“Müxalifətdə ruspərəst ”5-ci kolon"un maraqlarına xidmət edənlər var"
Tarix: 16-01-2019, 08:45 | Çap et
 İlk dəfə “5-ci kolon” 1930-cu illərdə İspaniyada yaranıb. Vətəndaş müharibəsi zamanı general Frankonun təxribatçı qrupu belə adlanırdı. O vaxt Frankonun generallarından Emilo Mela paytaxt Madridə doğru yürüş zamanı demişdi ki, “biz 4 kolonla hücuma keçirik, 5-ci kolon isə düşməni içəridən dağıdacaq”.
Bu ifadənin praktik mənası “5-ci kolon”un vəzifəsinin həm agent fəaliyyəti ilə məşğul olmaq, həm təxribatlar yaratmaq deməkdir.
Sonradan - ikinci cahan savaşı illərində alman faşistləri də müxtəlif ölkələrdə casusluq və təxribatlarla məşğul olan oxşar qruplar yaratmışdılar. Belə nasist qrupları da məhz “5-ci kolon” adlanırdı.
Son illərdə Azərbaycan siyasi kluarlarında da bu ifadə tez-tez istifadə olunur. Hakimiyyət rəsmilərinin çıxışlarında vaxtaşırı Qərbin ölkəmizdə “5-ci kolon”u olduğu və Azərbaycana qarşı içəridən dağıdıcı fəaliyyət göstərdikləri söylənir. Lakin bunun əksini deyənlər də var. Hətta bəzi deputatlar “5-ci kolon” deyərkən Kremlə eyham vururlar.
Kəsəsi, iqtidar mənsubları “5-ci kolon”un Qərbə xidmət etdiyini söyləyir, başqaları isə bu ifadəni ruspərəstlərə şamil edir.
Bu günlərdə deputat Qüdrət Həsənquliyev “5-ci kolon” haqda danışarkən deyib ki, xarici dövlətlərin ümid verdiyi, yaranacaq siyasi böhrandan istifadə edib hakimiyyətdə yerini möhkəmlətmək, yaxud hakimiyyətə gəlmək istəyən qüvvələr var və Avropadan söyüş söyənlərin bir qrupu onlar tərəfindən yönləndirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə deyib ki, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərinin həbsdə olan blogger Mehman Hüseynovla görüşməsi məhz “beşinci kolon” nümayəndələri tərəfindən səsləndirilən iddiaların yalan və böhtan xarakterli məlumatlardan ibarət olduğunu bir daha sübuta yetirdi.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, “5-ci kolon” cəmiyyət və dövlətlə bağlılığı olmayan, yad qüvvələrə işləyən, onların maraqlarına xidmət edənlərə deyilir: “Azərbaycanı inkişafdan saxlayan və Rusiyanın maraqlarını burada yerinə yetirən həmin ”5-ci kolon"dur. Onlar müəyyən postlarda vəzifələr tutublar". S.Cəlaloğlu hesab edir ki, Azərbaycanda iranpərəst, qərbpərəst, ruspərəst qüvvələr var: “Lakin ruspərəstlərdən başqa digərləri hələ kolon şəklində formalaşmayıblar. Faktiki olaraq Azərbaycanda Rusiyanın imperiya maraqlarının təmini həyata keçirilir. Hətta müxalifətdə də ruspərəst, ”5-ci kolon"un maraqlarına uyğun hərəkət edənlər var. Onlardan ənənəvi müxalif qüvvələr arasında da var".
Yazıçı-konspiroloq Həmid Herisçi isə dedi ki, “5-ci kolon” mücərrəd sözdür, yozmalara, konspiroloqlara danışmağa rəvac verir: “Alış-veriş mövzusudur, dəqiq ölçüsü yoxdur, tarix boyu bu sözdən istifadə ediblər.
Əslində “5-ci kolon”dan daha çox, bu ifadənin özü maraqlara xidmət edir. Məsələn, mən inanmıram ki, Frankonun “5-ci kolon”u olub. Sadəcə, respublikaçılar düşərgəsində çaxnaşma yaradıblar.
Bunu Heminqueyin “Əcəl zəngi” romanında görə bilərsiniz. İspaniyada respublikaçılar saf idilər. O qarşıdurmada hamı öz yerini tapmışdı. Ola bilsin ki, casuslar olub. Amma Frankonun “5-ci kolon”u olmayıb".
H.Herisçinin fikrincə, siyasi qurumlar politexnoloji əsası olmayan bu ifadədən çox yaxşı istifadə edirlər: “Azərbaycanda heç bir ölkənin ”5-ci kolon"u yoxdur, olsaydı, hüquq-mühafizə orqanları öhdəsindən gələrdi.
Sadəcə, bu söz siyasi spekulyasiya vaxtı gündəmə gəlir. Qərbpərəstlər bir cür, ruspərəstlər bir cür, fundamentalistlər başqa cür kolon sözündən istifadə edirlər. Məqsəd bir-birini çürütməkdir, casus, əcinnə ovuna çıxmaqdır. Ona görə də ünvansız sözdür. Bu ifadəni ortaya atırsan, konspiroloji at gedişi edirsən. Düşmənin arxa cəbhəsinə keçib çaxnaşma yaratmaq üçün “5-ci kolon” ifadəsi işlədilir. Şahmatçılar bunu yaxşı bilirlər. Çünki şahmatda belə gediş var".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:53 |
|
|
|
| • Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Bu gün, 14:22 |
|
|
|
| • Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Bu gün, 14:17 |
|
|
|
| • Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Bu gün, 14:13 |
|
|
|
| • İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Bu gün, 14:09 |
|
|
|
| • “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Bu gün, 13:50 |
|
|
|
| • İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Bu gün, 13:45 |
|
|
|
| • Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
| • Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Bu gün, 12:54 |
|
|
|
| • İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Bu gün, 12:52 |
|
|
|
| • Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Bu gün, 12:51 |
|
|
|
| • Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Bu gün, 12:18 |
|
|
|
| • Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Bu gün, 12:15 |
|
|
|
| • Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08 |
|
|
|
| • Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
| • "İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44 |
|
|
|
| • Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34 |
|
|
|
| • Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30 |
|
|
|
| • İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13 |
|
|
|
| • Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00 |
|
|
|
| • Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58 |
|
|
|
| • Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52 |
|
|
|
| • ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46 |
|
|
|
| • SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39 |
|
|
|
| • SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37 |
|
|
|
| • "Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32 |
|
|
|
| • “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27 |
|
|
|
| • Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25 |
|
|
|
| • Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19 |
|
|
|
| • Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18 |
|
|
|
| • Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16 |
|
|
|
| • Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35 |
|
|
|
| • "Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28 |
|
|
|
| • İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20 |
|
|
|
| • Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02 |
|
|
|
| • Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39 |
|
|
|
| • Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35 |
|
|
|
| • Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23 |
|
|
|
| • Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14 |
|
|
|
| • Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02 |
|
|
|
| • Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19 |
|
|
|
| • Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14 |
|
|
|
| • Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11 |
|
|
|
| • Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34 |
|
|
|
| • Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13 |
|
|
|
| • Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11 |
|
|
|
| • “Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53 |
|
|
|
| • Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51 |
|
|
|
| • “Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45 |
|
|
|
|