Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“Ərdoğan, yoxsa Kılıcdaroğlu” sualı dəyişdi: İmamoğlu, yoxsa Kılıcdaroğlu? - BAKIDAN BAXIŞ...
Tarix: 14-06-2023, 11:08 | Çap et
“Ərdoğan, yoxsa Kılıcdaroğlu” sualı dəyişdi: İmamoğlu, yoxsa Kılıcdaroğlu?
Türkiyədə keçirilən son prezident və parlament seçkilərindən sonra aparıcı müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun istefası ilə bağlı müzakirələr gündəmə gəlib. Bəzi müxalifət təmsilçiləri iddia edirlər ki, hakim “Cümhur İttifaqı”nın qələbə qazanmasına səbəb partiya sədrinin gənclərə yol açmaması, öz namizədliyi məsələsində israr etməsi olub.

Kılıcdaroğlunun vahid namizədliyi ilə bağlı qərar verilərkən “Millət İttifaqı”nda təmsil olunan İYİ Partiya sədri Meral Akşener “Bizim namizədimiz ya Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş, ya da İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu olmalıdır” deyərək bu qurumu tərk etdiyini bəyan etmişdi. Sonradan “Millət İttifaqı”na geri dönən Akşener Kılıcdaroğlunun seçki təbliğatında fəal iştirak etdi.

Bu arada Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun CHP sədrliyinə namizədliyi müzakirə olunur. İmamoğlunun özü də bu təklifin lehinə olduğunu açıqlayıb və deyib ki, dəyişikliklərin olmasında qərarlıdır: “Mən dəyişikliyə dair fikrimdə qəti qərarlıyam. Bu, bizim partiyada da olmalıdır ki, ölkədə fərdlərdən asılı nizam deyil, daimi demokratiya nizamı mövcud olsun. İstanbuldakı dəyişiklik çox yaxşı nəticə verdiyi kimi, siyasətdə, xüsusən də müxalifətdə baş verən bu dəyişikliyin və öz partiyamdan başlayan bu qığılcımın Türkiyə üçün çox yaxşı nəticə verəcəyinə əminəm. Televiziya ekranları və ya mikrofonlar vasitəsi ilə ardıcıl mövqeyimlə yanaşı, ekranlar vasitəsi ilə siyasi partiyamın sədrinə və ya üzvlərinə mesaj göndərməyi də yanlış hesab edirəm. Mənim namizəd olduğum tək bir şey var: ölkəmizdə eynilə İstanbulda olduğu kimi böyük bir dəyişiklik istəyirəm”.

İmamoğlunun bu açıqlaması onun CHP liderliyinə iddiası kimi qiymətləndirilir. Görəsən, onun partiya rəhbəri seçilməsi CHP-nin fəaliyyətində hansı dəyişikliklərə gətirib çıxara bilər?

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Türkiyə ictimaiyyəti tarixi siyasi qərarını elan edib: “İstər prezident, istərsə də parlament seçkilərində Türkiyə seçiciləri hakim “Cümhur İttifaqı”na etimad göstərdi. Hesab edirəm ki, bu, Türkiyənin öz müstəqil gələcəyinə növbəti investisiya qoyuluşu idi. Məhz Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və praqmatik siyasəti nəticəsində Türkiyə bu gün dünyanın aparıcı diplomatik oyunçularından biridir. NATO çərçivəsində ABŞ və Qərb dövlətləri ilə müttəfiqlik etsə də, digər dövlətlər kimi, Qərbin tapşırıqlarını qeyd-şərtsiz icra etmir. Müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Türkiyənin güclənməsinin təminatçısı rolunda çıxış edir”.

“Seçkiöncəsi Türkiyəyə qarşı təzyiqlər gücləndi. Çünki maraqlı dairələr onların iradəsinə tabe olmayan Türkiyə iqtidarını qəbul etmək istəmirdilər. Türkiyə müxalifətinə ciddi dəstək nümayiş olundu, hətta aparıcı müxalifət partiyaları bir araya gələrək vahid namizədini elan etdi. Lakin bütün bu təzyiqlər nəticəsiz qaldı. Heç şübhəsiz, bu qələbə Türkiyədə ənənəvi siyasətin davamı, eləcə də müxalifətin növbəti dəfə məğlubiyyəti kimi tarixə düşdü”, - deyə deputat bildirib.

Türkiyə müxalifətinin gələcək taleyindən danışan Məhəməlyev Kılıcdaroğlunun istefa verəcəyini ehtimal edir: “Təsəvvür edin ki, bu adam 12 dəfə ardıcıl seçkiyə qatılıb və hamısında da məğlub olub. Bu, bir siyasi lider üçün çox pis göstəricidir və yəqin ki, bundan sonra siyasətdən getməlidir. Əks halda rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyası müxalifət partiyası kimi əhəmiyyətini itirəcək. Ümumiyyətlə, Kamal Kılıcdaroğlunu heç zaman ciddi siyasi xadim kimi qəbul etməmişəm. Düzdür, bu seçkilərdə Kılıcdaroğlu yox, digər namizəd də olsaydı, məğlub olacaqdı. Çünki Türkiyə seçiciləri müstəqil siyasətin davamına səs verdilər. Bu seçkilərdən sonra Türkiyə müxalifəti yenidən dizayn olunacaq. Kılıcdaroğlu sədrlikdən getməsə, CHP aparıcı müxalifət partiyası olaraq yerini digər partiyaya verəcək. Bu baxımdan hesab edirəm ki, bu dəyişiklik qaçılmazdır və baş verəcək”.

DİA.AZ bildirir ki, politoloq Zərdüşt Əlizadə isə proseslərə bir qədər fərqli yanaşır. Onun AYNA-ya dediyinə görə, CHP-də indiki sədrlik davası “toydan sonra nağara” əhavlatına bənzəyir: “Türkiyədə seçkilər başa çatıb. Bütün müxalifət birləşdi və Ərdoğana qarşı Kılıcdaroğlunu rəqib çıxardı. Xaricdən də müəyyən dəstək aldılar. Normal seçki kampaniyası da apardılar. Lakin məğlub oldular”.

“İndi deyirlər ki, guya Kılıcdaroğlu olmsayadı, müxalifət udacaqdı. Heç bir fərqi olmayacaqdı. Türkiyə seçicilərinin təxminən yarıdan bir az çoxu Ərdoğana dəstək göstərir. Bu, onun və komandasının elektoratıdır. Nisbət də buna uyğun tənzimləndi”, - deyə analitik söyləyib.

Əlizadənin fikrincə, son seçkidə müxalifətdə hansı namizədin olmasından asılır olmayaraq, nəticələr indikidən çox da fərqlənməyəcəkdi: “İndi də “CHP-nin sədri kim olsun” dartışması açılıb. Kim olur-olsun, nə dəyişəcək ki?! İstəyir Kılıcdaroğlu olsun, istəyir İmamoğlu, Türkiyə siyasətində canlanma yaratmaq mümkün olmayacaq. Elə bir dövrdə yaşayırıq ki, insanlar artıq praqmatikdir. Onları gəlişigözəl sözlərlə aldatmaq, şirnikləndirici vədlərlə yanında saxlamaq mümkün deyil”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru