Müharibə qızışdı, naməlum silahlılar tankeri ələ keçirdi - GƏRGİNLİK
Tarix: 4-08-2021, 08:43 | Çap et
 Bu gün avqustun 4-nə keçən gecə naməlum silahlılar Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerinə basqın edərək onu ələ keçiriblər. virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, hazırda tanker İran istiqamətində üzür.
Xəbərlərə görə, Panama bayrağı altında üzən və Dubayda mənzillənmiş “Prime Tankers LLC” şirkətinə məxsus olan “Asphalt Princess” tankerinə hücum Fuceyra limanından 97 kilometr məsafədə həyata keçirilib. “Sky News” Böyük Britaniyanın xüsusi xidmət orqanlarından birinə istinadən bildirir ki, tankerin göyərtəsinə 8, yaxud 9 silahlı şəxs qalxıb. Onlar tankerin naviqasiya sistemini söndürüblər və onu naməlum istiqamətə aparıblar. Daha sonra tankerin Hörmüz boğazına istiqamət aldığı məlum olub.
Gəminin ələ keçirilməsi haqda informasiyalardan dərhal sonra Böyük Britaniya XİN bəyan edib ki, insidentin araşdırılmasına britaniyalı xüsusi təyinatlılar cəlb olunub. Böyük Britaniya baş verənlərdə İranın əlinin ola biləcəyini təxmin edir. “The Times” qəzetinin yazdığına görə Böyük Britaniya xüsusi xidmət orqanlarında gəminin İranın İnqilab Keşikçiləri Korpusunun döyüşçüləri, yaxud İran tərəfindən dəstəklənən silahlı qrup tərəfindən ələ keçirildiyini ehtimal edirlər.
İranın özündə isə bu şübhələrə sərt reaksiya veriblər. İnqilab Keşikçiləri Korpusu gəminin qaçırılmasında əli olduğunu qəti inkar edib.
“Lloyd's List” adlı Britaniya jurnalı isə az əvvəl tankerin İrana tərəf üzdüyünü xəbər verib. Bunu gəmilərin izlənilməsi ilə məşğul olan “Marine Traffic” portalı da təsdiq edir.
Maraqlıdır ki, gəminin qaçırılması ilə eyni vaxtda Birləşmiş Ərəb Əmirliklərinin sahillərində ən azı dörd neft tankerinin heyəti gəmilərin idarəetməsinin naməlum şəraitdə itirildiyi haqda xəbərdarlıq veriblər. Söhbət Qayana bayrağı altında üzən “Quenn Ematha”, Sinqapur bayrağı altında üzən “Golden Brilliant”, Hindistan bayrağı altında üzən “Jag Pooja” və Vyetnam bayrağı altında üzən “Abyss” neft tankerlərindən gedir. Bu gəmilərin mühərrikləri sönüb və peyk trakerləri sıradan çıxıb.
Xatırladaq ki, bundan əvvəl İsrailin “Zodiac Maritime” şirkəti tərəfindən istismar olunan “Mercer Street” neft tankerinə Oman sahillərində bir və ya bir neçə kamikadze-dronla hücum həyata keçirilmişdi. Nəticədə gəmidə yanğın baş verib, iki heyət üzvü həlak olub. İsrail gəmiyə hücumun İran tərəfindən həyata keçirildiyini bildirib, daha sonra bu versiyanı ABŞ və digər qərb ölkələri dəstəkləyiblər və İrana qarşı “kollektiv cavab tədbirlərinin görüləcəyini” bəyan ediblər.
Qeyd edək ki, daha əvvəl İsrail kəşfiyyatının beynəlxalq sularda İran neftini daşıyan tankerlərə seriya hücumlar həyata keçirdiyi, nəticədə bu tankerlərin mənzil başına çata bilmədiyi və başqa limanlara yan aldığı, İranın milyardlarla dollar ziyana düşdüyü məlum idi.
Virtualaz.org


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20 |
|
|
|
| • Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08 |
|
|
|
| • Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06 |
|
|
|
| • Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00 |
|
|
|
| • Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56 |
|
|
|
| • “Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54 |
|
|
|
| • Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52 |
|
|
|
| • Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28 |
|
|
|
| • Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21 |
|
|
|
| • Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11 |
|
|
|
| • Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08 |
|
|
|
| • Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06 |
|
|
|
| • “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03 |
|
|
|
| • “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00 |
|
|
|
| • İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53 |
|
|
|
| • Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48 |
|
|
|
| • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
| • Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29 |
|
|
|
| • AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23 |
|
|
|
| • Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22 |
|
|
|
| • Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21 |
|
|
|
| • Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14 |
|
|
|
| • “Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09 |
|
|
|
| • AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06 |
|
|
|
| • Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03 |
|
|
|
| • “Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58 |
|
|
|
| • Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55 |
|
|
|
| • TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48 |
|
|
|
| • Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35 |
|
|
|
| • “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31 |
|
|
|
| • Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30 |
|
|
|
| • Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27 |
|
|
|
| • Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24 |
|
|
|
| • “PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19 |
|
|
|
| • Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15 |
|
|
|
| • Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12 |
|
|
|
| • ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07 |
|
|
|
| • İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02 |
|
|
|
| • Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21 |
|
|
|
| • Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19 |
|
|
|
|