Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“Normal insan qiymət artımına müsbət rəy verməz” - Partiya sədri
Tarix: 20-04-2022, 08:29 | Çap et
“Normal insan qiymət artımına müsbət rəy verməz”
“Azəristiliktəchizat”ın istilik tariflərini 15 qəpikdən 22-25-ə qaldırmaq niyyəti var. Səhmdar cəmiyyətin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev iddia edib ki, guya əhali tariflərin qaldırılmasına razıdır: “Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır”.

İlham Mirzəliyev həmçinin qeyd edib ki, xarici ekspertlər də tariflərin artırılmasını tələb edir."Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edir. Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100 % yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosialyönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil", - deyə İ.Mirzəliyev bildirib.

Mirzəliyevin bu iddiası isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əsasən də sosial şəbəkə üzərindən tənqidlər səsləndirilib. Qeyd edilib ki, qiymətlərin artırılmasında insanlardan “alət” kimi istifadə etməkləri qəbuledilməzdir.

Deputat Fazil Mustafa qurumun bu açıqlamasını doğru hesab etmir: “Bu məsələdə bizim mövqeyimiz belədir ki, hər bir iş ciddi şəkildə əsaslandırılmalıdır. İctimai rəyə də ciddi, açıq, şəffaf formada çatdırılmalıdır. Tələsik hər hansı bir qərarı qəbul etmək çox yanlış nəticələrə gətirib çıxara bilər. Birinci növbədə vətəndaşın maraqları nəzərə alınmalıdır. Vətəndaş kommunal xərcləri nə səviyyədə ödəyə bilir, vətəndaş üçün kompensasiyaedici vasitələr həyata keçirilibmi? Bu məsələlər mütləq müzakirə olunmalıdır. Çünki ödəmə imkanı olmayan vətəndaşın hər hansı şəkildə bu prosesi idarə etməsi mümkün olmayacaq. Çox çətinlik çəkəcək. Söhbət, sadəcə, sudan getmir. Qaz, işıq və digər kommunal məsələlərdə də vətəndaş problem yaşayır. Ona görə də bu məsələlər ictimai müzakirəyə çıxarılmalı, müəyyən dərəcədə şəffaf şəkildə təqdim olunmalıdır. Görürsünüz, nəqliyyat şirkətləri də qiymətlərin qaldırılması ilə bağlı müraciət ediblər. Bahalaşma hər sahəni əhatə edir. Amma elə etməliyik ki, bunun zərbəsi Azərbaycan vətəndaşlarına dəyməsin. Biz bu prosesi onların marağını güdərək tənzimləməliyik. İndi vətəndaşın razılığı ifadəsi işlənirsə, bu mücərrəd ifadədir. Daha aydın şəkildə əsaslandırılması verilsə, insanlar da bunu bir çox hallarda anlayışla qarşılaya bilərlər. Amma bunun açıqlaması doğru verilməyəndə bir az şübhəli vəziyyət yaranır. İnsanlar da bahalaşmanın müəyyən dərəcədə subyektiv amildən qaynaqlandığına daha çox diqqət çəkirlər. Məsələnin əsas mahiyyəti budur. Əgər obyektiv səbəbdən bahalaşma varsa, onun izahı verilməlidir. Eyni zamanda vətəndaş üçün də müəyyən güzəştli kompensasiya xarakterli addımların atılması - əmək haqqı, pensiyanın artırılmasına təsir edə biləcək müəyyən güzəştlərin nəzərdə tutulması ola bilər”.

diaaz.space-ın məlumatına görə, Ağ Partiyanın sədri Tural Abbaslı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Son günlər Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət yarışı başlayıb. Yəni hər biri qiyməti qaldırmaq istəyir. Xatırlayırsınızsa, keçən həftə də sərnişin daşıyan şirkətlər Tarif Şurasına məktub ünvanlamışdı. Heç kimə sirr deyil ki, nəqliyyat şirkətləri özbaşına deyillər, onları himayə edən iqtidardakı təmsilçiləri, oliqarxlar var. Onlar özbaşına qərar verə bilmirlər və qiymətləri artırmağa çalışırlar. Təbii ki, əhalinin reaksiyasından da çəkinirlər. Hər vəchlə bunu etməyə çalışırlar. ”Azəristiliktəchizat" da özlüyündə ağıllı olduqlarını zənn edir, çünki havalar nisbətən istiləşir, belə məqamda qiyməti qaldırmaq xeyli vaxt çəkir. Fikirləşiblər ki, havalar isinib, bu vaxt qiyməti qaldırsalar, insanlar fərqinə varmazlar. Qışda artıq yeni qiymətlərlə ödəyərlər. Gülünc bir iddia irəli sürüblər ki, guya əhali bununla razıdır. Dünyanın harasında olur-olsun, gəlirləri ən yüksək səviyyədə olan ölkədə belə hansısa vətəndaşdan soruşsan ki, qiymətləri qaldıraq, razı olmayacaq. Normal insan qiymət artımına müsbət rəy verməz. “Azəristiliktəchizat”ın rəhbərliyi bu sorğunu yəqin öz evində, ya da idarəsində keçirib. Bu, sadəcə, gülüncdür, belə personajları idarələrin başına qoymağın özü də doğru deyil. Ümumiyyətlə, heç bir sahədə qiymət artırılmamalıdır. Onsuz da ərzaq mallarının qiyməti və digər xidmət sahələrində artımlar var. Yoxsulluq faizi kifayət qədər artıb. Bu tərəfdən də kommunalla bağlı, nəqliyyat vasitələrinin qiymətinin artırılması yaxşı tərəfə aparmayacaq".

Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən istilik təchizatı xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən 1 m2 yaşayış sahəsi üçün aylıq ƏDV daxil 0,15 manat müəyyən edilib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru