"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                 

Ermənistanın sabiq Xarici İşlər naziri niyə istefaya gedib? – 15 erməni “əsiri”nin qaytarılmasının sirri
Tarix: 23-06-2021, 10:10 | Çap et
Ermənistanın sabiq Xarici İşlər naziri niyə istefaya gedib?
Ermənistanın bundan əvvəlki Xarici İşlər naziri Ara Ayvazyanın istefa verməsinin əsl səbəbləri aydınlaşır. Sən demə, o, Azərbaycanla Ermənistanın danışıqlar aparmasına mane olur, nəticədə beynəlxalq birliyin Cənubi Qafqazda regional təhlükəsizlik səyləri baş tutmurdu.

Ovqat.com xəbər verir ki, bu iddianı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan media açıqlamasında irəli sürüb.

O, deyib ki, 27 maya, hətta ondan sonraya qədər uzun müddət ərzində əsir məsələsinin həll olunmamasının əsas günahkarı Ara Ayvazyandır və sabiq nazir istefa ərizəsini yazdıqdan qısa müddət sonra problem öz həllini tapıb: “Ayvazyan rəsmi şəxs olaraq tərəfdaşlarımıza təhvil verə biləcəyimiz minalanmış ərazi xəritələrinin olmadığını söyləyirdi. Ayvazyan istefa etdikdə bu məsələni həll etmək üçün bir fürsət yarandı. O, yalnız yalan danışmır, həm də ümumi işimizə pəl vururdu. Ayvazyan Ermənistanın təhlükəsizlik məsələlərini həll etmək istəmirdi. Siyasi komandamıza problem yaratmaq üçün əlindən gələni edirdi. Sonunda isə döyüş meydanını məcazi mənada tərk etdi”.

Qriqoryanın fikrincə, Ayvazyanın bu inkarçı mövqeyi Ermənistanın problemi həlletmə qabiliyyətlərinə pəl vururdu: “Təsadüfi deyil ki, bir neçə aydır bu məsələ həll olunmurdu. O, istefa verəndən sonra danışıqlarda iştirak etmədiyi iki həftə ərzində məsələ yoluna qoyuldu”.

Ayvazyan isə ona qarşı səsləndirilən ittihamlara aydınlıq gətirmək istəməyib. News.am saytının sorğusuna sabiq nazir bu sözlərlə cavab verib: “Heç bir gülünc hücum və böhtana münasibət bildirmirəm. Bu müddət ərzində kimin nə etdiyi, hansı işləri gördüyü sənədləşdirilib və qeydə alınıb. Sadəcə onu xatırlatmaq istərdim ki, istefamdan bir həftə əvvəl baş nazir kabinet iclasında Xarici İşlər Nazirliyinin səmərəli işindən çox danışırdı”.

Xatırladaq ki, Ara Ayvazyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr bəyanatından 8 gün sonra – 18 noyabr 2020-ci ildə Xarici İşlər naziri vəzifəsinə gətirilmiş, bu ilin may ayının 27-də isə istefa vermişdi. Qriqoryanın sözlərinə görə, onun nazir olduğu 7 ay ərzində Azərbaycanla konstruktiv danışıqlarının alınmamasının başlıca əsas günahı da Azərbaycanda yox, elə Ayvazyanda imiş. O, maksimalist mövqe tutaraq Azərbaycanın konstruktiv təkliflərinə qarşı çıxır və dialoqun alınmasını əngəlləyirmiş. Yəqin ki, sonunda Paşinyan komandasının və beynəlxalq qurumların basqılarına duruş gətirməyən sabiq nazir istefaya getmiş, bununla da konstruktiv danışıqların yolu açılmış və minalanmış ərazilər müqabilində əsirlərin qaytarılması məsələsi həyata keçirilə bilmişdi.

Qeyd edək ki, mina xəritəsi qarşılığında erməni əsirlərin mübadiləsi iyun ayının 12-də həyata keçirildi. Həmin gün Ermənistan Ağdam rayonuna basdırılmış 97 min tank və piyada əleyhinə minaların xəritəsini Azərbaycana təhvil verdi. Azərbaycan isə bunun əvəzinə 15 əsiri Ermənistana qaytardı. Əsir-mina xəritəsi mübadiləsi Gürcüstan, ABŞ və Avropa Birliyinin nümayəndələrinin vasitəçiliyi ilə baş tutdu və bu, Rusiyanın regional nüfuzuna vurulmuş böyük zərbə kimi qiymətləndirildi. Çünki 10 noyabr Bəyanatının üzərindən keçən 7 ay müddətində vasitəçilik missiyasını boynuna götürən Moskva bu istiqamətdə heç bir addım atmamış, əksinə İrəvanda yüksək posta gətirdiyi kadrlar, xüsusilə də Ayvazyan vasitəsilə danışıqların alınmamasına çalışmışdır.

Bəs, Ayvazyanın postundan uzaqlaşdırılması və Bakı ilə İrəvanın arasındakı dialoq prosesinin başlanması necə baş verdi?

Ovqat.com-un araşdırmalarının nəticələrinə əsasən, mümkündür ki, Moskvanın bu destruktiv fəaliyyətinin regional sülhə xidmət etmədiyini görən Azərbaycan və beynəlxalq güc mərkəzləri alternativ yollar axtarmağa məcbur olmuşdur. Üstəlik, bu təşəbbüslər iyun ayının 12-dən daha əvvəl başlamışdır. İlk addım isə rəsmi Bakı tərəfindən atılmışdı. Bu il aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Gürcüstana getmiş və ölkənin Baş naziri başda olmaqla bir sıra rəsmiləri ilə görüşmüş, müxtəlif mövzularda danışıqlar aparmışdı. Detalları tam açıqlanmayan görüşün üzərindən təxminən bir həftə keçəndən sonra may ayının 5-də Gürcüstan Baş naziri İrakli Qaribaşvili Bakıya gəlmiş və Prezident İlham Əliyevlə müzakirələri davam etdirmişdi. İraklı Qaribaşvilinin bu görüşünün ardınca ABŞ Dövlət Departamentinin sədr müavini Filip Rikerin Cənubi Qafqaza səfər edəcəyi açıqlanmış, 3 həftədən sonra – may ayının isə 27-də Ermənistanın sabiq Xarici İşlər naziri Ara Ayvazyan istefa vermişdi. Həmin istefadan 10 gün keçməmiş iyun ayının 6-da Filip Rikerin vəd edilən səfəri başlamış və səfər 13-də başa çatmışdı. Səfərə Gürcüstanla başlayan ABŞ yetkilisi ayın 8-də Azərbaycana gəlmiş və 2 günlük danışıqların ardınca Ermənistana getmişdi. Azərbaycanda olarkən, o, münaqişənin həllində ABŞ-ın rol almaq istədiyini açıq bəyan etmişdi.

İyunun 11-də İrəvan səfərində Riker erməni mediasına verdiyi müsahibəsində erməni əsirlərinin azad olunması və evlərinə qayıtmasının vacibliyindən danışdı. “ABŞ hökuməti dəfələrlə vurğulayıb ki, bütün əsirlər azad edilməlidir və evlərinə dönməlidir. Unutmamalıyıq ki, bu münaqişə insanlara mənfi təsir edir. Xatırlamaq lazımdır ki, söhbət hər iki tərəfdə olan insanlar, insanların övladları, həyat yoldaşları, valideynlərindən gedir. Biz tutulanların hamısının azad edilməsini görmək, münaqişənin sonunu və münaqişənin hərtərəfli həllini görmək istəyirik”.

ABŞ rəsmisinin bu çıxışından bir gün sonra Azərbaycan çoxdan tələb etdiyi mina xəritəsini almış və 15 erməni əsirini qarşı tərəfə təhvil vermişdi. Ardınca da ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken açıqlama verərək Vaşinqtonun “bu addımları dəstəklədiyini, əldə edilən razılaşmalardan məmnun qaldığını və sözügedən təşəbbüslərin əlavə əməkdaşlıq üçün zəmin hazırladığına ümid etdiyini" bildirmişdi.

"Biz bütün məhbusların geri qaytarılması çağırışını davam etdiririk, bölgə ölkələrinin əməkdaşlığına və aralarındakı həll olunmamış məsələləri çözmək səylərinə kömək etməyə hazırıq”, - deyən Blinken bu işdə Gürcüstanın vasitəçiliyini də yüksək qiymətləndirmişdi: “İki tərəf arasında müzakirələrin asanlaşdırılmasında əsas rolu oynayan Gürcüstan hökumətinə təşəkkür edirik. Bu cür addımlar bölgədəki insanları layiq olduqları dinc gələcəyə yaxınlaşdıracaq".

ABŞ yetkililərinin bu bəyanatları əslində Rusiyaya ağır bir şapalaq kimi idi. Vaşinqton bu sözlərlə sanki Moskvaya “sənin artıq Cənubi Qafqazdakı təsir imkanların Gürcüstan qədər də yoxdur” mesajı verirdi.

Göründüyü kimi, Azərbaycan-Ermənistan münaqişəsinin çözümünə yönəlmiş bu tədbirlər Ara Ayvazyanın Xarici İşlər naziri vəzifəsindən uzaqlaşdırılması ilə baş tutub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da açıqlamasında əslində buna işarə edir. Ara Ayvazyanın siyasi orientasiyasına gəlincə, bu adam təkcə Rusiyanın Ermənistana yerləşdirdiyi pəlvurma aparatı da deyildi. O, həm də Fransanın erməni lobbisinə bağlı kadr kimi tanınır. Ayvazyanın destruktiv mövqeyində Parisin də rolu az deyildi. Müşahidəçilərin fikrincə, Paris Ayvazyanı destruktiv mövqe tutmağa həvəsləndirməklə münaqişəni uzadaraq müzakirələrdə aparıcı rol oynamağa çalışırdı. Fransanın bu siyasətinin qarşısı isə Avropa İttifaqının digər ölkələri və birliyin aparıcı strukturları tərəfindən alınmışdı. Avropa İttifaqının bu mübadilədə rolu Azərbaycanın XİN tərəfindən də etiraf olunur, əsas vasitəçilərdən biri kimi Avropa İttifaqı Şurasına və ATƏT-in hazırkı sədri İsveçə minnətdarlıq bildirilirdi.

Bütün bunlar göstərir ki, Rusiya və Fransa kimi ermənipərəst ölkələrin Cənubi Qafqazda apardığı çözümsüzlük siyasəti dünyanın ən aparıcı qüvvələri tərəfindən zərərsizləşdirilib. Belə aydın olur ki, Ara Ayvazyan da öz xoşu ilə deyil, beynəlxalq təzyiqlər səbəbindən istefa ərizəsi yazıb.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru