Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                 

Saakaşviliyə qarşı ağlasığmaz ittiham, lakin: - “Bu, iftira və qisas cəhdidir”
Tarix: 11-08-2023, 10:35 | Çap et
Saakaşviliyə qarşı ağlasığmaz ittiham, lakin:
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq Prezident Mixail Saakaşvilinin ünvanına ağır ittihamlar səsləndirib. Baş nazir 2008-ci ildə baş vermiş hadisələrdə əsas günahkarın Saakaşvili olduğunu bəyan edib.

“Saakaşvili Gürcüstan torpaqlarının işğalına səbəb olub. Əgər kimsə Rusiya üçün işləyibsə, deyə bilərik ki, bu, Saakaşvili olub. Çünki onun siyasəti nəticəsində Gürcüstan əraziləri işğal olunub. Onun hakimiyyətinin hərəkətləri xəyanət idi. “Axmaq siyasət” və “Saakaşvilinin məsuliyyətsizliyi” olmasaydı, müharibədən qaçmaq olardı”, - deyə Qaribaşvili söyləyib.

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Saakaşvili bu ittihamlara cavab verib. O, “Facebook” paylaşımında Gürcüstanın gizli xəritələrinin və məlumatlarının Rusiyaya ötürüldüyünü iddia edib. Bildirib ki, Gürcüstanın yüksək vəzifəli rəsmiləri Rusiya agentlərini qarşılayır və onların məxfi obyektlərə səfərlərini təşkil edirlər.

Saakaşvili hakimiyyəti dövründə Rusiya vətəndaşları üçün vizasız səyahət müddətinin 3 ay olduğunu, Rusiyanın Gürcüstandakı kəşfiyyat şəbəkəsinin çökdürüldüyünü əlavə edib: “Vizasız səyahətin məqsədi o idi ki, ruslar təbliğata inanmaq yerinə, bizim necə bir uğurlu dövlət olduğumuzu görsünlər və Rusiyada da islahatları tələb etsinlər ki, bu da Gürcüstanın təhlükəsizliyi üçün çox vacib idi. Onlar şok içərisində bizim küçələrimizdə gəzdilər və yeni Gürcüstana baxdılar. İndi isə yüksək rütbəli təhlükəsizlik rəsmiləri Rusiya agentlərini qarşılayır, onlar üçün süfrə açır və onları gizli obyektlərə səfərə aparırlar. Rusiya vətəndaşları Gürcüstanda həm leqal, həm də qeyri-leqal biznesə başlayırlar. Onlar vergi vermirlər”.

Bu arada, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yolu ilə getdiyinə dair iddia ilə çıxış edib: “Vaşinqtonun və Brüsselin marionetlərinin taleyi həmişə eyni şəkildə bitir - onlardan xilas olurlar. Növbəti Zelenskidir. Saakaşvili ancaq qalstuk çeynəməklə yadda qalır. O, indi yad adamdır, Eyni aqibət Zelenskini də gözləyir”.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində deyib ki, Saakaşvilinin Rusiyaya bağlı olmasını iddia etmək mənasız siyasi cəhddir: “Saakaşvili aşırı iddiaları olan adamdır. İstər prezidentliyi, istər Ukraynada fəaliyyəti, istərsə də Gürcüstana son qayıdışı bunun bariz nümunəsidir. O, Rusiyaya və Putin adminstrasiyasına qarşı amansız mövqeyi ilə fərqlənib. Hesab edib ki, regionun parlaq gələcəyi Rusiyanın iştirakı olmadan mümkündür. Məhz bu mövqeyinə görə, dəfələrlə Kremlin təqiblərinə məruz qalıb”.

“Rusiyanın Gürcüstana hücumu, işğalçılıq siyasəti, Saakaşvilinin hakimiyyətdən getməsinə nail olunması, bu gün ağır şərtlər daxilində həbsxana həyatı yaşaması - bütün bunlar Rusiyanın diqtəsi ilə baş verir. Moskvanın onunla anlaşmaq və ya nəzərətə almaq üçün bir balaca şansı olsaydı, bu gün o, ağır məhrumiyyətlər altında məhbus həyatı yaşamazdı”, - deyə Hüseynli vurğulayıb.

DİA.AZ bildirir ki, politoloq Şahin Cəfərli də AYNA-ya şərhində Mişaya qarşı iddiaları əsassız hesab etdiyini söyləyib: “Hakim “Gürcü Arzusu”nun rəhbərliyi Saakaşvilidən qisas alır. Mixail Saakaşvili demokratik Gürcüstan dövlətinin qurucusudur. Məhz onun rəhbərliyi dövründə qonşu ölkədə dərin islahatlar aparıldı. Korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına qarşı ciddi mübarizə başladı. Hansı ki, ona qədər Gürcüstan da avtoritar üsullarla idarə olunurdu. Saakaşvili istər Gürcüstandakı, istərsə də Ukraynadakı fəaliyyəti ilə Rusiyaya, Putin adminstrasiyasına qarşı qətiyyətli mübarizə aparıb. Moskvanın regional dayaqlarının zəiflədilməsində onun xidmətləri olub”.

“İndi durub demək ki, Saakaşvili Rusiyanın adamıdır, bu, uğursuz siyasi ritorika və blefdir. Saakaşvili mövcud Gürcüstan iqtidarının rusmeyilli siyasətini ifşa edirdi. Buna qarşı mübarizə aparırdı. Onun ağır şərtlər daxilində həbsxanada saxlanılması həm hakim “Gürcü arzusu”nun, həm də onlara yaxınlığı şübhə doğurmayan Moskvanın qisas cəhdidir”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.

Onun fikrincə, Saakaşvilinin islahatları zorakılıqla aparması onun məğlubiyyətini şərtləndirən başlıca amil oldu: “Düzdür, bəlkə də alternativ yol qalmırdı. Saakaşvili islahatları bəzən zorakılıqla aparırdı ki, bu da Gürcüstan cəmiyyətini qane etmirdi. “Gürcü arzusu” isə bundan öz xeyrinə yararlandı. Onların seçkilərdə qələbə qazanması da bununla bağlıdır”.

“Digər yandan “Gürcü arzusu” elə rəy yaratmağa çalışır ki, daxildə sabitlik məhz onların yürütdüyü siyasətin nəticəsində yaranıb. Ukrayna nümunəsini misal göstərirlər. Baxmayaraq ki, ukraynalılar öz azadlıqları və gələcəkləri uğrunda döyüşürlər, bu yanaşma heç də hamı tərəfindən qəbul olunmur. Elə insanlar var ki, sabitliyi gələcəkdən üstün tuturlar. Görünür, Gürcüstanda da belə yanaşanların sayı çoxdur”, - deyə Cəfərli fikrini tamamlayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru