Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                 

“İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq" - HƏQİQƏTƏN DƏ...
Tarix: 17-09-2021, 10:24 | Çap et
“İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq"
Son günlər İranın nüvə proqramı ilə bağlı vəziyyətin yenidən gərginləşməsi müşahidə edilir. Bu ölkənin yaxın tezlikdə nüvə silahına sahib ola biləcəyi haqda İsrail və ABŞ-da həyəcan təbili çalınır.

İsrailin müdafiə naziri Benni Qantz qeyd edir ki, İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər. Qantz, İran nüvə əldə etmək həddini keçəcəyi təqdirdə, bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. İsrailin baş naziri Naftali Bennet isə İran tərəfindən uranın zənginləşdirilməsini dayandırmağın vacibliyini vurğulayıb, əks halda, diplomatiyaya alternativ üsullardan istifadə ediləcəyini bəyan edib. ABŞ-ın “The New York Times” nəşri isə yazır: “Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək, nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq. Belə ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var...”

Rəsmi Tehran isə, öz növbəsində, nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir.

Belə hesab edilir ki, İran nüvə silahını hazırlamaqda davam edərsə, ABŞ da İsraillə birlikdə İrana hərbi zərbələr endirə bilər. ABŞ prezidenti Co Bayden də bundan əvvəl bildirib ki, İranla bağlı diplomatik yanaşma işə yaramazsa, ABŞ digər tədbirlərə də əl ata bilər.

Bundan narahat olan əsas tərəflərdən biri isə Ermənistandır. Çünki Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır. Bu ticarətin 80 faizi Ermənistana quru yolla çatdırılır. Regionda gərginlik yaranacağı təqdirdə bu yüklər ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq. Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Rusiyalı politoloq Aleksey Martınov qeyd edir ki, İran olmasa, Ermənistan “Türk dövlətlərinin əhatəsində olan yarı dövlət olacaq, varlığı şübhə altında olacaq”.

Ermənistanın İranın quyruğundan niyə möhkəm yapışdığının səbəbi əvvəldən də bəlli idi. İndi isə Ermənistan İran ətrafında ilk bomba partladığı vaxt onun da sonu yaxınlaşacaq, ac-yalavac, işıqsız, qazsız qalacaq. İrana görə Qərbə, xüsusilə Ağ Evdəki ağalarına qarşı çıxa bilməyəcəklər.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İran ətrafında vəziyyət yenə də gərginləşir. İsrail kəşfiyyatı yəqin hansısa səhih məlumatlar əldə edib ki, İran nüvə silahı yaratmaq hazırlığındadır: “Belə görünür ki, İsrail kəşfiyyatı İranda güclü mövqelərə malikdir. Belə olmasaydı, son illər İranda tanınmış alimlər ard-arda qətlə yetirilməzdi. İsrail kəşfiyyatı oradan ciddi məlumatlar ala bilir. İndi, hər halda, səhih məlumata malikdirlər ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də İsrail artıq həyəcan təbili çalır. Amma ünvan kimi ABŞ-ı seçiblər. Lakin mən Co Baydenin prezident olduğu dövrdə ABŞ-ın İsrailə çox da böyük kömək edəcəyini düşünmürəm. Birincisi, Bayden Barak Obamanın hakimiyyəti dövründə vitse-prezident olub və İranla nüvə anlaşmasını dəstəkləyən siyasətçilərdən biri kimi tanınıb. Baydenin indi də İranla müharibədə maraqlı olduğunu zənn etmirəm. Digər tərəfdən, ABŞ yenicə Əfqanıstandan çıxıb, özü də biabırcasına, nəticəsiz çıxıb. İraqda da ”əlləri yandı". Belə bir vəziyyətdə ABŞ-ın başqa bir müharibəyə qoşulacağını zənn etmirəm. Ona görər də İsrail başının çarəsini özü qılmalıdır. İsrail bilir ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də istisna etmirəm ki, İsrail İrana hansısa zərbələr endirə bilər. Amma bunun nəticəsi yaxşı olmayacaq. Çünki İranın özünün İsrailə gücü çatmasa, “Həmas” və “Hizbullah” vasitəsilə İsrailə zərbələr endirməyə çalışacaq. Bu da regionda vəziyyəti xeyli gərginləşdirəcək".

İrana zərbələr endiriləcəyi halda, bunun Ermənistana təsirlərinin necə olacağına gəlincə, Elxan Şahinoğlu qeyd etdi ki, şübhəsiz, İranın zərbə altında qalması, zəifləməsi Ermənistan iqtisadiyyatını çox ağır vəziyyətlə üz-üzə qoyacaq: “İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz Ermənistanı ciddi vuracaq. Ermənistan elə bir situasiya ilə üz-üzə qalacaq ki, İranı dəstəkləyə də bilməyəcək. Ermənistan hakimiyyətinin başı həm də Qərbin bıçağının altındadır. Bu amil İrəvanı İranı müdafiə etməkdən çəkindirəcək.

Ancaq onu da bilmək lazımdır ki, İsrail və ya başqa bir güclü dövlət İrana zərbələr endirəndə onun “qəlpələri” Azərbaycana da gəlib müxtəlif formalarda çatacaq.

Ona görə də biz nüvə məsələsinin həllini istəyirik, amma İranla dünya güclərinin müharibəyə başlamasında, İrana zərbələr endirilməsində maraqlı olmamalıyıq. Biz İrandakı bəzi qüvvələrdən fərqli olaraq qonşumuzun dağılmasını istəmirik. Biz istəyirik ki, İran Qarabağ məsələsində ədalətli olsun və Azərbaycanın həssaslığını nəzərə alsın. İranın öz siyasətini korrektə etməsini istəyirik".

İqtisadçı alim Fikrət Yusifov isə bildirdi ki, İran artıq uzun illərdir nüvə ölkəsi olmaq istiqamətində iş görür. Hətta uranın zənginləşdirilməsi üzrə işləri dayandırması barədə öhdəlik götürdüyü dönəmlərdə hazırlıqları gizli edirdi. Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra isə məlum müqavilə pozuldu: “Bundan sonra İran özünün atom silahını hazırlamaq istiqamətində işlərini sürətləndirdi. Təbii ki, bunu qətiyyətlə demək çətindir, amma hiss olunan budur ki, İran bu silahın hazırlanması istiqamətində nəticəyə yaxındır. İsrail kəşfiyyatının bundan məlumatsız olmaması mümkün deyil. Böyük ehtimalla, İsrail hakimiyyətinin narahatlıqlarını artıq məlum formada dilə gətirməsi bununla bağlıdır. Ona görə də artıq İsrailin baş naziri və müdafiə naziri İranla diplomatik deyil, başqa mübarizə üsulundan danışırlar. Bunlar sadə siqnallar deyil. Faktiki olaraq güc tətbiq etmək nəzərdə tutulur. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə məsələnin güc tətbiq etmə, zərbə endirmə fazasına keçəcəyi ehtimalı yüksəkdir. İrana zərbə endiriləcəyi halda, İran iqtisadiyyatı da ciddi təsirlənəcək. İqtisadiyyatının böyük hissəsi İrandan asılı olan Ermənistan isə bu zərbənin altından çıxa bilməyəcək. İrana hərbi müdaxilə Ermənistanın iqtisadi baxımdan sarsılmasına gətirib çıxaracaq. Bu ölkənin iqtisadi durumu onsuz da acınacaqlıdır. İran nəfəsliyinin kəsilməsi və ya daralması Ermənistanın dövlət kimi ayaqda qalmasını çətinləşdirəcək.

İrana zərbə bütün qonşu ölkələrə problem yaradacaq. Bölgədə böyük humanitar fəlakət yaşanacaq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru