Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi” - HƏQİQƏTƏN DƏ...
Tarix: 15-03-2022, 09:02 | Çap et
“44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi”
Rusiyanın Ukraynaya hücumu Azərbaycan cəmiyyətində mənfi qarşılanıb. Ölkə əhalisinin böyük əksəriyyəti Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir. Azərbaycan dövləti də Ukraynanın ərazi bütövlüyü prinsipinə sadiq qalaraq, müharibə şəraitində yaşayan ölkəyə ardıcıl humanitar yardımlar göndərir.

Paralel olaraq Azərbaycan Rusiyaya qarşı hər hansı diplomatik və qonşuluq münasibətlərindən kənar münasibət göstərmir. Dövlətimiz 22 fevralda Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə də sadiqdir.

Bütün bunların fonunda sosial şəbəkələrdə yayılan məlumat Azərbaycanda narahatlıq və qəzəblə qarşılanıb. Məlumatdan aydın olur ki, Rusiyanın Azərbaycandakı səfirliyinin İnstagram hesabında guya Lənkəran rayonundan olan bir qrup soydaşımızın səfirliyə gül göndərdiklərinə dair paylaşım edilib. Guya Lənkəran sakinləri bununla Ukraynada öldürülən işğalçı ordunun hərbçilərinin xatirəsini yad ediblər. Üstəlik də həmin hərbçilərin fotosu olan xatirə lövhəsi hazırlayaraq, onu səfirliyə təqdim ediblər.

Paylaşım sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Azərbaycan vətəndaşları hesab edirlər ki, bu, Azərbaycana qarşı açıq şantaj və təhdiddir. Demək istəyirlər, cənub bölgəsində separatizm ocağını qalaya bilərik. “Talış Muğan Respublikası” təxribatı yaddaşlardan hələ silinməyib. Rusiyanın Azərbaycanı bölmək, parçalamaq siyasətinin ən qaynar vaxtlarına təsadüf edən “TMR” ideyası Azərbaycan xalqının qətiyyətli hərəkəti ilə tarixin zibilliyinə atıldı.

Hesab olunur ki, Azərbaycan ictimaiyyətindəki anti-Rusiya havasına qarşı bu cür təxribat xarakterli mesaj verilməsi, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıyır. Azərbaycan dövlətinin cavabı nə ola bilər? Ümumiyyətlə, Azərbaycan ərazisində yenidən milli separatizm üzərindən oyunlar qurulması mümkündürmü? diaaz.space xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın “Yeni Müsavat”a dediyinə görə, Rusiyada “Talış Mədəniyyət Mərkəzi” adlı separatizmi təbliğ edən qurumun fəaliyyəti həmişə dəstəklənir: “Bu qurumun rəhbərini hətta Rusiyanın mədəniyyət naziri qəbul etmişdi. Əsas məqsəd Azərbaycanda, yaxud Rusiyada talış mədəniyyətinin təbliğ olunması deyil, separatçılığın əsaslarını yaratmaq idi. Bu, hələ Fəxrəddin Abbaszadənin həbsindən əvvəl olmuşdu. İndi də bu paylaşıma gəlincə, ola bilsin ki, Rusiyada fəaliyyətini hələ də davam etdirən Talış Mədəniyyət Mərkəzində olan şəxslərin işidir bu. Rusiya tərəfi də fürsəti qaçırmayıb, Lənkəranı xüsusi vurğulamaqla məsələni ictimailəşdirib. Burada həm də məqsəd Azərbaycanın Ukrayna məsələsində Rusiyanın yanında olduğu görüntüsünü yaratmaqdır. Sanki Azərbaycan Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətini dəstəkləyir. Amma əmin ola bilərsiniz ki, Ukraynada prosesləri dərindən izləyən, analiz edən siyasətçilər kifayət qədərdir. Onlar səfirliyin paylaşımının da, paylaşımda Lənkəranın adının qabardılmasının da məqsədini yaxşı bilirlər. Bu baxımdan, bu məsələnin Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərə hansısa təsirinin olacağı real deyil”.

İ.İsmayıl bildirir ki, Azərbaycanla Rusiya arasında fevralın 22-də imzalanan bəyannamədə hər iki ölkədə bir-birinə qarşı ayrı-ayrı şəxslərin, həmçinin təşkilatların fəaliyyətinə imkan verilməyəcəyi qeyd olunub: “Çox təəssüf ki, Rusiyada Talış Mədəniyyət Mərkəzinin fəaliyyəti nəinki dayandırılmayıb, hətta bu paylaşımla Rusiya Azərbaycan daxilində separatizmi dəstəklədiyini ortaya qoyur. Bunu Azərbaycan dövlətinə separatizmi alovlandıracağına dair xəbərdarlıq kimi qiymətləndirmirəm, çünki hazırda Rusiya elə aqressivləşib ki, bunu müxtəlif qurumlar vasitəsilə adi telefonla da çatdıra bilər. Təcrübədə belə şeylər olub. Sadəcə, Rusiya hazırda məğlub durumdadır, özünün haradasa dəstəkləndiyini nümayiş etdirməyə ehtiyac duyur”.

Ekspertin fikrincə, hətta Rusiya istəsə belə, Azərbaycanda bundan sonra milli separatizmi gücləndirə bilməz: “44 günlük Vətən müharibəsində Ermənistan üzərindəki qələbə ilə bu məsələ birdəfəlik qapanıb”.

Lənkəran rayonunun tanınmış ziyalısı, ictimai fəal İltifat Rəhimzadə hesab edir ki, hazırda Lənkəranda yaşayan insanların Ukraynada öldürülən Rusiya hərbçilərini tanıması, fotolarına malik olması mümkün deyil: “Rusiyada, xüsusilə Sibir ərazisində çoxsaylı talışlar yaşayırlar. Onların bir çoxu sahibkarlıqla məşğul olur. Bəzi talışlar Rusiyadakı Talış Mədəniyyət Mərkəzinin təsiri altındadırlar. Bu mərkəz öz fəaliyyətini talış mədəniyyətinin, dilinin, ədəbiyyatının təbliği adı altında pərdələməyə çalışsa da, məqsəd başqadır. Bəzi talışlar da həmin mərkəzin təsir dairəsindədir. Onlar Rusiya ilə bağlanan müqavilədən sonra bu ölkədə özlərinə daha yaxşı imkanlar təmin etməyə çalışırlar. Bu baxımdan, ola bilsin ki, buradakı yaxınları vasitəsilə Rusiya səfirliyinə gül göndərsinlər. Bu, sırf onların şəxsi maraqlarından irəli gələn addım olmaqla, talış xalqının iradəsini ifadə etmir. Talışlar separatçılara cavabı Vətən müharibəsində veriblər. Onlar bu dövləti öz dövlətləri sayırlar, onun ərazi bütövlüyü uğrunda canlarından keçirlər. Talış oğulları Azərbaycan dövlətinə düşmən olan ermənilərlə savaşda böyuk hünər göstəriblər və Azərbaycan xalqı da öz övladlarının bu qəhrəmanlığını ən yüksək səviyyədə qiymətləndirib. Üç-beş nəfərin hərəkətlərini talışların adına yazmaq olmaz. Necə deyərlər, meşə çaqqalsız olmaz, hər millətdə nankorlar olur”.

İ.Rəhimzadənin sözlərinə görə, talışlar bütün Azərbaycan xalqı kimi Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir: “Biz Rusiyanın Ukraynaya hücumunu faşistlərin SSRİ-yə hücumu kimi qiymətləndiririk. Talışların bu məsələdə mövqeyi bütün Azərbaycan xalqının mövqeyindən fərqlənmir. Ukrayna xalqının azadlıq sevgisini, mübarizəsini dəstəkləyirik, Rusiya faşizminin tezliklə durdurulmasını arzulayırıq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru