AZAL Təl-Əvivə uçuşları bərpa edir .....                     Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                     Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi .....                     Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? .....                     Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər .....                     Rusiya iki Ukrayna limanına zərbə endirib .....                     Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi .....                     Əməkhaqqı düzgün hesablanmaya bilər .....                     Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var .....                     - "Bunu etmədən ölmək istəmərəm..." .....                     Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                 

Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı
Tarix: 14-02-2019, 09:41 | Çap et
Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı
Son günlər Müsavat Partiyasında saxta vəsiqə qalmaqalı böyüyür. Bunun yaranma səbəblərindən biri partiya funksioneri Səxavət Soltanlının paylaşdığı status olub. “Yeni Müsavat” sözügedən statusu təqdim edir: “Əziz dostlar, hakimiyyətin tapşırığı ilə Müsavat Partiyasına qarşı ”saxta sənəd satma" ittihamı ilə yeni bir kampaniya başladılıb. Bəziləri səmimi, bəziləri də məkrli məqsədlə bu “ittihamlara” cavab verməyimizi istəyirlər. Əzizlərim, ortada münasibət bildiriləsi bir dənə də olsa ciddi fakt olmadığı halda nəyə cavab verək?

Şəxsən sən oxucu, öldürmədiyin şəxsi harada basdırdığını deyə bilərsənmi? Bəli Müsavat Partiyasının, rəhbərlərinin adından saxta sənəd düzəldənlər var, biz onların kimlər tərəfindən verilməsinin müəyyənləşməsində ən çox maraqlıyıq. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, tapın bu cinayətkarları!

Hər zaman belə müzakirələrdə “Ortaya fakt qoyun” deyirik.

Elə “faktlar” qoyurlar ki, adam müzakirəyə çıxarmağa, adı hallanan şəxsə “sizin adınızdan istifadə etməklə saxta sənəd düzəldiblər” deyə müraciət etməyə də ehtiyac duymur. Saxta sənəd haqqında fakt istəyirsən, götürüb ortaya saxta fakt qoyurlar.

İndi sizin diqqətinizə belə bir saxta sənədi təqdim edəcəm.

Guya Yadigar Sadıqlıya məxsus olduğu deyilən, Yadigar bəyin hansı təşkilatın sədri olduğunu bilməyən biriləri tərəfindən primitiv formada onun adından istifadə etməklə saxta sənəd düzəldir.

Kimsə Müsavat adından saxta sənəd düzəldirsə, buna görə Müsavat Partiyası və ya adından saxta sənədə saxta imza atan Yadigar Sadıqlı günahkarmı olur, “arayış alverçisi”mi olur? Yadigar Sadıqlının ümumiyyətlə Salyana aidiyyəti yoxdur, o, Lənkəran təşkilatının sədri olub, Lənkaranda doğulub, orda işləyib, indi də orda yaşayır.

Üzünə baxan kimi bu sənədin də saxta olduğu, Müsavat Partiyasına aidiyyəti olmadığı, Yadigar Sadıqlının da bundan xəbəri olmadığı aşkar görünür.

Belə saxtakarlara, işbazlara görə Müsavat Partiyası kimi ləyaqətlə mübarizə aparan partiyanın adını hallandırmaq olarmı?

Bu “fakt”lara görə bizdən cavab vermək tələb edilə bilərmi?

Və ən sonda, kimsə bizim tərəfimizdən, Müsavat Partiyası tərəfindən hansısa bir sənədi pul müqabilində (qədər önəmli deyil) kiməsə verməsi ilə bağlı ortaya ciddi bir fakt qoysa, hamınızdan üzr istəyəcək, Müsavat başqanının müavini vəzifəsindən və seçkili orqan olan partiyanın Divanından da istefa verəcəyimi bəyan edirəm!

Fakt qoyun ortaya, daha belə saxta fakt yox".

Bu status Müsavat Partiyası daxilində, eləcə də sosial şəbəkədə ciddi müzakirələrə, qovğaya səbəb olub. İlkin reaksiyalardan birini elə partiyanın divan üzvü Yadigar Sadıqlı bildirib. Onun mövzu ilə bağlı yazdıqlarını təqdim edirik: “Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Mənim Salyan (!) təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Şükür, cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.
Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyiəm.Kim göndərib və nə vaxt göndərib. Və cavabın şifahi deyil, skrinşotla verilməsini tələb edirəm".

Müzakirələr zamanı Y.Sadıqlı ona sual ünvanlayan bəzi partiyadaşlarına cavab olaraq deyib: “Mənim adım keçən və guya aylarla əllərində olan sənəd barədə mənə heç bir məlumat verilməməsini, qəfildən sosial şəbəkədə paylaşılmasını izah edə bilərsiniz?” O, bununla da bu paylaşımın səmimi məqsədlərdən xəbər vermədiyinə işarə vurub.

Partiya başqanının müavini Tofiq Yaqublu isə müzakirələrdə bildirib ki, “bu saxta sənəd ələ keçən kimi Yadıgar bəyə dərhal məlumat verilməliydi”.

S.Soltanlı isə yaranmış fikir ayrılıqlarına belə münasibət bildirib: “İsterikanı anlamadım. Müsavata qarşı iflasa uğrayan şər kampaniyasını yenidən dirçəltmək cəhdinə cavab olaraq yazmışam ki, belə saxta sənədlər müxtəlif Müsavat yetkililərinin o cümlədən Yadigar Sadıqlının da adından düzəldilir, və saxta olması qəti şübhə doğurmayan bir nümunəni paylaşmışam. Burada sizi narahat edən nədir?

Eyni zamanda işbazların Yadigar Sadıqlının adından hazırladığı, guya Müsavat Partiyasına aid olan saxta sənədi ictimailəşdirməyimin Yadigar Sadıqlının başqanlığa namizəd olacağını elan etməsi ilə əlaqələndirmək riyakarlıqdır. Əvvəla, bu saxta sənəd Yadigar Sadıqlıya qarşı kompromat deyil. İkincisi, Yadigar Sadıqlı mən bu saxta sənəd haqqında Divan üzvlərinə (13 nəfərin iştirak etdiyi iclasda) məlumat verdikdən, bəzi Divan üzvlərinə və Elman Fəttaha bu saxta sənədi göstərdikdən, onun vasitəsi ilə bu haqda məlumat Yadigar Sadıqlıya çatdırıldıqdan sonra o qurultayda başqanlığa namizəd olacağını elan edib".

S.Soltanlı eyni zamanda bildirib ki, “Adam nə qədər savadsız və utanmaz olmalıdır ki, iddia eləsin ki, hansısa təşkilat öz üzvünə ”saxta vəsiqə", “saxta arayış” nə bilim saxta nəsə versin?". O, bu fikirlərini möhkəmləndirmək üçün aşağıdakıları qeyd edib: “Verirsə, elə həqiqi vəsiqə, həqiqi arayış verər də. Ay savadsız və bizə qarşı istifadə olunanlar, hansısa təşkilatın adından saxta sənəd varsa, bu o deməkdir ki, bu sənəd hansısa başqa fırıldaqçılar tərəfindən hazırlanıb. Bəli, Müsavat Partiyasının sənədlərinə oxşar sənəd düzəldənlər var və biz də bu saxtakarların tapılmasında, cəzalanmasında maraqlıyıq.

Əlində partiyanın möhürü, blankı olan bir şəxs niyə saxta sənəd versin? Niyə boş yerə oksigen israf edirsiz? 50, 100, 1000, 10000 min manat qarşılığında şəxsiyyətini, əqidəsini, əqidədaşlarını satanlar bizlərin düşünmədən nələrdən imtina etdiklərimizi heç düşünə bilirlərmi?

Bələdiyyə, parlament seçkilərində Müsavat Partiyasının siyahısı ilə seçkilərdə iştirak etməməyə görə şəxsən mənə təklif edilən pulun və başqa maddi şeylərin qarşısında bizə şər atanlar çox şeylərin satardılar.

Biz həmin təklif göndərənlərə düşünmədən layiq olduqları formada cavab vermişik.

Bir imza vərəqinə görə mən də daxil olmaqla namizədlərimizə təklif edilənlərdən xəbəriniz olsa da sizdə utanan sifət görmürəm.

Biri bizə Müsavatın sənədinə oxşar saxta sənəd göstərir, araşdırmasız görünür ki, saxta sənəddir, deyir “fakt demirdiz, bu da fakt”.

Bu adamlara ona görə vaxt ayırıram ki, cavab verilməyəndə, həqiqətlər deyilməyəndə ən absurd yalan da ayaq tutub yeriyir.

Bundan əvvəlki kampaniyaları kimi bu da suya düşüb".

“Yeni Müsavat” mövzu ilə bağlı tərəflərlə danışmağa cəhd göstərsə də, buna nail olmayıb. Y.Sadıqlı bu barədə mediaya açıqlama verməyəcəyini bildirib. Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, ötən illərdə də Müsavat Partiyasına qarşı saxta vəsiqə ittihamları olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Bu gün, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Bu gün, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Bu gün, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Bu gün, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Bu gün, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Bu gün, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Bu gün, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Bu gün, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Bu gün, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Bu gün, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Bu gün, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Bu gün, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Bu gün, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Bu gün, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Bu gün, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Bu gün, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru