"Orada yaşayan soydaşlarımızın içərisində həyat yoldaşları erməni olanlar da var" - deputat
Tarix: 12-12-2018, 08:35 | Çap et
 “Rusiyada yaşayan azərbaycanlı gənclər ermənilərə düşmən kimi baxmırlar. Hətta onlar bir-birilərini sevirlər, bir yerdə oxuyub, oturub-dururlar. Çünki burada yaşayan erməni gənclər də azərbaycanlılara düşmən kimi yanaşmırlar. Onlar üçün Qarabağ faktoru mühim sayılmır”.
Bu fikirlər Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqova məxsusdur.
S.Sadıqov onu da deyib ki, Rusiyada yaşayan azərbaycanlı və erməni gəncləri arasında istər-istəməz dostluq münasibətləri mövcuddur: “Bu gün Rusiyada yaşayan azərbaycanlılarla ermənilər arasında dostluq və normal münasibətlər mövcuddur. Bunu yalandan danmaq olmaz. Hətta bizim cavanlarımız erməni qızları alırlar. Bunu da müəyyən qədər başa düşmək lazımdır. Çünki azərbaycanlılar və ermənilər tarixən bir yerdə yaşamış xalqlardır, qanlarımız istər-istəməz qarışıb. Ermənilər ömrü boyu azəri türklərinin altında olublar. Hələ 30-50 il əvvəl Qarabağ problemi ortaya çıxmayana qədər azərbaycanlıların çoxu erməni qızları ilə evlənirdilər. Bakıda nə qədər insanın anaları və həyat yoldaşları erməni olan kişilərimiz var. Bunun da konkret səbəbləri olub. Azərbaycanlılar və ermənilər arasında yeganə problem Qarabağ münaqişəsidir. Bu münaqişəni də SSRİ deyil, ABŞ özü yaradıb. Sadəcə olaraq, sonradan Rusiya təzyiq aləti kimi istifadə etmək üçün Qarabağ münaqişəsinin həllinə mane olub. Yoxsa bu münaqişə nə azərbaycanlıların, nə də ermənilərin marağında deyildi. Ermənilər bu münaqişəyə qədər azərbaycanlılarla çox mehriban şəraitdə yaşayıblar. Onların nəyinə lazım idi ki, belə problem olsun?”
İş adamı həmçinin bildirib ki, azərbaycanlıların öz ailə kökünə möhkəm bağlılığı onun dünyada güclü diaspora qura bilməməsinə səbəb olur: “Bizim millət heç zaman güclü diaspor kimi formalaşmaq istəməyib. Amma erməni hara köçürsə, dərhal həmin yerdə özünə məskən salır. Daha bizim kimi ”mənim doğulduğum yer haradırsa, orada da dəfn olunmalıyam" prinipi ilə hərəkət etmir. Ermənilər bunu məqsədli şəkildə edirlər ki, sabah həmin yerlərə də ərazi iddiaları irəli sürə bilsinlər “.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı S.Sadıqovun fikirlərinin kifayət qədər ziddiyyətli olduğunu bildirdi: “Deyərdim ki, onun fikirlərinin müəyyən hissəsində həqiqətlər var. Rusiyada doğulan, orada formalaşanların mütləq əksəriyyətini həqiqətən işğal olunmuş torpaqlarımız düşündürmür. Çünki onların valideynləri ilk növbədə evdə onları milli ruhda tərbiyə etmirlər. Oxuduqları orta və ali məktəblərdə müxtəlif millətlər, həmçinin ermənilər də var. Onlar orada qaynayıb-qarışırlar, dostlaşırlar. Bu baxımdan Söyün Sadıqovun fikirlərində həqiqətlər görürəm. Orada yaşayan soydaşlarımızın içərisində həyat yoldaşları erməni olanlar da var. Bunun neçə faiz təşkil etdiyini deyə bilmərəm. Qeyri-azərbaycanlılarla evlənən və onlardan övladlar dünyaya gətirənlərin uşaqları tamamilə başqa ruhda olurlar. Hətta deyərdim ki, onlar atalarının doğma dilində belə danışa bilmirlər. Bu acınacaqlı bir həqiqətdir. Çox təəssüf edirəm ki, digər sahələrdə olduğu kimi bizim diaspora övladları milli ruhda olmama kimi problemə biganə yanaşır. Bu problemdə həmin gəncləri deyil, daha çox onların valideynlərini günahkar görürəm. Uşaq dünyaya gətirən ana ona ilk olaraq Azərbaycan dilində lay-lay deməli, uşağı Azərbaycan ruhunda tərbiyə etməlidir. Bu yoxdursa, o gəncləri günahlandıra bilmərəm. Bu reallıqları biz olduğu kimi deməliyik ki, hər kəsə bəlli olsun. Bu və ya digər ziddiyyətli, aktual məsələləri gündəmə gətirən Söyün Sadıqova təklif edərdim ki, Azərbaycan diasporasının yaradılmasında iştirak edib, onun milli ruhda fəaliyyətinə öz töhfəsini versin. Həmin diaspora orada cəmiyyətlər, mərkəzlər aça bilər. Bununla azərbaycanlıların övladlarının boş vaxtlarını orada keçirmələrini təmin edə bilərlər. Hətta orada Azərbaycan dili, tarixi, incəsənəti ilə bağlı dərslər təşkil oluna bilər. Ermənilərin torpaqlarımızı necə işğal etmələri ilə bağlı konkret faktları həmin insanların diqqətinə çatdıra bilərlər. Biz bunu rus məktəblərindən, yaxud mühitindən gözləməli deyilik. Orada həqiqətən milli diaspora yaranmalıdır. Özü də Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edən vətənpərvər, millətini sevən, tarixinə bağlı olan soydaşlarımızdan ibarət diaspora yaradılmalıdır. Bu mümkünsüz deyil. Sadəcə olaraq, buna cəhd etmək lazımdır. Bunun üçün böyük azərbaycanlı olmaq lazımdır”. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46 |
|
|
|
| • Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39 |
|
|
|
| • Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07 |
|
|
|
| • ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04 |
|
|
|
| • Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37 |
|
|
|
| • "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36 |
|
|
|
| • Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33 |
|
|
|
| • Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29 |
|
|
|
| • Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26 |
|
|
|
| • Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20 |
|
|
|
| • Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
| • Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14 |
|
|
|
| • “Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11 |
|
|
|
| • Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03 |
|
|
|
| • Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56 |
|
|
|
| • Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53 |
|
|
|
| • “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51 |
|
|
|
| • Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49 |
|
|
|
| • Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42 |
|
|
|
| • Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40 |
|
|
|
| • Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35 |
|
|
|
| • Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18 |
|
|
|
| • Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
| • “İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01 |
|
|
|
| • İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58 |
|
|
|
| • “Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48 |
|
|
|
| • Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39 |
|
|
|
| • Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28 |
|
|
|
| • Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25 |
|
|
|
| • “Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23 |
|
|
|
| • Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Dünən, 15:22 |
|
|
|
| • Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Dünən, 15:20 |
|
|
|
| • “Yelo Bank”da yeni təyinat olub - ƏMR
Dünən, 15:17 |
|
|
|
| • Şahin... Şagen... və BİZ! - AKTUAL
Dünən, 15:15 |
|
|
|
| • Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Dünən, 15:11 |
|
|
|
| • Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Dünən, 14:26 |
|
|
|
| • Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Dünən, 14:19 |
|
|
|
| • Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Dünən, 14:16 |
|
|
|
| • İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Dünən, 14:07 |
|
|
|
| • Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Dünən, 14:04 |
|
|
|
| • Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Dünən, 14:01 |
|
|
|
| • Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Dünən, 13:05 |
|
|
|
| • BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Dünən, 13:02 |
|
|
|
| • Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Dünən, 12:59 |
|
|
|
| • İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Dünən, 12:51 |
|
|
|
| • “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Dünən, 12:48 |
|
|
|
| • "SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Dünən, 12:44 |
|
|
|
|