“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Co Baydenin Əfqanıstan planı: - “Talibanla” zəhmət çəkib “özləri savaşsınlar”
Tarix: 11-08-2021, 13:00 | Çap et
Co Baydenin Əfqanıstan planı:
“ABŞ son 20 il ərzində Əfqanıstanı “Taliban”dan xilas etmək üçün 1 trilyon dollardan çox vəsait xərcləyıb. 300 mindən artıq əfqan hərbçisinə təlim keçib və müasir avadanlıqlarla təchiz edib”.

Ovqat.com xəbər verir ki, ABŞ prezidenti Co Bayden Əfqanıstandan çəkilmək qərarını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Əfqanıstandakı ordusu “müstəqil şəkildə” öz ölkələrinin təhlükəsizlikləri uğrunda döyüşmək əzmindədir və onun həm hərbi texniki bazası, həm döyüş əzmi, həm də say üstünlüyü buna imkan verir.

“Onlar döyüşmək istəyirlər. Say etibarilə də taliblərdən üstündürlər", - deyən Bayden əlavə edib ki, ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarından qətiyyən peşman deyil.

"Birləşmiş Ştatlar öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini, əfqan ordusuna havadan birbaşa dəstək verəcəyini vurğulayır", – deyə Bayden əlavə edib.

Amerika administrasiyasının rəhbəri həmçinin bildirib ki, Vaşinqton bundan sonra da Əfqanıstan qüvvələrinə maliyyə dəstəyi, bütün zəruri avadanlıq və ərzaq məhsulları verəcək. Başqa sözlə, “ölmək sizdən, silah bizdən”.

Əfqanıstandan gələn xəbərlər isə Co Baydenin əfqan ordusunun döyüş ruhuna “hədsiz güvən”inin əsaslı olmadığını göstərir. Məlumata görə, son 2 ay ərzində “Taliban” qüvvələri 200-dən çox rayon, 7 vilayət mərkəzini ələ keçirib. Üstəlik, əksər hücumlarda heç müqavimətlə də üzləşməyiblər. Yerli hökumət qüvvələri ya bütün silahlarını hərbi hissələrdə qoyub qaçıb, ya da danışıqlar apararaq öz postlarını könüllü şəkildə “Taliban”a veriblər. Dolayısıyla, Baydenin haqqında öyünə-öyünə danışdığı ən müasir silahlar da “Taliban”ın əlinə keçib.

Müşahidəçilərin fikrincə, bu günə qədər baş verənlər filmin hələ “jurnal” hissəsidir, Əfqanıstanın tamamilə “talibanlaşması” isə gələn aydan sonra vüsət alacaq. Çünki ABŞ-la əldə olunan razılaşmaya əsasən, sentyabr ayına qədər “Taliban” vilayət mərkəzlərinə və böyük şəhərlərə hücum etməyəcəkdi. Buna baxmayaraq, indiyədək o, indiyədək 7 vilayəti ələ keçirib və bununla da ABŞ-la imzaladığı sazişə sadiq qalmadığını ortaya qoyub.

Zənnimizcə, “Taliban”ın bu “sədaqətsizliyi” də təsadüfi deyil və onun siyasi-fəlsəfi idealogiyasından irəli gəlir. Sirr deyil ki, “Taliban” radikal islamçı görüşə sahibdir. Quranın bir çox ayələrində və peyğəmbərin hədislərində isə kafirlərlə hər hansı razılaşmaya gedilməməsi, taktiki məqsədlərlə bu cür anlaşmalar imzalansa belə, ona itaət edilməsi xoş görülmür. Məsələn, Bəqərə surəsinin 120-ci ayəsində deyilir:

“Yəhudilər və xristianlar, onların millətinə (dininə) tabe olmayana qədər səndən razı qalmayacaqlar. (Ey elçim!) Onlara de: "Allahın doğru yolu onun özünə itaətdir!" Sənə gələn bu qədər elmlərdən (Quran) sonra, onların arzu və istəklərinə tabe olsan, Allah yanında nə bir dostun, nə də köməkçin mövcud olacaq”.

“Taliban”ın razılaşmalara əməl etməməsi və ələ keçirdiyi ərazilərdəki müasir silahları mənimsəməsi Pentaqonu əks tədbirlər almaq məcburiyyətində qoyur. “Amerikanın səsi” radiosunun təhlükəsizlik məsələləri üzrə müxbiri Ceff Seldinin Twitter paylaşımına görə, ABŞ rəsmiləri onunla söhbətlərində Pentaqonun Əfqanıstanda “Taliban”a qarşı əməliyyat keçirmək üçün hərbi təyyarələrini bölgəyə göndərdiyini bildiriblər.

“ABŞ rəsmiləri Talibana zərbə endirmək və Əfqanıstan təhlükəsizlik qüvvələrini gücləndirmək üçün AC130 və F18 təyyarələrinı, MQ9 Reaper dronlarını və B52 bombardmançılarını bölgəyə göndərdiklərini qəbul ediblər.

Avia-zərbələrin böyük hissəsini AC-130 və MQ-9 təyyarələri həyata keçirir”, - Twitter paylaşımında bildirilir.

Qeyd edək ki, ABŞ-ın “AC-130 Gunship” təyyarələri “C-130 Hercules” nəqliyyat təyyarəsinin isti qarşıdurma bölgələrindəki xüsusi təyinatlılara yaxın hava dəstəyi vermək üçün dəyişdirilmiş versiyasıdır. Standart “C-130 Hercules” nəqliyyat təyyarəsindən daha çox mühərrik gücünə, qalxma sürətinə və uçuş məsafəsinə malikdir. Aşağı uçuşlarda çox uğurlu, yaşayış və kənd yerlərində hədəfləri dəqiq təyin etmə və vurma kimi yüksək qabiliyyətə malik hücum təyyarəsidir. Dəqiqədə 610 metrə qalxan təyyarə istənilən pistdə istifadə oluna bilər. Təyyarə hər biri 4910 at gücünə malik 4 Allison T56-A15 turboprop mühərriki ilə təchiz olunub, xilasetmə işlərində də istifadəyə yararlıdır.

“MQ-9 Reaper”-lər isə 1.5 ton ballistik raket daşıma özəlliklərinə malik ən güclü silahlı dronlardan sayılır. ABŞ-ın istehsal etdiyi ilk dron aparatı olan bu hərbi texnika indiyədək Əfqanıstan döyüşlərində dəfələrlə sınaqdan çıxarılıb.

Baydenin son açıqlamasından belə anlaşılır ki, ABŞ Əfqanıstanda “Taliban”a qarşı mübarizədə yerli qüvvələrdən istifadə edəcək və onlara hava dəstəyi verməklə işini tamamlayacaq. Zənnimizcə, bu strategiya Əfqanıstanı müxtəlif regionlara parçalamağa qədər vara bilər. Anlaşılan budur ki, ABŞ baxımından regionçuluq və məzhəbçi yanaşmalarla daxilən parçalanmış vəziyyətə düşən Əfqanıstanın hər hansı hissəsini “Taliban”ın əlindən qoparmaq da artıq faydalı görünür. Son zamanlar özbək marşal Rəşid Dostumun keçmiş “Şimal alyansı”nı bərpa etmək çalışmalarına başlaması da yeni strategiyanın təzahürlərindən biri ola bilər.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru