“Vaqner”in 4-cü seçimi varmı? - İNCƏLƏMƏ...
Tarix: 12-07-2023, 09:24 | Çap et
 Yevgeniy Priqojin və onun “Vaqner” qruplaşmasının bir qrup komandiri Kremldə qəbul edilmələrinə baxmayaraq muzdluların Rusiyada fəaliyyət imkanları məhdudlaşdırılıb. Kreml Priqojinin maliyyəsini və şirkətlərini nəzarət altına alıb. Kremlin dərdi yalnız Priqojin deyil, “Vaqner” muzdlularının sayı 25 minə yaxındır, onlarla nəsə etmək lazımdır. Kreml sahibi Vladimir Putin muzdlulara 3 seçim verib: onlar ya Müdafiə Nazirliyinin sıralarına qatılmalıdırlar, ya evlərinə dönməlidirlər, ya da Belarusda yerləşməlidirlər. Muzdlular üçün 4-cü seçim də var. “Vaqner” muzdlularının bir hissəsinin Afrika qitəsinə qayıdışı da mümkündür. Priqojin Ukrayna müharibəsindən əvvəl bir neçə Afrika ölkəsinin lideri ilə müqavilə imzalamışdı. Bu müqavilə çərçivəsində “Vaqner” həmin ölkələrdə silahlı qüvvələrə təlimlər keçib, müxalif qruplarla savaşlarda iştirak edib və zəngin yataqların qorunmasında iştirak ediblər. Bu fəaliyyətlər Priqojinə və muzdululara yaxşı pul qazanmaq imkanı verib. Bu baxımdan Proqjin bir qrup muzdlusu ilə Afrikaya qayıtmaq barədə düşünə bilər. Ancaq “Vaqner”in Afrikaya qayıdışı asan başala gəlməyəcək, əngəllər çoxdur. Birincisi, Avropa İttifaqı Afrika ölkələrini inandırmağa çalışır ki, “Vaqner”lə əməkdaşlıqdan imtina etsinlər. Avropa İttifaqı Afrika ölkələrinə maliyyə dəstəyi verir. Əgər Afrika ölkələri Avropa İttifaqının istəyini yerinə yetirməsələr, onlara ayrılan maliyyə dəstəyi azalacaq və bu ölkələr başqa sanksiyalarla da üzləşə bilərlər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Vaqner”in Afrikadan uzaqlaşdırılmasının vacib olduğunu bildirib: “Vaqner” qruplaşmasının zəifləməsi və dağıdılması Ukrayna ilə yanaşı Afrikanın da maraqlarına cavab verməlidir. “Vaqner”in yenidən Afrikaya qaydışının qarşısı alınmalıdır”. İkincisi, Vaşinqton da “Vaqner”in Afrikaya qaydışının qarşısını almağa çalışacaq. Dövlət Departametindən yayımlanan açıqlamada, “Vaqner”in tərksilah olunması və müxtəlif ölkələrdəki fəaliyyətinə son qoyulması vacibliyi bildirilib. ABŞ Yevgeniy Prqijon və “Vaqner” muzdlu qruplaşmasının digər üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ “Vaqner”lə əlaqəli olan Afrika şirkətlərinə qarşı da sanksiyalar tətbiq edib. Həmin şirkətlər Afrika ölkələrindəki qızıl yataqlarının qorunması qarşılığında “Vaqner”ə pul ödəyirdilər. Üçüncüsü, Kremlin özü də “Vaqner”in Afrikaya qayıdışında maraqlı deyil. Çünki Kremldə ehtiyat edirlər ki, “Vaqner” Afrikada fəaliyyətini davam etdirərsə həm güclənər, həm də maliyyəsini artar. Bu isə Yevgeniy Priqojin və onun muzdlularının yenidən Rusiya hakimiyyətinə qarşı qiyama həvəsləndirə bilər. Ona görə də Kreml Afrika ölkələrinə məsləhət görür ki, “Vaqner”ə etibar etməsinlər. Mərkəzi Afrika Respublikasının prezidentinin müşaviri “Financial Times” qəzetinə verdiyi açıqlamada, belə bir cümlə işlədib: “Əgər Moskva bizə “Vaqner” yox “Bethoven” və ya “Motsart” göndərsə, onlarla da əməkdaşlıq etməyə hazırıq”. ABŞ-ın “The Wall Street Journal” qəzeti Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininin bir müddət əvvəl Suriyaya səfərinə diqqəti çəkib. Rusiyalı diplomat Suriya lideri Bəşər Əsədin bildirib ki, “Vaqner” bundan sonra Suriyada müstəqil fəaliyyət göstərə bilməyəcək, Rusiya Müdafiə Nazirliyinin əmrələrini yerinə yetirəcək. Bu arada, “Röyters” agentliyinin məlumatına görə, Yevgeni Priqojinin qiyamı səbəbindən bir qisim Çin şirkəti Rusiyaya məhsulların göndərilməsini dayandırıb. Xəbərdə göndərilməsi dayandırılan məhsullar arasında geyimin, avtomobil ehtiyat hissələrinin və texniki avadanlıqların çoxluq təşkil etdiyi yazılıb. Çinin Futzyan əyalətinin ticarət təşkilatının rəhbəri Şen Muxuey bildirib ki, əksər şirkətlər gələcəkdə nələrin olacağından əmin olmadıqları üçün Rusiyaya məhsulların göndərilməsini bərpa etməyiblər. Buna baxmayaraq, Pekin Kremllə strateji tərəfdaşlığı davam etdirməkdə qətiyyətindən imtina etməyib. Halbuki, Ukraynaya qarşı işğalçı müharibə Rusiyanı taqətdən salır, iqtisadiyyatı zəifləyir, inflyasiya artır. Bu isə gələcəkdə Çin-Rusiya iqtisadi münasibətlərinə də təsirsiz ötüşməyəcək. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
|