Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“Məqam gözləyir ki, onları hərəkətə keçirsinlər” - NƏ BAŞ VERİR?
Tarix: 29-04-2022, 09:46 | Çap et
“Məqam gözləyir ki, onları hərəkətə keçirsinlər”
Ukraynada davam edən Qərb-Rusiya müharibəsinə mövqelər müxtəlif olsa da, Moskvaya qarşı olanların çoxluq təşkil etməsi faktdır. Rusiyanın işğalçı planlarına qarşı bütün Qərb mediası və cəmiyyəti səfərbər olub. Amma bu müharibənin arxasında Qərbin özünün də planları olduğu, ABŞ-ın birqütblü dünya yaratmaq istəyi də durur.

Qərb bütün imkanları ilə anti-Rusiya təbliğatını genişləndirir. Azərbaycan cəmiyyətinin böyük ölçüdə Rusiyaya münasibəti mənfidir ki, bunun bir çox səbəbləri var. Qərbə münasibətdə də cəmiyyətin birmənalı bəyənəcək mövqeyi yoxdur. Amma bu münaqişə dövründə o da hiss olunur ki, ölkə daxilindəki qərbpərəstlər birmənalı olaraq ABŞ-ın mövqeyinə yaxın mövqe nümayiş etdirirlər. Müxalifət cəmiyyətdə təsiredici rıçaqlarını itirib və onların qərbpərəstliyi indi heç nəzərə də çarpmır. Halbuki ABŞ prezidentinin şəkli, Avropa Birliyinin bayraqları ilə müxalifətin Bakıda aksiyalar keçirdiyi də çox uzaq olmayan tarixdir. İndi müxalifət Qərbə münasibətini bu cür aşkar ortaya qoymur, əslində bunun səbəbi də məlumdur. Çünki Qərb onlardan əlini üzüb və dəstəyini kəsib. İndi isə bəzi ayrı-ayrı politoloji mərkəzlər, QHT-lər tərəfindən idarə olunanların mövqeyi diqqət çəkir. Sanki Ukrayna məsələsinin arxasında gizlənərək aşkar Qərbin tərəfini tuturlar, onların təbliğatını aparırlar, Kiyevə göndərilən silahları az qala demokratiyanın müdafiəsi kimi cəmiyyətə sırımağa çalışırlar. Azərbaycanda Rusiyanın “beşinci kolonu” olduğu haqda çox danışılır və bu iddia əsassız da deyil. Amma Ukrayna müharibəsi o faktı da üzə çıxardı ki, Azərbaycanda Qərbin də “beşinci kolonu” var və bu, sadəcə, Ukrayna məsələsini əhatə etmir. Mümkündür ki, yaxın aylarda bu qüvvələr özlərini daha aşkar şəkildə göstərsinlər, Azərbaycanda “demokratiya adı altında” gərginlik yaratmağa cəhd etsinlər. Belə siqnallar şübhəsiz artıq hakimiyyətdə də var.

Azərbaycanda Qərbin “beşinci kolonu”nun daha güclü olduğunu demək mümkündürmü? Onlar Rusiya dəstəkçilərindən nə ilə fərqlənirlər? Ölkə və dövlət üçün nə qədər təhlükəlidirlər? diaaz.space-ın məlumatına görə, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun olduğu Ukrayna hadisələrinin gedişində də müəyyən qədər göründü. Rusiyanı o qədər aktiv şəkildə müdafiə eləyənlər olmasa da, hər halda, müdafiə edənlər oldu: “Ukrayna məsələsində Rusiyanın hərəkətlərinə haqq qazandıracaq bir yer yoxdur. Rusiya başdan-ayağa haqsızdır, işğalçıdır və Ukrayna məsələsində mövqeyinə haqq qazandırmaq qeyri-mümkündür. Ancaq Azərbaycanda Qərbin ”5-ci kolon"u daha təhlükəlidir. Onlar daha yaxşı təşkil olunublar, onların maliyyə imkanları daha çoxdur, onların kütləvi informasiya vasitələri, internet televiziyaları, xüsusilə xaricdən fəaliyyət göstərən internet kanalları açıq şəkildə Qərbin maraqlarına xidmət edir. Dəfələrlə deyilib, Azərbaycan əleyhinə, türk dünyasına qarşı ilk növbədə ABŞ-ın qəbul etdiyi qərarlara heç vaxt Qərbin “5-ci kolon”u reaksiya verməyib və ya haqq qazandırmağa çalışıb. Ən son 24 aprel “erməni soyqırımı” ilə bağlı Co Baydenin bəyanatı oldu və bu bəyanata bizim partiyadan başqa kəskin reaksiya verən siyasi təşkilat görmədim. Ola bilsin, kimsə reaksiya verib, lakin mənim diqqətimdən yayınıb. Digər məsələlərdə də Qərbin atdığı addımlara bu cür yanaşma var. Burada ən təhlükəli odur ki, hər an Azərbaycana qarşı hakimiyyət dəyişikliyinə cəhd göstərilə bilər. Qərb məqam gözləyir ki, “5-ci kolon”unu bu iş üçün hərəkətə gətirsin. Hələlik Rusiya-Ukrayna müharibəsi bir az bu məsələni arxa plana keçirib. Ancaq Qərb bu planından imtina etməyib. Qərb Ermənistanda bu planını 2018-ci ildə həyata keçirdi və məqsədinə çatdı. Ukraynada istədiyi adamı hakimiyyətə gətirdi və Moldovada da Qərbin namizədi seçkilərdə qalib gəldi. Qərb eyni addımları Azərbaycanda da atmaq istəyir. Qərb bununla daha asan idarə olunan hakimiyyət yaratmaq istəyir. Bu da təbii ki, Azərbaycanın maraqlarına qətiyyən xidmət etmir. Əlimizdən gələni etməliyik ki, o cür cəhdlərin qarşısını alaq. Heç kimin kənarda durmağa, Qərbin Azərbaycanda törətmək istədiyi təxribatlara göz yummağa haqqı yoxdur".

Politoloq Azad Məsiyev isə bildirdi ki, hər kəsin ölkə qanunlarını və maraqlarını pozmamaq şərtilə öz fikrini, mövqeyini ifadə etmək haqqı var: “İstər rusiyayönümlü, istər qərbyönümlü insanlar olsun, hər kəs öz fikrini qanunlar çərçivəsində ifadə etmək haqqına sahibdir. Azərbaycan hüquqi demokratik dövlətdir və insanlara düşüncə azadlığı verilir. Hər kəsi düşüncəsinə görə ”5-ci kolon" adlandırmaq düzgün olmazdı. Amma bu gün dünyada Soros Fondu deyilən bir mərkəz var və dünyanın bir sıra ölkələrində oturuşub, kök atıb və ölkələrə təsir edir. Həmin fond insanları Amerikanın maraqlarına xidmət edəcək şəkildə formalaşdırır, yönləndirir. Bu iş xüsusi proqram əsasında həyata keçirilir. Soros Fondu ilə əlaqəli olan, işləyən insanları müəyyən mənada Qərbin “5-ci kolon”u hesab etmək mümkündür. Əgər onların fəaliyyəti ölkənin maraqlarına qarşı olarsa, müvafiq orqanlar həmin şəxslər barəsində ölçü götürməlidir. İstər Gürcüstanda, istər Ukraynada, istər Belarusda Sorosun adamlarının çox böyük şəbəkə yaratdığı və hansı addımlar atdığı məlumdur. Bu addımlar sırasında dövlət çevrilişləri, çevrilişə cəhdləri də qeyd edə bilərik. Azərbaycanda belə hadisələrin yaşanmaması üçün ehtimal edilən “5-ci kolon” barəsində ciddi nəzarət tədbirləri olmalıdır. Mən hesab edirəm ki, “5-ci kolon” gizli fəaliyyət göstərən agentura şəbəkəsidir.

Hazırda ABŞ demokratiya adı altında dünyada öz imperatorluğunu yaradıb. Bütün dövlətləri bu imperatorluğa tabe etdirmək üçün ölkələrin daxilində öz şəbəkəsini formalaşdırıb. Azərbaycanda da həmin şəbəkənin uzantılarının olması şübhəsizdir. Ona görə də tədbirli olmaq lazımdır".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru