Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Rusiya o zaman Heydər Əliyevi də devirmək istəyibmiş... - İLGİNC
Tarix: 6-04-2022, 08:45 | Çap et
Rusiya o zaman Heydər Əliyevi də devirmək istəyibmiş...
Azərbaycan və Rusiya prezidentləri diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birinə məktub göndərib.

İlham Əliyevin məktubunda deyilir ki, Azərbaycan-Rusiya münasibətləri xalqlar arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanaraq, qarşılıqlı hörmət və etimad, bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf edərək möhkəmlənib.

Bu gün dövlətlərarası əlaqələr fəal siyasi dialoq, ticarət-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla xarakterizə olunur.

Diplomatik münasibətlərin qurulmasının yubiley ili Azərbaycanla Rusiya arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamənin imzalanması ilə üst-üstə düşüb. “Bu mühüm sənəd otuz il ərzində dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəsini müəyyənləşdirib”, - Əliyevin məktubunda qeyd edilir.

Putinin Azərbaycan Prezidentinə məktubunda deyilir ki, son onilliklər ərzində dostluq və qarşılıqlı hörmət kimi yaxşı ənənələrə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb.

“Konstruktiv siyasi dialoq, ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə məhsuldar əməkdaşlıq genişlənir. Ötən il və ondan əvvəlki il bağlanmış üçtərəfli sazişlərə əsaslanaraq, Zaqafqaziya regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə iş aparırıq. Bu il mühüm nailiyyətlə - Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamənin imzalanması ilə əlamətdardır.

Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxarılması xalqlarımızın köklü maraqlarına cavab verir", - Rusiya prezidentinin məktubunda deyilir.

30 il əlbəttə ki, hamar olmayıb. Bu münasibətləri şərti olaraq 3 dövrə ayırmaq mümkündür: Elçibəy-Yeltsin dövrü, Heydər Əliyev-Yeltsin-Putin dövrü və İlham Əliyev- Putin dövrü...

Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş politoloq Oktay Qasımov bildirdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə ən çətin dövr 1992-1997-ci illəri əhatə edir: “Bu 5 illik dövrün bir ili Əbülfəz Elçibəyin hakimiyyəti zamanına, 4 ili Heydər Əliyevin hakimiyyəti zamanına təsadüf edir. O zamanlarda Rusiyanın prezidenti Boris Yeltsin idi. Həmin dövrdə baxmayaraq ki, SSRİ dağılmışdı, Rusiya formal olaraq keçmiş müttəfiq respublikaların müstəqilliyini qəbul etmişdi, amma bütün hallarda onların müstəqil inkişaflarına və müstəqil siyasət yürütmək istəklərinə qarşı təzyiqlər edilirdi. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə milli demokratik qüvvələrin və milli azadlıq hərəkatının təmsilçisi kimi iqtidarda olan qüvvələr Rusiyanın Azərbaycandakı maraqlarını başa düşür və bu maraqları nəzərə alırdılar. Təəssüf ki, bunun adekvat qarşılığını görmürdük. Azərbaycan torpaqlarının işğalında Rusiyanın diviziyalarının, o cümlədən Xocalı qətliamının törədilməsində Rusiyanın 366-cı alayının iştirakı faktları var. Yəni Rusiya hərbçilərinin birinci Qarabağ müharibəsində birbaşa iştirakı etməsi ilə bağlı məlumatlar dəfələrlə təsdiqini tapıb.

Rusiya-Azərbaycan arasında o zaman ziddiyyətlərdən biri Rusiyanın sülhməramlı adlı hərbi qüvvələrini Qarabağda və Azərbaycan-Ermənistan sərhədlərində yerləşdirilməsi tələblərini irəli sürməsi ilə bağlı idi. Bundan başqa, Moskva istəyirdi ki, Rusiyanın Gəncədəki diviziyasına hərbi baza statusu verilsin. Rusiyanın tələbləri arasında Azərbaycan-İran sərhədlərinin, o cümlədən Azərbaycanla Türkiyə arasında Naxçıvandakı 11 kilometrlik sərhədə nəzarətin Rusiyaya verilməsi də var idi. Bütün bu tələblər Azərbaycan tərəfindən qəbuledilməz idi. Əbülfəz Elçibəy hakimiyyətinin Rusiya ilə münasibətlərində əsas ziddiyyətli məqamlar bunlardan ibarət idi. Eyni tələbləri Rusiya Heydər Əliyevin hakimiyyətinin ilk illərində də Azərbaycana qarşı irəli sürürdü. Lakin Azərbaycan tərəfi o zaman da bu tələbləri qəbul etmədi".

O.Qasımov xatırlatdı ki, bütün bunlara baxmayaraq, Əbülfəz Elçibəyin ilk rəsmi dövlət səfəri Rusiyaya olub: “1992-ci ilin oktyabrında prezident Elçibəyin Moskva səfərində iki ölkə arasında tərəfdaşlıq, əməkdaşlıq və dostluq haqqında müqavilə imzalanıb. Amma təəssüf ki, belə bir sənəd imzalanmasına baxmayaraq, Rusiya imza atdığı həmin sənədə heç də lazımi səviyyədə hörmət göstərməyib və Elçibəy hakimiyyətinin devrilməsində, Surət Hüseynov qiyamının arxasında da Moskva dayanmışdı. Demək istəyirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiyanın Azərbaycana və digər postsovet ölkələrinə yönəlik konkret siyasəti var. Heydər Əliyevin hakimiyyətinin ilk illərində də Moskvanın məlum siyasəti davam edib. 1994-cü ildə məhz Rusiya tərəfindən Azərbaycan həm dənizdən, həm qurudan iqtisadi blokadaya alınmışdı, Ermənistana isə hər cür dəstək verilirdi. Bu da Azərbaycan-Rusiya münasibətlərini xeyli gərginləşdirmişdi. Hətta Heydər Əliyevi də devirmək cəhdi edilmişdi. Moskva ”Əsrin müqaviləsi"nin imzalanmasına, Bakı-Tiflis-Ceyhan neft kəmərinin reallaşmasına mane olmağa çalışırdı. Soyuq münasibətlər 1997-ci ildə Heydər Əliyevin Moskva səfərinə qədər davam etdi. 1997-ci ildə Heydər Əliyevin səfəri ilə Azərbaycanla Rusiya arasında münasibətlər müəyyən qədər yumşaldı. 1992-ci ildə imzalanmış müqavilənin analoqu olan yeni bir müqavilə imzalandı. Bununla da münasibətlər düzəlməyə başladı".

O.Qasımov qeyd etdi ki, 1999-cu ildə Vladimir Putin əvvəlcə baş nazir, sonra prezidenti olandan sonra Azərbaycanla Rusiya arasında yeni bir mərhələ başlandı: “Bu mərhələ çox hamar olmasa da, hər halda, münasibətlər inkişaf edən xətt üzrə müsbət irəlilədi. İlham Əliyevin hakimiyyəti dövründə isə Rusiya-Azərbaycan münasibətlərində inkişafın yeni mərhələsi başlandı və inkişaf gəlib indiki səviyyəyə çatıb. Bu il fevralın 22-də müttəfiqlik münasibətləri ilə bağlı saziş imzalanıb. Azərbaycan hər zaman olduğu kimi, hazırda da atdığı imzalara sadiqdir və öz müttəfiqlik missiyasını həyata keçirir. Təəssüf ki, Rusiyanın bir sıra siyasətçiləri və informasiya məkanı tərəfindən bu müttəfiqlik münasibətləri sazişinə adekvat münasibət ortaya qoyulmadığı müşahidə edilməkdədir. Bütün hallarda Rusiya regionun böyük dövlətidir və Azərbaycan qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan Rusiya ilə MDB blokunda təmsil olunur. 44 günlük müharibədən sonra təklif olunan ”altılıq" formatında da Rusiya-Azərbaycan münasibətləri yeni bir mərhələni yaşayır. Azərbaycan cəmiyyəti Rusiya-Azərbaycan münasibətlərinin bərabərhüquqlu, bərabər tərəfdaşlıq meyarları əsasında inkişafında maraqlıdır".

YAP-çı deputat Elman Nəsirov bildirdi ki, Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr heç də hamar olmayıb: “Hər bir ölkənin xarici siyasət kursunda əsas prioritetlərdən biri yaxın qonşularla, xüsusən həmsərhəd dövlətlərlə əlaqələrin normal məcrada inkişaf etdirilməsidir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda etdiyi kardinal dəyişikliklərdən biri əvvəlki iqtidarların dövründə yol verilən kobud səhvlərin aradan qaldırılması, milli maraqlardan çıxış etməklə qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin yaxşılaşdırılması oldu. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə əvvəlki hakimiyyətlərin siyasi səbatsızlığı ucbatından rəsmi Bakı ilə Moskva arasında yaranan siyasi gərginliyi aradan qaldırdı və Rusiya ilə Azərbaycanın normal münasibətlərinin əsası qoyuldu. Sonrakı dövrdə iki dövlət arasında bərabərhüquqlu prinsiplər üzərində qurulan əlaqələr daha da möhkəmləndirildi. 1997-ci ildən isə Azərbaycan-Rusiya münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoydu. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya ilə Azərbaycan arasında 1997-ci il iyulun 3-də imzalanmış ”Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilədir. O zamandan Azərbaycan-Rusiya arasında bütün istiqamətlərdə əməkdaşlığı təmin edən yüzlərlə sənəd imzalanıb.

Cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonrakı illərdə isə Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ başlandı. Son illərin mənzərəsi göstərir ki, Rusiya ölkəmizlə münasibətlərin daha da genişlənməsində maraqlıdır. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan da Rusiya ilə münasibətlərə önəm verir. Xarici siyasətdə Heydər Əliyev tərəfindən qoyulmuş və milli maraqlara söykənən ənənələri böyük məharətlə davam etdirən Prezident İlham Əliyev Rusiya ilə əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə diqqət yetirir. Dövlət başçılarının qarşılıqlı səfərləri, təbii ki, ikitərəfli münasibətlərə təsirsiz ötüşməyib. Bu səfərlərin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərmir. İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir.

Hazırda Azərbaycanla Rusiya arasında münasibətlər keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Hər iki ölkə sabitliyə, konstruktivliyə, təkcə yaxın gələcəkdə deyil, həm də ən uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyl göstərirlər. Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında qarşılıqlı hörmət və dostluğa əsaslanan yaxşı münasibətlər də ölkələrimiz arasında münasibətlərə müsbət təsirini göstərir. Rusiyada da yaxşı bilirlər ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir və bu mənada şimal qonşumuz Azərbaycanın timsalında etibarlı tərəfdaş görür. Fevralın 22-də imzalanan müttəfiqlik münasibətləri haqqında saziş isə münasibətlərin hansı səviyyəyə gəlib çatdığının göstəricisidir".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru