Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                 

26 noyabrdan 19 oktyabra gələn yol: - Əli Kərimli 14 il əvvəlki qəsdini təkrarlayır
Tarix: 19-10-2019, 09:28 | Çap et
26 noyabrdan 19 oktyabra gələn yol:
Əli Kərimlinin iddiasının çoxuna görünməyən tərəfi onun təşvişidir.

Siyasətçiyə qəti lazım olmayan bu cəhətin sonunda, yəni təşvişdə olan siyasətçidə hiddət əmələ gəlir və nəticədə dağıtmaq, qisasa susamaq kimi sindromlar meydana çıxır. Bu gün Əli Kərimli məhz bu iki sindromdan əziyyət çəkir. İstəklərinə çatmaq üçün xalqı da özünün alətinə çevirmək istəyir. Əslində, onun mövqeyinin görünən və görünməyən tərəfləri var. Görünən tərəf onun dilindən eşidildiyindən qulaqları yağır edən haqq-hüquq, söz azadlığı, hərəkət sərbəstliyidir ki, ilk baxışda hamıya xoş gəlir. Altyapısında isə xalqın hərəkətliliyini önləmək cəhdi yox, məhz qəsdi dayanır.

Hər kəs bilir ki, bu gün toplumda bir hərəkətlilik var və bu hərəkətlənmənin siyasi gedişatı bütünlükdə cəmiyyətin inkişafına təkan verəcək. Əli Kərimli isə bu dinamikanı DİNAMİTə çevirmək istəyir. O DİNAMİTƏ ki, bu hərəkətlənməni qəti durduracaq. Yenidən dirçəlmə və hərəkətlənmə üçün daha bir 10 il lazımdır.

Tarix belə təkrar olunur

Əli Kərimlinin istər ixtiyari dünənə, bu günə və ya hər hansı sabaha planlaşdırdığı bütün razılaşdırılmamış aksiyaların arxasından dediyimiz dinamikliyin DİNAMİTlə əvəz olunması, yəni 26 noyabr 2005-ci il boylanır...

Xatırlayanlar bilir ki, 6 noyabr 2005-ci ildə keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalan müxalifət toparlanmağı bacarmışdı. Hətta o qədər yüksək səviyyədə və əhval-ruhiyyədə ki, hakimiyyətdaxili çəkişmələr belə müxalifətin etirazını kölgədə qoya bilmirdi. Müxalifətin sistemli etiraz aksiyaları davam edir, hakimiyyət üçün başağrısına çevrilirdi. Lakin birdən nə baş verdi? O baş verdi ki, müxalifət növbəti yürüş-mitinqi bitirənə yaxın Əli Kərimlinin israrlı təkidləri ilə oturaq aksiya planlaşdırıldı.

İsa Qəmbər başda olmaqla bəzi müxalifət liderləri buna qəti şəkildə etiraz etsələr də, kütlənin emosional durumundan istifadə edən Əli Kərimli özü də oturacaqmış kimi prosesin nəticəyə istiqamətlənməsini önləmək yolunu seçdi və istəyinə də nail oldu. Emosional mitinq iştirakçıları hadisələrin inkişafını nəzərə almadan, Əli Kərimlinin fitvasına uydu. Beləliklə, Kərimlinin “oturaq aksiyası” cəmi 15 dəqiqə çəkdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları 15 dəqiqə ərzində meydanı boşaltdı. Əli Kərimlinin avantürasının qurbanları, yəni oturanlar həbsxanalara, saxlanma təcridxanalarına, məhkəmələrə göndərildi, özü isə evinə getdi.

Kərimli kimin əlinə oyanyırdı?

Təbii ki, o zaman baş verənlərin əsas oyunçusu məlum idi – Əli Kərimli. Ssenarist isə başqası idi. Kərimli məharətlə oyununu oynadı və müxalifəti düz 10 il geriyə göndərdi. Bəli, düz 10 il! O 10 il ki, məhz 2015-ci ilə kimi süstləşmiş müxalifət bir toplum olaraq pensiya yaşına çatmış pensioner kimi yaşadı.

Təcrübə də göstərir ki, sistemsiz və avantürist siyasətlə məşğul müxalifət hesablaşılan gücə çevrilmir, əksinə siyasi proseslərə təsir imkanlarını tamamilə itirir. Hakimiyyətlə yanaşı bütünlükdə cəmiyyət də radikal və dağıdıcı mövqeni iqnor edir. Çünki dağıdıcılıq təkcə siyasi sistemə deyil, eyni zamanda iqtisadi və sosial sferanın da təməl prinsiplərini dağıdır, aclıq, yoxsulluq, səfalətlə cəmiyyəti təhdid edir. Cəmiyyət isə qəti şəkildə bunu rədd edir. O cümlədən, beynəlxalq təşkilatlar da eyni prinsipdən çıxış edir və dağıdıcı qüvvəni dəstəkləmir. Elə də oldu. Əli Kərimlinin avatürasının bədəlini bütün müxalifət ödədi. Nəticədə müxalifət bütün təsir imkanlarını itirdi, birliklər dağıldı, qarşılıqlı ittihamlar başladı. Daxildə sosial bazasını, xaricdə beynəlxalq dəstəyini itirən müxalifət yesir gününə düşdü. Bunun ssenarisini yazan başqası olsa da, Əli Kərimli hiddət və qəsdlə oynadığı rolla cəmiyyətin dinamikliyini DİNAMİTLƏ partlatmış oldu.

Bu, Kərimliyə niyə lazım idi?

1995-ci ildən Xalq Cəbhəsi və müxalifət daxilində separatçılıqla məşğul olan “Yurd” 2000-ci ildə müxalifətdən dışlanmışdı. Əli Kərimli bütün gücü ilə çalışırdı ki, “Yurd” müxalifətdə söz sahibinə çevrilsin. Bunun da yolu müxalifətin mövcud birliyini pozmaqdan keçirdi.

Ona görə də ona verilən istənilən tapşırığı can-başla icra edirdi. Nəticədə o hadisədən sonra güclü hakimiyyət zəif müxalifətin aksiyalarına icazə vermədi. Müxalifət isə o qədər zəif idi ki, haqlı olduğunu sübut, hüquqlarından istifadə edə bilmirdi. Əli Kərimli bunun fonunda reabilitsiya olunur və gələcəkdə qurulan tamaşaların baş rolunun ifaçısı olmaq üçün müxalifətin əsas simasına çevrilirdi.

Bəs bu gün nə olur?

Bu gün də Əli Kərimli eyni ssenaridə öz rolunun icraçısıdır. Ardıcıllığa nəzər yetirəndə hər kəs bunun şahidi olur. Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edir. İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə müsbət cavab verir. Ərizədə göstərilən məkanları deyil, başqa bir ünvan təklif edir. Yəni, mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, “28 may” küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilir. Meriyadan mitinq təşkilatçılarına bildirilir ki, onların təklif etdiyi yerlərdə aksiya keçirmək məqbul sayılmır. Qeyd olunur ki, metronun “28 may” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı parkda aksiya keçirilməsi ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradır. Bildirilir ki, aksiyanın nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacaq, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcək, bu yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq.

İlk baxışda, yəni qanunvericiliklə bağlı mübahisə etmək istəsək, İcra Hakimiyyəti haqsızdır. Yəni mitinq təşkilatçıları yer seçməkdə sərbəstdir. Amma... Amması odur ki, o ərazilər ki, mitinq üçün seçilir, həmin ərazidə bəlkə mitinqdə iştirak etmək istəməyən, ümumiyyətlə, aksiyanın o ərazidə keçirilməsini istəməyən minlərlə insan ola bilər. Çünki həmin ərazilər istirahət, insanların gediş-gəliş yeri kimi başqa bir funksiyanı da yerinə yetirir. Deməli, mitinq üçün başqalarını narahat etməyən məkanlar da məqbuldur. Çünki əsas nəticədirsə, yerin əhəmiyyəti önəmli deyil və bu baxımdan, indiki halda hökumətin arqumentləri əsaslı görünür. Digər tərəfdən isə demokratiya yarımçıq olmur, ya olur, ya da olmur! İndiki halda demokratiyanı əlində dəstəvuz edən Əli Kərimli özünün sərbəst toplaşmaq hüququndan danışarkən başqalarının istirahət, sərbəst gediş-gəliş kimi hüquqlarını da unutmamalıdır. Çünki onun mitinq keçirmək istədiyi məkanda başqalarının hüquqlarının pozulması baş verə bilər. Lakin Milli Şura və “Yurd” bunu əhəmiyyətsiz sayır. Demokratiyadan danışmalarına baxmayaraq, onlar üçün öz istəkləri başqalarının hüquqlarından daha vacibdir.

Və son...

Mitinqin deyil, taktikanın əleyhinə olanların mövqeyi daha düzgündür. Kərimli və onun Milli Şurasının mitinqinin harada keçirilməsi o zaman əhəmiyyətli olardı ki, hər hansı həyati əhəmiyyətli məsələlər əksini tapardı, yaxud ümummilli bir problemə həsr olunardı. İndiki halda isə Milli Şuranın və Əli Kərilinin bu mitinqi onun özünə, hər kəsdən öndə olmaq görüntüsünə hesablanmış addımdır. Nəticəsi isə bütün cəmiyyətin əleyhinə olacaq. Saatların geri çəkilməsi kimi. Bütün cəmiyyəti və toplumun hərəkətlənməsini geriyə dartacaq. Amma saatdakı kimi bir saat deyil, 10 il...

Cebhe.info Analitik Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru