Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                 

“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir - ŞİKAYƏT VAR
Tarix: 21-07-2016, 09:35 | Çap et
“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir
Bu günlərdə LEGİON.AZ saytı “Yeni Bakı”da bəzi binalarda çatların mövcudluğundan narahat olan sakinlərin şikayətlərini, eləcə də çat verən binalardan foto və videolar yayımlamışdı.

Eyni zamanda, Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyevin də fikirləri LEGİON.AZ-da işıqlandırılmışdı. Abşeronun baş memarı Akif Əliyev sözügedən binalarda çat və çökmə əlamətləri olmasını təsdiqləyib: “Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik. Lakin o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin xüsusi ekspertiza qrupu müəyyən edə bilər. Adi baxışla bu barədə dəqiq qərar vermək çətindir. Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var. Onların səbəbləri ətraflı araşdırılmalıdır. Bu, yeraltı, tektonik proseslərdən də ola bilər, yaxud yeraltı qrunt suları ilə bağlı ola bilər… Torpağın xassəsi ilə bağlı da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza qrupu rəy verməlidir”, – deyə Abşeronun baş memarı vurğulayıb. Həmçinin, A.Əliyev “Yeni Bakı”ya ekspertiza qrupu göndərilməsi üçün FHN və ETSN-ə müraciət göndərəcəyini də əlavə edib.

Biz məsələ ilə bağlı FHN-ə də sorğu göndərmişdik, iyulun 19-da FHN-in mətbuat xidmətindən verilən sorğunuza cavab olaraq verilən cavabda bildirilir: ” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən binalara baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. Həmin akta görə, binaların konstruktiv elementlərində heç bir çat və deformasiya qeydə alınmamışdır. Bununla belə, binaların qarşısında tikilən pilləkən və meydançaların oturduğu divarlarda divaraltı əks doldurulan qrunt kipləşdirilmədiyindən çatlar və aralanmalar yaranmışdır ki, bunlar binaların dayanıqlığına heç bir təhlükə törətmir.

Bu çatışmazlıqların aradan qaldırılmasına görə müvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Masazır ərazisində yerləşən “Yeni Bakı” yaşayış komleksinin rəhbərliyinə Agentlik tərəfindən məktubla müraciət edilmişdir”.

Qeyd edək ki, biz məsələ ilə bağlı “İlin Dörd Fəsli” MMC-nin də fikrini dərc etməyə çalışmış, amma dəfələrlə ya şirkətin menecerləri bizə informasiya verməkdən imtina etmiş, ya da şirkət rəhbərliyi bir neçə cümləlik “qaralama” email məktubu göndərməklə kifayətlənmişdi. İyulun 16-da (şənbə günü) özünü təqdim etməyən şirkət nümayəndəsi Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədova zəng edərək, LEGİON.AZ-da yazılanların qərəzli olduğunu demişdi. Agentlik direktoru isə qarşı tərəfin də mövqeyini dərc etmək üçün əməkdaşımıza tapşırıq vermiş, lakin əməkdaşımız bir neçə saat sonra həmin şəxslə danışarkən, bu sözləri eşitmişdi: “Mənə daha zəng etməyin, məni şənbə günü narahat etməyin. Mən sizə heç nə demək istəmirəm”.

İyulun 20-də “Yeni Bakı” sakinlərindən məlumat aldıq ki, komendantlıq işçiləri hər binanın girişində FHN-in məktubunun surətini və mətbuata müraciət edənlərin fırıldaqçı elan olunduğu bildirişləri yapışdırıblar.

Sakinlər bizə həmin bildirişin fotoşəklini də çəkərək göndəriblər. Fotoşəkildən aydın görünür ki, “İlin Dörd Fəsli” MMC-nin rəhbərliyi sakinlərin binalardakı çatlardan yaranan narahatlığını, mətbuatın isə bu mövzuda araşdırma aparmasını təxribat və böhtan kampaniyası hesab edir. Həmçinin, bildirişdə qeyd olunur ki, “şirkət yalan və böhtan xarakterli şayiə və məqalələrə görə məhkəmə iddiası hazırlayır və bu şəxslərin mənzil müqaviləsinin ləğvi haqqında düşünür”.

Bizə maraqlı gəldi, görəsən, “Yeni Bakı”da komendantlığın idarəetməsindən narazı olan, hər hansı narahatlığın araşdırılması üçün mətbuata və dövlət qurumlarına müraciət edən sakinlərin mənzil müqaviləsi hansı əsasla ləğv olunacaq? Bəlkə, şirkət rəhbərliyi “Yeni Bakı”da cəza kampaniyasına start verərək, sakinləri öz pulları ilə aldıqları mənzildən məhrum edəcək?

Bu suallara cavab tapmaq üçün, “İlin Dörd Fəsli” (və ya özlərinin də yazdığı kimi, İDF MMC) şirkətinə zəng etdik, nə zəng etdiyimiz şəhər nömrələrində, nə də mobil nömrələrdə bizə cavab verən olmadı.

“Yeni Bakı”nın komendantı Ehtiram Yusifov isə bildirdi ki, bunun necə baş tutacağını dəqiq bilmir: “Onu şirkətdən soruşmaq lazımdır. Məhkəmə iddiası hazırlanılır. Məhkəməyə verərlər, siz də gedib baxarsınız, görərsiniz”.

Həmçinin, əldə etdiyimiz məlumata görə, “Yeni Bakı”nın sakinləri tərəfindən yaradılan, artıq 3-cü binanın say çoxluğu ilə qoşulduğu “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı sıxışdırma xarakterli addımlar atılır. “Abşeron-1” MMMC-nin rəhbəri Yeganə Tahirova LEGİON.AZ-a bildirdi ki, sakinlərə işıqpulunun ödənilməsi ilə bağlı bildiriş göndərilib, lakin onlardan bu ödənişlər götürülmür: “Deyirlər ki, kommunal ödəniş edin, sonra işıqpulunu götürək. O sakinlər isə qanunvericiliyə uyğun formada bizim MMMC-yə keçiblər, amma “Yeni Bakı” komendantlığı bu fakta məhəl qoymur. Bu, açıq-aşkar bizim fəaliyyətimizin məhdudlaşdırılmasıdır”.

Yazı sayta gedərkən, redaksiyamıza Cəlil Şahin oğlu Cəlilov adlı vətəndaş zəng etdi. O bildirdi ki, rayondakı torpaq sahəsini sataraq, “Yeni Bakı”nın 5-ci binasında dayısının adına mənzil alıb, şirkətə heç bir borcu qalmayıb.

“Bir müddət olar ki, hərbi xidmətdən qayıtmışam. Çətinliklə də olsa, həmin mənzildə təmir işləri aparmaq, tez bir zamanda məskunlaşmaq fikrindəydim. Lakin mənə mənzilin açarını vermirlər. Şirkətin mühasibatlığından Gülya xanım dedi ki, sayğaclar üçün 700 manat verməliyəm. Müqavilədə bu ödəniş haqda heç nə yoxdur. Dedim ki, evlərə sayğaclaırn pulsuz qoyulması ilə bağlı Prezidentin göstərişi var, amma “bizə aid deyil” cavabı aldım. Bəlkə, mən mənzilimdə şamla oturacam? Həm də ki, açarını əlimə almadığım, hələ məskunlaşmadığım bir mənzilə görə, əlavə olaraq 700 manata qədər kommunal ödəniş borcu tələb edirlər. Belə özbaşınalıq olar? Xahiş edirəm, bu məsələnin həllində mənə kömək edin”, – deyə C.Cəlilov qeyd etdi.

Axşam saatları olduğundan, bu məsələ ilə bağlı şirkət rəhbərliyindən və ya komendantlıqdan fikir öyrənə bilmədik, amma növbəti yazılarımızda mütləq vətəndaş Cəlil Cəlilovun problemini ətraflı araşdıracağıq.

“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir
“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru