Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

" Bunun üçün nə ictimai rəydən, nə də müxalifətdən çəkinir" - Tural Abbaslı
Tarix: 6-05-2022, 09:33 | Çap et
" Bunun üçün nə ictimai rəydən, nə də müxalifətdən çəkinir"
“Son dönəmlərdə Türkiyə Azərbaycanda gücləndiyi və Rusiya üzərində təsirləri artdığı üçün Moskva Azərbaycana daha az təzyiq edə bilir. Buna görə də, Rusiya Qarabağ məsələsini nəzarətdə saxlamaq üçün proseslərə Ermənistan üzərindən qoşulur. Bölgədə təsir imkanlarını saxlamaq Rusiya üçün ölüm-dirim savaşıdır. Çünki Rusiya bütün dünyada mövqelərini itirə-itirə gəlir. Cənubi Qafqazda da mövqelərini itirmək Rusiyaya sərf etmir”.

DİA.AZ Ağ partiyanın sədri Tural Abbaslının Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Ermənistan müxalifəti bir neçə gündür Baş nazir Nikol Paşinyan əleyhinə mitinq keçirir. Müxaliflər ondan istefa verməyini, Azərbaycan və Türkiyə ilə apardığı sülh danışıqlarını dayandırmağı tələb edirlər. Ermənistan daxilindəki bu gəlişmələrdən gözləntiniz nədir, ümumiyyətlə, durum niyə bu yerə gəlib çıxdı?

- Təbii ki, Ermənistan müxalifətinə və ya İrəvandakı aksiyalara Rusiyanın da dəstəyi var. Rusiya Paşinyanı nəzarətdə saxlamaq üçün zaman-zaman müxalifətdən istifadə edir. Amma mən o düşüncədə deyiləm ki, bu proses Paşinyanın devrilməsi ilə nəticələnəcək. Çünki Paşinyan hələ də müxalifətdən güclüdür. Adam Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, yenidən seçildi. Yəni Paşinyan Ermənistanın “Qarabağ qəhrəmanları”na qalib gəlmiş liderdir.

Dediyim kimi, Paşinyanın tərəfdarları müxalifətin elektoratından daha çoxdur. Yəqin ki, proses yaxın günlərdə səngiyəcək, bir müddət sonra isə effektivliyini tamamilə itirəcək. Amma bu aksiyaların Paşinyanın əlini gücləndirdiyini düşünürəm. Paşinyan aksiyalardan istifadə edib müxalifət və cəmiyyətin ona təzyiq etdiyini əsas gətirərək, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzada, bu baxımdan, xüsusən də Azərbaycan və Qərb qarşısında manevrlərini genişləndirməyə cəhd edə bilər. Yəni bu aksiyalar Paşinyana sərf edir.

- Amma Paşinyan müxalifətə cavabında Qarabağın Azərbaycan ərazisi olduğu fikrini yenidən təkrarladı. Eyni zamanda, bunu keçmiş prezident Serj Sərkisyanın da qəbul etdiyini bildirdi. Bəs onun bu mesajını necə anlamalıyıq?

- Daxildə Paşinyana qarşı irəli sürülən ittihamlardan biri budur ki, “Artsax”ın “müstəqilliyindən” imtina edib, “Artsax”ı satıb, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və s. Burada əsas söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınmasından gedir. Yəni əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, demək, Qarabağın da Azərbaycanın ərazisi olduğunu tanıyır. Erməni müxalifəti Paşinyanın üstünə bu ittihamlarla gedir. Bu yöndə Ermənistanda ictimai rəy yaratmağa çalışırlar.

Paşinyan da müxalifətin qarşısına əks arqument qoyur ki, Ermənistan 1992-ci ildə BMT-yə, 1991-ci ildə MDB-yə qəbul olunanda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, buna da Köçəryan və Sərkisyanın özü imza atıb. Yəni onu demək istəyir ki, bunu məndən qabaq siz etmisiniz, mən bu gün yeni şey kəşf etmirəm. Paşinyan bunu həm də Ermənistan cəmiyyətinə göstərmək istəyir ki, ondan əvvəl müxalifət, yəni keçmiş hakimiyyətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Düşünürəm ki, Paşinyan istənilən vaxt sülh müqaviləsini imzalaya bilər, bunun qarşısında heç bir maneə görmür. Bunun üçün nə ictimai rəydən, nə də müxalifətdən çəkinir. Eyni zamanda, Paşinyan ictimai rəydə də müxalifətdən öndədir və müxalifətin özündən də güclüdür. Sadəcə olaraq, özünün və Ermənistanın bir sıra maraqlarına görə bu proses uzanır.

- Digər yandan, sülh danışıqlarına Rusiyanın da müdaxiləsi hiss olunur, elə Ermənistanda gedən proses də bundan xəbər verir. Belə bir fonda gedən danışıqlar nə qədər səmərəli ola bilər?

- Rusiya indi dünyada təklənmiş və sıxışdırılmış durumdadır. Rusiya çalışır ki, təsir imkanları olan hər mövqeni qorusun. Ermənistan-Azərbaycan məsələsi də Rusiyaya Cənubi Qafqazda mövqe tutmaq imkanı verir. Təbii ki, Rusiya Ukraynadakı müharibə fonunda buradakı mövqelərini də itirməmək üçün manevrlər edir. Yeri gələndə Azərbaycana, yeri gələn də Ermənistana təsir edir ki, proses uzansın, sülh müqaviləsi imzalanmasın. Bir anlıq düşünün ki, Ermənistan və Azərbaycan arasındakı bütün problemlər həllini tapıb. Bu halda Rusiya Azərbaycan və Ermənistanı nə ilə təhdid edəcək? Heç nə ilə! Buna görə də, Rusiya məsələlərin birdəfəlik həllinin qarşısını almaq üçün zaman-zaman hər iki ölkəyə təzyiq göstərir.

Son dönəmlərdə Türkiyə Azərbaycanda gücləndiyi və Rusiya üzərində təsirləri artdığı üçün Moskva Azərbaycana daha az təzyiq edə bilir. Buna görə də, Rusiya Qarabağ məsələsini nəzarətdə saxlamaq üçün proseslərə Ermənistan üzərindən qoşulur. Bölgədə təsir imkanlarını saxlamaq Rusiya üçün ölüm-dirim savaşıdır. Çünki Rusiya bütün dünyada mövqelərini itirə-itirə gəlir. Cənubi Qafqazda da mövqelərini itirmək Rusiyaya sərf etmir.

- Paşinyan ölkəsini rus boyunduruğundan çıxara biləcəkmi? Bu yöndə ABŞ və Avropa Birliyindən ona dəstəyin artması da müzakirə mövzusudur. Hətta xarici işlər naziri Arart Mirzoyanın dörd günlük səfər proqramı ilə Vaşinqtona getməsi də diqqətdən yayınmadı.

- Paşinyandan olsa, Ermənistanı dünəndən Rusiyadan qoparıb Avropaya qoşardı. Paşinyan hakimiyyətə də bu şüarlarla gəlmişdi. Hələ yeni hakimiyyətə gələndə Paşinyanın Fransa və Avropa Birliyinin digər dövlətləri ilə anlaşması və sənədlər imzalaması onu deməyə əsas verir ki, Ermənistan Avropaya meyllənib və bu qitənin tərkib hissəsi olmaq, yaxud Rusiyadan ayrılmaq istəyir. Amma bu gün reallıqlar başqa şeyi deyir. Siyasi reallıq Avropanın xeyrinə olsa da, Ermənistanın Rusiyadan tam iqtisadi asılılığı var. Üstəgəl, Ermənistanın bir sıra strateji dövlət müəssisələri borc qarşılığında Rusiyaya verilib və bu ölkənin sərhədlərinin təhlükəsizliyini rus hərbi qüvvələri təmin edir. Ona görə də, Ermənistanı qısa vaxtda Rusiyadan uzaqlaşdırmaq asan deyil.

İlk növbədə, bu məsələləri həll etmək lazımdır ki, Rusiyadan uzaqlaşıb Avropaya yaxınlaşasan. Əgər sənin elektrik və qaz şəbəkən Rusiyaya məxsusdursa, sən necə Avropaya gedə bilərsən? Sənin sərhədlərini FTB və Rusiya Sərhəd Xidməti qoruyursa, necə Avropaya meyllənə bilərsən? Bu amillər aradan qalxmadan Paşinyan nə qədər istəyir-istəsin, Ermənistanı Avropaya apara bilməz. Amma bunun üçün çalışır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru