“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

Donbass münaqişəsinin həllinə ABŞ qərar verəcək – Moskva separatçıları necə satdı?
Tarix: 6-07-2021, 09:02 | Çap et
Donbass münaqişəsinin həllinə ABŞ qərar verəcək
“Ukrayna prezidenti Vladimir Zelenskinin gözlənilən Vaşinqton səfəri zamanı həmkarı Co Baydenlə ABŞ-ın ya "Norman formatı"na (Ukrayna, Rusiya, Almaniya, Fransa), ya da Donbasdakı vəziyyətin paralel nizamlanması trekinə cəlbi ehtimalını müzakirə edəcək”.

Ovqat.com xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba dünən jurnalistlərə açıqlamasında bildirib.

"Ukrayna 30" Forumuna qatılan Kubela Ukraynanın ərazi bütövlüyü məsələsinin həllində ABŞ-ın müsbət rol oynaya biləcəyinə inandığını qeyd edib. "Sözsüz ki, biz (bu görüşdə) Rusiyanın təcavüzünə son qoyulması və Ukrayna ərazilərinin işğaldan azad edilməsi prosesində ABŞ-ın hansı optimal rol oynaya biləcəyi barədə danışacağıq. Bu rol "Normand formatında"mı, yoxsa "Normand formatı" ilə kəsişəcək hansısa paralel trekdə birbaşa iştirak yolu iləmi baş tutacaq, danışıqların əsas mövzusu bu olacaq", - deyə o bildirib.

Nazirin sözlərinə görə, səfərin dəqiq tarixi hələlik müəyyənləşdirilməyib.

Kuleba Fransa ilə Almaniyanın "Norman formatı" nın xarici işlər nazirlərinin görüşünün təşkilini keçirməyə çalışdıqlarını, amma Rusiyanın bəhanələri səbəbindən bunun baş tutmadığını da xatırladıb. "Mən bütün məsələlərin müzakirəsinə hazır olduğumu ifadə etmişəm. Bundan başqa, mən təsdiqləmişəm ki, Kiyev təkcə bizim üçün prioritet olan təhlükəsizlik problemlərini yox, həm də Rusiyanın daim diqqət mərkəzində saxladığı siyasi məsələləri müzakirə etməyə hazırıq. Amma nədənsə, bu görüş hələ də baş tutmur", - deyə o bildirib.

Nazir əlavə edib ki, Rusiya "nazirlərin görüşünə heç cür imkan tapmır”, buna baxmayaraq, görüşün təşkili üçün səylər davam etdirilir.

Qeyd edək ki, ABŞ-ın yeni hakimiyyəti Ukraynanın ərazi bütövlüyünün təminatını xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu hələ bir neçə ay bundan əvvəl bəyan edib. Bu ilin Mayın 6-da ABŞ-ın dövlət katibi Antoni Blinken mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, koronavirusla bağlı vəziyyət yaxşılaşan kimi Bayden Ukraynaya səfərinə çıxacaq və bu səfər çərçivəsində Donbass və Krım məsələsi müzakirə olunacaq.

Co Baydenin iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə görüşündə əsas müzakirə mövzularından birinin də Ukraynanın işğal edilmiş ərazilərinin aqibəti ilə bağlı olduğu xəbər verilir. İddialara görə, prezidentlər Krım məsələsində ümumi razılığa gələ bilməsələr də, Donbass probleminin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə qərar veriblər. Əldə olunan razılaşmaya əsasən, problemin həllində ABŞ da yaxından iştirak edəcək.

Təsadüfi deyil ki, Bayden-Putin görüşündən sonra Ukrayna rəsmiləri də problemin həlli ilə bağlı danışıqlara ABŞ-ın da cəlb olunması məsələsini gündəmə gətirirlər. Rusiya və onun dəstəklədiyi Donbass separatçıları isə nəinki buna etiraz etmir, hətta ABŞ-ın iştirakını Kiyevdən daha çox “arzulayırlar”. Bir növ Papadan artıq katolik rolunda çıxış edirlər. Bunun nəticəsi olaraq, ötən gün tanınmamış Donbass “respublika”larının birdən-birə “Normand formatı”na ABŞ-ı dəvət etməsi də təsadüfə bənzəmir.

Dünən “Luqansk və Donetsk xalq respublikaları” ilk dəfə olaraq "Normand dördlüyü"nü ABŞ nümayəndələri ilə görüş keçirməyə çağırıblar. Bu barədə Luqanskın əlaqə qrupunun siyasi yarımqrupunda nümayəndəsi, LXR rəhbərinin diplomatik müşaviri Rodion Miroşnik özünün Telegram səhifəsində bildirib. Onun sözlərinə görə, təklif artıq Rusiya Prezidenti Administrasiyasının rəhbəri Dmitri Kozaka və Rusiya XİN başçısı Sergey Lavrova da çatdırılıb.

Rodion Miroşnik onu da etiraf edib ki, Donetsk və Luqanskın belə bir təşəbbüsə qoşulmasına Cenevrədə keçirilmiş Bayden-Putin görüşünün nəticələri təkan verib. Tanınmamış respublikalarda hesab edirlər ki, Vaşinqton Kiyevi Minsk sazişlərini həyata keçirməyə və “Donbass respublikaları” ilə dialoqa başlamağa məcbur edə bilər.

"Bu gün həm Normand, həm də Minsk formatında konstruktiv və təsirli dialoq həqiqətən də yoxdur. Bütün iclas prosesləri Ukraynanın prosessual məsələlərdə bilərəkdən blokadaya alması, danışıqlar prosesinin imitasiyası üçün heç bir əhəmiyyət kəsb etməyən addımlara həsr olunur. Tamdəyərli dialoqun yenidən işə salınması Normand formatlı məsləhətçilərin, ABŞ nümayəndələrinin və LDNR nümayəndələrinin birgə iştirakı ilə mümkün ola bilər", –Miroşnik Teleqram paylaşımında belə yazıb. Onun sözlərinə görə, ABŞ-ın iştirakı ilə keçiriləcək bu cür topalntılar "yeddi il davam edən münaqişənin həllinə yetərli adekvat investisiya olardı".

Qəribədir ki, Bayden və Putinin Cenevrə görüşündə əldə etdikləri razılaşma Donbass rəsmilərinə də bəlli deyil. Buna baxmayaraq, onların ABŞ-ın “konstruktiv” mövqe tutacaqlarına əminlikləri təəccüb doğurur. Belə görünür ki, onların ABŞ-a inamları da Moskva tərəfindən sifariş olunub. Yəni əslində ABŞ-ı müzakirələrə çağırmaq təklifi Donbass tərəfindən Kremlə çatdırılmayıb. Əksinə, Kremlin bu tələbinə Donbass rəsmiləri “ləbbeykə, ya Moskva” deyib.

"Cenevrədə razılaşmalar haqqında bizə yalnız rəsmi məlumatlar məlumdur. Lakin biz bu məlumatları Kiyev, Luqansk və Donetsk arasında dialoqu fəallaşdırmağa çalışmaq üçün kifayət hesab edirik", – yazan Miroşnikin bu sözləri də bizim iddialarımızı təsdiqləyir. Onun fikrincə, münaqişənin həlli məhz bu müstəvidə – Kiyev – Donetsk – Luqansk üçbucağında baş tuta, qalan hər kəs isə yalnız köməkçi vasitəçi kimi prosesdə iştirak edə bilər.

"ABŞ de-fakto Donbasdakı münaqişə ilə bağlı proseslərə hər zaman ciddi təsir edib və edir. İndi demokratların Birləşmiş Ştatlarda hakimiyyətə gəlişi ilə Ukrayna hakimiyyətinə təsir imkanları daha da güclənib. Ona görə də biz ABŞ nümayəndəsinə liderlərin məsləhətçiləri səviyyəsində Normand formatında rəsmi iştirak etməyi və nizamlama proseslərinə öz nöqteyi-nəzərini bildirməyi təklif edirik. Üstəlik, ABŞ da Minsk razılaşmasına rəsmən tərəfdar olduğunu bəyan edir. Biz münaqişənin hər iki tərəfinin – Kiyevin və Donbasın nümayəndələrinin və Normand formatına daxil olan maraqlı tərəflərin iştirakı ilə görüş keçirməyi təklif edirik. Biz bu format təşəbbüsü ilə qan tökülməsinin dayandırılmasına və münaqişənin sülh yolu ilə həllinə hazırıq", – deyə Miroşnik vurğulayıb.

Görünən budur ki, Donbass separatçılarının 7 illik “müstəqillik” macəraların sonucu qanlarının tökülməməsi qarantiyasını almaq müqabilində yenidən Ukraynanın suverenliyi altına qayıtmaq olacaq və Miroşnik də əslində bunu arzulayır.

Qeyd edək ki, Rusiyanın Donbassı “dəyər-dəyməzinə satması barədə fikirlər hələ aprel ayının ikinci yarısında səsləndirilirdi. Bu o zaman idi ki, ABŞ prezidenti Co Bayden anidən rusiyalı həmkarı Putinə zəng etmiş və müxtəlif məsələlərlə bağlı danışıqlar apardıqdan sonra onu iyunun 16-da Cenevrədə keçiriləcək görüşə çağırmışdı. Bu telefon söhbətindən dərhal sonra Rusiya Qara dəniz və Ukrayna ətrafına topladığı 100 mindən artıq əsgərini geri çəkmişdi. Separatçı Donbass “respublikası”nın rəsmiləri Rusiyanın birdən-birə Ukrayna sərhədlərindən geri çəkilməsindən bərk qorxuya düşmüşdülər. Separatçı liderlər Rusiyanın bu addımını Donbassın açıq-aşkar Ukraynaya təhvil verilməsi kimi qiymətləndirmişdilər.

“Rus hərbçiləri Ukrayna ilə həmsərhəd bölgələri tərk etməyə başladıqdan sonra Ukrayna Silahlı Qüvvələri Donbass ərazilərinə hücumlarını artırdı”, - qondarma “respublika”nın adı açıqlanmayan nümayəndəsi həmin vaxt Avia.pro nəşrinə belə demişdi. Onun fikrincə, bu, “DXR” (“Donetsk Xalq Respublikası”) və “LXR”-nin (“Luqansk Xalq Respublikası”) Ukrayna ordusuna açıq-aşkar təslim edilməsidir.

Separatçı lider bu gedişatın çox mənfi, hətta Ukraynaya qarşı üsyan bayrağı qaldıran qüvvələr üçün fəlakət sayıla biləcək nəticələrinin olacağını da istisna etməmişdilər: “Öz müstəqilliyini elan edən “respublikalar” bu il ərzində mövcud olmaya bilər, çünki Rusiya hərbi yardım göstərməyəcək və müdafiəmizi təmin etməyəcək”.

DXP-nin keçmiş Müdafiə naziri İqor Strelkov da həmin vaxt Rusiyanın hərəkətlərini başa düşməkdə çətinlik çəkdiyini gizlətmirdi. Sabiq “nazir”in fikrincə, Rusiya qüvvələrinin Ukrayna sərhədi yaxınlığında cəmləşməsi Kiyevə bir siqnal idi. “Lakin ordunun birdən-birə geri çəkilməsi Moskvanın planlarını dəyişdirmək qərarına gəldiyini və tərəfdaşlarını hər təhlükəyə açıq vəziyyətə saldığını göstərir. Bu, “DXR” və “LXR” ərazilərini Ukrayna Silahlı Qüvvələrinə təslim etmək deməkdir”, - Strelkov bu qənaətdə idi .

“Mən bu qədər sayda sərhədlərə qoşun çəkməyin və sonra heç nə etməməyin necə mümkün olduğunu başa düşmürəm. Bir-biri ilə ziddiyyət təşkil edən bu addımlar qəribə və axmaq görünür. Çünki Putinin “hörmətli ukraynalı tərəfdaşları” təxribatlarını və müharibə hazırlıqlarını dayandırmayacaq. Ukrayna Donbassdan öz qoşunlarını çəkməmişdən əvvəl geri addım atmaq ən azından axmaqlıqdır. Bu Donbassın təslim edilməsinə hazırlıq ola bilər”, - İqor Strelkov belə demişdi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru