Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Deputatlarda "PUA və tank" olduğunu deyən Elman Nəsirov: - ”Ölməyimizi arzu edənlər var”
Tarix: 28-02-2022, 16:09 | Çap et
Deputatlarda "PUA və tank" olduğunu deyən Elman Nəsirov:
“Hesab edirəm ki, bu günlər Avropa qitəsində çox ciddi siyasi proseslər baş verməkdədir. Bunun səbəbi Rusiya ilə Ukrayna arasında başlanmış müharibədir. Müharibə öz əhatə dairəsini getdikcə genişləndirməkdədir. Bu, 3-cü Dünya müharibəsi hesab edilməsə də, əslində iqtisadi, siyasi sferada, diplomatik – informasiya cəbhəsində artıq bu müharibə başlayıb”. DİA.AZ xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin üzvü, deputat Elman Nəsirov hazırda Rusiya ilə Ukrayna müharibəsinin gedişatını şərh edərkən deyib.

Onun sözlərinə görə, sözügedən prosesə birbaşa hərbi olmasa da, digər vasitələrlə dünyanın mütləq əksəriyyəti cəlb edilməkdədir:

“Kimi humanitar, kimi hərbi yardım edir, kimi iqtisadi sahədə sanksiyalar tətbiq edir. İlk dəfədir ki, 2-ci Dünya müharibəsindən sonra dünya bu qədər qlobal müharibəyə sürüklənməkdədir. Hesab edirəm ki, Rusiya və Ukrayna kimi iki slavyan xalqı arasında baş vermiş hadisəyə görə bütün iştirakçı və maraqlı tərəflər məsuliyyət daşıyırlar. Burada Rusiyanın, Ukraynanın, Qərb dövlətlərinin, ABŞ-ın və NATO-nun üzərinə də çox böyük məsuliyyət düşür. Hadisələrin qarşısını almaq prinsip etibarilə mümkün idi. Qarşılıqlı güzəşt və kompromis yolunu seçib, diplomatik yolla müharibəni dayandırmaq olardı. Görünür ki, xüsusilə Qərb siyasi dairələri heç bunda maraqlı olmayıblar. Hətta ABŞ Prezident səviyyəsində dəfələrlə müharibənin baş verə biləcəyi tarixi də göstərmişdi. Proqnozlar özünü doğrultdu və müharibə başlandı. İndi isə Rusiyaya qarşı sanksya təqdim edilməkdədir. Rusiya dünya iqtisadiyyatında 6-cı yerdədir. Rusiya iqtisadiyyatının müflis olması dünya iqtisadiyyatı üçün də bumeranq effekti yaradır. Belə olan vəziyyətdə bütün dünya uduzacaq”.

Deputat bildirib ki, Rusiyanın üzərindən hava uçuşları dayandırılır, ancaq Rusiyanın ərazisi Avropadan Asiyayadək uzanır. Nəticə etibarilə Rusiya da başqa ölkələrə hava yollarını bağlayanda vəziyyət qəlizləşəcək:

“Mənə elə gəlir ki, gec də olsa, diplomatik tənzimləmə üsulları, çıxış yolları var. Bundan sonrakı fəlakətlərin qarşısını almaq üçün addımlar atılmalıdır. Çünki Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə silahının döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı əmr verdi. Bu, çox ciddi siqnaldır. Ancaq ümid var ki, danışıqlar yolu ilə vəziyyətdən çıxılsın. Burada bir tərəf birmənalı qalib ola bilməz. Qarşılıqlı şəkildə elə etmək lazımdır ki, dünya fəlakətdən qurtara bilsin”.

Azərbaycanın da bu məsələdə öz mövqeyinin olduğuna diqqət çəkən deputat bildirib ki, beynəlxalq normalar və prinsiplər çərçivəsində mürəkkəb problemin həllinin tərəfdarıyıq.

Elman Nəsirov sosial şəbəkələrdə ukraynalı deputat Segey Qluşenkonun Xarkov uğrunda gedən döyüşlərdə həlak olması və onun azərbaycanlı deputatlarla müqayisə edilməsinə də öz münasibətini bildirib:

“O fikri sosial şəbəkədə söyləyənlər bir az səmimi olsunlar. Açıq etiraf etsinlər ki, şər qüvvələrin daşıyıcılarıdıır və Azərbaycan deputatlarının ölməsini arzu edənlər var. Buna başqa ad vermək olmaz. Mən şəxsən millət vəkili olaraq bu gün informasiya cəbhəsinin əsgəriyəm. Hazırda 3-cü Dünya müharibəsi yoxdur, amma kim deyə bilər ki, informasiya cəbhəsində bu müharibə baş verməyib? İstənilən ön cəbhədə qələbənin əldə edilməsində informasiya cəbhəsində qazanılan qələbə böyük fundament rolunu oynayır. Biz deputatlar bu gün informasiya cəbhəsində döyüşürük, vuruşuruq. Bu informasiya cəbhəsinin "PUA-ları, tankları" var, zenit-raket kompleksləri var, çox ciddi müharibə gedir. Azərbaycanın yüz mindən çox döyüşçüsü olan ordusu var. Mən heç arzulamazdım ki, müharibə təcrübəsi olmayan insanların döyüşə getmək zərurəti yaransın. Bu, vəziyyətin çox ciddiliyinin əlaməti olardı. Ancaq lazım gələrsə, zərurət yaranarsa, döyüşərəm. Dediyim kimi, illərlədir informasiya cəbhəsində döyüşürəm. İnformasiya cəbhəsindən ön cəbhəyə keçmək mənimçün çox rahatdır. Mən onsuz da döyüşçüyəm”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru