“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”: - Ukrayna üzərindən qaz nəqli ən azı 10 il dayandırıla bilməz
Tarix: 21-07-2021, 08:16 | Çap et
ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”:
“Rusiya qazdan "strateji silah kimi" istifadə edəcəyi təqdirdə Almaniya ona qarşı cavab tədbirləri görəcək".

Ovqat.com xəbər verir ki, dünyanın ən məşhur iqtisadi portalı kimi tanınan “Bloomberg” nəşri Vaşinqtonla Berlinin “Şimal axını-2” layihəsi ilə bağlı müzakirələrdə ilkin razılıq əldə etdiklərini irəli sürüb.

Portalın məlumatına görə, iki dövlət arasında əldə olunan ilkin razılaşmaya əsasən, Rusiya qazdan strateji silah kimi istifadə edəcəyi təqdirdə, Almaniyanın cavab tədbirləri onun enerji ixracına qarşı sanksiyalara qədər vara bilər. Qeyd edilir ki, saziş yaxın günlərdə rəsmiləşdiriləcək.

İddialara inansaq, ABŞ və Almaniya “Şimal axını-2” layihəsi tamamlandıqdan sonra Ukraynanın qarşılaşacağı zərərin kompensasiyası barədə də düşünüblər. Liderlər Ukraynanın "yaşıl fond"una bir milyard dollara yaxın sərmayə yatırmaq barədə razılığa gəliblər. Məqsəd Ukraynanın ekoloji cəhətdən təmiz enerjiyə keçməsinə kömək etməkdir.

Razılaşmaya əsasən, Berlin həmçinin Kiyevlə ikitərəfli enerji layihələrini dəstəkləmək üçün “xüsusi səfir” təyin edəcək. Bu missiyanın maliyyələşdirilməsinə isə təxminən 70 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.

Bundan əlavə, Almaniya öz üzərinə hazırda qüvvədə olan və bitmə müddəti 2024-cü ildə başa çatan Rusiya qazının Ukrayna vasitəsilə tranzitinə dair müqavilənin ən azı on il uzadılmasına yardım etmək öhdəliyi götürür.

Xatırladaq ki, Almaniya ilə Rusiyanın birgə çəkmək istədiyi və digər bir neçə digər Qərb ölkələrin enerji şirkətlərinin də dəstəklədiyi "Şimal Axını 2" layihəsində Baltik dənizi vasitəsilə Almaniyaya qədər ildə 55 milyard kubmetr həcmində qaz nəql edən boru kəmərinin tikintisini nəzərdə tutulur. Kiyev bu kəmərin rus qazının Ukrayna üzərindən tranzitini kəsməyə yönəlik proje olduğunu düşünür və buna kəskin etiraz edir. ABŞ da bu arqumentlə razılaşır, üstəlik, layihənin Avropanı enerji inhisarına almağa hesablandığını əsas gətirərək dayandırılmasını istəyir. Vaşinqton bunun əvəzinə özünün LNG qazını almağı məsləhət görsə də, Berlin “Şimal axını-2” layihəsinin çəkilməsi fikrindən daşınmır. Almaniya hökumətinin fikrincə, ölkənin enerji təhlükəsizliyi naminə təchizat diversikasiyası aparılmalı, müxtəlif kanallardan qaz alınmalıdır. “Şimal axını-2” layihəsi, böyüdükcə daha çox enerjiyə ehtiyac duyan Almaniya sənayesi üçün vazkeçilməz və ən ucuz mənbədir.

Co Bayden ABŞ prezidenti seçildikdən sonra Merkel hakimiyyəti ilə sürdürdüyü danışıqlar heç bir nəticə verməyincə, 2019-cu ildən etibarən “Şimal axını-2” layihəsinə tətbiq olunan sanskiyaların dayandırılmasına qərar verdi, bu isə Kiyevdə sərt reaksiya ilə qarşılandı. Kiyev layihənin tamamlanacağı təqdirdə Ukraynanın qarşılaşacağı zərərin kompensasiya olunmasını tələb etməyə başladı. Ukraynanın dövlət qaz şirkətinin hesablamalarına görə, zərərin ildə 4-5 milyard dollar olacağı gözlənilir. Üstəlik, Ukraynanın özü də Rusiyadan aldığı qazın kəsiləcəyi təqdirdə ciddi enerji çatışmazlığı təhlükəsi ilə qarşılaşa bilər.

Ukrayna prezidenti Zelenski ilə Almaniya Baş naziri Merkel arasında bu yaxınlarda keçirilən görüşdə də qaz nəqli məsələsi müzakirə olunmuş, tərəflər heç bir razılığa gələ bilməmişdilər. Rəsmi Kiyev Berlinin mövqeyini Ukraynanı Rusiyaya satmaq kimi dəyərləndirmiş, Merkel hökuməti ilə razılaşan ABŞ-ı da açıq şəkildə təhdid etmişdi. Kiyev Qərbin bu xəyanəti ucbatından Çinə yönələ biləcəklərini vurğulamışdılar.

“Bloomberg”in ABŞ-la Almaniya arasında aparılan gizli danışıqlardan sızdırdığı məlumat göstərir ki, tərəflər Ukraynanın həssasiyyətlərini nəzərə alıb və ölkənin alternativ enerji mənbələrinə keçməsini təmin etmək üçün 1 milyard dollara yaxın vəsait ayırıb. Fikrimizcə, razılaşmanın bu bəndi Ukraynanı ekoloji təmiz enerji ilə təchizatından çox, ümumiyyətlə alternativ enerjiyə keçməsini təmin etməyə hesablanıb. Çünki yaxın gələcəkdə Rusiyanın Ukraynaya qaz nəqlini tamamilə dayandıracağı istisna olunmur. Bundan əlavə, rus qazının ən azı 10 il müddətində Ukrayna üzərindən nəqlinə nail olmaq üçün ümumi razılığa gəlinib.

Təbii ki, rus qazının Avropaya nəqlinin marşrutu barədə son sözü nə Berlin, nə də Vaşinqton deyə bilər. Buna ilk növbədə Moskva qərar verməlidir. Moskva isə sırf iqtisadi səbəbləri əsas gətirib Ukraynadan qaz nəqlinin səmərəli olmadığını iddia edir. Çünki 1980-ci ildə çəkilən Ukrayna kəməri köhnəlib və yenidən inşa olunmalıdır. Bu isə yeni kəmər çəkmək qədər məsrəfli işdir. Üstəlik, Ukrayna vaxtaşırı tranzit xərclərinin artırılmasını tələb edir. Onsuz da inşası tamamlanan və Ukrayna üzərindən qaz nəqlinə alternativ kimi çəkilən “Şimal axını-2” layihəsinin isə bu cür problemləri yoxdur. Baltik dənizindən keçən “Şimal axını-2” kəmərinin tranzit xərci ümumiyyətlə yox səviyyəsindədir.

Digər tərəfdən, Rusiyanın Avropaya qaz nəqlində məhdudiyyət limiti var. Avropanın qaz ehtiyacının 45%-nə təqabül edən bu limiti aşmaq Aİ qanunvericiliyinə görə, mümkün deyil və buna Qərb razılıq verməz. Əks təqdirdə Rusiya qitəni enerji inhisarına ala bilər. Belə vəziyyətdə Rusiyanın həm Ukrayna üzərindən, həm də “Şimal axını-2” kəmər vasitəsilə eyni anda Avropaya qaz göndərməsi müşkülə çevriləcək. Deməli, Rusiyanın ABŞ-la Almaniya arasında əldə olunan razılığa uyğun şəkildə Avropaya qaz nəqli üçün bir kəmərlik qaz həcmini iki kəmərə bölməlidir. Məşhur atalar sözündə deyildiyi kimi: “anam bir gündəni ikiyə bölüb çörək yapdı, atam ikisini yeyib bir saydı”. Dərd burasındadır ki, kündədən fərqli olaraq, bir kəmərlik qazın iki kəmərlə nəqli rentabeli azaldır, və bu da Rusiyanın “ikisini yeyib bir sayması”nı çətinləşdirir. Rusiyanın rentabelsizliyə etiraz edib bu təkliflə razılaşmayacağı təqdirdə isə, “Bloomberg”in iddiasına görə, Almaniya ona qarşı sanksiya tətbiq edəcək.

Rusiyanın “qazdan strateji silah kimi istifadə etməsi” fikri də təsadüfi deyil. ABŞ-ın mülahizələrinə görə, “Şimal axını-2” layihəsi əslində iqtisadi yox, siyasi projedir. Məqsəd Avropaya inteqrasiya yolunu tutan Ukraynanı enerji mənbəyi ilə sınağa çəkmək, sənayesini çökdürmək, əhalisini qışda soyuqdan dondurmaqdır və Qərbi Avropa ölkələri, o cümlədən Almaniya bu oyuna gəlməməli, Qərb dəyərləri üçün hər cür fədakarlığa gedən Ukraynanı Rusiya qarşısında tək buraxmamalıdır. Prinsipcə, bu mülahizənin ciddi əsasları da var. Çünki Ukraynanın Rusiya tərəfindən qaz imtahanına tutulması dəfələrlə təkrarlanıb. İstər 2006-cı, istər 2008-2009-cu, istərsə də 2014-cü illərdə Kiyev Qərblə inteqrasiya prosesinə qoşulan kimi, Rusiya ona qaz nəqlini tamamilə dayandırıb.

Heydər Oğuz,
Ovqat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru