“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Xain damğası daşımağa hazır idim” deyən Serjikin iftirası - GƏLİŞMƏ
Tarix: 25-06-2021, 09:13 | Çap et
“Xain damğası daşımağa hazır idim” deyən Serjikin iftirası
44 günlük Vətən müharibəsi ilə 30 ildir apardığı işğal siyasəti darmadağın olan və həyatını həsr etdiyi düşmənçiliyin acı nəticələrinin Ermənistanı məhv etdiyini, ermənilərin həyatını çürütdüyünü nəhayət bu yaşında “dərk edən” Xocalı qatili Serj Sərkisyan BBC-yə açıqlamasında “etiraf” edib.

Axar.az xəbər verir ki, S.Sərkisyan guya Paşinyanı müharibənin nəticələrinə deyil, yaratdığı şəraitə görə ittiham etdiyini vurğulayıb. Həmçinin 2020-ci ilin iyulunda Tovuz təxribatının “dağıdıcı hərəkət” olduğunu bildirib.

Bu, S.Sərkisyanın Tovuz hadisələri ilə bağlı günahkarın birbaşa Ermənistan və onun hərbi-siyasi rəhbərliyi olması barədə açıq etirafıdır.

Sərkisyan eyni zamanda “torpaqların geri qaytarılmayacağı” barədə heç vaxt danışmadığını da iddia edib və ən maraqlısı da budur:

“Hətta mən 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Bunu daha necə açıq formada ifadə etmək olardı? Mən aqibətimizin belə acı olmaması üçün xain damğasını daşımağa hazır idim. Öz reytinqimi, tarixdə qalmağı düşünmürdüm, problemin həllini istəyirdim... Amma təəssüflər olsun ki, bunu bacarmadım”.

Köçəryanın və Sərkisyanın siyasəti Azərbaycan torpaqlarını işğalını rəsmiləşdirmək, BMT TŞ-nin qətnamələrini icra etməmək, beynəlxalq hüquqa zidd addımları əbədiləşdirməyə hesablanmışdı.

Sərkisyanın hazırda yalan danışdığını və riyakarlıq etdiyini təsdiqləyən saysız-hesabsız faktlardan biri 2011-ci ildə başlayan ərazilərin işğaldan azad edilməsi ilə bağlı KTMT üzvlərinin belə təzyiqlərini neytrallaşdırmağa çalışmasıdır. 2012-ci ildən 2014-cü ilə qədər hətta Qarabağın işğaldan azad edilməsi üçün erməni ordusunun dislokasiya və digər bütün xərclərini rəsmi Bakının ödəməyə (5 milyard dollar söhbəti) hazır olması ilə bağlı Belarus lideri Aleksandr Lukaşenko ilə söhbətlərini belə 44 günlük müharibədən dərhal sonra yayan, bununla da “torpağı satmayan lider” obrazını yaratmağa çalışan məhz Sərkisyan idi.

Lukaşenko Bakı səfərində bu söhbəti təsdiqləmiş, Ermənistan rəhbərliyinin Azərbaycanın müharibə olmaması üçün göstərdiyi bütün siyasi həll yollarından imtina etdiyini faktlarla söyləmişdi. Əslində, Sərkisyan işğalda saxladığı torpaqların bir qarışını da geri qaytarmaq istəmədiyini hər zaman sübut edib.

2016-cı ilin Aprel savaşından sonra rayonların 5+2 formulu ilə geri qaytarılması öhdəliyini Rusiyanın zəmanəti ilə üzərinə götürsə də, Sərkisyan bundan da yayındı və seçkini bəhanə edərək, prosesi uzatmağa çalışdı. Rusiyanın təzyiqləri ilə işğala son verməkdən və Aprel savaşının dayandırılması müqabilində götürdüyü öhdəliyi icra etməkdən başqa yolu olmadığını biləndə isə hakimiyyəti tez-tələsik “küçə lideri” Nikol Paşinyana ötürdü.

Azərbaycan liderinə torpaqların işğaldan azad ediləcəyi vədinin reallaşacağı zəmanətini birbaşa Rusiya lideri vermişdi və məhz Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyev Aprel savaşını dayandırmışdı. Putin zamin olduğu işin icrasına Sərkisyanı vadar edirdi və bu, mütləq baş verəcəkdi. Sərkisyan isə “Qərbin adamı” Nikol Paşinyana hakimiyyəti ötürməklə iki məqsəd güdürdü: ya Nikol Paşinyan Ermənistanı Rusiya təsirindən çıxarmaqla Qərbin dəstəyinə sığınacaq və Qərbin yardımı ilə işğalı əbədiləşdirəcəkdi, ya da “torpaqların verən xain” kimi Yusif Sərrac olacaqdı.

Nikol Paşinyanın hakimiyyətə gələn kimi “danışıqların dalanda olduğunu” görüb “yeni müharibə - yeni torpaqlar” siyasətinə başlamasının da, Şuşanı “mərkəzə” çevirmək cəhdinin də səbəbi bu idi. N.Paşinyanın ayrı seçimi qalmamışdı: ya işğaldakı bütün torpaqları azad etməli və azərbaycanlıların keçmiş Dağlıq Qarabağ da daxil olmaqla, qovulduqları torpaqlarına qayıtmasını təmin etməli, ya da son cəhd etməliydi.

Sərkisyan-Paşinyan cütlüyü hər şeyi “yaxşı düşünmüşdü”, yalnız bir məsələdən başqa: Azərbaycanın İlham Əliyev kimi liderinin olduğunu qanmamışdılar. Sərkisyan və Paşinyanın ağlına belə gəlməzdi ki, İlham Əliyev hansı böyük siyasi-hərbi cəsarət göstərəcək!

Müharibənin niyə 10 və yaxud 19 oktyabrda dayanmadığı haqda indi minlərlə ehtimallar irəli sürülür. Amma heç kim cəsarətə gəlib, əsl faktı deyə bilmir. Əsl fakt odur ki, heç kim Azərbaycan Ordusunun son və qəti qələbəyə qədər dayanmayacağını, İlham Əliyevin fövqəladə cəsarət və böyük siyasi iradə göstərəcəyini sadəcə dərk etmirdi; ağıllarına belə gəlmirdi ki, Azərbaycan Ağdam, Laçın, Kəlbəcər qaldığı halda Hadrutu, Xocavəndi və Şuşanı geri qaytarmağa qalxacaq. Sərkisyan-Paşinyan “düşüncəsinə” görə Azərbaycan Ordusu keçmiş “Dağlıq Qarabağ”ın sərhədlərində mütləq dayanacaqdı.

Yalnız Şuşa azad ediləndən sonra Ermənistan rəhbərliyi dərk etdi ki, Azərbaycanın Ali Baş Komandanı Xankəndini də alacaq, sərhədə qədər çıxacaq və Ermənistan sərhəddə problem yaradacağı halda bu dəfə “bufer zona” Ermənistan torpaqları olacaq.

Bu acınacaqlı aqibəti görəndən sonra Paşinyan kapitulyasiyanı imzaladı və Putinin vasitəçiliyi ilə digər öhdəliklər götürdü.

Sərkisyanın – bu Xocalı qatili olan qaniçənin siyasət haqda da, müharibə haqda da heç vaxt təsəvvürü olmayıb. Çünki o, heç vaxt ordu ilə üz-üzə gəlməyib, yalnız pərakəndə, yüngül silahlarla silahlanmış azərbaycanlıların üstünə Rusiyanın ağır texnikası ilə gəlməkdir onun müharibə təsəvvürü; silahsız, dinc insanları hədəf almaqdır Sərkisyanın müharibə qəhrəmanlığı. O, Azərbaycan Ordusunun gücünü Aprel savaşında gördü və dərhal da hakimiyyəti təhvil verərək, aradan çıxdı.

Müharibədən dərhal sonra torpaq “satmadığı”, o torpaqları “döyüşçülərinin qanı ilə” aldığı haqda Lukaşenkoya dediklərini tirajlayıb, divident toplamağa çalışan Sərkisyan indi tamamilə fərqli bir açıqlama verir: guya dəhşətli aqibətdən qaçmaq üçün xain adlanmağa, torpaqları qaytarmağa razı imiş, amma bacarmayıbmış.

Kim mane oldu “bacarmamağa”? Aprel savaşından sonra götürdüyü öhdəliyi niyə icra etmədi? Niyə ordunu işğaldakı torpaqlardan çıxarmadı?

O torpaqları ümumiyyətlə niyə işğal etmişdi? Niyə Azərbaycana qarşı müharibəyə başlamışdı? Bu gələcəyi düşünmürdümü?

Əsl xain, alçaq, şərəfsiz, sözünü tutmayan siyasətçi Sərkisyan özüdür. O səviyyədə ki, hətta Putinə verdiyi vədi tutmayıb, qaçdığı və hakimiyyəti Qərbə, “Sorosun uşaqlarına” satdığı üçün hazırda Rusiyanın da hədəfindədir, özünü Rusiyaya yenidən sırımağa çalışan bu zavallını Kreml yaxın belə buraxmır. Seçkidə blok yaratsa belə, namizədliyini verməməsinin birbaşa səbəbi də Rusiyanın tələbidir: Sərkisyanın siyasi ömrünün fatihəsini Rusiya özü verib və onun siyasətə qayıdıb, hətta deputat kürsüsü tutmasına Kreml imkan vermir.

Azərbaycan lideri isə bu müharibədə sübut etdi ki, onun üçün işğalda olan torpaqların “aranı”, “dağı” yoxdur; İlham Əliyev sübut etdi ki, Azərbaycanın işğalda olan torpağı 7 rayondan ibarət deyil, 12 rayondur; İlham Əliyev sübut etdi ki, Azərbaycan qanunları onun üçün əsasdır və Azərbaycan Ordusunun Ali Baş Komandanı bu qanunların icrası ilə məşğuldur. Azərbaycanda isə “Dağlıq Qarabağ” adlı muxtar qurum yoxdur, 1991-ci ildə ləğv olunub, onun “sərhədi” də yoxdur və Xocavənd, Şuşa, Ağdərə ilə Kəlbəcərə, Laçına fərq qoymaq bizə düşməz!

10 noyabr kapitulyasiyasının yazılmayan hissəsinin icrasını da görəcəyik! İlham Əliyevin Putinə, Putinin Paşinyana, Ərdoğanın Putinə dünənki zənglərinin səbəbi də budur!

Putin də zamindir – 2016-cı ildə olduğu kimi! Ya Paşinyan icra edəcək, ya da Azərbaycan Ordusunu İrəvanda qarşılamalı olacaq!











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru