“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Köçəryanın yeni revanş cəhdi: Uğurlu olacaq? - TƏHLİL
Tarix: 24-07-2021, 08:47 | Çap et
Köçəryanın yeni revanş cəhdi: Uğurlu olacaq?
İyulun 26-da Ermənistan parlamenti Nikol Paşinyanı ikinci müddətə yenidən Baş nazir seçəcək.

Bundan sonra Baş nazir 15 gün ərzində hökumətin tərkibini formalaşdıraraq təsdiq etmək üçün Prezident Armen Sarkisyana təqdim etməlidir. Baləliklə, N.Paşinyan 2020-ci ilin noyabr ayından etibarən davam edən siyasi böhran fonunda hakimiyyətini yenidən legitimləşdirmiş olacaq.

Artıq Nikol Paşinyan Ermənistanda siyasi böhranın başa çatdığını elan edib. Seçkilərdə Paşinyanın əsas rəqibi sayılan eks-prezident Robert Köçəryanın mandatından imtina etməsi müxalifətin hökumətə təzyiq imkanlarını azaldır.

Ancaq Köçəryan parlament mübarizəsi ilə yanaşı, küçə etirazlarını paralel davam etdirmək tezisini irəli sürür. Yəni onun rəhbərlik etdiyi “Ermənistan” fraksiyası Milli Məclisdə, özü isə küçə aksiyaları vasitəsilə Paşinyana qarşı siyasi təzyiqləri davam etdirmək niyyətindədir. Sabiq prezident seçkilərdə məğlub duruma düşsə belə, kifayət qədər maddi kapitala və media resurslarına malikdir.

Rusiya Prezidenti mövcud situasiyada seçkilərin nəticələri ilə barışıb Paşinyanı təbrik etsə də, Putinin dostu sayılan Köçəryanın parlamentdə 29 mandat qazanması ciddi siyasi hadisə sayılır. Bu baxımdan, Köçəryan yenidən revanş götürəcəyinə ümidini hələ itirməmiş kimi görünür.

Politoloq Elşən Manafov hesab edir ki, Köçəryanın deputat mandatından imtina etməsi onun müxalifətçilik fəaliyyətindən çəkilməsi anlamına gəlmir. O, “Cümhuriyət” qəzetinə bildirib ki, “Ermənistan” bloku parlamentdə təmsil olunacaq və qanunvericilik qaydasında Köçəryanın mandatı üzrə proporsional siyahı üzrə başqa namizədə veriləcək.

Bu mənada, Köçəryanın parlament fraksiyası eks-prezident Serj Sarkisyanın “Şərəf duyuram” blokunun deputatları ilə birlikdə müzakirələrə və proseslərə təsir etmək, özünün müxalifət simasını saxlamağa imkan yaradacaq:

“Lakin bütövlükdə Ermənistandakı seçkilərin nəticələri göstərdi ki, bütün müxalifətin elektoratı Paşinyan iqtidarının resurslarına kifayət qədər təsir etmək imkanına malik deyil. Qüvvələr nisbəti Paşinyanın və onu dəstəkləyən qüvvələrin xeyrinədir. Yaxın perspektivdə Köçəryan başda olmaqla Ermənustan müxalifətinin Paşinyanın siyasətinə təsirini istisna edərdim.

Digər məsələ geosiyasətlə bağlıdır. Paşinyan Qərbyönümlü siyasətçidir. Ona görə də Ermənistanın Qərbə inteqrasiyasında maraqlıdır. Bununla yanaşı, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinin bir səbəbi də Rusiya başda olmaqla işğalçı ölkəyə dəstək verməməsi oldu. Rusiyanın loyal mövqeyi Ermənistanın daha tez məğlubiyyətinə gətirib çıxartdı.

Doğrudur, Ermənistan hərbi imkanlarına görə Azərbaycandan dəfələrlə geri qaldığından məğlubiyyət qaçılmaz idi. Ancaq Rusiyanın müdaxiləsi Ermənistanı rüsvayçı vəziyyətdən xilas etdi. 10 noyabr Bəyanatı Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını və nəqliyyat-kommunikasiya xətlərinin açılmasını nəzərdə tutsa da, Paşinyan hələ bu öhdəlikləri yerinə yetirmək istiqamətində real addımlar atmır.

Əgər Moskva ciddi təhdid və təzyiqlər göstərməsə, Ermənistan bu addımları atmaq istəməyəcək. Kremlin loyal mövqeyi nəticəsində sərhəddə toqquşmaların intensiv xarakter alması, Azərbaycan və Rusiya prezidentlərinin görüşü deməyə əsas verir ki, Moskvanın Paşinyana təzyiq göstərmək fikri yoxdur. Ona görə də Ermənistan müxalifətinin ümidi geosiyasi proseslər ola bilər.

Eyni zamanda, Avropa Birliyinin ikili standart yürütməsi göstərir ki, geosiyasi amil Ermənistanın xeyrinədir. Amma Azərbaycanın geostrateji mövqeyi, Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və Rusiya ilə münasibətlərdəki əhəmiyyətini Moskva da nəzər alır. Bütün bu reallıqlardan çıxış etdikdə, Ermənistan müxalifətinin ölkədəki reallıqları öz xeyrinə dəyişmək imkanı çox azdır”.

Qeyd edək ki, Robert Köçəryan siyasi revanşa nail olmaq diqqəti son zamanlar Naxçıvan-Ermənistan sərhəddində baş verən atışmalara çəkib. O, eskalasiyaya görə Paşinyan hakimiyyətini ittiham edib və Ermənistanın məhvə doğru getdiyini söyləyib.

Köçəryan bildirib ki, Yerasxdan (Arazdəyən) şimalı Ermənistanın cənubu ilə birləşdirən və İranla sərhədə qədər dövlətlərarası avtomobil yolu keçir.

“Yerasxdakı hadisələrdən sonra, deyəsən, Qara gölün olduğunu, Ermənistan ərazisində çox sayda Azərbaycan əsgərinin olduğunu unutmuşduq. Bu, həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Ermənistanın başına gələn hər şeyin məntiqi davamıdır. Artıq dişlərimiz olmadığını, layiqli cavab vermək üçün heç bir fürsət və istək olmadığını göstərdik”.

Yeni müharibə təhlükəsi üçün vəziyyətin yarandığını deyən eks-prezident qeyd edib ki, Ermənistan vətəndaşları bu dəfə güzəştin imzalanmasını çox asanlıqla qəbul edəcəklər. Onun sözlərinə görə, məqsəd, belə sənədin imzalanmasını xəyanət kimi deyil, xilas kimi qəbul ediləcək vəziyyət yaratmaqdır.

Elşən Manafovun fikrincə, Köçəryanın telekanallar verdiyi bu açıqlamaları korporativ maraqlara xidmət edir:

“Köçəryan praqmatik siyasətçi olsaydı, anlayardı ki, dəhlizin açılması nəinki Ermənistanın, bölgə dövlətlərinin xeyrinə işləyəcək. Sabitlik, əməkdaşlıq və sülhə töhfə verəcək. Ermənistanın Azərbaycanla ciddi qarşıdurmaya getmək imkanlarının sıfıra bərabər olduğu hazırkı dönəmdə Ermənistanı yenidən müharibəyə sövq etmək bu ölkə üçün məhvə bərabərdir.

Rusiya Prezidenti Putin də öz çıxışlarında buna eyham edib. Köçəryan isə Paşinyanın Qərbyönümlü siyasətinin Moskvada məmnunluq doğurmaması kontekstindən çıxış edir. Amma unudur ki, nəqliyyat-kommunikasiya xətlərinin açılmaması ilə bağlı razılaşmalarda Rusiya iştirak edib. Üstəlik, dəhlizin müdafiəsi Rusiya hərbçilərinə həvalə edilib. Ona görə də Köçəryanın açıqlamaları konyuktur maraqlardan çıxış etməklə yenidən revanş götürməyə hesablanıb”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru