Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                 

"Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam" - Partiya sədri
Tarix: 10-12-2020, 09:47 | Çap et
"Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam"
Dünyada və eləcə də ölkəmizdə koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Son günlərdə Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı 4 min və ondan çox, virusdan ölənlərin sayı isə ortalama 40 nəfər olur. Məlum məsələdir ki, virusa yoluxan xəstələrin demək olar ki, böyük əksəriyyəti evdə müalicə almağa üstünlük verir. Ümumilikdə isə artıq xəstəxanalarda da artıq yer tapmaq, lazımi tibbi yardım almaq müşkül məsələyə çevrilib.

Mövcud vəziyyəti nəzərə alaraq hökumət dekabrın 14-dən etibarən yenidən sərt karantin rejiminin, SMS-lə icazə qaydasının tətbiq edilməsi haqda qərar qəbul edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus (COVID-19) infeksiyası ilə bağlı əhaliyə müraciət edərək, hər kəsi özünü qorumağa, yalnız vacib olduğu halda evdən çölə çıxmağa çağırıb.

O da məlumdur ki, bir çox peşə sahibləri, həmçinin KİV-nin nümayəndələri, siyasətçilər, partiya sədrləri risk qrupundadırlar. Çünki daim ictimaiyyət arasında olur, insanlarla ünsiyyət saxlayır və sairə.

Bəs partiya liderləri özlərini koronavirusdan necə qoruyur? Kimlər özünü izolyasiya edib?

AXP sədri Pənah Hüseyn sorğumuza bu cür cavab verdi:

“Hazırda avtobusla iclasa gedirəm. Yəni mütəmadi olaraq ictimaiyyət arasındayam. Çalışıram ki, maksimum dərəcədə tibbi maska taxım, əllərimi yuyum, sosial məsafə saxlayım, karantin qaydalarına əməl edim. Hələlik ictimaiyyətdən təcrid vəziyyətində olmamışam”.

Pənah Hüseyn SMS icazənin yenidən tətbiq olunmasından da danışıb:

“Tətbiq edilən tədbirlərin koronavirus probleminə hansı dərəcədə təsir edib-etməyəcəyi barədə peşəkar mövqeyim yoxdur. Amma bir halda ki, qəbul olunur, deyilir ki, bu tədbirlər pandemiyanın artmasının qarşısını alacaq, düşünürəm ki, qaydalara əməl etmək lazımdı”r.

ADP sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, virusdan qorunmaq üçün daim qaydalara əməl etməyə çalışır: “Koronavirusla mübarizə dövlətin təhlükəsizliyi məsələsidir. Ona görə də bu məsələyə müharibəyə, təbii fəlakətlərə necə yanaşırıqsa, o cür yanaşmalı, ciddi baxmalıyıq. Təbii ki, koronavirusla bağlı dövlətin qəbul etdiyi qərarlardan əlavə hər bir vətəndaş bacardığı qədər özünü, başqalarını qorumağa çalışmalıdır.

Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam. Bacardığım qədər ictimai yerlərdən uzaq olmağa çalışıram. Həmçinin partiyanın iclaslarını videogörüntü ilə keçirmək qərarına gəlmişik".

Sərdar Cəlaloğlu da qeyd etdi ki, sərt karantin rejiminin yenidən tətbiq edilməsinin tərəfdarıdır:

“Hökumətin bu məsələdə qəbul etdiyi qərarları doğru hesab edirəm. Çünki bildiyiniz kimi, ölkədə son bir ayda koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır. Vəziyyət bu cür davam edərsə, ölkənin səhiyyə sistemi çökə bilər.

Ətrafımızda da xeyli sayda insan bu virusdan dünyasını dəyişib. Bu səbəbdən koronavirusa inanmayan artıq yoxdur. Necə ki, bir millət olaraq həmrəylik nümayiş etdirib erməniyə qalib gəldik, eləcə də koronavirusa qarşı mübarizədə birləşməliyik. Hamı hamını qorumalıdır. Yəni ya özünün, ya da başqasının naminə maska taxmalı, sosial məsafə saxlamalı, qaydalara əməl etməli, 30 gün evdə oturaraq virusun yayılma sürətinin aşağı düşməsinə kömək etməliyik. Bunun başqa cür həlli yolu yoxdur. Koronavirus probleminə ciddi yanaşmasaq həm özümüzə, həm yaxınlarımıza, həm də dövlətə ziyan vurmuş olacağıq.

Bir xəstənin müalicəsi bir neçə min manata başa gəlir. Bu həm ailə büdcəsi, həm də dövlətin iqtisadiyyatı üçün çox böyük maliyyə itkisidir.

Hazırda qarşımızda Qarabağın bərpası, verdiyimiz itkilərin yerini doldurmaq məsələləri dayanır. Vətəndaşlar bilməlidir ki, belə bir zamanda dövləti əlavə xərcə salmaq doğru deyil".

AĞ Partiya sədri Tural Abbaslı isə bu cür mövqe bildirdi:

“İlk öncə qeyd edim ki, karantin rejiminin sərtləşdirilməsi, SMS icazənin yenidən bərpa olunması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da bəyanatları bir çox hallarda öz-özünü təkzib edib. Məsələn, əvvəl karantin rejiminin sərtləşdirilməsini tələb edirdilərsə, sonra qeyd etdilər ki, karantinin heç bir əhəmiyyəti yoxdur, əksinə, iqtisadi və digər problemlər yaradır. Və yaxud bir müddət qeyd etdilər ki, açıq havada maska taxmaq olar, sonra isə bildirdilər ki, olmaz. Yəni bir-birini təkzib edən müxtəlif informasiyalar verilir. Şahidi oluruq ki, hər keçən gün həm dünyada, həm də ölkəmizdə koronavirusa yoluxanların sayı sürətlə artır. Hər hansı önləyici tədbirlər də bunun qarşısını ala bilmir.

Məlum olduğu kimi, yay mövsümündə virusa yoluxmada azalma müşahidə olunurdu. Lakin havaların soyuması ilə tənəffüs yolu xəstəliklərinin artmasının fonunda virusa yoluxanların da sayı artmağa başladı. Ona görə də istər sərt, istərsə də yumşaq karantin rejimi tətbiq edilsə belə yoluxma qaçılmaz olur. Düşünürəm ki, dünya artıq qəbullanıb ki, vaksinasiya başa çata qədər bu virusdan qorunmaq mümkün olmayacaq. Yəni hər şeyi bağladıb, insanları evə təcrid etməklə heç nə əldə etmək mümkün olmayacaq. Bu baxımdan karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsinə o qədər də pozitiv baxmıram. Bununla belə, əgər qərar qəbul olunubsa, ona əməl etmək lazımdır.

Özümə gəldikdə, daima tibbi maskadan istifadə edir, əllərimi yuyur, spirtlə dezinfeksiya edir, mümkün qədər sosial məsafə qorumağa çalışıram. Lakin özümü təcrid etməmişəm, çünki fəaliyyətimizin istiqaməti buna imkan vermir. Partiya sədri olaraq mütəmadi partiya üzvləri ilə ünsiyyətdə olur, müsahibələr verir, efirlərə çıxıram. Bu baxımdan özümü təcrid etmək imkanım yoxdur. Lakin qeyd etdiyim kimi, mümkün qədər özümü qorumağa çalışıram".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Dünən, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Dünən, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru