Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                 

“Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”
Tarix: 12-10-2019, 09:03 | Çap et
“Qadın azadlığı adı ilə əxlaqsızlığı, özbaşınalığı yaymaq yolverilməzdir”
ADP sədri Sərdar Cəlaloğlu Azadlıq radiosuna verdiyi müsahibədə qadın hüquqlarından danışarkən qalmaqallı fikirlər səsləndirib.

Onun müsahibəsində “Qadınla kişinin hüququ bərabərdisə, bəs niyə qızları əsgər aparmırlar?”, “Qadın ərə tabe olmalıdır... Bəs kəbin nə üçündür?” kimi səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

S.Cəlaloğlu “Mən niyə cəbhədə ölməliyəm sən yox? Qadınlar bunu fikirləşir? Norveçdə, İsraildə, İngiltərədə qadınları əsgər aparırlar. Bizdə ona görə aparmırlar ki, milli-dini dəyərlərə ziddir.

Qadın azadlığı Dubayda, Türkiyədə xalqı biabır etmək, “Torqovı”da ərəblərə xidmət etmək deyil. Qadının da kişi kimi sağlamlıq, təhsil, seçki hüququ var. Qadın ərinə tabe olmalıdır".

Onun bu fikirlərinə kəskin etirazlar olub, xüsusən ictimai fəal olan qadınlar, sosial şəbəkə aktivistləri S.Cəlaloğlunu tənqid ediblər, dediklərini birmənalı qarşılamayıblar.

Ona görə yenidən ADP sədrinin bu məsələlərə aydınlıq gətirməsini istədik. S.Cəlaloğlunun qadın azadlığı və qadəna zorakılıq mövzusunda “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Sərdar bəy, qadınlar bu müsahibənizə görə sizi tənqid edirlər. Əslində qadın azadlığı harada başlayır, harada bitir?

- Ümumiyyətlə, qadın azadlığı, qadınların hüququ barədə təsəvvürü olmayan adamlar danışırlar. Onların heç xəbəri yoxdur ki, dünyada çox güclü dörd kişi azadlığı hərəkatı var. Qadınlar isə 70-ci illərdə qalıblar, elə bilirlər ki, təkcə feminist hərəkatı var. Qadın azadlığından bəzən kişilərə qarşı istifadə olunur. Məsələn, qadın boşanır ki, kişi ona aliment ödəsin. Mən provokasion şəkildə məsələni qaldırdım ki, qadınlara bütün sahələrdə güzəşt verilib. Qadın hamilədirsə dövlət məzuniyyət verir, qadına ömürlük həbs cəzası verilə bilməz. Yəni, minlərlə belə güzəşt var.

Sadəcə, ailədə kişinin üstünlüyü var. Çünki biz müsəlmanıq, kişi evə baxmalıdır, arvadını qorumalıdır, çörək gətirməlidir.

Kişi deyir filankəslə danışma, yenə danışır, sosial şəbəkəyə girib başqa kişi ilə söhbət eləmə, yenə edir, bu, qadın azadlığı yox, özbaşınalığıdır.

Qadın azadlığını müdafiə edənlərin çoxu heç azadlığın nə olduğunu bilmirlər. Azərbaycan 1918-ci ildə qadına seçmək və seçilmək hüququ verib. Biz anamıza görə özümüzü öldürərik, amma atamıza görə öldürmərik. Biz bacı qeyrəti çəkərik. Bəs, bunlar qadına olan yüksək dəyər deyil?

Qadının işi uşaq tərbiyəsidir, kişi ilə birgə ailə təsərrüfatını idarə etməkdir. Kişi vətəni qorumağa gedirsə, qadın da evə oturub onun namusunu qorumalıdır.

Sadəcə, Azadlıq radiosuna müsahibədən bir çox fikirləri kəsiblər. Mən demişdim ki, qadın xəyanətinə görə boşanmalar artıb.

- Amma qadınların bu problemi aktuallaşdırmasına səbəb son günlər qadına zorakılığın, amansızcasına öldürülməsi faktlarının artmasıdır...

- Qadına zorakılığı heç kim müdafiə etmir. Mən bəyəm deyirəm ki, kişi qadına düz edib şiddət göstərir? Sadəcə, cəmiyyətdə uşağa da, qadına da zorakılıq artıb. Statistikaya baxsaq, kişinin kişiyə zorakılığı, cinayəti daha çoxdur. Cəmiyyətdə bir gərginlik var, aqressiyanın səbəbləri də çoxdur. Heç bir cinsi üstün tutmuram. Ancaq aqressiya artanda qadına da, kişiyə də, uşağa da qarşı artır.

Problemi tək qadına qarşı götürmək olmaz, cəmiyyətdə ümumi zorakılıq artıb. Biz bu məsələni qadın azadlığı problemi kimi yox, milli səviyyədə olan bəla olaraq qaldırmalıyıq.

Çünki qadına qarşı zorakılıqla bərabər intiharlar artıb, dözümsüzlük azalıb. Bunun səbəblərini araşdırmalıyıq.

- Feministlərin qadın azadlığı deyəndə əsas arqumenti 18 yaşa çatan qızın müstəqil olmasıdır. Hesab edirlər ki, intim həyatda, digər addımlarda sərbəst hərəkət etmək hüququ var...

- Heç birimiz milli əxlaqdan, milli dəyərlərdən azad ola bilmərik. Onların dediyi fərdi azadlıqdır. Sən küçəyə lüt çıxa bilərsən? Cəmiyyət sənə nə deyər? Azadlıqdır da, küçəyə də çılpaq çıx, denən ki, şəxsi azadlığımdır.

Və yaxud bulvarda oğlan qızla öpüşəndə polis xəbərdarlıq edir, çünki ictimai yerdir. Cəmiyyətin yazılmamış əxlaq qanunları var. Əxlaq özü də yazılmamış qanundur.

Bəli, hər kəs 18 yaşdan sonra azaddır. Amma sən milli əxlaqa ziyan verə bilməzsən. Məsələn, fahişəlik də insanın şəxsi seçimidir. İndi deyək ki, bu, qadın azadlığıdır? Axı fahişəliyin artması təkcə əxlaqsızlığın çoxalması deyil, həm də xəstəliyin artmasıdır.

İndi əxlaq polisi yaradılır, niyə yaradılır? Ona görə ki, bu məsələ əxlaq normalarını icra edə bilməyən adamlara aiddir. Qadın azadlığı adı ilə əxlaqsızlığı yaymaq yolverilməzdir. Beynəlxalq hüquqda da qadın azadlığı haqda konkret göstərilib. Dünyada və Azərbaycanda insan alverinə qarşı mübarizə aparılır, qadınlar həbs edilir. Onda qadın deyər ki, azadam, özüm bilərəm necə yaşayıram. Bütün bunlara göz yummaq olmaz.

Statistika Komitəsi 10 min ailənin boşandığını açıqlayır. Niyə 10 min ailə dağılmalıdır? Çoxu da qadının xəyanətinə görə dağılır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru