Xalq artisti “TikTok”da hesab açdı .....                     Məhkəmə rüşvətə görə həbs edilən eks-baş həkimlə bağlı qərar verdi .....                     "Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur" .....                     Qurban bayramında ətin qiyməti belə dəyişəcək .....                     Xalqımızın xilaskarı: Heydər Əliyev .....                     Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider .....                     Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil .....                     1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... .....                     Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır .....                     Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi .....                     100-dən çox tələbə AQC-yə üzv şirkətlərdə təcrübə keçəcək .....                     Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? .....                     Mingəçevirdə uşaqlar arasında XƏSTƏLİK YAYILIR .....                     Gənclərin problemi "Vağzalı"dırmı? .....                     “Avropalı gəlin” Azərbaycandan nə istəyir? .....                     İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır? .....                     5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur .....                     Bu dəfə müharibə Ermənistanın sonu ola bilər .....                     Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu .....                     İran ABŞ-nin təklifinə cavabı bu gün .....                     Bakıda qorxulu virus: milyonlarla insanı öldürüb .....                     Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib .....                     ABŞ və Çin liderləri süni intellekt yarışını müzakirə edə bilərlər .....                     Kiber sektorda ciddi uğurlar necə əldə olunub ? .....                     AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU... .....                     Yeni TƏBİB şefi ÖLÜMƏ çarə edəcəkmi? .....                     "İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..." .....                     Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır .....                     Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR .....                     Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI .....                     "Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" .....                     İrandan razılaşma xəbərinə növbəti təkzib: .....                     Təhsil İnstitutu akkreditasiyadan keçib .....                     Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb .....                     Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb .....                     Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                 

Priqojin üsyanının səbəbləri: Rusiya ya Putini qurban verməli, ya da nüvə müharibəsinə başlamalı idi - İNCƏLƏMƏ...
Tarix: 24-06-2023, 11:23 | Çap et
Priqojin üsyanının səbəbləri: Rusiya ya Putini qurban verməli, ya da nüvə müharibəsinə başlamalı idi
Vaqner silahlı qruplaşmasının dünən gecədən başlatdığı üsyan hərəkatı kritik mərhələsini arxada qoydu. Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahını, FSB və polis orqanlarını, habelə hərbi aeroportu ələ keçirən vaqnerçilərin komandanı Yevgeni Priqojin Moskvadan gələn heç bir təlimatı yerinə yetirməyəcəyini, son damla qanlarına qədər Rusiyanın xilası üçün vuruşacağını açıqladı. Maraqlıdır ki, 25 min könüllü ilə üsyana başladığını bildirən Yevgeni Priqojinin bu qiyamına rus ordusu tərəfindən adekvat reaksiya verilmədi və rus generalları sadəcə asiləri sülhə çağırmaqla kifayətləndilər.
Bir çoxları Vaqner liderinin bu cür asanlıqla öz istəyinə nail olmasına təəccüblənirlər. Fikrimizcə isə, bu nailiyyət əslində gözlənilən idi və Priqojin əldə etdiyi uğurun səbəbini rus hərbçilərinin böyük əksəriyyətinin də onunla həmrəy olması ilə əlaqələndirir. “Əsgərlər bizi sevinclə əllərini yelləyərək qarşılayırlar və çoxları deyirlər: “Biz də sizinlə getmək istəyirik”. Artıq 60-70 nəfər bizə qoşulub, baxmayaraq ki, biz hələ az yol qət etmişik. Düşünürəm ki, ordunun yarısı bizimlə getməyə hazırdır”, - Priqojin yaydığı səsyazısında bildirib.
“Vaqner” liderinin bu sözləri Rusiya ordusunun da Ukraynadakı savaşdan artıq bezdiyini, qarşıdurmanın bir an öncə bitməsini istədiyini göstərir. Belə çıxır ki, asilər təkcə “vaqner”çilərdən ibarət deyil və hərbçilərin böyük əksəriyyəti onlarla razıdır. Zənnimizcə, bu da səbəbsiz deyil. Ukraynada gedən son döyüşlər Rusiya Ordusunun bu sahədə heç bir uğur qazana bilməyəcəyini ortaya qoydu. Baxmayaraq ki, Ukrayna ordusu da bu ayın əvvəlində başlatdığı əks-hücum əməliyyatında bir çoxumuzun gözlədiyi uğuru qazana bilməyib. Fəqət bunun səbəbi heç də onun belə bir imkana malik olmamasından qaynaqlanmır. Ukrayna hərbi rəhbərliyi öz açıqlamalarında açıq şəkildə bildirirlər ki, onlar biz düşündüyümüz kimi, əsl hücuma başlamayıblar. Son döyüşlər sadəcə rus müdafiə xətlərini yoxlamağa xidmət edir. Bu müdafiə xəttində ən zəif nöqtə müəyyənləşdirildikdən sonra bütün zərbələr həmin nöqtəyə vurulacaq və istehkam xətti yarıldıqdan sonra əks hücumun əsl mərhələsinə qədəm qoyulacaq.
Xarici media qurumlarının və düşüncə mərkəzlərinin dilə gətirdiyi faktlar da Ukrayna rəsmilərinin bu iddialarını təsdiqləyir. Məlumata görə, Ukraynanın hərbi qüvvələri arasında NATO dövlətləri tərəfindən təlim keçmiş 12 hərbi diviziya var. Həmin diviziyadan yalnız 2-i və ya 3-ü son döyüşlərdə iştirak edir. Qalan 9 və ya 10 diviziya isə əks-hücumun həlledici mrhələsi başlayandan sonra meydana atılacaq. Ruslar isə hətta bu az qüvvəyə qarşı doğru-düzgün müqavimə göstərə bilmirlər. Bütün qüvvələrin iştirak edəcəyi əks-hücumda təbii ki, rus işğalçılarının heç bir şansı olmayacaq.
Sual oluna bilər: O zaman Ukrayna ordusu niyə bütün qüvvələrini savaşa sürüb ruslara həlledici zərbə vurmur?
Ukrayna prezidenti Vladimir Zelenski bunun səbəbini daha az itki ilə məqsədə çatmaq niyyətilə izah edir. Onun sözlərinə görə, Ukrayna bütün qüvvələrini meydana sürsə, yenə qələbə qazanar, amma itkiləri də çox olar. Məhz bu cür ağır itkilərdən yayınmaq üçün Kiyev tədrici irəliləmək xəttini tutub. Ukrayna Müdafiə nazirinin müavini Anna Malyarın iddiasına görə, təmkinli irəliləmə taktikası nəticəsində gündə təxminən 200-500 metr qabağa gedə bilirlər. Amma bunun nəticəsində düşmən xeyli itki də verdirirlər.
İddialara inansaq, Rusiya Silahlı Qüvvələri məsələni kökündən həll etmək üçün Ukraynanı gözləmədən özü Limansk və Kupyansk istiqamətlərindən hücuma keçib. Ağır döyüşlərin getdiyi bu cəbhədə belə sayca xeyli az olan Ukrayna ordusuna qarşı heç bir uğur əldə edilməyib. Ukrayna özünə o qədər arxayın olub ki, ehtiyatda tutduğu peşəkar diviziyalarını da cəbhə xəttinə göndərməyib. Nəhayət, dünən rusların Limansk və Kupyansk istiqamətində başlatdığı bu hücum dayandırılıb. Hər halda Anna Malyarın yaydığı açıqlamadan belə anlaşılır. Maraqlıdır ki, dünən Ukrayna müdafiə naziri müavininin yaydığı bu açıqlamadan sonra “vaqner”çilərin üsyanı başlayıb. Görünən budur ki, ruslar müharibədə heç bir uğur qazanmayacaqlarını bu hücumdan sonra anlayıblar və boş sevdadan çəkilmək qərarına gəliblər. Priqojinin üsyanı bu mənada rus hərbi elitasının xeyir-duası ilə həyata keçirilə bilər.
Zənnimizcə, Ukrayna ordusunun bütün qüvvələrinin meydana çıxarmamasının digər səbəbi Putinin nüvə təhdidlərini nəzərə almaları ilə əlaqədardır. Məlum olduğu kimi, Putin bu yaxınlarda verdiyi açıqlamada Ukrayna ordusunun Krımı və Rusiyanın digər bölgələrini ABŞ-dan və Böyük Britaniyadan aldığı uzunmənzilli raketlərlə vuracağı təqdirdə, nüvə silahlarını işə salacağını və hədəfinin Ukrayna yox, onu silahla təchz edən ölkələr olacağını bildirmişdi. Ukrayna isə bu təhdidi qismən nəzərə alaraq Böyük Britaniyadan aldığı Storm Shadow raketi ilə Krım yarımadasını Ukraynaya bağlayan Çondar körpüsünü vurmuşdu. Körpünün tam olaraq Krım yarımadasına aid olmadığını hesaba qatsaq, sanki Ukrayna bununla “sənin təhdidlərin mənim üçün əhəmiyyətli deyil, sadəcə özünü daha çox rəzil etmədən Ukraynadan çıxmaq şansı verirəm” demişdi. Zənnimizcə, Priqojinin üsyanı da məhz bu “centlemen mesaj”a cavabdır.
Məsələ burasındadır ki, Ukraynanın bir ucu Krımda olan körpünü hədəfə almasından sonra Rusiya çətin durumda qalmışdı: ya Ukraynanın mesajını qəbul edib döyüşdən çəkilməli, ya da Putinin təhdidimi yerinə yetirib Böyük Britaniyanı vurmalı idi. Hər iki qərar Kreml üçün olduqca böyük risk daşıyırdı. Təsadüfi deyil ki, Ukrayna qüvvələri Çondar körpüsünü vurduqdan sonra Rusiya Müdafiə Nazirliyinin bir çox generalının məzuniyyətə çıxıb Dubaya getdiyi, hətta nazirliyin dəhlizlərinin tamamilə boş qaldığı, Dubaya təyyarə reyslərinə bilet tapılmadığı bildirilirdi.
Görünür, Kremlin simasını qorumaq üçün rus generalitetinə Priqojin üsyanı kimi bəhanə lazım idi. Böyük ehtimalla, Putini bu yolla istefaya məcbur etmək istəyən generalitet bütün günahları onun, Soyqunun və Gerasimovun boynuna yıxaraq müharibədən çəkilmək istəyir. Dünən üsyandan əvvəl Priqojinin yaydığı son video-müraciətində bu istəyin təzahürləri öz əksini tapmışdı. Həmin video-müraciətin sətirbaşları belə idi:
Ukrayna 8 ildir Donetski deyil, yalnız rusların mövqelərini bombalayıb. Ukrayna Silahlı Qüvvələri və NATO Rusiyaya hücum etmək fikrində deyildi. Donbass 2014-cü ildən Putin administrasiyası, FSB və oliqarxlar tərəfindən talan edilir.
Zelenski razılaşmalara hazır idi. Sadəcə Olimp zirvəsindən düşmək, gedib onunla danışıqlar aparmaq lazım idi.
Rusiyanı idarə edən oliqarx klana Medvedçuku Ukrayna prezidenti təyin etmək üçün "xüsusi hərbi əməliyyat" lazım idi.
Müharibənin əvvəlində Şoyqu gizləndi. Qostomel yaxınlığında 1000 rus əsgərini güdaza verdi, ordunun döyüşə ən hazır hissəsini sıradan çıxardı.
Qoşunlara sursat verilmir, çünki Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi hesab edir ki, Moskvanın müdafiəsi üçün onlara mərmi lazım olacaq, Moskva yaxınlığındakı anbarlar isə bu mərmilərlə partlayır.
60 "Leopard"ın vurulması barədə deyilənlər yalandır. Rus ordusu bütün istiqamətlərdə geri çəkilir və çoxlu itkilər verir”.
Göründüyü kimi, Priqojin Ukrayna savaşından tutmuş rus ordusunun məğlubiyyətinə qədər bütün günahları Putinin və hərbi rəhbərliyin boynuna yıxır, Kiyevlə danışıqlar aparmaq lazım olduğunu bildirir. Kiyev isə indiki üstün mövqeyində Kremlə hansısa torpaq güzəştini ehtiva edən danışıqlara oturmaz və Zelenski hətta ən zəif zamanında bunu gizlətməyib.

Heydər OĞUZ - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti “TikTok”da hesab açdı
Bu gün, 09:06
Məhkəmə rüşvətə görə həbs edilən eks-baş həkimlə bağlı qərar verdi
Bu gün, 09:02
"Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur"
Bu gün, 08:20
Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi
Bu gün, 08:17
Xalqımızın xilaskarı: Heydər Əliyev - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider - MƏQALƏ
Bu gün, 08:11
Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil - KİV
Bu gün, 08:10
1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... - SƏN DEMƏ...
Bu gün, 08:08
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır - TƏFƏRRÜAT
Bu gün, 07:52
Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:51
100-dən çox tələbə AQC-yə üzv şirkətlərdə təcrübə keçəcək - FOTO
Bu gün, 07:49
Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...
Bu gün, 07:40
Mingəçevirdə uşaqlar arasında XƏSTƏLİK YAYILIR - İDDİA
Bu gün, 07:33
Gənclərin problemi "Vağzalı"dırmı? - AKTUAL
Bu gün, 07:26
“Avropalı gəlin” Azərbaycandan nə istəyir? - GƏLİŞMƏ
Bu gün, 07:23
İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:21
5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur - AKTUAL
Bu gün, 07:19
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
Bu gün, 07:17
Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu - Şirkətlər tenderə maraq göstərmədi
Bu gün, 07:15
İran ABŞ-nin təklifinə cavabı bu gün TƏQDİM EDƏ BİLƏR
Bu gün, 07:12
Bakıda qorxulu virus: milyonlarla insanı öldürüb – Araşdırma başladı
Bu gün, 07:10
Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib - MƏNBƏ
Bu gün, 07:07
ABŞ və Çin liderləri süni intellekt yarışını müzakirə edə bilərlər - "The Wall Street Journal"
Bu gün, 07:05
Kiber sektorda ciddi uğurlar necə əldə olunub ? - ARAŞDIRMA
Bu gün, 04:19
AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU... - Bunu da YARITMIRLAR...
Bu gün, 04:08
Yeni TƏBİB şefi ÖLÜMƏ çarə edəcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:45
"İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..." - REAKSİYA
Bu gün, 03:22
Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır - Kütləvi ixtisarlar
Bu gün, 03:12
Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR - ETİRAZ VAR!
Bu gün, 03:05
Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:55
"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" - deputat
Dünən, 18:14
İrandan razılaşma xəbərinə növbəti təkzib: - ABŞ güzəştə getməsə, cavabımız sərt olacaq
Dünən, 18:01
Təhsil İnstitutu akkreditasiyadan keçib
Dünən, 17:27
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb – Səbəb
Dünən, 17:14
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb - "AZfront"
Dünən, 17:11
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Dünən, 16:57
Asif həkim dəfn edildi - Foto
Dünən, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Dünən, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Dünən, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Dünən, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Dünən, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Dünən, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Dünən, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Dünən, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Dünən, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Dünən, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Dünən, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Dünən, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru