"Sakit şəkildə, zaman yetişdikcə işimizi görməliyik" - ÇAĞIRIŞ
Tarix: 1-04-2022, 08:16 | Çap et
 Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri Xocalı rayonunun Pirlər kəndində növbəti təxribata cəhd ediblər. Sosial şəbəkədə yayılan video-görüntülərdən məlum olub ki, kəndə gətirilən ermənilərə hərbi forma və silahlar elə yerindəcə paylanılıb. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələr isə bu prosesi 200 metr kənarda sakitcə izləyiblər. Ekspertlərə görə, Qarabağda baş verənlərin əsas səbəbkarı ermənilərlə bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir.
Əgər 16 ay əvvəl imzalanan üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi, Qarabağ ərazisində erməni silahlılarının təxribatı ilə qarşılaşmazdıq. Bəzi siyasi şərhçilər hesab edirlər ki, Xocalının Pirlər kəndinə ermənilərin gətirilməsi və silahlandırılması görüntüləri anti-terror əməliyyatının keçirilməsinə əsas yaradacaq ən real kadrlardır. Separatçıların mövqeləri darmadağın olandan sonra ABŞ, Fransa və Rusiya sadəcə bəyanat verəcəklər və bu, heç nəyi dəyişməyəcək. Hətta prosesə müdaxilə imkanı olan rusların da indiki məqamda nəsə etmək imkanı azdır. Onların fikrincə, Fərrux əməliyyatı ən effektiv variantın bu olduğunu təsdiqlədi. Lakin erməni təxribatçılarının cəzasının başqa formada verilməsini doğru sayanlar da var. Onlara görə, haqlı ikən haqsız duruma düşmək, təhrikedici hərəkətlərə aldanmaq yolverilməzdir. diaaz.space-ın məlumatına görə, tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında bildirib ki, əvvəlcə çar imperiyası, sonra sovetlər, indi isə Rusiya daim öz məqsədləri naminə erməni faktorundan istifadə edib, onları himayəyə götürüblər. Ancaq tarixçi vurğulayıb ki, erməni separatizmi tabe olduqları mərkəzi hakimiyyət zəiflədiyi dövrlərdə aktivləşməyə başlayıb:
“1904-05-ci illərdə rus-yapon müharibəsində Rusiya məğlub oldu və imperiya ərazisində inqilabi hərəkat başladı. Ermənilər bunu fürsət bilərək ayaqlandılar, azərbaycanlılara qarşı qətliamlara əl atdılar. 1917-ci ildə çarın devrilməsindən, bolşeviklərin hakimiyyətə gəlməsindən sonra yaranmış qarışıqlıqdan yararlanan erməni quldurları yenə də azərbaycanlılara qənim kəsildilər. Nəticədə 1918-ci ildə mart soyqırımı baş verdi. 1988-1990-cı illərdə SSRİ çökərkən yenə də erməni cinayətləri geniş vüsət almağa başladı. Ərazilərimiz işğal olundu. İndi də ermənilər dünyada və qonşuluqda baş verən proseslərdən “ruhlanaraq”, faydalanmağa cəhd göstərirlər. Ancaq hazırkı vəziyyət tamam fərqlidir. Ermənilərin qarşısında güclü orduya sahib Azərbaycan var.
Şübhə yox ki, düşmənin bütün təxribatlarına ən sərt şəkildə cavab veriləcək və qarşısı alınacaq. O baxımdan separatçıların fəallaşmasını ciddi təhlükə görmürəm, narahat olmağa dəyməz.
Erməni xisləti elədir ki, onlar uzun illərin təbliğatından xilas ola bilmirlər. Əsassız iddiaları, təxribatları hər zaman öz başlarında çatlasa da, yenə məkirli niyyətlərindən əl çəkmək istəmirlər. Təxribatlara Qərb ölkələrindən də dəstək verildiyini istisna etmirəm”.
M.Zülfüqarlıya görə, Rusiya amilini hər zaman nəzərə almalı, ehtiyatlı davranmalıyıq:
“Ruslarla bağlanan sazişlərin heç birinə Moskva əməl etməyib. Bütün dünyanın Rusiyaya qarşı olduğu bir zamanda Moskvanı qıcıqlandırmaq dövlətimizin mənafelərinə fayda verməz. Sakit şəkildə, zaman yetişdikcə işimizi görməliyik. Fərrux kəndini və yüksəkliyini düşünülmüş siyasət nəticəsində nəzarətimizə aldıq. Vaxtında etdiyimiz üçün heç kim etiraz edə bilmədi. Məncə, radikal addımlar atmağa ehtiyac yoxdur.
Əlbəttə, Rusiyanın bizə qarşı yanaşmasını, həyata keçirdiyi siyasəti də diqqətdən kənar qoymuruq. Moskva 10 noyabr sazişinin bəndlərinə əməl etməkdən boyun qaçırır. Qarabağdakı erməni silahlılarını torpaqlarımızdan çıxartmaq əvəzinə separatçıları silahlandırır. Bunun fərqindəyik, amma mübarizəmizi elə aparmalıyıq ki, son nəticədə regionda təklənməyək. Dünyada erməni separatizminə dəstək verən Fransa kimi Qərb ölkələri də mövcuddur. Bəziləri deyirlər ki, “niyə ordu yeritmirik?”.
Separatçıları bir günə məhv etməyə qadir ordumuz var. Ancaq önəmli nüansları nəzərə alaraq addımlarımızı tədricən atırıq. Ölkə rəhbərliyi nəyin nə zaman edilməsini çox gözəl bilir”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
|