Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                 

"Əgər ”Freedom House" obyektiv təşkilatdırsa, bu inkişafı hesabatlarında yazmalıydı" - deputat
Tarix: 7-02-2019, 09:00 | Çap et
"Əgər ”Freedom House" obyektiv təşkilatdırsa, bu inkişafı hesabatlarında yazmalıydı"
ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il hesabatında Azərbaycanı “azad olmayan” dövlətlər sırasında göstərib. Siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda Azərbaycan həmçinin Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi qiymətləndirilib.

“2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti haqqında” adlı hesabatda Azərbaycanın 11 xal topladığı deyilir. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək “qismən azad” ölkələr siyahısında yer alıb. Sənəddə yazılır ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb. Sənəddə həmçinin Azərbaycan iqtidarına qarşı sərt tənqidi fikrilər yer alıb. Orada qeyd edilib ki, Azərbaycan hakimiyyəti ölkədə media və vətəndaş cəmiyyəti azadlıqlarının qorunduğunu və siyasi opponentlərinə qarşı hər hansı repressiya aparılmadığını bildiriblər.

Rəsmi Bakı “Freedom House”un bundan əvvəlki hesabatlarını qərəzli hesab etdiyi kimi, sonuncunu da qərəzli hesab edir.

Milli Məclisin hakim partiyadan olan deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu cür hesabata Azərbaycan tərəfindən etimad ola bilməz: “Çünki bu hesabatı hazırlayan ”Freedom House" həmişə Azərbaycana qarşı qərəzli olub. Əgər “Freedom House” bu dəfə Azərbaycanla bağlı əsl həqiqətləri, reallıqları yazsaydı, mən onda təəccüblənərdim. Çünki bu təşkilat Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi gündən daim Azərbaycana qarşı eyni şeyləri yazır, qərəz nümayiş etdirir. Azərbaycanda heç bir müsbət işi bu təşkilat qeyd etmir. Bunun da səbəbləri ondan ibarətdir ki, həmin təşkilat erməni lobbisi vasitəsilə maliyyələşir. Bunların idarə heyətində bir neçə erməni də var.

Xüsusən Qafqaz üzrə hesabatlara baxanda həmişə görürük ki, Azərbaycanı daim “qara rəng”də görürlər. Ona görə ki, Azərbaycana qarşı bunların qərəzli mövqeləri var. İnsan hüquq və azadlıqları ilə verilən fikirlər hamısı qərəzlidir və təmənnalıdır. Azərbaycanda olan iqtisadi inkişaf, aparılan islahatları açıq-aşkar görməzlikdən gəlirlər. Bu cür qərəzli bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz yolu ilə gedir və bu yolla da davam edəcək. Azərbaycanda olan azad demokratik ədalətli seçkilər heç bir yerdə yoxdur. Azərbaycan qədər seçkilərə diqqət yetirən, seçkilərin tam stabil, sakit, azad keçirildiyi heç bir yer yoxdur. Ona görə də seçkilərlə bağlı həmin hesabatda yazılanlar tamamilə əsassızdır. Bu hesabat adlanan söz yığnağı “Freedom House” təşkilatının Azərbaycana qarşı növbəti böhtanı və qərəzidir".

B.Sadıqov qeyd etdi ki, Azərbaycan müstəqillik illərində, xüsusən də son 15 ildə sürətlə inkişaf edib: “Əgər ”Freedom House" obyektiv təşkilatdırsa, bu inkişafı hesabatlarında yazmalıydı. Lakin heç zaman yazmırlar. Çünki qərəzlidirlər, Azərbaycanın inkişafını götürməyən qüvvələrin sifarişi, tövsiyəsi və göstərişləri ilə Azərbaycan barədə fikirləri hesabatlarına daxil edirlər. Azərbaycan dünyada ən tolerant, bütün millətlərin heç bir fərq qoyulmadan azad yaşadığı ölkə kimi dünyada tanınır. “Freedom House” bunu da görməzlikdən gəlir. Bir dəfə də olsun hesabatlarında bu müsbət məqamı dünyaya nümunə kimi göstərmir. Əgər bu qurum Azərbaycandakı müsbət işləri, Azərbaycanın dünyaya, regiona verdiyi töhfələri görmürsə, problemi Azərbaycanda yox, öz gözündə axtarmalıdır. Dünyaya inteqrasiya eləyən, müstəqil siyasət yürüdən, bütün azadlıqların təmin olunduğu Azərbaycanı azad olmayan ölkə adlandırıb, Ermənistan kimi forpost ölkəni azad ölkə adlandırmaq bu təşkilatın məsələlərə necə qərəzli yanaşdığını göstərir".

Deputatın sözlərinə görə, bütün araşdırmalar göstərir ki, “Freedom House” təşkilatı müxtəlif qurumların sifarişini yerinə yetirir: “Bu qurumun maliyyə qaynaqlarına baxın, idarə edilməsinə diqqət yetirin. Bütün araşdırmalar göstərir ki, bu qurum, demək olar ki, müəyyən maliyyə qurumlarının sifarişini yerinə yetirir. Ayrı-ayrı qurumlar var ki, onların dünyanın müəyyən bölgələrində məqsədləri olur və məqsədlərinə nail olmaq üçün demokratiya, insan haqları adından bir pərdə kimi, bir vasitə kimi istifadə edirlər. “Freedom House” isə bu vasitədə alət rolunu oynayır. Ona görə də onun hesabatları birmənalı olaraq böhtan və qərəzli cümlələrdən ibarət olur. Biz dəfələrlə adını beynəlxalq qurum qoyan və əslində müxtəlif maliyyə mərkəzlərinin və ya dairələrin sifarişini yerinə yetirən bəzi təşkilatlar barədə fikirlərimizi demişik. Bunlardan biri də “Freedom House”dur.

O ki qaldı vətəndaş cəmiyyəti məsələsinə, Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə etdiyi uğurlarla MDB məkanında, bəlkə də ən birinci yerdədir. Bizim ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirən və onu möhkəmləndirən həm qanunvericilik bazası var, həm də maddi dəstək var. Hökumət büdcədən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi vəsait ayırır, müxtəlif qrantlar ayırır. Və bunun vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına təkan verib. Azərbaycan qanunları isə bunu daha da möhkəmləndirir. “Freedom House” kimi qərəzli təşkilatlar isə heç bir müsbət işi, tendensiyanı heç vaxt görmək istəmirlər".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Prezident yanında Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev də hesabatı qərəzli sayır. O deyib ki, “Freedom House”un Azərbaycana qarşı bir çox məsələlərdə tutduğu mövqe o qədər də obyektiv hesab edilə bilməz: “Bir çox hallarda qərəzli mövqedə yanaşılır. Azərbaycanda, əlbəttə ki, problemlər var, amma bu, o səviyyədə deyil ki, Azərbaycan azad olmayan ölkələr siyahısında yer alsın. Əgər Azərbaycanda hüquq və azadlıqlar qorunmasaydı, Azərbaycan bir sıra dünya reytinqlərində mövqeyini yaxşılaşdıra bilməzdi”.

Əliməmməd Nuriyev “Freedom House” təşkilatının Azərbaycanla bağlı məlumatlar hazırlayan mənbəyinin dəyişməsini, bir neçə fərqli mənbələrə əsaslanmasının lazım olduğunu düşünür: “Əsas məsələ odur ki, təşkilat hansı mənbələrlə işləyir. Bu mənbələr heç vaxt açıqlanmır. Görünən ondan ibarətdir ki, ”Freedom House"a verilən informasiyaların mənbəyinin özündə problem var və bu problemlər istər-istəməz onun qiymətləndirməsinə təsir göstərir. Azərbaycanın daxilində də ölkəyə qərəzli olduğunu hər zaman nümayiş etdirən insanlar var. Onlar belə qurumları özlərinin yanlış informasiyası ilə təmin edirlər, nəticədə belə qiymətləndirmə alınır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru