Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                 

"Radikal müxalifət qanunun aliliyini qəbul etmir" - deputat
Tarix: 21-10-2019, 11:59 | Çap et
"Radikal müxalifət qanunun aliliyini qəbul etmir"
Milli Şuranın oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyasının önündə keçirdiyi razılaşdırılmamış aksiya müzakirələrə səbəb olub.

Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq vermişdi. Lakin Milli Şura rəhbərliyi və onun tərəfdarları Bakı metrosunun “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirdi.

Aksiyadan sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞPİ) məlumat yaydı.

Məlumatda bildirilirdi ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla, 60 nəfər saxlanılıb.

“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilib. Toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”, - deyə məlumatda qeyd olunub.

Avropa İttifaqı isə bəyanatında qeyd edib ki, onlarla insan saxlanılıb. Lakin Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avropa İttifaqına cavab olaraq deyib ki, qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O qeyd edib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunub.

“Sərbəst toplaşmaq haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 1-ci bəndinə əsasən, müvafiq ali hakimiyyət binalarının 200 metr radiusunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər.

Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edilir.

L.Abdullayevanın sözlərinə görə, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. XİN rəsmisinin fikrincə, polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayıb.

L.Abdullayeva Avropa İttifaqını Barselonada baş verən hadisələrə, dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməyə çağırıb:

“Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər öldürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar var.

Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz”.

Bu arada, Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin razılaşdırılmamış aksiya keçirilən zaman ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solli ilə danışığının audio yazısı yayılıb.

Səs yazısını Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu “Mirşahin vaxtı” proqramında yayıb.

G.Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir. ABŞ diplomatı isə xanım Hacıbəyliyə internet bərpa olunan kimi geniş məlumat yazmağı tapşırır və şəhərdə prosesi izlədiyini bildirir.

Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşündən də danışılıb. Səsləndirilən audioyazıda G.Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi aydın olur. Digər səs yazısının məzmunu isə zəngin aksiya cəhdi zamanı edildiyini deməyə əsas verir.

G.Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, AXCP sədri Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir.

G.Hacıbəyli “Facebook” sosial şəbəkəsindəki səhifəsində bu danışığın olduğunu təsdiqləyib. ABŞ və Avropa İttifaqının Azərbaycandakı diplomatik missiyası isə hələlik məsələyə münasibət bildirməyib.

Milli Məclisin deputatı Elman Nəsirov da bildirib ki, Azərbaycanda bütün demokratik hüquq və azadlıqlar təmin edilib.

E.Nəsirov Oxu.Az-a açıqlamasında deyib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla vətəndaşlara qanuni şəkildə mitinq və aksiyaların keçirilməsi hüququ tanınır.

Deputat xatırladıb ki, Milli Şuranın mitinqi isə qeyri-qanuni idi.

“Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün Lökbatan qəsəbəsində yer ayırmışdı. Lakin radikal müxalifət qanunun tələblərinə məhəl qoymayaraq metro stansiyasının yaxınlığında mitinq təşkil etdi. Radikal müxalifət bir yandan özünü demokratik qüvvə kimi təqdim edir.

Halbuki demokratiyanın əsas prinsipi qanunun aliliyidir. Radikal müxalifət isə qanunun aliliyini qəbul etmir, qanunları ayaq altına atıb tapdalayır”, - E.Nəsirov əlavə edib.

Parlamentari düşünür ki, Azərbaycan polisi qanunsuz aksiyada ictimai və dövlət təhlükəsizliyi mənafeyindən çıxış etdi:

“Polis ictimai asayişin pozulmasının qarşısının alınması məqsədilə, eyni zamanda, cinayətlərin baş verməməsi üçün əhalinin təhlükəsizliyinin qorunması məntiqindən çıxış edərək qeyri-qanuni aksiyanın qarşısını aldı. Qanunsuz aksiyanın qarşısının alınması çox humanist, çox yumşaq şəkildə həyata keçirildi”.

Deputatın fikrincə, Avropa İttifaqının bəyanatı, ABŞ-ın Azərbaycandakı səfirliyinin mitinqlə bağlı davranışı onu göstərir ki, onların yanaşması ikili standartlardan qaynaqlanır.

“Avropa İttifaqı Azərbaycanı ittiham edir. Yaxşı olardı ki, Avropa İttifaqı quruma üzv ölkələrdə polisin davranışına diqqət yetirsin. Xüsusilə Kataloniya hadisələri fonunda ispan polisi qeyri-adekvat, qəddar davrandı.

İspan polisinin əhaliyə qarşı rezin güllələrdən istifadəsinə dünya şahidlik etdi. Almaniya küçələrində polis atlardan və itlərdən mitinq iştirakçılarına qarşı istifadə edirdi. Bu reallıq fonunda Azərbaycan polisi əsl peşəkarlıq nümayiş etdirdi.

Azərbaycanda isə polis elə addımlar atdı ki, bu, qanunsuz aksiya iştirakçılarının fiziki zədə alması ilə müşayiət olunmadı. Azərbaycan ictimaiyyəti bütün bunları görür. Azərbaycan xalqı bu qənaətdədir ki, təzyiqlər Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasətə mane olmaq məqsədi daşıyır. Görünür, Azərbaycandakı sabitlik və təhlükəsizlik mühiti kimlərisə qane etmir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Dünən, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Dünən, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Dünən, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru