gün, 12:32 |
|
|
|
| • Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub - ƏMR
Bu gün, 12:31 |
|
|
|
| • Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Bu gün, 12:26 |
|
|
|
| • İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Bu gün, 12:25 |
|
|
|
|