Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                     Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? .....                     AZAL Təl-Əvivə uçuşları bərpa edir .....                     Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                 

“Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?” - QALMAQAL
Tarix: 19-02-2019, 08:52 | Çap et
“Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?”
Qarabağ Komitəsinin daxilində ötən həftə müşahidə olunan istefalar, istefa verənlərin əsasən İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatındakı şəxslər olması bu iki qurum arasında nələrin baş verdiyi barədə suallar meydana çıxarıb. Gündəmə gələn sualları AXH-nin İdarə Heyətinin üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə ünvanladıq.

- Elşad bəy, Qarabağ Komitəsi ilə Azərbaycan Xalq Hərəkatı arasında nə baş verir?

- Öncə onu deyim ki, mən və rəhbərlik etdiyim partiya Qarabağ Komitəsində təmsil olunmuruq. Bir dəfə məni mitinqlə bağlı müzakirələrdə iştirak etmək üçün Qarabağ Komitəsinə dəvət eləmişdilər. Mən də getdim iclaslarında iştirak elədim. Amma sonra atmosfer xoşuma gəlmədi, daxili münasibətləri bəyənmədim. Orada da bəzi dostlara dedim ki, bu atmosferlə uzaq getmək olmaz. Dediyim odur ki, Qarabağ Komitəsinin daxilində problemlərin olduğu əvvəldən hiss olunurdu. Qarabağ Komitəsində hazırda vəziyyət belədir ki, üzvlərin bir qismi nəyin bahasına olur-olsun mitinq keçirməyin vacibliyini bildirirlər, bir qisim isə daha yumşaq mövqedədir, razılaşdırılmamış aksiyalara getməyin əleyhinədir. Bu fərqli mövqe onların ayrılmasına səbəb olub.

- Belə görünür ki, Qarabağ Komitəsindən istefa verənlər məhz AXH-də təmsil olunanlardır. Sizcə, buradan da belə bir mənzərə yaranırmı ki, AXH Qarabağ Komitəsini parçalayır?

- Qarabağ Komitəsindən istefa verənlərin sırasında AXH-nin üzvləri də var, üzvü olmayanlar da var. AXH qarşısına Qarabağ Komitəsini parçalamaq məqsədi qoymayıb. Yaxud qarşısına belə bir məqsəd qoymayıb ki, ona alternativ yaratsın. Bir qurumun daxilində fikir ayrılığı yaranıbsa, bunu AXH ilə əlaqələndirmək düzgün deyil. AXH yaranmazdan öncə də yuxarıda dediyim kimi, Qarabağ Komitəsinin daxilində münasibətlərdə problemlər yaşanırdı.

- AXH-dən əvvəl Qarabağ Komitəsi mövcud idi və Qarabağ məsələsi ilə bağlı fəaliyyət göstərirdi, bir mitinq, çoxsaylı tədbirlər keçirmişdi. Belə bir qurum olduğu halda AXH-nin “Biz də bu məsələ ilə məşğul olacağıq” mövqeyini ortaya qoyması suallar yaratmır? Pənah Hüseyn bildirib ki, onlarda son vaxtlar Qarabağ Komitəsi ilə bağlı müəyyən əməliyyatlar qurulduğu barədə məlumatlar daxil olub. Sizcə, Pənah Hüseynin bu bəyanatında AXH-yə də üstü ötrülü işarə edilirmi?

- Azərbaycanda hakimiyyət də, müxalifətdəkilərin də bir qismi müxtəlif sahələri monopoliyaya götürüb. Hakimiyyət deyir ki, Qarabağ məsələsi ilə biz məşğul oluruq. Müxalifətdəkilərin bir qismi deyir ki, əsl müxalifət bizik, bu sahəni də onlar monopoliyaya götürüb. Bir qismi İranla, Cənubla bağlı məsələləri monopoliyaya götürüb deyir bu işlə biz məşğuluq. İndi də Qarabağ Komitəsində bəziləri Qarabağ məsələsinin onların monopoliyasında olduğunu düşünürlər. Hesab edirlər ki, onlardan başqa kimsə bu məsələ ilə məşğul ola bilməz. Qarabağ Komitəsində təxminən 80 adam var idi, onların da bir hissəsi istefa verib. Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?! Harada yazılıb ki, Qarabağ məsələsi mütləq onların inhisarında olmalıdır?! Qarabağ bizim ümummilli məsələmizdir və heç bir qüvvənin monopoliyasında ola bilməz. Qarabağ Komitəsinin bir toplantısında iştirak etmişəm, oraya bir nəfər üzvlüyə qəbul olunurdu. O adam açıqca dedi ki, mən istəyirəm Qarabağ adı altında mitinqlər keçirilsin, bir hərəkətlənmə olsun və mən də orada siyasi məqsədlərimi təmin edim. Yəni dediyim odur ki, Qarabağ Komitəsinə bu cür məqsədlərlə gələnlər də var, səmimi qəlblə çalışanlar da var. Bilmirəm mənim dostum Pənah Hüseyn hansı əməliyyatdan danışır. İkincisi, hakimiyyət və ya başqa bir qüvvə niyə Qarabağ Komitəsi ətrafında əməliyyat hazırlasın? Bu, hakimiyyətin nəyinə lazımdır?! Onsuz da Qarabağ Komitəsindəkilər loyal mövqe sərgiləyir, hakimiyyətə heç nə də mane olmur. Mitinq üçün müraciət edirlər, hər dəfə də “yox” cavabı verilir və sakitcə qəbul edirlər. Belə vəziyyətdə hakimiyyətin nəyinə lazımdır onlara qarşı hansısa əməliyyat təşkil etsin. Hakimiyyət deyir mitinq keçirin, keçirirsiz, deyəndə ki, keçirməyin, keçirmirsiniz! Yaxud da AXH-nin nəyinə lazımdır sizə qarşı hansısa oyunlar qursun. Daxillərində özləri yaxşı bilirlər nəyin necə olduğunu. AXH-nin adı niyə üstüörtülü də olsa hallandırılmalıdır?! AXH-nin Qarabağ Komitəsi adlı problemi, rəqibi yoxdur. Lakin bunu da bilmək lazımdır ki, Qarabağ məsələsi heç kəsin monopoliyasında ola bilməz. Bu, Azərbaycan xalqının məsələsidir və kimin, hansı qüvvənin gücü nəyə çatır Qarabağ məsələsinin həllinə dəstək verməlidir. AXH olaraq bəyan etmişik ki, Qarabağ Komitəsi mitinq keçirəcəksə, biz o mitinqə dəstək verəcəyik. Amma heç kəs Qarabağ məsələsini inhisarına götürə və alver predmetinə çevirə bilməz.

- Belə görünür ki, Siz İsgəndər Həmidovun mövqeyini müdafiə edirsiniz və onun tərəfindəsiniz?

- Mənim özümün mövqeyim var və bu mövqenin tərəfindəyəm. Mənim və rəhbərlik etdiyim partiyanın mövqeyi belədir ki, Qarabağ məsələsi heç kimin inhisarında ola bilməz. Bu mövqeyi İsgəndər Həmidov da və başqası da ifadə edirsə, bunu tərəf olmaq kimi yozmağa lüzum görmürəm.

- İsgəndər Həmidov istefa verib Qarabağ Komitəsini tərk edən zaman belə bir ifadə işlədir ki, burada hökumətlə alverə gedənlər var. Hətta konkret ünvan da göstərir. Siz necə hesab edirsiniz, doğrudan da ortada hansısa alver getdiyinin əlamətləri var?

- Bu suala daha dəqiq cavabı İsgəndər Həmidov və onun adını çəkdiyi şəxs cavab verə bilər.

- Azərbaycan Xalq Hərəkatının da gündəmində, gələcək planlarında Qarabağla bağlı mitinq keçirmək varmı?

- Azərbaycan Xalq Hərəkatı hazırda təşkilatlanma mərhələsini keçir. Düzdür, buna çox ciddi maneələr yaradılır, amma sürətlə bu mərhələni keçirik. Bizim üçün təbii ki, prioritet məsələ Qarabağ məsələsidir, ölkədə demokratik seçki mühitinin yaradılmasıdır, ölkədə hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunmasıdır. Hesab edirəm ki, Qarabağla bağlı biz mitinq keçirməliyik. Amma hazırda bu barədə rəsmi qərarımız yoxdur. Biz düşünürük ki, hamı ilə bir yerdə Qarabağ mitinqi keçirmək lazımdır.

- AXH-də təmsil olunanların bəziləri həm də Qarabağ Komitəsindədir. Yaranmış vəziyyət onların AXH-dən getməsi ilə nəticələnə bilər?

- Heç kəsin seçim hüququnu pozmaq olmaz. Kim harada olmaq istəyir, orada olması onun hüququdur. Bolşevik təfəkkürü ilə yanaşmanın tərəfdarı deyiləm. İnsanlara sərbəstlik vermək lazımdır və fərqli mövqelərə də hörmətlə yanaşılmalıdır. Amma əmrlə davranmaq prinsipi düzgün deyil.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Bu gün, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Bu gün, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Bu gün, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Bu gün, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Bu gün, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Bu gün, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Bu gün, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru