Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Azərbaycanın Avrasiya İttifaqına qoşulması mümkündür - Azərbaycan Kommunist Partiyasının sədri BELƏ DEYİR
Tarix: 11-02-2022, 08:45 | Çap et
Azərbaycanın Avrasiya İttifaqına qoşulması mümkündür
Ölkə gündəmi gərginliyi ilə müşahidə olunan paradoksal proseslərə şahidlik edir. Azərbaycanın qərb sərhədlərində erməni işğalı nəticəsində üzləşdiyimiz gərgin vəziyyət, sülhməramlıların nəzarətində olan ərazilərimizdə erməni təxribatları, eləcə də “Laçın dəhlizi”ndən ölkəmizə gətirilən “naməlum obyektlər”in yaratdığı narahatlıq davam edir. Mövcud vəziyyət ölkədə həm də ictimai-siyasi dialoq mühitinin yaradılması zərurətini meydana çıxarır. Qarabağda istədiyimiz nəticənin əldə olunması istiqamətində hansı addımlar atılmaldır və “sülhməramlı siyasəti” Rusiyanın SSRİ-ni bərpa etmək planına daxildirmi? DİA.AZ xəbər verir ki, bu və digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov vəziyyətlə bağlı məsələyə fərqli aspektən yanaşıb.

- Rauf müəllim, AKP sədri olaraq Azərbaycanın Qarabağ ərazisindəki, sərhəddəki vəziyyəti və sülhməramlılarla bağlı durumu necə qiymətləndirərdiniz?

- Bu gün Azərbaycan ictimaiyyətini maraqlandıran əsas məsələ Qarabağ problemi və onun həlli yollarıdır. Erməni xisləti vəziyyəti gərgin olaraq saxlamağa yönəlsə də, əvvəl-axır problem öz həllini tapacaq. Bu gün Ermənistanda olan ağır ictimai-siyasi həyat, əhalinin ölkəni tərk etməsi, acınacaqlı iqtisadi durum erməni lobbisinin apardığı soyqırım siyasətinin nəticəsidir. Hesab edirəm ki, Azərbaycan ictimai-siyasi kəsimi mövcud məsələ ilə bağlı bir qədər səbrli olmalıdır. Azərbaycan hərb, diplomatiya tarixində ilk dəfə olaraq 44 günlük müharibədə dövlətimizin, xalqımızın nəyə qadir olduğunu göstərdi. Düşünürəm ki, Qarabağ probleminin tam həlli üçün xırda bir məsələ qalıb. “Biz tam qələbə əldə etmədik”- kimi çıxışlarla cəmiyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Bəzən bir çox siyasilər öz leksikonlarına uyğun olaraq sülhməramlıları işğalçı adlandırır və onların qələbəmizin tam olmasına imkan vermədiklərini deyirlər. Mən bu fikirlərin əksinə olaraq hesab edirəm ki, 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərblə bitən nəticəsindən sonra sülhməramlıların bölgəyə gəlməsinə ehtiyac var idi. Biz bu gün Minsk qrupunun digər həmsədrlərinin fəaliyyətinə baxsaq görərik ki, elə Fransadan, ABŞ-dan fərqli Rusiyanın Qarabağda sülhməramlı kimi iştirak eləməsi daha məqsədyönümlüdür. 44 günlük müharibədə də Rusiyanın məsələyə müdaxilə etməməsi, yaxud Putinin öz çıxışlarında “Azərbaycan öz haqqı olan torpaqları üçün mübarizə aparır” deməsi, həmin dövlətin Azərbaycana və Ermənistana olan münasibətinin təsdiqidir.

- Rusiya sülhməramlıları “Laçın dəhlizi”ndən istənilən casusu Qarabağa keçirir, erməni silahlıları ilə təmaslarda olur, Qarabağa erməni köçləri həyata keçirirsə, bundan necə narahat olmamaq olar?

- Rusiya sülhməramlıları ilə bağlı bu kimi fikirləri Azərbaycan ictimaiyyətinə yayımlayanlar var. Guya orada silahlıların və silahların Qarabağa keçirilməsi üçün şərait yaradırlar. Rusiya o silahlıları, silahları Qarabağa keçirib nəyə nail olmağa çalışır. Burada bir məntiq olmalıdır. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci ildə Rusiya Prezidenti bu məsələ ilə bağlı özünün mövqeyini nümayiş etdirib. Həmin üçtərəfli sazişdə Rusiya, Azərbaycan, Ermənistan atəşkəslə bağlı sənədə imza atıblar, indi rusların ora silahları daşıması, silahlılara yer verməsi məntiqli görünmür. Ona görə də belə fikirlərlə kütləni qıcıqlandırmaq, gərginləşdirmək, insanlarda bir narahatçılıq yaratmağa əsas yoxdur. Fransada prezidentliyə namizəd xanımın gəlib Qarabağda ermənilərlə görüşməsi qərb tərəfindən ortaya atılan təxribat xarakterli məsələdir. Biz hər bir məsələyə isti münasibət göstərib hay-küy qaldırırıq. Sülhməramlıların burada olması ilə bağlı müəyyən təxribatlar, onların missiyasına aid olmayan məsələlər var. Bu məsələlərə də səbirlə yanaşmalıyıq. Problemin əsas hissəsini həll edə bilmişik. Bu gün Şuşadan baxanda Xankəndini əlimizin içində görürük. Yəni istənilən vaxt oradan Xankəndini yerində otuzdurmaq mümkündür.

- Prezidentin özü də müsahibələrində sülhməramlıların iştirakı ilə Qarabağa gedən, oradan çıxan yüklü maşınlarla bağlı narahatlığını bildirib. Siz deyə bilərsinizmi ki, rus sülhməramlıları orada niyə rus icması yaradır? Yaxud, Fransa siyasətçisi sərhədi keçirsə, ona bu imkanı kim yaradır?

- Təbii ki, bunların hamısı narahatlıq doğurur. Orada rus pasportlarının paylanması, icma yaradılması fakta söykənən məsələ deyil. Rusiyanın Qarabağın erməni əhalisini Rusiya vətəndaşı etməsinə də bir ehtiyacı yoxdur. Məsələn, bu gün Azərbaycanda 200 min rus yaşayır. Bunlar Rusiya səfirliyinə müraciət edib Rusiya vətəndaşlığı ala bilirlər. Görün indi bir adam bu məsələyə münasibət bildirirmi? Hər bir başqa millətdən olan vətəndaşın hüququdur ki, yaşadığı dövlətdə hər hansı bir ölkənin səfirliyinə müraciət edib, vətəndaşlığını qəbul eləsin. Ola bilər ki, “Dağlıq Qarabağ”da kimsə Rusiya vətəndaşı olmaq üçün səfirliyə müraciət etsin. Bu, o anlama gəlmir ki, Rusiya “Dağlıq Qarabağ”ı işğal etmək istəyir və oranın əhalisini öz vətəndaşlarına çevirmək istəyir.

- Üçtərəfli sazişə əsasən rus sülhməramlıları erməni silahlılarını ərazidən çıxarmalıdır, sərhədlərimiz müəyyənləşməlidir. Sülh sazişi imzalanmaldır və sair. Bunlar niyə baş vermir?

- Üçtərəfli saziş imzalanıbsa, demək, sonrakı mərhələ sülhdür. Kommunikasiyalar, yollar açılmalı, dövlətlər arasında münasibətlər qurulmalıdır. Erməni tərəfi bu sənədə imza atsa da, gah beynəlxalq təşkilatların, gah güvəndiyi dövlətlərin əli ilə öz iddialarını həyasızcasına təkrar ön plana çəkir, Minsk qrupunun fəaliyyəti məsələsini ortaya qoyur, ABŞ Konqresi, Fransa senatı bu məsələyə başqa münasibət bəsləyir.

- Özünüzü iqtidaryönlü hesab edirsiniz, yoxsa müxalifət?

- AKP müxalifət partiyasıdır. Özümüzü iqtidar partiyası hesab etmirəm, bu fikirdə də deyiləm. Adından da məlumdur ki, Kommunst Partiyası kapitalizm düzənində heç vaxt iqtidar partiyası ola bilməz. Mən həmişə zarafatla deyirəm ki, kommunistlər 70 il işlədilər, indi məzuniyyətə çıxıblar, amma müddət bitəndən sonra yenidən hakimiyyətə qayıdacaqlar...

- AKP siyasi partiyalar arasında dialoqu, əməkdaşlığı necə dəyərləndirir?

- Təəssüflər olsun ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi müxalifəti müəyyən qütblərə bölmürlər. Azərbaycanda konstruktiv müxalifət, radikal müxalifət, yalandan özünü “ana müxalifət” adlandıranlar var. AKP də müxalifət partiyasıdır, amma nə radikal, nə iqtidaryönlü, nə da başqa bir yönlüdür. Biz Azərbaycanın milli maraqlarını ifadə edən məsələlərdə hakimiyyətlə bir yerdəyik. Bizim hakimiyyətin apardığı daxili siyasətə ciddi etirazlarımız var. Azərbaycan cəmiyyətinin sosializm quruluşunda yaşamasının tərəfdarıyıq.

Qeyd etməliyəm ki, son vaxtlar iqtidarla siyasi müxalifət partiyaları arasında dialoq, əməkdaşlıq, ümummilli məsələrdə birgə fikir ortaya qoyulur. Hesab edirəm ki, iqtidar-müxalifət dialoqu var və bunu 44 günlük müharibədə gördük. Ümummilli məsələlərdə bir mövqedən çıxış edə bilirik. Bu iki məqamı bir-birinə qarışdırmaq olmaz.

- SSRİ-nin bərpası mümkündürmü?

- Bu suala Putinin fikri ilə cavab vermək istəyirəm: SSRİ-nin dağılmasına təəssüflənməyən insanın qəlbi yoxdur, onun həmin formada bərpa olunmasını düşünənlərin isə ağlı yoxdur. SSRİ bir dönəm idi ki, 70 il hakimiyyətdə oldu. Mən düşünmürəm ki, SSRİ əvvəlki formasında yenidən bərpa olunsun. Ola bilər ki, keçmiş sovet respublikalarına aid olan dövlətlərdə hansısa iqtisadi, siyasi birlik yaransın. Bu, SSRİ-nin əvvəlki formada bərpası deyil. Dövlətlər öz müstəqilliklərini, istiqamətlərini müəyyənləşdiriblər. Bunları təzədən bir araya gətirib vahid dövlətin tərkib hissəsi etmək olduqca çətin və qəbul olunmayan məsələlərdir.

- Rusiya yeni ittifaq dövləti yaradır… Bu ittifaqa Azərbaycan da qoşula bilər?

- Bir gün öncə Lukaşenkonun Salovyovla olan müsahibəsinə baxdım. Sizin verdiyiniz sualı Salovyov da Lukaşenkoya verdi. Dedi ki, SSRİ-nin bərpası ilə əlaqədar belə bir fikir mövcuddur. Belarus Prezidenti də dedi ki, “Niyə də olmasın?”. Əgər bu gün Avropa İttifqı yaranırsa, iqtisadi, siyasi birliklər yaranırsa, nəyə görə keçmiş sovet respublikaları bir yerdə olmasın?! Məsələn, Avrasiya İttifaqı yaranıb, bir neçə keçmiş sovet respublikaları həmin İttifaqın üzvüdür. Mən dəfələrlə demişəm ki, əgər Azərbaycan xalqının maraqları tam təmin olunacaqsa, tam hüquqlu müstəqil dövlət kimi hansısa ittifaqda olması ona zərər verməz. Avrasiya İttifaqına qoşulması da mümkündür və burada Azərbaycan xalqının fikri nəzərə alınmalıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru