Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                 

Moldovada fövqəladə vəziyyət elan olundu - Rusiya bu ölkəni qışın soyuğunda qazla imtahana çəkməyə hazırlaşır
Tarix: 25-10-2021, 08:25 | Çap et
Moldovada fövqəladə vəziyyət elan olundu
Moldovada Qərbyönümlü Mayya Sandunun hakimiyyətə gəlməsinə bu günə qədər səbrlə yanaşan Rusiya deyəsən gözlədiyi qisas anının yaxınlaşdığını düşünür.

Ovqat.com-un məlumatına görə, Moskva Sandu hökumətini bu qış mövsümündə qazla imtahana çəkməyə qərar verib.

Bildirilir ki, Moldova hökuməti ilə “Qazprom” arasında oktyabrın 21 və 22-də Moskvada keçirilən iki günlük danışıqlar uğursuz alınıb və saziş imzalamaq mümkün olmayıb. Nəticədə Kişinyov ölkədə qazla bağlı fövqəladə vəziyyət elan edib. “Qazprom” isə böhranın bütün günahını Moldovada görür.

“Hazırda Moldovaya Rusiya qazının tədarükü ilə bağlı çox çətin vəziyyət var. Bunun günahı tamamilə Moldova hakimiyyətinin üzərinə düşür. Söhbət Moldovanın aldığı qazın haqqını ödəməməsi böhranından gedir”, - “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov media açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda borcun ümumi həcmi 433 milyon dollardır və ödənişlərin gecikməsini nəzərə alsaq borc məbləği 709 milyon dollara qədər yüksələ bilər. “Eyni zamanda, Moldova təmsilçiləri nədənsə yığılmış borc məbləğini tanımaq istəmirlər. Moldova nümayəndələri qazın qiymətini bəyənmirlər, baxmayaraq ki, burada qiymətlər aydın və şəffafdır”, - deyə Kupriyanov vurğulayıb.

Qeyd olunur ki, “Qazprom” Moldovaya 700 milyon dollardan çox borcunu üç il ərzində ödəmək şərtilə əlavə 25% endirimlə bazar qiyməti təklif edib, lakin Moldova tərəfi qazın bazar qiymətindən iki dəfə aşağı olmasında israrlıdır. Rusiyanın "Kommersant" nəşrinə məlumat verən mənbə bunun səbəbini vəsait çatışmazlığı ilə əlaqələndirib.

“Qazprom” nümayəndəsi Moldovanın qazla imtahana çəkilməsində hər hansı siyasi motiv axtarılmasını istisna edir. Onun fikrincə, böhranın yeganə səbəbi iqtisadidir:

“Burada siyasət yoxdur, “Qazprom” səhmdar cəmiyyətdir və zərərlə işləyə bilməz, RF büdcəsinə vergi ödəmələrini itirə bilməz. Səbrin sərhədləri var. Moldova özü də öz əlləri ilə böhran yaradır”, - deyə “Qazprom” nümayəndəsi Kişinyovun borcdan yayınmaq üçün “Moldovaqaz”ı ləğv etməyi planlaşdırdığını bildirib və bundan təəccübləndiyini gizlətməyib.

O, həmçinin qeyd edib ki, "Qazprom" Kişinyova bir neçə güzəştli təkliflər verib, amma Moldova rəsmiləri bu təkliflərlə də razılaşmaq istəmirlər: “Yığılmış borclara baxmayaraq, Moldova tərəfi qaz tədarükü üzrə müqavilənin bu ilin oktyabr və noyabr ayları üçün uzadılmasını xahiş edir. "Qazprom" burada da kompomis təklif irəli sürüb. Moldova tərəfi oktyabr ayı üçün müqavilə imzalayıb bu ilin sentyabr və oktyabr ayları üçün tədarükləri tam ödəsə, “Qazprom” noyabr ayına qədər müqaviləni uzatmağa hazırdır".

Kupriyanov onu da vurğulayıb ki, ödənişlərin edilməməsi və yeni müqavilə üzrə danışıqların nəticəsiz qalması halında “Qazprom” dekabrın 1-dən Moldovaya qaz nəqlini tamamilə dayandıracaq.

“Qazprom”un bu qərarından sonra Kişinyov alternativ qaz qaynaqları axtarmağa başlayıb. Bildirilir ki, bu axtarışların ilk məqsədi cari kəsiri ödəməkdir. Moldovanın “Energocom” şirkəti qaz alışı hərracının başlandığını elan edib.

“Moldovada qaz sektorunda fövqəladə vəziyyət elan edilib. 100% dövlətə məxsus olan “Energocom” şirkəti Ukrayna və Rumıniya ilə Moldova sərhədinə qaz tədarük etmək üçün qaz almağa hazırlaşır. Buna görə də şirkət yaxın günlərdə və həftələrdə tədarükçülər üçün müxtəlif tenderlər təşkil edəcək”, - Moldova şirkətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, “Energocom”un kifayət qədər maliyyəsi var və şirkət öncədən də ilkin ödənişlər edə biləcək. “Energocom”un yeganə səhmdarı olan Dövlət Əmlak Agentliyi seçilmiş təchizatçılar üçün ödənişə zəmanət vermək üçün xüsusi məktub hazırlayacaq. Şirkətin tenderə dəvət etdiyi tədarükçülər arasında “Qazprom”-un adı isə yoxdur.

İddia olunur ki, iki gün davam edən hərracda hələlik heç bir şirkət Moldovaya qaz vermək istəməyib. Görünən budur ki, Moldova Avropaya inteqrasiya siyasətinin bədəlini qışda donmaqla ödəyəcək. Avropa isə Rusiyanın “Şimal axını-2” layihəsinin necə həyata keçirməyin hesabını aparır.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Dünən, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
2-05-2026, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
2-05-2026, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
2-05-2026, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
2-05-2026, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
2-05-2026, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
2-05-2026, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
2-05-2026, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
2-05-2026, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
2-05-2026, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
2-05-2026, 11:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru