Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                 

“Gənc və yaxud qoca kadr anlayışı olmamalıdır, ağıllı, bilgili, əxlaqlı, peşəkar kadrlar irəli çəkilməlidir” - deputat
Tarix: 7-01-2019, 08:44 | Çap et
“Gənc və yaxud qoca kadr anlayışı olmamalıdır, ağıllı, bilgili, əxlaqlı, peşəkar kadrlar irəli çəkilməlidir”
Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa kifayət qədər aktiv və fəal ictimai-siyasi xadimlərdən biridir. Onun aktual məsələlərə, cəmiyyəti narahat edən problemlərə operativ və özünəməxsus reaksiyaları daim diqqət cəlb edir. Bu mənada mətbuata sayğısını da nəzərə alsaq, Fazil bəylə həmsöhbət olmaq daim xoşdur. Gündəmimizdəki vacib məsələlərlə bağlı “Yeni Müsavat”a bugünkü müsahibəsini diqqətinizə çatdırırıq:

- Fazil bəy, Milli Məclisin payız sessiyasında fəal deputatlardan oldunuz, hətta parlament jurnalistlərinin rəy sorğusunda da bu fəallığınız təsdiqləndi. Özünüz özünüzə kənardan baxanda necə qiymət verirsiniz, sizi narahat edən bütün məsələləri dilə gətirə bildinizmi? Qaldırdığınız məsələlərə parlament rəhbərliyi və hökumətdən reaksiyalar sizi qane etdimi?

- Siz də daxil olmaqla parlament jurnalistlərinin bu dəyərləndirməsinə görə təşəkkürümü bildirirəm. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, mövcud parlamentdə potensialımızın çox az hissəsini ortaya qoya bilirik. Bu, ilk növbədə Konstitusiyanın parlament funksiyasını məhdudlaşdıran normalarından irəli gələn bir durumdur. Siyasi alternativlik imkanlarının xeyli məhdud olması, faktiki olaraq müxalifətə fraksiya yaratmaq imkanının verilməməsi, qanunvericilik təşəbbüsü hüququnun dolayı yolla deputatların əlindən alınması bu fəallığın hüdudlarını xeyli daraldır. Yaxşı ki, heç olmazsa üç dəqiqəlik gündəliyin müzakirəsində danışmaq olur, biz də bu qısa müddətdə bir-iki aktual problemi dilə gətirmək fürsətini dəyərləndirməyə çalışırıq. Büdcə müzakirələri, hökumətin hesabatı və başqa məsələlərdə də təkliflərimizi səsləndirmək imkanı olur. Müəyyən təkliflərimizin istər parlament rəhbərliyi, istər də hökumət üzvləri tərəfindən nəzərə alındığını da söyləyə bilərəm, ancaq sağlam müzakirə ortamı olarsa, bilik və təcrübəmizi daha səmərəli şəkildə ortaya qoya bilərik.

- Qış tətilində idman və mütaliəyə vaxt ayıracağınızı, başqa yerə getmək planının olmadığını demisiniz. Başqa yerə getməmək təsadüfən bölgələrimizdəki turizm obyektlərinin “od qiyməti”nə olması ilə bağlı deyil ki? Məsələn, siz aylıq maaşınızla Azərbaycandakı otellərin hansısa birində cəmi 4-5 gün qalmağı təsəvvürünüzə gətirəndə nələr düşünürsünüz? Sizcə, bizdə qiymətlər niyə “ceyran belində”dir?

- İdman və mütaliə mənim xobbimdir, bunun tətillə birbaşa əlaqəsi yoxdur. Futbol, basketbol, bilyard və şahmat intensiv məşğul olduğum oyunlardır, mütaliə isə yemək-içmək və gəzməkdən daha ön sırada gəlir. Rayonlarımızda turizm üçün yeni infrstrukturlar yaradılsa da, hələ də qiymətlərin bahalığı və xidmət mədəniyyətinin aşağılığı problem olaraq qalır. Digər tərəfdən, bu sferada mövcud olan inhisarçılıq elementləri də öz mənfi təsirini göstərir. Türkiyə və İranla vizasız gediş-gəliş probleminin çözülməməsi də turizmin inkişafına müəyyən çətinliklər əlavə edir. Bu səbəbdən turistlərin əhəmiyyətli hissəsi qonşu ölkələri tərcih ediirlər. Ümumilikdə isə rayonlara yolum düşəndə çox az hallarda otel tərcih edirəm, daha çox dostlarımızın evində qalıram. Bir-neçə günlüyə harasa ailəmlə gedəndə də ayrıca ev kirayələməyə üstünlük verirəm.

- Fazil bəy, növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etdik. Azərbaycanlılar həmrəydirmi? Ümumi durum yəqin sizi də qane etmir. Vəziyyəti yaxşılığa doğru dəyişməyə bizə nələr mane olur?

- Mütləq mənada dünyada hansısa xalqın həmrəyliyindən danışmaq absurddur. Çünki xalqlar ayrı-ayrı insan komponentlərindən ibarətdir və hər kəsin həmrəylikdən başqa, həm də həmrəy olmama haqqı var. Azərbaycanlıların da həmrəyliyi bir ideyadaır, bir istəkdir, bir hədəfdir. Bu, həm də hər başlayan il üçün yaxşı mənada bir xatırlatma xarakteri daşıyır. Sağlam düşüncəli azərbaycanlı Şaxta babanın hədiyyə torbasından, Qar qızın uydurma cazibəsindən daha çox, hər başlayan il üçün məhz xaricdə və daxildə necə ortaq davranış sərgiləyərək başımızdan aşan problemləri çözmək barədə düşünməlidir. Həmrəylik günü də yaddaşımızda bu hədəfi oyadır.

- Ölkədə yeni hərəkatın yaradılması istiqamətində addımlar gözlənilir. Sizin partiya bu hərəkatda iştirak üçün dəvət alıbmı? Ümumən bu təşəbbüsə münasibətiniz necədir?

- Bu gün Azərbaycanın saysız-hesabsız ilğımlardan çıxışı üçün ilk öncə yeni rasional düşüncəyə ehtiyac var. Bu düşüncə cəmiyyətə aşılanmadıqca, hansısa təşkilatlanma modelinə etinasızlığın davamından başqa bir hal müşahidə etməyəcəyik. Vaxtilə Milli Müqavimət Hərəkatı, Bütöv Azərbaycan Birliyi yaradıldı, bu gün xatırlayan varmı? Qarabağ Azadlıq Hərəkatı illərdir var, imkanı yetən səviyyədə tədbirlər də keçirir, cəmiyyətdən arzulanan dəstəyi ala bilirmi? Yeni hərəkat fərqli nə deyəcək cəmiyyətə? Azərbaycanda Qarabağın azadlığının yolunu artıq siyasətçilər tapmaqda acizdirlər. Bəhanəmiz də ortada: Rusiya var, ABŞ var, Minsk Qrupu var, beynəlxalq dəstək olmasa, qazanacağımız uzaqbaşı bir Lələtəpə olacaq! Ancaq mütləq bir yol var ki, biz bunu tapa bilmədiyimizə görə siyasətin diplomatiya və təşkilat koridorlarında baş girləməklə boy göstəririk. Həmin çözüm yolunu bu məmləkətin hansısa bir filosofu, hansısa bir yazarı, hansısa düşüncə adamı tapmalıdır, siyasətçilər də buna real məzmun verməlidir, hərbçilər də icra etməlidir. Qarabağ problemini kabinetlərdən çıxarıb millətin düşüncəsinə transfer etmək lazımdır, millətin pafossuz, şikəstəsiz bir ideyasına çevirmək lazımdır, düşüncələr, müzakirələr real xilas yolunu hökmən göstərəcək. Bu səbəbdən də biz cəmiyyətin geniş təbəqələrinin dəstəkləməyəcəyi, insanlarımızda həssaslıq yaratmaq gücündə olmayan təşkilatlanma modellərinə maraq göstərmirik. Ancaq təşəbbüs göstərənlərin də səmimi niyyətlərini təqdir edərək, uğurlar arzulayırıq.

- Ölkəmizdəki islahatlarla bağlı gözləntiləriniz maraqlıdır...Vəzifələrə gənc kadrların təyin olunmasını necə qiymətləndirirsiniz? Yeni kadrlar bu istiqamətdə irəliləyişlərə nail olacaqlarmı?

- Mənim baxış bucağım belədir ki, gənc və yaxud qoca kadr anlayışı olmamalıdır, ağıllı, bilgili, əxlaqlı, peşəkar kadrlar irəli çəkilməlidir. Açığı, bizim bəlkə də informasiya bolluğu içində hiss etmədiyimiz masştabda ölkə prezidenti tərəfindən ciddi bir kadr islahatı gerçəkləşdirilir. Kənar müşahidəçi kimi deyərdim ki, tanıdığım qədər Səbayel rayonuna icra başçısı təyin olunan Vüqar Zeynalov, Bakı şəhərinə icra başçısı təyin olunan Eldar Əzizov, Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov, Bakı Dövlət Universitetinin rektor əvəzi Firudin Qurbanov, Qida təhlükəsizliyi qurumunun rəhbəri Qoşqar Təhməzov layiqli və işgüzar keyfiyyətə sahib kadrlardır. Eləcə də indiki vergilər, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin təyinatının uğurlu olduğunu söyləmək olar. Bu yaxınlarda Elnur Sultanının energetika nazirinin müavini təyin olunmasına çox sevindim. Onunla birlikdə konfranslarda, televiziya debatlarında olmuşam, çox bilgili və dürüst bir insandır, ölkə prezidentinin bu cür təyinatlarını ancaq müsbət qiymətləndirmək olar. Fikrimcə, İctimai Televiziya üçün də rəhbərlik dəyişikliyi uğurlu oldu. Bununla həm də Az.TV-nin də Arif Alışanovun mənfi obrazından qurtulacağına da ümid artır. Ümumilikdə isə yeni düşüncəyə sahib, sağlam reputasiyalı kadrların çoxalmasının, ölkədə islahatların real məzmun almasına təkan verəcəyinə inanıram.

- Son iclasda Bakını tıxac bəlasından qurtarmağa çağırdınız. Amma Bakının yollarının çökməsi, yamaclarının sürüşməsi kimi bəlalar da var. Belə bir vəziyyət sizə nə deyir, paytaxtın bu kökə düşməsinə səbəb nədir? Doğrudanmı Bakının altından çay axır, doğrudanmı hansısa təbiət hadisəsi baş verir və sürüşmələrə səbəb olur?

- Bakı, sadəcə, məmur məsuliyyətsizliyinin qurbanına çevrilməkdədir. Son illərdə həm modernləşən, yeni binalarla, yol qovşaqları ilə, parklarla zənginləşən bir şəhər, eyni zamanda gecəqondulaşmaya davam edən, tıxac probleminin adiləşdiyi, torpağın ayaq altından sürüşdüyü bir şəhərə çevrilib. Təsəvvür edin ki, məsuliyyətsizliyin ən böyük faktı ən çox yük götürən küçələrdən biri sayılan Cəlil Məmmədquluzadə - keçmiş Papanin - küçəsinin metro tikintisinə görə 6 ildir bağlı qalmasıdır və buna görə hansısa məmurun narahat olduğunu sezmirsən. Ümumiyyətlə, metro tikintisi acınacaqlı durumdadır, şəhərdə müstəqil xətti olan alternativ nəqliyyat yoxdur. İctimai nəqliyyatın dinamosu sayılan avtobuslar digər minik avtomobilləri ilə birlikdə eyni tıxaca taxılaraq vətəndaşları vaxtında təyinat yerinə çatdıra bilmirlər. Tramvay xətti məsuliyyətsizlikdən yox edildi, trolleybus yox, metroda da havalandırma sistemi bərbad gündə. Taksi xidməti də xaotik durumda, əhalinin də xeyli hissəsi minik avtomobili ilə hərəkətə üstünlük verirsə, durumun qəlizliyi tam anlaşılandır. Allahın yağışından, qarından hamı zövq alır, bizsə qorxuruq ki, yenə tıxaclar başlayacaq. Ölkə prezidenti son günlər nəqliyyat sferasının tənzimlənməsi ilə bağlı çox ciddi addımlar atdı, ümid edək ki, bu istiqamətdə ciddi müzakirələr aparılmaqla vətəndaşın vəziyyətini yüngülləşdirəcək işlər görüləcək.

- Bu il həm də bələdiyyə seçkiləri keçiriləcək. Partiya olaraq seçkilərə hazırlaşırsınızmı? Bəlkə eyni vaxtda Bakının böyük şəhər bələdiyyəsi, Bakı meri də seçilsə, daha yaxşı olardı. Siz necə hesab edirsiniz?

- Böyük Quruluş Partiyasının Seçki qərargahı daimi fəaliyyət göstərən orqandır. Hər bir seçkiyə hazır olmağa da bir partiya vəzifəsi kimi baxırıq. Bələdiyyə seçkiləri ilin sonu üçün nəzərdə tutulub, o vaxtadək seçki strategiyamızı bir daha dəqiqləşdirəcəyik. Bələdiyyələrin səlahiyyətləri çox az olduğuna görə seçkilərə üzvlərimizdə və tərəfdarlarımızda maraq yaratmaq çətindir, ancaq bütün hallarda yerli təşkilatlarımızın olduğu bütün bələdiyyələrdə yer qazanmaq üçün seçki prosesinə qatılacağıq. Bakı Böyük Şəhər Bələdiyyəsinin, Bakı merinin seçilməsi ideyası tərəfimizdən dəfələrlə Milli Məclisdə səsləndirilib, lakin çoxluq tərəfindən dəstək görməyib. Bu model əksər ölkələrdə var, bizdə niyə laqeyd yanaşılır, doğrusu səbəbini tapa bilmirəm.

- Növbədənkənar parlament seçkilərinin keçirilməsinə zərurət varmı? Bununla bağlı xəbərlər kəsilmir. Yeri gəlmişkən, eynilə növbədənkənar prezident seçkilərində də eyni vəziyyət yaranmışdı.

- Açığı, bu kimi xəbərlərə rəsmi məqamların aydınlıq gətirməsi daha doğru olardı. Hakim partiya rəsmisinin açıqlamasına görə, seçkilər öz vaxtında keçiriləcək və növbədənkənar variantlar barədə düşünülmür. Bu açıqlama məncə, spekulyasiyalara yetərincə aydınlıq gətirdi. Növbədənkənar seçikinin olması cəmiyyətin sifarişindən asılıdır, bəlkə 6-7 aydan sonra belə bir sifariş yaranacaq, bunu proqnozlaşdırmaq imkanına sahib deyilik. Növbədənkənar prezident seçkiləri ilə müqayisə məncə, uğurlu sayılmaz. Çünki prezident seçkiləri Konstitusiyada referendum yolu ilə dəyişiklərin tələbinə uyğun olaraq irəli tarixə çəkildi, burada prezidentin səlahiyyət müddətinin uzadılması, birinci-vitse-prezident, vitse-prezidentlər institutunun təsisi, prezidentə əlavə səlahiyyətlərin verilməsi ilə müşayiət olunan məqamlar vardı. Parlamentlə bağlı Konstitusiyada fundamental heç bir dəyişiklik olmadığına görə, növbədənkənar seçki üçün zərurət sayılan arqumentləri tapmaq da xeyli çətindir.

- Bakıdakı yaşıllıqların bina tikintisi ilə bağlı qırılması, yaxud ağacların köçürülməsinə sizin münasibətiniz necədir?

- Bunun bir adı var, o da vəhşilikdir! Yaşıllıqların məhvinə, qida təhlükəsizliyinə biganə qalmağın nəticəsidir ki, son bir ildə onkoloji xəstəliklərin sayı böyük sürətlə, yəni 3 dəfə artıb! Xatırlayırsınızsa, ötən il Yasamal rayonunda yüzə yaxın ağacın dibinə kimyəvi turşu tökmüşdülər ki, qurusun! Belə bir vəhşiliyə görə kiminsə sağ və ya sol gözünün çıxarılmasının şahidi olmadıq. İndi şükür etməliyik ki, ağacları heç olmazsa adam kimi kəsib dəfn edirlər, turşu ilə yandırmırlar. İnsaf naminə demək lazımdır ki, şəhərin yaşıllaşdırılması üçün də xeyli müsbət işlər görülür və ən azı təsəlli üçün səbəb var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Bu gün, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Bu gün, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Bu gün, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Bu gün, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Bu gün, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Bu gün, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Bu gün, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Bu gün, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Bu gün, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Bu gün, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Bu gün, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Bu gün, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru