Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                 

“Afrikadan bizə nə?” - deputat
Tarix: 12-03-2019, 08:41 | Çap et
“Afrikadan bizə nə?”
Əlcəzair və Sudanı bürüyən etiraz aksiyaları Azərbaycan müxalifətini ümidləndirib. Sosial şəbəkələrdə və müxalif media orqanlarında bu aksiyaların ölkəmizə təsir edə biləcəyi, hətta burnumuzun ucuna qədər gəlib çatacağı yönündə statuslara, açıqlamalara rast gəlməkdəyik.

Ümidini hər zaman Azərbaycandan kənarda baş verən aksiyalara bağlayan müxalifət liderləri indi də Afrikanın iki ölkəsindəki prosesləri gündəmdə saxlamağa çalışır. Bununla nələrəsə nail ola biləcəklərini güman edirlər.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycan müxalifətinin özlərinə aid olmayan başqa işlərlə daim məşğul olduqlarını söylədi: “Ümumiyyətlə, bizim radikal müxalifətin çox qorxunc bir xəstəliyi var. Özlərinə aid olan məsələlərdən başqa hər işlə məşğuldurlar: xarici müxalifətlə, donos yaradıcılığı ilə, ya da nə bilim mənasız inqilab təəssübkeşliyi ilə, absurd eyniləşdirmələrlə və s. Bircə Azərbaycan xalqına öz əməlləri ilə mesaj verməyin, mənsub olduqları xalqla işləməyin, onların etimadını qazanmağın yolları haqda heç nə düşünmürlər. Fikirləri-zikirləri ölkədən kənardadır. Bütün diqqətləri episentrə yox, məhz uzaq ətrafda baş verən hadisələrə fokuslanıb. Ona görə də bu gündədirlər, ona görə də dirçələ bilmirlər. Narıncı inqilablar dövrünü yəqin çoxları unutmayıb. Bizim qaragüruh müxalifət o zaman öz təbliğatlarını aparası yerdə başqasının təbliğatına aludə oldular, onların köynəklərini, libaslarını sifariş verdilər, yenə kiməsə oxşamağa çalışdılar. Anlamadılar ki, siyasət trafaret köçürməni yox, yeniliyi sevir. Daha sonra ”ərəb baharı" başladı, yenə bizim radikal müxalifət özünə əl qatdı. Oturub inqilab transferi gözlədilər. Təbii, xalqa deyil, xarici qüvvələrə bel bağlayaraq. Amma yenə də nəticə olmadı. Və bu gün həmin kəsimin “başbilənləri” növbəti dəfə adətlərindən imtina eləmirlər. İndi də sosial şəbəkələrdəki statuslarında, internet televiziyalarına verdikləri açıqlamalarında, müsahibələrində Əlcəzair, Sudan hadisələrini qabardıb təbliğat aparırlar ki, bəs filan xalq ayağa qalxdı, biz qaldıq".

Deputat Sudandakı durumun fərqli olduğunu da bildirdi: “Bu ölkədə kütləvi aclıq baş alıb gedir. Ölkə büdcəsi tarı-mardır. Hətta insanlar eynən AXCP-Müsavat hakimiyyəti dövründəki kimi çörək tapa bilmirlər. Ciddi ərzaq qıtlığı var. Qonşu ölkələr isə idxalın qarşısını alaraq Sudanı blokadaya salıblar. Təbii, bu durumda təlatüm qaçılmazdır. Əlcəzairdə isə Buteflika dövrünün bitməsi üçün ciddi, münbit zəmin var. Çünki adam faktiki idarəçilik qabiliyyətini itirib, az qala əlil arabasında da deyil, xərəkdə gəzir, ikinci insult diaqnozu ilə yenidən İsveçrədəki xəstəxanaya yerləşdirilib. Öldüsündən, qaldısından xəbər yoxdur. Heç şübhəsiz, belə olan halda Əlcəzair xalqı panikaya düşməli idi və düşüb də. Üstəlik, nəzərə alsaq ki, bir çox xarici qüvvələrin də həmin ölkələrin qarışmasında marağı var, o zaman hadisələrin bu məcrada davam etməsi əslində heç kimi təəccübləndirməməlidir. Eyni zamanda Əli Kərimlini və Milli Şuranı. AXCP sədri feysbuqda Əlcəzair xalqının periferiyalardan mərkəzə doğru gəlişini elə şövqlə paylaşıb, sanki Kürdəmir camaatı Bakıya doğru irəliləyir. Oysa adama sual verən lazım: Nə dəxli? Niyə bir yox, yarım dəfə də özünüzlə fəxr edə bilmirsiniz? Niyə bir dəfə də öz izdihamınızı paylaşmaq gücünüz yoxdur? Niyə Venesueladan, Əlcəzairdən olan videoları, fotoları bəh-bəhlə yaydığınız, tirajladığınız halda Milli Şuranın bəsit mitinqlərindəki rəsmləri fotoşop olmadan, orasına-burasına əl gəzdirmədən ortaya çıxara bilmirsiniz? Nə qədər onun-bunun gücü, mitinqi, elektoratı ilə fəxr etmək olar? Afrikadan bizə nə? Afrika inqilablarının - özü də hələ məqsədinə vara bilməyən inqilabların - bizə nə aidiyyəti var? Bir dəfə də özünüz olmağa, özünüzə oxşamağa çalışın da.

Aydın məsələdir ki, həmin inqilabların kənara sıçrama imkanı yoxdur. Çünki qeyd etdiyim kimi, spesifik xarakterdədir. Ayrıca, hər kəs bir həqiqəti də unutmasın: Zamanında “narıncı inqilab”ların estafeti məhz Azərbaycanda durdurulub. Xalqın və hakimiyyətin iradəsi ilə. İllər sonra da bəlli olub ki, Azərbaycan xalqı inqilab təəssübkeşlərinə dəstək verməməklə ən düz olanı edib. Ən azından inqilab baş verən ölkələrdəki gerigetmələr, inkişaf axsamaları, siyasi sabitliyə qamçı çəkən xaoslar bunu deməyə əsas verir. Bundan sonra da Azərbaycan xalqı əsla və əsla destruktiv qüvvələrin çağırışlarına, xaricdəki beynəlxalq ünsürlərin pulu ilə qidalananlara, məkr, qisas üzərindən siyasi plan quranlara dəstək verməz. Çünki bu millət, bu xalq yetərincə ağıllıdır, maariflənib, mükəmməl siyasi təfəkkürə sahibdir.

Əli Kərimli və onun barmaqla sayılacaq dəstəkçiləri isə nəhayət, yuxudan ayılsınlar, fantaziyalarla yaşamasınlar. Onların arzuladıqlarını heç cizgi filmlərində belə reallaşdırmaq mümkün deyil, nəinki real həyatda".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Dünən, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Dünən, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Dünən, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Dünən, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Dünən, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Dünən, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Dünən, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Dünən, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
26-06-2026, 19:36
Karapetyanın adamı həbs edildi
26-06-2026, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
26-06-2026, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
26-06-2026, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
26-06-2026, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
26-06-2026, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
26-06-2026, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru