Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... .....                     Burda rüşvət artıq METASTAZ VERİR... .....                     Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir .....                     İranın son təklifi mətbuata sızıb .....                     Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR .....                     "Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." .....                     Ölkə banklarında kreditlər niyə "baha"dır? .....                     Ağsuda sosial yardım qalmaqalı .....                     AHİK-in “Kurort”unda yoxlama başlanıb .....                     Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir .....                     Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi .....                     Bu da yoldaş Bağırovun tender ortaqları .....                     Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? .....                     Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... .....                     “Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib .....                     Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir .....                     Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... .....                     Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                 

“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
Tarix: 29-12-2018, 10:02 | Çap et
“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
AĞ Partiyanın sədri Tural Abbaslı son günlər müxalifət düşərgəsində müşahidə olunan proseslər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Müxalifət düşərgəsində ilin sonlarında bir canlanma, hərəkətlilik müşahidə olunur. Bu yaxınlarda Əli Kərimli qısamüddətli həbsdən çıxandan sonra bir sıra siyasi partiyalarla danışıqlar apardı. İsgəndər Həmidov böyük bir toplantı təşəbbüsünü irəli sürdü və reallaşdırdı. Artıq xeyli vaxtdır Qarabağ Komitəsi aktiv fəaliyyət göstərir. Bütün bu baş verənlər nədən xəbər verir?

- Son illərdə Azərbaycanda siyasət meydanında bir sakitlik hökm sürürdü. Hətta aprel ayında keçirilən prezident seçkiləri belə, müxalifət düşərgəsini lazımi səviyyədə tərpədə bilmədi, müxalifət xalqı proseslərə qoşa bilmədi. Bir prosesdəki xalq iştirak eləmir, orada heç bir ciddi fəaliyyətdən, canlanmadan söhbət gedə bilməz. Ona görə də seçkilər dövründə hakimiyyət prosesləri istədiyi tərəfə yönləndirə bilmişdi və istədiyi nəticələri də əldə edə bildi. Müxalifət düşərgəsinin bir hissəsi isə mübarizə aparmaq əvəzinə, boykot adlı lazımsız, təsir imkanı olmayan bir yolu seçdilər. Biz AĞ Partiya olaraq seçkiyə qatıldıq, çalışdıq ki, cəmiyyətdə bir siyasi canlanma olsun. Siz də razılaşarsınız ki, bir çiçəklə bahar olmur. Bizi seçkiyə buraxmadılar. Yəni ilin əvvəlindən hər şey hakimiyyətin istədiyi kimi getdi. Milli Şuranın və AXCP-nin keçirdiyi bir neçə uğursuz mitinqlər də heç bir siyasi canlanma yarada bilmədi. O mitinqlər əks effekt verdi. Mübarizəyə olan-qalan ümidləri də Milli Şuranın keçirdiyi mitinqlər öldürdü. “Talana yox!” şüarı ilə keçirdikləri mitinq olan-qalan ümidləri də öldürdü. Həmin mitinqlərdən müxalifət yox, hakimiyyət yararlandı. Belə bir vəziyyətin hökm sürdüyü vaxtda, nəhayət, ilin ikinci yarısından siyasi qüvvələrin bir hissəsində hərəkətlənmə başlaması müsbət qiymətləndirilməlidir.

- Müsavat və AXCP-nin Qarabağ Komitəsində və müxalifətin zirvə toplantısında iştirak etməməsinə münasibətiniz necədir?

- Müxalifətdə bir inhisarçılıq var idi. Bəziləri tarixi adların altında, bəziləri isə xalq hərəkatından qalan adın arxasında gizlənərək müxalifətdə bütün öncüllüyün onlara məxsus olduğunu qeyd edirdilər, bu sahəni inhisarda saxlayırdılar. Amma liderliyin, öncüllüyün gətirdiyi öhdəlikləri də icra eləmirdilər. Öndə getmək əvəzinə proseslərin arxasınca sürünürdülər. Cəmiyyətdən gələn sifarişləri qulaqardına vururdular və bu gün də belədir. Ona görə də cəmiyyətdə, müxalifətdə bir toparlanma, həm də inhisarçılardan qurtulma gərək idi. İlk və ən lazımlı toparlanma Qarabağ Komitəsi formuludur - baxmayaraq ki, Qarabağ Komitəsi siyasi təşkilat deyil, siyasi hədəfləri yoxdur. Qarabağla bağlı təhlükəli tendensiyanın müşahidə edilməsi bir çox partiyaları, ictimai təşkilatları və şəxsləri bir araya gətirdi və Qarabağ Komitəsi yarandı. Qarabağ Komitəsinin yaranması, aktiv fəaliyyəti və 29 sentyabrda keçirdiyi mitinq ölkənin ictimai-siyasi gündəmində bir canlanma yaratdı. Bu, ənənəvi köhnə müxalifət düşərgəsində də bir silkələnmə, ajiotaj yaratdı. Onlar artıq özlərinin müxalifət mövqelərinə sanki bir təhlükə yarandığını düşünməyə başladılar. İllərdir süni şəkildə qoruyub saxladıqları mövqelərin əldən gedəcəyi düşüncəsinə qapıldılar. Hələ də bu düşüncədədirlər. Qarabağ Komitəsinin yaranmasında əvvəllər Müsavat Partiyasının nümayəndəsi iştirak edirdi. Amma bir müddət həmin nümayəndə çəkildi kənara və bəyan elədilər ki, biz orada yoxuq. Elə bil ki, Müsavat və AXCP Qarabağ Komitəsinin uğurlu olmasını istəmirlər. Çünki onlar inhisarçılığı əldən vermək istəmirlər. İstənilən aktivlik göstərən quruma, birliyə onlar təhlükə kimi baxırlar. Məhz 29 sentyabr mitinqindən sonra başladılar Qarabağ Komitəsinə sosial şəbəkələrdə, saytlarda söz atmağa. Sonra da başladılar Qarabağ Komitəsinin tədbirlərinə paralel tədbirlər keçirməyə. Rəqabət canlanma yaratdı. Belə vəziyyətdə isə cəmiyyətdə Qarabağ Komitəsinə şüuraltı bir siyasi qurum kimi baxılmağa başlandı. Bunun da qarşısını almaq üçün ənənəvi metodlara əl atıldı. İnhisarçı tərəflərdən birinin lideri süni şəkildə guya həbs olundu, onun barəsində əzabkeş obrazı yaradılmaq cəhdi edildi və cəmiyyətə “əsas müxalifət budur” fikrini qəbul etdirməyə çalışdılar. Amma Əli Kərimlinin üzərində qurulan bu yeni oyun nəzərdə tutulan effekti vermədi. Süni şounun təsiri qısa bir zamanda itib getdi. Bundan sonra isə Əli Kərimli bəzi təşkilatlarla birlik yaratmaq istiqamətində təşəbbüslərə başladı. Bunun da effekti olmadı və Qarabağ Komitəsini kölgədə qoya bilmədi. İsgəndər Həmidov isə Qarabağ Komitəsində olanlar da daxil daha böyük spektrin iştirakını özündə ehtiva edən toplantı təşəbbüsü irəli sürdü. Qısa zamanda da bu təşəbbüs həyata keçdi. Çox yaxşı bir və geniş əhatəli bir toplantı oldu. Lakin AXCP və Müsavat, eləcə də özünü təzə müxalifət elan edən REAL bu toplantıya gəlmədi. Hətta bu toplantını onlar hakimiyyətdəkilərdən daha çox hədəfə aldılar, təhqir də etdilər. Toplantının alınmaması üçün əllərindən gələni etdilər. Amma istəklərinə yenə nail ola bilmədilər. Özlərinə “böyük” deyənlər iş görmürsə qoy özlərinə “kiçik” deyənlər bir araya gəlsinlər və çıxış yolları aransın. İlk addım kimi çox uğurlu addım saymaq olar. İnşallah, bu zirvə toplantısının ikinci mərhələsi yanvarın 5-də olacaq. Prosesin növbəti mərhələlərini yaradılan İşçi Qrup həll edəcək. Yanvarın 5-də olacaq müzakirələrdə daha konkret qərarlar qəbul ediləcək və proses davam edəcək.

Bu aktivlikdə ölkədə ehtimalı olunan hansısa seçkilərin gözləntisi amili rol oynamır. Yaranmış canlanmanı biz əgər məqsədyönlü şəkildə doğru düzgün addımlar ata bilsək daha effektli prosesə çevirmək mümkün olacaq. Nəhayət ölkədə real müxalifət hərəkatı ortada olacaq. 2019-cu ilin bu baxımdan cəmiyyətimiz və dövlətimiz üçün faydalı il olacağını düşünürəm.

- İsgəndər Həmidovun adını çəkdiyiniz iki partiya ilə də yaxın münasibətləri var. Sizcə, İsgəndər Həmidovun təşəbbüsünə qeyd etdiyiniz münasibət nədəndir? İsgəndər Həmidovu aşağı səviyyəli adamlarla dəyirmi masa keçirməkdə belə qınayırlar.

- İsgəndər bəy bunlarla yan-yana olanda ona “cənab general” deyə müraciət edirlər, özlərinə fəxr bilirlər ki, İsgəndər Həmidovla birlikdədirlər. Elə ki, İsgəndər bəy onların yanından bir addım aralandı dərhal ona, onun təşkil etdiyi tədbirə münasibət sərtləşdirilir. Təəssüf ki, bax. Bu cür cılızlıqlarını bir daha nümayiş etdirdilər. Onların bu cür yarıtmaz, korafəhm davranışları Müsavatı da, AXCP-ni də müttəfiqsiz qoyub, elektoratlarını dağıdıb. Müsavat və AXCP sonuncu qurultaylarından sonra məhvə doğru yol seçib. Arif Hacılı və Əli Kərimli bu yolda “uğurla” irəliləyirlər. Onlar bir-birini də qəbul etmirlər. Əli Kərimli Müsavat başqanı Arif Hacılının dəfələrlə etdiyi müraciəti saya salmadı, onu qəbul etmədi. Hətta AXCP-dən biri yazdı ki, Arif Hacılı ilə Əli Kərimlinin görüşü 300 il sonra baş tuta bilər, getsin növbəyə yazılsın. Yəni bunların “mənəm-mənəmliyi” elə bir vəziyyətə gətirib çıxarıb ki, rəhbərlik etdikləri partiyalar təklənmiş vəziyyətdə qalıblar.

Belə bir vəziyyətdə İsgəndər Həmidov kimi şəxsləri də özlərindən incik salırlarsa, artıq deməyə söz qalmır. O iki partiyanın davası nə olur olsun, hədəf müxalifətin hakimiyyəti olmaqdır. Bu, isə xalq üçün qətiyyən maraqlı deyil. İsgəndər Həmidovun təşəbbüsü ilə keçirilən zirvə toplantısında iştirak edənlərin sırasına baxsanız görəcəksiniz ki, həmin adamların və təşkilatların əksəriyyəti zaman-zaman Müsavatla, AXCP ilə bir yerdə olub. Belə çıxır ki, onlarla müttəfiqlik edəndə həmin qüvvələr müxalifət idilər, böyük idilər, indi onlarla bir yerdə deyillərsə müxalifət ola bilməzlər? Pənah Hüseyn axı bir zamanlar onların fəxrlə müttəfiqlik etdiyi siyasətçi idi. İndi nə oldu? Tural Abbaslı Müsavatın aparıcı funksionerlərindən idi. İndi Tural Abbaslını aşağılayırlar öz aləmlərində. Sözügedən zirvə toplantısında masanın ətrafında Əbülfəz Elçibəy iqtidarının nazirləri, baş prokuroru, böyük vəzifə tutmuş şəxsləri əyləşmişdilər. İndi nə oldu ki, Elçibəy yolunu getdiklərini elan edənlər indi Elçibəyin komandasını aşağılayırlar. Bunlar özlərini Elçibəydən də böyük lider hesab edirlər ki, Elçibəyin bir masa ətrafında oturduğu insanlarla bir masa ətrafında oturmağı özlərinə rəva bilmirlər?! Zamanında Qarabağ Komitəsinə də bu cür ironiya eləmişdilər. Lakin xalq gördü ki, kim hansı yolu tutub. Əgər müxalifətin zirvə toplantısındakıları bəyənmirlərsə, aşağılamasınlar. Özləri-Müsavat və AXCP bir araya gəlsin, əməkdaşlıq müqaviləsi imzalasınlar. Görək imzalaya bilirlər? Bunlar öz aralarında bir araya gələ bilmir və bir araya gələnləri isə gözdən salmaqla məşğuldurlar. Bu isə artıq başqa şübhələrə də yol açır. Sanki bazarlarının ölə biləcəyindən qorxurlar. Amma arxayın olsunlar biz heç kimlə bazarlığa gedən deyilik. Onlar öz bazarlıqlarında olsunlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Bu gün, 07:41
Azərbaycanda işsizlik problemi bir az da böyüyəcək: Dünya Bankı xəbərdarlıq edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
İranın son təklifi mətbuata sızıb - DETALLAR
Bu gün, 07:28
Samuxda bu bəhanə ilə PUL YIĞIRLAR - İTTİHAM VAR...
Bu gün, 07:27
"Sağlamlığımda yaranan problemlərdən dolayı sizinlə görüşə gələ bilmirəm..." - Xalq artisti
Bu gün, 07:22
Ölkə banklarında kreditlər niyə "baha"dır? - İqtisadçı Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:18
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Bu gün, 07:16
AHİK-in “Kurort”unda yoxlama başlanıb - sertfikasiyasız həkim iddiaları...
Bu gün, 07:06
Zelenski Trampın dəstəyinə ümidini itirib, strategiyanı dəyişir - KİV
Bu gün, 07:02
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:00
Bu da yoldaş Bağırovun tender ortaqları - Siyahıda kimlər var...
Bu gün, 06:55
Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? - ŞƏRH
Bu gün, 06:48
Başdan ayağa qərəz püskürən Avropa Parlamenti... - AKTUAL
Bu gün, 06:45
“Azəristiliktəchizat” ASC-nin elan etdiyi açıq tender ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:42
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir - Simonyan
Bu gün, 06:36
Möhbalıyevlərin Azərbaycandan OĞURLADIQLARI... - NƏLƏR VAR... NƏLƏR...
Bu gün, 06:33
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru