Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

"Ona hakimiyyətini qorumaq üçün güc işlətməli olduğunu desəm də, sözümə məhəl qoymadı" - Partiya sədri
Tarix: 30-03-2022, 08:05 | Çap et
"Ona hakimiyyətini qorumaq üçün güc işlətməli olduğunu desəm də, sözümə məhəl qoymadı"
Martın 27-də vəfat etmiş, sovet Azərbaycanın sonuncu kommunist rəhbəri, müstəqil Azərbaycanın ilk prezidenti 84 yaşlı Ayaz Mütəllibov Birinci Fəxri Xiyabanda dəfn olundu. O, Azərbaycanın müstəqilliyinin ilk illərində, 1991-1992-ci illərdə əvvəlcə parlament tərəfindən, sonra ümumxalq seçkiləri vasitəsilə prezident seçilmişdi. Xocalı faciəsindən bir neçə gün sonra istefa vermişdi.

Ayaz Mütəllibovla işləmiş və ya onun hakimiyyətdə olduğu dövrü yaxından izləmiş siyasətçilər Mütəllibovun qısa çəkmiş prezidentlik müddətini Azərbaycanın çətin dövrü kimi xarakterizə edirlər. Əksəriyyət Mütəllibovu Xocalı faciəsinin qarşısını ala bilməməkdə, lazımi addımlar atmamaqda, fəaliyyətsizlikdə ittiham edirlər. Ancaq bəziləri hesab edirlər ki, Ayaz Mütəllibov xalq hərəkatını boğmayıb. Əksinə, onu tənqid edənlərlə işləməyə çalışıb, onun vaxtında müstəqil televiziya yaranıb və s. Məlumat üçün deyək ki, Ayaz Mütəllibov 1938-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda başlayıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi vəzifəsinə qədər irəliləyib. 1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın ilk prezidenti seçilib. 1992-cı il martın 6-da istefa verib. diaaz.space-ın məlumatına görə, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə “Şərq”ə açıqlamasında bildirib ki, Ayaz Mütəllibov Azərbaycan tarixində demokratik ruhlu, savadlı bir siyasətçi kimi qalacaq. 1990-cı illərin əvvəllərində Ali Sovetin deputatı və Respublika Müdafiə Şurasının üzvü olmuş Araz Əlizadə bildirib ki, həmin vaxt o, Mütəllibova qanuni yollarla öz hakimiyyətini qoruyub güc işlətməli olduğunu desə də, keçmiş prezident onun sözlərinə məhəl qoymayıb:

“O, xalqa lazımlı adam idi. Əfsuslar olsun ki, qaragüruh onu devirdi”. A.Əlizadənin sözlərinə görə, Mütəllibovun tam imkanı vardı ki, güc yoluyla onun istefasını istəyənləri ram eləsin, amma bunu eləmədi: “O dedi ki, mən hakimiyyətə görə bir nəfərin də burnunun qanamasını istəmirəm. Bu cür hakimiyyət mənə lazım deyil və hakimiyyətdən getdi. Uzun müddət qürbətdə yaşadı, ürəyi Vətən həsrəti ilə döyündü. Həsrət illərindən sonra Azərbaycana qayıtmaq nəsib oldu. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Onu da gördü”. A.Əlizadə Mütəllibovun Birinci Fəxri Xiyabanda dəfn olunmasını da müsbət qərar adlandırıb.

Tanınmış jurnalist Xəqani Səfəroğlu isə feysbuk səhifəsində sabiq prezident Ayaz Mütəllibov haqqında bunları yazıb: “Ayaz Mütəllibovdan 3-4 dəfə müsahibə almışdım. Uzaq Moskvada yaşayanda, yaxında, Bakıda olanda. Sonuncu müsahibə isə qismət olmadı. Əvvəl pandemiya imkan vermədi, sonra eks-prezidentin səhhəti. Sualları göndərməyi xahiş etmişdi. Göndərmişdim. Amma cavabı olmadı.

Suallarım isə çox idi. Cavabsız qaldı. Qanlı və ağır ildə, 1990-cı ildə Azərbaycana rəhbər təyin olunan Ayaz Mütəllibov məktəbli yaddaşımda şıq geyimi və parlaq sifəti ilə qalmışdı. Vəzirov qaçandan sonra gələn yeni başçı sovet ordusunun qırğınından qapqara qaralmış, güllələnmiş, işləməkdən imtina edən azərbaycanlılara “həyat davam edir” şüarı ilə təsəlli verməyə çalışırdı.

Həyat isə tam dəyişmişdi. SSRİ-nin suqutu başlanmışdı. O isə sanki bunu görmür, qəbul etmək istəmirdi. Müstəqillik uğrunda başlanmış mübarizə Ayaz Mütəllibov üçün anlaşılmaz idi. O, Qarabağ uğrunda gedən etiraz hərəkatının nə üçün azadlıq mücadiləsinə keçməsini anlaya bilmirdi.

Qorbaçova xitabən “Qarabağ həll olunmasa nəticəsi pis olacaq” desə də dünyanın altıda birini tutan dövlətin karton ayaqlı nəhəng kimi yıxılacağını heç cür təsəvvür edə bilmirdi. A.Mütəllibov təsərrüfatçı partiya elitasının nümayəndəsiydi. Siyasi qərarlar qəbul etmək onun üçün həddən artıq ağır məsələ idi. Kuluarlarda siyasi intiraqlardan bəlkə də baş çıxara bilirdi, amma publik və siyasi rıçaqların açıq meydanında bu alınmırdı”.

X.Səfəroğlu vurğulayıb ki, Ayaz Mütəllibov Moskvanın bu davanın qarşısını ala biləcəyinə sona qədər inanan adam oldu:

“Ona görə Azərbaycanda Milli ordu qurulmasının əleyhinə idi. Radikal, SSRİ-nin, Rusiyanın xoşuna gəlməyəcək siyasi demarşlardan qorxurdu. ABŞ dövlət katibi Ceyms Beyker 1992-ci ilin fevralında Bakıya gələndə onu qarşılamaq üçün hava limanına belə getmək istəməmişdi.

Vəfa Quluzadənin ciddi israrlarından sonra gedib onu qarşılamışdı. Ayaz Mütəllibova SSRİ-nin demokratik hərəkatının yetişdirdyi ciddi müxalifət miras qalmışdı. O, həmin qüvvələrlə necə davranacağını bilmirdi. Gah AXC lideri Elçibəyi döydürürdü, gah müxalifəti hədələyirdi, gah da birgə işləməyə çağırırdı.

Amma bu nəhəng protest elektoratının nə üçün yarandığını və günü-gündən gücləndiyinin siyasi kodlarını görmürdü, ya da görmək istəmirdi. 2011-ci ildə həmişəlik vətənə qayıtmağa icazə veriləndə Ayaz Mütəllibov sakit və gözə çarpmadan yaşamağa üstünlük verdi. Qayıtdığı ölkədə tam yeni insanlar yaşayırdı.

Onlar ötən tarixi pis xatırlayır, şahidi olanlar bunu yada salmamağa çalışırdılar. O, hərdən şəhərə, bulvara çıxır, şəhər sakinlərinin dinməz baxışları altında tam dəyişmiş, yeni forma almış Bakını seyr edirdi. Sabiq prezidentin dövranı bitmişdi, indi o, yalnız xatirələri ilə baş-başa qalmışdı”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru