Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

Azərbaycan üçtərəfli bəyanatdan çıxmalıdır - ÇAĞIRIŞ
Tarix: 21-01-2022, 08:51 | Çap et
Azərbaycan üçtərəfli bəyanatdan çıxmalıdır
44 günlük müharibə regionun geosiyasi vəziyyətini yeni mərhələyə daşıdı. Cənubi Qafqazda baş aktor kimi gərginliyin önündə dayananlar sırasında daha çox Rusiyanın adı çəkilir. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, sərhədlərin müəyyənləşməsi, erməni silahlılarının ərazidən çıxarılması, Ermənistanın sülh müqaviləsinə imza atıb revanşist siyasətindən əl çəkməsi ilə bağlı üçtərəfli sazişə əsasən götürdüyü öhdəliklərin həlli uzandıqca, məsələlərin daha mürəkkəb məcraya yönəldiyi müşahidə olunur. DİA.AZ xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən ADP sədri Sərdar Cəlaloğlu maraqlı məqamlara toxunub.

- Sərdar müəllim, məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələri Qazaxıstandan çıxır. Rusiya KTMT adı altında Qazaxıstana ordu yeritməklə hansı prosesi önlədi və bu prosesin regiondakı Türk Dövlətləri Birliyinə təsiri nə oldu?

- Əvvəla, onu deyim ki, Rusiyanın Qazaxıstana daxil olması Türk Dövlətləri Təşkilatına qarşı bir addım idi. Eləcə də Nazarbayevin Qazaxıstanda apardığı ardıcıl siyasətə qarşı Rusiyanın əks, sərt davranış nümayiş etdirdi. İkincisi, bu, Ukrayna məsələsində Rusiyanın daha üstün mövqedə olmasını saxlayacaq bir hərəkət idi. Rus qoşunları Qazaxıstana girməklə bir daha bəşəri cinayət törətdilər, etiraz mitinqlərində dinc insanları gülləlləyib, öldürüb, həbs ediblər. Mənə elə gəlir ki, qazax xalqı Rusiyanı Qazaxıstanda törətdiyi cinayətlərə görə Beynəlxalq Məhkəməyə verməlidir.

Bununla yanaşı, düşünmürəm ki, rus qoşunları bu ölkədən tamamilə çıxarılıb. Belə təəssürat yaratmaq istəyirlər. Rusiya uzun müdət Qazaxıstanda siyasi proseslərə təsir etmək imkanlarını əlində saxlayacaq.

Eləcə də Qazaxıstan hadisələri indiki halda Türk Dövlətləri Təşkilatının fəaliyyətinə çox ciddi təsir edib. Tokayev rusyönümlüdür. Proseslərin inkişafından, gələcəyindən çox şey asılıdır. İndiki halda Qazaxıstan ciddi problemlərlə üzləşib, uzun müddət orada iqtisadi sabitlik davamlı olmayacaq. Bu gün bu proseslərin qazax xalqının milli şüurunun oyanmasına təsir göstərməsi faktı da önə çəkilir. Deyə bilərəm ki, bu xalqın milli şüuru çoxdan oyanıb. Sadəcə olaraq, qazaxlar bir qədər ətalətlidirlər, amma çeçenlərdən də qatıdırlar. Yəni ola bilər ki, hadisələrə gec reaksiya versinlər, amma cavabları həddən artıq kəskin olacaq. Hələ yaraları istidir, camaat ölülərini axtarır. QHT-lərin verdiyi məlumata görə, orada ölənlərin sayı 2 mindən artıqdır. Rəsmi məlumata görə, 250 nəfərdir, həbs olunanların böyük əksəriyyəti ağır yaralıdır. Yəni Qazaxıstanda açıq-aşkar qırğın həyata keçirilib.

- Rusiyanın Ukrayna ilə münasibətləri gərginləşib. Moskva öz diplomatlarını Ukraynadan çıxarır. Müharibə başlaya bilərmi?

- Rusiya Ukrayna ilə müharibəyə başlayacağı təqdirdə çox ciddi şəkildə uduzacaq. İnanmıram ki, Rusiya müharibə etsin. Bu prosesdə bütün sülhpərvər dövlətlər Ukraynaya dəstək olacaqlar. Ukrayna elə bir səddir ki, ruslar onu keçəcəyi təqdirdə, Fransa, Almaniya üçün təhlükə yarada bilər. Ona görə də bu müharibə Rusiya üçün asan olmayacaq.

- Sizcə, məhz belə bir ərəfədə Prezident İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyəti nədir?

- Bu səfər Qazaxıstan məsələlərinə görə Rusiyaya bir mesajdır. Eyni zamanda Ukraynanın 44 günlük müharibədə ölkəmizə verdiyi dəstəyə görə bir vəfa səfəridir. İndiki halda Ukrayna ən ağır vəziyyətini yaşayır və Azərbaycanın Ukrayna ilə belə sıx əlaqələr yaratması adi məsələ ola bilməz. Açığı, mən İlham Əliyevin indiki məqamda Ukraynaya səfərini çox yüksək qiymətləndirirəm. Verilən bəyanatları da düzgün hesab edirəm.

Azərbaycan Krımı tanımadı, Ukrayna ilə enerji müqavilələri imzaladı. Ukrayna-Moldova-Gürcüstan arasında GUAM-ın yenidən aktivləşdirilməsinin zəruri olduğunu qeyd etdi. Yəni orada verilən bəyanatlar Rusiyanın Ukrayna siyasətinin tam əleyhinədir. Bu səfər, elə bilirəm ki, Rusiyanın Qazaxıstana girməsinə İlham Əliyevin və Türkiyənin verdiyi cavab idi. Hə, dərhal sual yaranır: Rusiyanın bizə cavabı nə olacaq? Unutmayaq ki, Rusiya zatən Qarabağda apardığı oyunlarla Azərbaycana qarşı çoxdan əks çıxışlar edir. Rusiya indi də özünün sülhməramlıları ilə bizə qarşı düşmənçiliyini aparır.

- Sərdar müəllim, Brüssel Rusiyanın NATO-nun Şərqə genişlənməklə bağlı zəmanət istəməsinə münasibətini bildirərkən bəyan edib ki, NATO-nun qapısı açıq olacaq. Biz istəmirik ki, Rusiya Prezidenti Putin qapıçı olsun...

- Əgər Rusiya keçmiş SSRİ respublikalarından, Şərqi Avropa ölkələrindən belə bir zəmanət istəyəcəksə, ilk növbədə, özü digər ölkələrin təhlükəsizliyini pozmayacağına təminat verməlidir. Yoxsa ildə bir dəfə Qarabağı, Gürcüstan ərazisini işğal edəcəksə, Kırımı, başqa ölkələrin ərazisini işğal edəcəksə, ona necə təminat verilə bilər və o, necə özü üçün NATO-dan belə bir zəmanət istəyə bilər?!. Ona görə də heç kəs Rusiyaya zəmanət verməməlidir.

Rusiya bir şeyi başa düşməlidir ki, ya beynəlxalq hüquqa uyğun yaşamağı bacarmalıdır, ya da gec-tez Rusiya dövləti mövcud olmayacaq. Baxın, Putinin apardığı siyasət nəticəsində bütün xalqlar Rusiya ilə düşməndir. Xüsusən də türk xalqları. Qazaxıstana, Ukraynaya, Gürcüstana, Moldovaya müdaxilə edib, Pribaltikanı hədələyir, ordan Yaponiya, burdan Çinlə vəziyyəti gərgindir. Sən nəyə görə elə siyasət aparırsan ki, bütün xalqlar sənə nifrət eləsin. Ondansa beynəlxalq hüquqa uyğun siyasət apar və qoy hamı səninlə dost olsun.

Deməliyəm ki, Rusiyanın ziyalıları, demokratik insanlar, sabiq generalları və sair, Putinin siyasətini açıq şəkildə ziyanlı hesab edir, rus dövlətinin, xalqının maraqlarına xidmət etmədiyini deyirlər.

Son vaxtlar Rusiyada çox ciddi müxalifət hərəkatı meydana çıxıb və getdikcə güclənir. Bu sırada Novalnı və onun tərəfdarlarını qeyd edə bilərik. Məsələn, axırıncı seçkilərdə Rusiyanın əksər şəhər və kəndlərində Putinə olan etirazlar onu göstərdi ki, rus xalqı da yavaş-yavaş oyanır.

Digər tərəfdən, sizin sualınızda NATO-dan Rusiyaya verilən məlum mesajda deyilir ki, “qapı açıqdır”sa, Rusiya da gəlib ona üzv ola bilər. Eləcə də Putini bir “qapıçı” kimi dövlətlərin NATO-ya üzv olmasına maneə yaratmamağa çağırıblar. Axı, Ukrayna müstəqil dövlətdir və o, NATO-ya daxil olmaq istəyirsə, sən ona maneə ola bilməzsən. Axı sən yaxşı olsaydın bütün dövlətlər səndən qaçmazdı. Rusiya bu sualı özünə verməlidir ki, niyə bütün xalqlar Rusiyadan qaçıb Avropa xalqları ilə əməkdaşlıq etmək istəyirlər.

- Türkiyə-Ermənistan arasında danışıqlar başladı. Perspektivi necə görünür?

- Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var və torpaqların bir qismi hələ ki, suveren deyil. Türkiyəyə qarşı da soyqırım iddiası və ərazi iddiaları yer alır. Ermənistanın öz konstitusiyasından “soyqırımı” iddiasını çıxarması, ərazi iddilarından əl çəkməsi, sərhədlərin delimitasiya və demorkasiya prosesini uzatmaması, Zəngəzur dəhlizinin açılmasına maneə yaradılmaması və sair məsələlər danışıqların predmetidir. Bu gün Ermənistan düşmənçilik siyasəti yeritdiyi halda Türkiyə-Ermənistan münasibətləri normal inkişaf edə bilməz. Əgər Ermənistan Türkiyə ilə əlaqələr yaratmaq istəyirsə, kimsə də onu bu danışıqlara məcbur etməyəcək. Türkiyənin buna ehtiyacı yoxdur. Türkiyə Ermənistandan asılı deyil, Ermənistan Türkiyədən asılıdır. Ermənilər istəyir ki, Türkiyə ilə sərhədləri açsınlar və onların hesabına inkişaf eləsinlər. Ermənistan İstanbulun bir küçəsi boydadır. Elə Türkiyənin bir futbol komandasının büdcəsi Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Ona görə də Ermənistan qonşu dövlətlərlə normal əlaqələr qurmaq istəyirsə, özü də buna çalışmalı və revanşist iddialarından əl çəkməlidir. Əgər Rusiya kənara çəkilərsə, Ermənistanda sağlam qüvvələr mövqe ortaya qoyacaqsa əlbəttə ki, müsbət addımlar atılacaq. Əks halda nəticələri Ermənistan üçün üçün ağır olacaq. Yenə ermənilər uduzacaq.

- Yanvarın əvvəlindən sərhədlərin delimitasiyası, demarkasiyası ilə bağlı Ermənistanla Azərbaycan arasında birgə komissiya yaradılmalı idi. Amma gecikir. Belə olduğu halda Ermənistanı öz öhtəliklərini yerinə yetirməyə kim məcbur edəcək?

- Rusiya buna imkan vermir. Əgər sərhədlərin delimitasiyası, demorkasiyası tezliklə baş verərsə, o zaman rus sülhməramlıları Qarabağdan çıxmalı, Ermənistan sülh müqaviləsi imzalamalıdır. Ona görə də Rusiya imkan vermir ki, bu komissiya yaransın, toplantılar keçirilsin. Ordan da bəyanat verir ki, sərhədlərin müəyyənləşməsinin Qarabağa aidiyyatı yoxdur. Necə yəni aidiyyatı yoxdur?! Qarabağ Azərbaycan sərhədləri daxilində deyil?! Açıq şəkildə görünür ki, Rusiya Azərbaycanla-Ermənistanın münasibətlərin tənzimlənməsinə, sərhədlərinin müəyyənləşməsinə imkan vermir. Üçtərəfli bəyanata əsasən bu öhdəliklər kimisə məcbur etmədən yerinə yetirilməlidir. Əgər Rusiya və Ermənistan üçtərəfli bəyanatı yerinə yetirmirsə Azərbaycan o bəyanatdan çıxmalıdır. Biz sadəcə Rusiyanın vasitəçiliyindən imtina edə bilərik. Və imtina eləməliyik. Çünki Rusiya heç bir öhtəliyini yerinə yetirmir.

- Sərdar müəllim, Milli Məclisə boş qalan deputat yerlərinə seçkilər keçiriləcək. Siyasi partiyalar bu seçkidə necə iştirak edəcək, seçki məcəlləsində hansı dəyişikliklə ehtiyac var?

- Siyasi partiyalar bu seçkilərdə iştirak edəcəklər. Bizim partiya da bu məsələni müzakirə edib və qərar qəbul edilib. Şəxsən mən özüm o seçkilərdə iştirak etməyə meyilli deyiləm.

Konstitusiyada dəyişiklik edilməli və proporsional seçki sistemi yenidən bərpa edilməlidir. Yalnız o halda Azərbaycanda real siyasi güclər parlamentdə təmsil oluna bilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru