Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                     “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                 

“İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq?” - Ayaz Mütəllibov
Tarix: 2-08-2018, 08:49 | Çap et
“İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq?”
“ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinə eyni çərçivədən baxmaq olmaz. Əvvəla onu qeyd edim ki, Türkiyə prezidenti Ərdoğan uzaqgörən, öz sözünü deyən praqmatik siyasətçilərdən biridir. O imkan verməz ki, münasibətlər qərginləşsin”.

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu fikirləri ABŞ-ın İran və Türkiyəyə yönəlik mövcud siyasətini “Yeni Müsavat”a şərh edərkən söylədi. Onun fikrincə, R.T.Ərdoğan türk bayrağını, türk xalqının mənafeyini hər şeydən üstün tutan bir rəhbərdir, lazım gəldikdə, bu mənafe baxımından siyasətini həyata keçirir: “Son vaxtlar Rusiya ilə siyasətdə qəflətən müharibə əhval-ruhiyyəsinin yaranması və eyni sürətlə qəfil iki ölkə arasında dostluq və əməkdaşlığın bərpa olunması, siyasətlə məşğul olmaq istəyənlər üçün gözəl praktiki nümunə sayıla bilər. Bəs Ərdoğanın uğurunun mənbəyi haradadır? Xalqla dövlətin birliyində! Bu günlərdə bəyanat verdi ki, bu il Türkiyə 6 milyon rus turisti qəbul etməyə hazırlaşır. Bilirsiniz valyutaya çevirəndə bu nə qədər edir? Bura digər Avropa ölkələrindən gələnləri də əlavə etsək, ciddi bir rəqəm alınır. Üstəgəl, keçmiş sovet respublikalarına ixrac edilən kənd təsərrüfatı məhsulları. Təkcə Rusiya bazarının 65%-ni təmin etməyi öz üzərinə götürüb. Məhz buna görə də xalq 15 iyul hadisələri zamanı dövlətini qorumaqdan ötrü özünü tankın altına atdı”.

A.Mütəllibov ABŞ-ın avqust ayında İranı bombalayacağı barədə xəbərlərə münasibət bildirərkən dedi ki, İranla bağlı məsələ ciddidir: “İran artıq öz sərhədlərindən xeyli irəli gedərək demək olar ki, 5 və ya daha çox ölkəni öz nüfuzu altına alıb. Demək olar ki, İran ara-sıra baş verən kiçik narazılıqları çıxmaq şərti ilə, 30 ildir öz ərazisində siyasi kataklizmlər, çevrilişlər, müharibələr yaşamayıb. Hətta sağında - solunda baş verən çevrilişlər, dağıntılar belə onları büdrətmədi. SSRİ boyda nəhəng qonşunun parçalanmasından digər qonşularımız kimi onlar da məharətlə istifadə etdilər. Təbii ki, öz iqtisadi və hərbi potensialını gücləndirmək baxımından. Öz rəqiblərini, o cümlədən Səddam kimi düşmənlərini şərqlilərə məxsus müdrikliklə yola saldılar. Yenə də xalq və dövlət birliyi! Narazılıqlara baxmayaraq, İran xalqının yarıdan çoxu indiki hakimiyyəti dəstəkləyir. Həyati vacib məsələlərdə, istər xaricdə, istərsə də daxildəki vətəndaşları dövlətin yanında dururlar, milli birlik nümayiş etdirirlər. Demək olar ki, İran Qərbin Tunisdə başladığı ”ərəb baharı" inqilablar silsiləsinin qarşısını Suriyada “İran payızı” ilə dayandırmağa nail oldu.

Bir daha sübut olundu ki, Yaxın Şərq Şimali Afrika deyil. Xarabazara çevrilən isə Suriya oldu. Bir vaxtlar qədim mədəniyyətin nadir nüsxələrinin mövcud olduğu bir ölkə viran, Suriya xalqı isə parça-parça oldu. Bunun qarşısını almaq olardımı? Bəli, insan əli ilə törədilən fəlakətlərin qarşısını almaq mümkündür. Amma əksi baş verdi. Səbəbi çox bəsit - Bəşər Əsədin tərəddüdləri, ikibaşlı oyunlar qurması, kimlərəsə öhdəsindən gələ bilməyəcəyi barədə vədlər verməsi, qüvvələr balansını düzgün qiymətləndirməməklə realliqdan uzaq olması və sairə və nəhayət, ərəblərin birliyinin olmaması. İndi Əsəd sərhədləri olmayan, ordusu dağılmış, xalqı pərən-pərən olmuş bir dövlətin prezidentidir. Kimə lazımdır bu cür prezidentlik? Hətta özü və ailəsi də bu siyasətin qirovuna çevrilib, daimi nigarançılıq, dəhşət altında, gələcək taleyi qeyri-müəyyənlikdə. Bir ömürdə 2 milyondan artıq insanın qətlə yetirilməsində cavabdehlik və vicdan yükü də var".

Eks-prezident dedi ki, diplomatiyanın yerini söyüş və müharibə, qarşılıqlı təhdid və təhqir ritorikasının tutduğunu nəzərə alsaq, sonrakı proseslərin necə davam edəcəyini yalnız təxmin etmək olar: “İrana hücum arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bir onu qeyd etmək kifayətdir ki, Ermənistan tərəfindən faktiki blokadaya alınan qədim yurdumuz Naxçıvanla quru yolla əlaqə məhz İranın razılığı əsasında onun ərazisi vasitəsilə həyata keçirilir. Vətəndaşlarımız bu yolla öz doğma yerlərinə gedib-gəlirlər. Əgər müharibə başlasa, bu yolun aqibəti necə olacaq? Öz güzəranını, çörəyini bu xəttin vasitəsilə təmin edən sadə naxçıvanlıların, digər insanların vəziyyəti adamı düşünməyə vadar edir. Digər tərəfdən, İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq? İranla uzun bir sərhədə malikik, sərhədyanı bölgələrimiz hansı təhlükə ilə üzləşəcək? ABŞ-a nə var, okeanın o başındadır. Bombanı atanda məgər ayıracaqlar ki, bu farsdır, bu azərbaycanlıdır və yaxud da talış? Ya da ruhanidir, molladır, sadə iranlıdır? Müharibələrin ən böyük fəsadı sadə köməksiz əhaliyə, ələlxüsus qadın və uşaqlara dəyir. Allah göstərməsin! Bütün bunlar hamısı sual doğurur. Mən danışıqlar və sülh yolunun tərəfdarıyam. Müharibələr sadə insanlara əzab-əziyyət, faciədən başqa bir şey gətirmir”.

A.Mütəllibov durumun təhlükəli olduğunu qeyd etdi və konkret misallar çəkdi: “Dünya sürprizlərlə dolub, heç kimə inam qalmayıb. Kimin ağlına gələrdi ki, İraq kimi bir dövlətin tən yarısını bir dəstə oradan-buradan yığılma, heç bir ölkəyə tabe olmayan insanlar xaraba qoyardı və 21 əsrdə atom və kosmos əsrində dünyanın siyasi xəritəsində orta əsrlər qanunları ilə idarə olunan, gül alveri ilə məşğul olan yeni dövlət peyda ola bilərdi. Özü də haradasa küncdə-bucaqda yox, dünyanın demək olar ki, mərkəzində, sivilizasiyanın beşiyi sayilan Mesopotamiyada, sərhədlərimizin bir neçə min kilometrliyində. Dünyanın demokratik dəyərlərinin, insan hüquqlarının qorunmasında liderlik edən yekə-yekə dövlətlərin gözünün qarşısında. Həm gülməlidir, həm də acınacaqlı. Xeyr, biz taleyimizi heç kimə etibar edə bilmərik! Öz müqəddəratımızı özümüz təyin etməliyik. Götürək elə qardaş Türkiyəni, xalqa necə sərf edir o cür də hərəkət edirlər. Daha gözləmirlər ki, kiminsə xoşu gələcək, ya yox!”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Dünən, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Dünən, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Dünən, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Dünən, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Dünən, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Dünən, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Dünən, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Dünən, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Dünən, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Dünən, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Dünən, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Dünən, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Dünən, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Dünən, 08:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru