“Bəziləri qrant ələ keçirmək üçün bunu fürsət bilib hərəkətə keçirlər...” - deputat
Tarix: 14-01-2019, 08:31 | Çap et
 Həbsdə olan gənc bloger Mehman Hüseynova qarşı əlavə maddələrlə cinayət işinin açılması məsələsi hələ də gündəmdədir. Son olaraq, onun Azərbaycan KİV-lərinə müraciət etməsi və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada onunla görüşmələri müzakirələrə yol açıb. Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər.
Gənc bloger ətrafında yaranan müəmmalardan biri onun barəsində cinayət işi açılmasına baxmayaraq, hələ də məhkəmə önünə çıxarılmamasıdır. Bu müəmmalı vəziyyətə M.Hüseynovun vəkili Şəhla Hümbətova “Yeni Müsavat”da bu cür aydınlıq gətirdi: “Hazırda istintaq gedir. Qanunvericiliklə bu şəxs barəsində 3 marta qədər qətimkan tədbiri seçilib. İstintaq müddətində o həbsdə qalmalıdır. Ondan sonra hər şey istintaqın gedişindən asılı olacaq. Bəri başdan mən nəsə deyə bilmərəm. Çünki elə bir vəziyyətdir ki, heç kəs heç nə deyə bilməz. Mehman Hüseynovun özü ilə bağlı bütün açıqlamaları onun ailə üzvləri verir. Bizim razılaşmamız belədir”.
Qeyd edək ki, M.Hüseynova əlavə cinayət işi açılan kimi ölkə daxilində və xaricində bəzi qüvvələr dərhal hərəkətə keçib. Bəyanatlar bir-birinin ardınca gəlməyə başlayıb. Xüsusilə, bəzi beynəlxalq qurumlar mövcud vəziyyətdən gen-bol istifadə etməyə cəhdlər edir. Ölkə daxilində də bəzi qüvvələr bunu bir fürsət bilib. Gənc blogerin keçirdiyi ağır günlər, onun gənclik həyatı bir tərəfdə qalıb, fürsətcil qüvvələr bunları unudub öz şəxsi maraqlarını daha çox önə çəkdilər.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev məsələnin həll yollarından danışdı: “Mən də həbsdə olmuşam. Allah həbsdə olanların hamısının qapısını açsın. Amma bir şeyi deyim. Mehmanın yaxınlarına da tövsiyə etmişdim ki, ondan bir alət kimi istifadə etməsinlər. Bəziləri qrantlar ələ keçirmək üçün bunu fürsət bilib hərəkətə keçirlər, xaricdən söyüş kampaniyası təşkil olunur. Bunlar yersiz məsələlərdir. Hesab edirəm ki, media kapitanlarının, ziyalıların, Mehman ailəsinin müraciəti əsasında bu məsələni həll etmək lazımdır. Mən də düşünürəm ki, məsələni böyütməyə dəyməz. Mehman bir müddətdir həbsdədir və onun azad edilməsi üçün addımlar atmaq mümkündür.
Mövcud vəziyyətdən beynəlxalq qurumlar, dövlətlər süni şəkildə ajiotaj yaratmağa çalışır. ”Avronest"də elə bir sual qoymuşdum ki, insan hüquqlarını müdafiə edən ATƏT və başqa təşkilatlar nə üçün Kəlbəcərdən girov götürülmüş və zod mədənlərində işlədilən yüzlərlə Azərbaycan qadınının azad edilməsi üçün işlər görmür? Həm girov götürülənlərin sayını, həm də ünvanı göstərmiş, onların azad edilməsini tələb etmişdim. Bununla bağlı heç bir tədbir görmədilər. İndi guya Azərbaycanda bir nəfərin hüquqi pozulub deyə hay-küy salırlar. Əlbəttə, mən ölkəmizdə bir nəfərin belə hüquqlarının pozulmasını istəmirəm. Mehman məsələsindən, eləcə də, digər bu kimi məsələlərdən istifadə etməyə çalışanlara fürsət vermək lazım deyil. Söyüş kampaniyasından, bəzi şəxslərin qrant əldə etmək üçün Mehmanı əldə alət etmələrindən deyil, media kapitanlarının, jurnalistlərin, ziyalıların, lap lazım gələrsə, deputatların müraciəti ilə bu məsələni həll etmək lazımdır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:07 |
|
|
|
| • Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Bu gün, 16:02 |
|
|
|
| • UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Bu gün, 15:56 |
|
|
|
| • Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:53 |
|
|
|
| • Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Bu gün, 14:22 |
|
|
|
| • Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Bu gün, 14:13 |
|
|
|
| • İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Bu gün, 14:09 |
|
|
|
| • “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Bu gün, 13:50 |
|
|
|
| • İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Bu gün, 13:45 |
|
|
|
| • Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
| • Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Bu gün, 12:54 |
|
|
|
| • İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Bu gün, 12:52 |
|
|
|
| • Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Bu gün, 12:51 |
|
|
|
| • Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Bu gün, 12:18 |
|
|
|
| • Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Bu gün, 12:15 |
|
|
|
| • Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08 |
|
|
|
| • Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
| • "İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44 |
|
|
|
| • Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34 |
|
|
|
| • Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30 |
|
|
|
| • İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13 |
|
|
|
| • Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00 |
|
|
|
| • Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58 |
|
|
|
| • Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52 |
|
|
|
| • ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46 |
|
|
|
| • SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39 |
|
|
|
| • SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37 |
|
|
|
| • "Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32 |
|
|
|
| • “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27 |
|
|
|
| • Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25 |
|
|
|
| • Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19 |
|
|
|
| • Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18 |
|
|
|
| • Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16 |
|
|
|
| • Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35 |
|
|
|
| • "Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28 |
|
|
|
| • İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20 |
|
|
|
| • Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02 |
|
|
|
| • Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39 |
|
|
|
| • Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35 |
|
|
|
| • Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23 |
|
|
|
| • Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14 |
|
|
|
| • Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02 |
|
|
|
| • Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19 |
|
|
|
| • Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14 |
|
|
|
| • Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11 |
|
|
|
| • Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34 |
|
|
|
| • Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13 |
|
|
|
| • Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11 |
|
|
|
| • “Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53 |
|
|
|
|