Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                 

"Rusiya Azərbaycanın ona verdiyi bu şansı qaçırtmamalıdır" - Partiya sədri
Tarix: 19-12-2020, 08:53 | Çap et
"Rusiya Azərbaycanın ona verdiyi bu şansı qaçırtmamalıdır"
Qarabağın işğaldan azad edilməsi prosesində yeni bir mərhələnin başlaması paralel olaraq Azərbaycan siyasi cameəsində də dəyişikliklərin əsasını qoydu. Siyasi partiyaların bu yeni mərhəldə sərgilədiyi mövqelərin mövcud vəziyyətə nə dərəcədə adekvat olması indi daha çox müzakirə mövzusudur.

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Ağ Partiyanın sədri Tural Abbaslı maraqlı nüanslara diqqət çəkib.

- Tural bəy, 44 günlük Vətən Müharibəsi ölkəmizin ictimai-siyasi gündəmini hansı anlamda dəyişə bildi və siyasi kursu hansı əsas istiqamətə yönəltdi?

- Təbii ki, 44 günlük müharibə Azərbaycanda yeni bir mərhələnin başlanğıcı oldu. İstənilən şəxs bunu istər müsbət, istər mənfi anlamda yoza bilər. Amma bütün hallarda artıq Azərbaycan 27 sentyabrdan əvvəlki Azərbaycan deyil. Dəyişmiş yeni Azərbaycandır. Bu dəyişiklik bütün sahələrə, xüsusilə də siyasi yanaşmalara, siyasi münasibətlərə təsirini göstərməkdə davam edəcək. 44 gündə gördük ki, biz siyasi arena olaraq bir araya gələ, ümumi maraqlar naminə bir mövqedən çıxış edə bilərik. Bizim bu birliyimiz nəyinki ictimai-siyasi sabitliyin bərpa olunması idi. Həm də hərbi uğurların əldə olunmasında açarlardan biri ola bildi. Şahidi olduq ki, daxildəki siyasi həmrəylik bizi beynəlxalq aləmdə, Amerika, Fransa, ATƏT, BMT-nin Təhlükəsizlik Şurası kimi qurumların, dövlətlərin təzyiqləri qarşısında güclü elədi. Birlik və əsgərlərimizin fədakarlığı sayəsində bugünkü nailiyyətləri əldə elədik. Siyasi səhnə olaraq 44 günlük müharibədən nəticə çıxartmalıyıq. Artıq əvvəlki kimi daha çox şəxsi siyasi ambissiyalar deyil, dövlət maraqları güdülməlidir. Bu məsələdə iqtidar da, müxalifət də eyni məsuliyyəti daşımalıdır. Çalışıb müharibə dövründə əldə etdiyimiz həmrəyliyi, bir araya gəlmək bacarığını qoruyub saxlamalıyıq, o qədər də önəmli görünməyən məsələlər üzərində ilişib qalmalıyıq. Milli birlik, milli barışıq əldə eləməliyik. Bu milli barışıq sayəsində artıq müharibədən sonrakı dönəmin də uğurla başa çatması üçün istifadə olunmalıdır.

Qeyd etdiyimiz kimi, Qarabağ müharibəsi Azərbaycanda yeni ictimai-siyasi dönəmin başlanğıcını və təməlini qoydu. Bundan sonra bu təməllər üzərində binanın necə qurulacağı bizdən asılıdır.

- Necə hesab edirsiz, siyasi partiyaların prosesə yanaşmasında əsas diqqət çəkən nüans nə oldu və bu təcrübə siyasi təşkilatların fəaliyyətində onlara hansı üstünlüyü qazandırdı?

- Əslində birləşmək, vahidləşmək barədə fikirləri hər bir partiya üzvü hər zaman səsləndirirdi. Heç kəs o məsələlərə sözdən artıq yanaşmırdı. Hər kəs bunun önəmini sözdən o tərəfə hiss eləmirdi. Amma müharibə dönəmində görüldü, bilindi ki, haqq-ədalət uğrunda dünyaya car çəkən, özünü demokratiyanın beşiyi adlandıran ölkələr belə, bu məsələdə Azərbaycanı yalnız qoydu. Təbii ki, biz siyasi partiyalar, siyasi dairələr də bundan özümüzə dərslər götürdük, nəticələr çıxartdıq. Bu təcrübə göstərdi ki, hətta lazım gələndə ümid bəslədiyin, nümunə kimi götürdüyün dövlətlər belə qərəzli mövqedən çıxış edə, səni meydanda təkləyə bilər. Bu təcrübədə o ifadə yerinə düşür ki, sənə səndən başqa dayaq olan yoxdur. Düzdür, biz burda Türkiyə, Pakistan kimi dövlətlərin dəstəyini inkar edə bilmərik. O dövlətlər bizi birmənalı şəkildə əvəzolunmaz qaydada dəstəklədi. Amma söhbət dünyaya yön verən böyük güclərdən gedir. 2-ci dünya müharibəsindən sonra qurulan dünya düzənində hegemon, ədalət çarçıları olan dövlətlər haqq-ədalətin yanında dayanmadı. Bu da bizim üçün əyani təcrübə oldu. Düşünürəm ki, o təcrübədən yararlanmaq lazımdır.

- Siyasi partiyalara o da aydın oldu ki, ona öz dölətindən başqa hansısa kənar qüvvə dayaq duran deyil.

- Ağ Partiya olaraq biz həmişə bu mövqedə olmuşuq. Elə partiyalar var idi ki, kənardan dəstəyin olacağını, proseslərin kənardan başlanılmasını məqbul hesab edirdilər. Amma onlar üçün də bir dərs oldu ki, hər kəsin öz maraqları var. Göründü ki, hansısa güclərin “ümummilli dəyərlər, beynəlxalq dəyərlər, beynəlxalq hüquq” deyilən ifadələri sözdən başqa bir şey deyilmiş. Çünki özlərini demokratiyanın beşiyi, insan haqlarının müdafiəçisi adlandıran ölkələr 1 milyon qaçqınımzın haqqını kənara qoyub, Şuşada dağılan hansısa kilsənin davasını elədilər. Bu, bizim kimi partiyaların mövqelərini möhkəmlətdi, kənardan dəstək axtaran partiyalara da bir dərs oldu.

Deyə bilərik ki, həmin partiyalar daxili proseslərdən də çox kənarda qalmadılar. Ona görə yox ki, onlar ümummilli maraqları öz siyasi ambissiyalarından öndə qoydular. Xeyr, mən buna inanmıram. Çox güman ki, ictimai təzyiqdən, ictimai qınaqdan çəkinən bəziləri prosesdə iştirak etdilər. Amma bununla belə tam iştirak etmədilər. Yəni biz ən ağır günümüzdə şəhidlərin, qazilərin gəldiyi, döyüşlərin getdiyi bir məqamda hansısa bəyanatda В«kiminsə adı çox hallanır, kimsə tərif edilmirВ» kimi xırda nüanslara fikir verməli deyilik. Bizim üçün siyasi prioritet Qarabağın qaytarılması idi. Bunun üçün istənilən digər siyasi ambissiyalarımızdan, hədəflərimizdən güzəşt eləməyə hazır idik, bu nümunəni də göstərdik. İndən sonra da belə olacaq. Yəni Azərbaycanın ərazi bütövlüyü bizim üçün qırmızı xətdir və bunun üçün heç bir siyasi maraq güdmürük. Buna görə bütün siyasi maraqlarımızdan keçməyə hazırıq. Amma bəziləri hələ də o baryeri aşa bilmirlər. Hələ də şəxsi ambissiyaları, şəxsi münasibətləri böyük amallar uğrunda aşıb keçə bilmirlər.

- Dövlət, torpaq bütövlüyü məsələsi iqtidarla-müxalifəti bir araya gətirdi. Nəzəra alsaq ki, hələ torpaqlar tam təmizlənməyib, ərazilərimizdə sülhməramlılar yerləşib və bu gün də hansısa dövlətlərdən Azərbaycana qarşı təzyiqlər var, o zaman siyasi ictimaiyyət hansı addımları atmalıdır və nəyə diqqət yetirilməlidir?

- Burada bir çox nüanslar var. Artıq müharibənin aktiv fazası bitdikdən sonra mübarizə başqa format alıb. Artıq iqtidarla müxalifətin üzərinə düşən rollar və funksiyalar fərqlidir. Müxalifət təbii ki, öz tənqidlərini, iradlarını, neqativ gördüyü nüansları işıqlandırmalıdır. Əks təqdirdə əldə olunan qələbəyə kölgə düşə, bu uğurlar heç də qalıcı olmaya bilər. Yəni müxalifət özünün obyektiv tənqidlərini, iradlarını davam etdirməlidir. Amma nəzərə almalıdır ki, biz müharibədən yeni çıxmışıq, hələ mübarizəmiz davam edir, bizi istəməyən qüvvələr var, təzyiqlər var. Ağ Partiyanın məsələlərə tənqidlə yanaşmasında məqsəd iqtidarı gözdən salmaq deyil. Tam əksinə, iqtidarın görmədiyi boşluqları göstərmək, bu prosesi bütöv şəkildə həll etməkdir. Mövcud boşluqları hansısa xarici güclərə rəvaclar vermədən doldurmaqdır. Bəzən iqtidar da görməli olduğu, atmalı olduğu addımları atmadığı üçün belə rəvaclar yarana bilər. Məsələn, qeyd etdiyimiz siyasi məhbuslar məsələsinin öz həllini tapması müsbət haldır və kənardan olan müdaxilələrin qarşısını aldı. Biz bu iradları bildiririk. Amma bu zaman kiməsə bəhanə verməmək, siyasi divident qazanmamaq üçün edirik. İqtidar da bu məsələyə eyni niyyətlə yanaşmalıdır. Öz iqtidarını, siyasi mövqeyini daha da möhkəmləndirmək üçün yox, dövlətin maraqlarının möhkəmlənməsi, daxili stabilliyin daha da möhkəmlənməsi, həmrəyliyin qorunması üçün addımlar atmalıdır. İqtidarı geri aparan kadrlardan imtina eləməlidir. Bu baxımdan iqtidar, müxalifət öz üzərinə düşən funksiyanı niyyətləri milət vətən olaraq icra eləsələr yaxşı olar. Milli birliyi qorumasaq hansı vəziyyətə apara biləcəyini də bilməliyik. Buna da heç kəsin haqqı yoxdur. Burda siyasi partiyalar xalqın marağını hər kəsdən, hər şeydən öndə tutmalıdır.

- Rusiya sülhməramlılarının regionda sərgilədiyi mövqe sülhün təminatı ilə bağlı ziddiyyədli məqamları ortaya çıxartdı. Belə bir ərəfədə Türkiyə sülhməramlılarının gəlişinin gecikməsi də ölkə ictimaiyyəti tərəfindən narahatlıqla izlənir. Sülhməramlılarla bağlı cərəyan edən mövcud vəziyyəti necə dəyərləndirərdiz?

- Müharibə başlayandan bu günə qədər Azərbaycan cəmiyyətində ilk narazılıq, nigarançılıq məhz Rusiya sülhməramlılarının gəlişi ilə bağlı oldu. Amma yenə də həm xalq olaraq regiondakı vəziyyəti, qonşularımızın aqressiyasını, siyasətini, gücünü nəzərə alaraq reallıqla barışmağa məcbur olduğumuzu etiraf elədik və yaranmış situasiyada çıxış yollarının aranmasının tərəfdarı olduq. Biz gözləmirdik ki, rus sülhməramlıları gələcək və Azərbaycanın maraqlarını birmənalı şəkildə müdafiə edəcək və yaxud da haqqın-ədalətin yanında olacaq. Hamımızın nigarançılığı o idi ki, rus sülhməramlıları gəlib burda yenə ermənilərin mövqeyini müdafiə edəcək, öz maraqlarını güdəcəklər. Çünki Rusiyanın maraqları bir çox hallarda Azərbaycan maraqları ilə üst-üstə düşmür. Biz təbii ki, bu nigarançılığımızı daim dilə gətirməliyik, diqqətdə saxlamalıyıq, Rusiya tərəfi, ictimaiyyəti Azərbaycan tərəfinin qətiyyətini bilməlidir. Mən düşünürəm ki, Rusiya bunu nəzərə alacaq, əks təqdirdə Azərbaycan o qoşunları öz ərazisindən çıxartmasını bilir. 1991-92-ci illərdə Azərbaycanda 150 min rus hərbi kontingenti var idi. Biz o qoşunaları Azərbaycandan çıxartmış xalqıq. Bu gün də 2000 civarında olan rus sülhməramlısını öz ərazilərimizdən çıxarda biləcək qüvəyə, qüdrətə malikik. Amma Rusiya da Azərbaycanın ona verdiyi bu şansı qaçırtmamalıdır. Nəhayət Rusiya özü barədə yaranmış aqressor, işğalçı, cığal obrazından çıxmaq üçün Qarabağdakı sülhməramlıların düz gün fəaliyyət göstərməsi onun üçün şansdır.

Türkiyə sülhməramlılarına gəlincə, Türkiyə zatən istər sülhməramlı, istərsə də ordu kimi həmişə biznən olub, indi də bizimlədir. Biz bir millət iki dövlətik və onların nümayəndələri burdadır. Artıq minatəmizləmə bölmələri gəliblər. Əslində, Türkiyə sülhməramlılarının gecikməyi Rusiya və Türkiyə arasındakı danışıqlardan da asılıdır. Çünki analizlər onu göstərir ki, Türkiyə bura yarımçıq şəkildə gəlmək istəmir. Türkiyə elə bir formada gəlmək istəyir ki, Azərbaycana dəstək verə bilsinlər. Azərbaycan iqtidarı da bunu başa düşür. Ona görə də Türkiyə sülhməramlılarının gecikməsindən narahat deyiləm. Bilirəm ki, gələcəklər və ən yaxşı formada da Azərbaycanın maraqlarını müdafiə edəcəklər. Onun tərəfdarıyam ki, Türkiyə sülhməramlıları kontingenti ən azı sayı 15 mindən çox olmalıdır. Birbaşa Qarabağ ətrafındakı rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin o 4 rayonda yerləşdirilməldidir. Uzunmüddətli və böyük kontingentlə gəlməli və Azərbaycan tərəfindən ona böyük imkanlar yaradılmalıdır. Türkiyə sülhməramlılarının bu formatda Azərbaycanda iştirakı, həm də Rusiya sülhməramlılarının destruktiv addımlarının qarşısını alacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Dünən, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Dünən, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru