İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                 

Lavrovun Türkiyəni hədəf alan açıqlaması - erməni damarı yoxsa...
Tarix: 14-04-2021, 08:53 | Çap et
Lavrovun Türkiyəni hədəf alan açıqlaması
Rusiya xarici işlər naziri Sergey Lavrov yenidən erməni xislətini ortaya qoyub. Bu dəfə Lavrov Türkiyəni hədəfə alıb. Ermənipərəst nazir mətbuat konfransında Ankaranın Kiyevə dronlar satması ilə bağlı məlumatı şərh edərkən deyib ki, Rusiya Türkiyə və digər ölkələri Ukraynada militarist ab-havanı qızışdırmaqdan çəkinməyə çağırır. “Kiyevdəki rejim ağılsız addımlar ata bilər ki, bunun da axırı pis qurtaracaq. Dərhal deyim ki, əlaqə qurduğumuz bütün məsul ölkələrə - Türkiyə də bunlardan biridir - Kiyevin döyüş ruhlu bəyanatlarını təhlil etməyi qətiyyətlə tövsiyə edirik və onları bu militarist duyğuları bəsləməmək üçün xəbərdar edirik”.

Rusiya XİN başçısı ABŞ-a məxsus hərbi gəmilərin Qara dənizə keçidini də pisləyib. O “Vaşinqtonun Ukraynada hansı məqsədlər güddüyünü bilmirəm”, - deyə açıqlama verib. Aydındır ki, Türkiyənin Kiyevə siyasi və hərbi dəstəyindən Moskva narazıdır. Amma nədənsə bu narazılığı ermənipərəst Lavrov dilə gətirdi.

Xatırladaq ki, Rusiyanı qıcıqlandıran əsas məsələ Ukrayna prezidenti Zelenskinin Türkiyəyə səfəri olub. Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ukraynanın şərqindəki vəziyyətə toxunan Ərdoğan bildirib ki, bu barədə Zelenski ilə fikir mübadiləsi aparıb və inanır ki, böhranı siyasi yolla aradan qaldırmaq olar. Türkiyə prezidenti vurğulayıb ki, Minsk razılaşmaları çərçivəsində Ukraynanın şərqində gərginliyi azaltmaq vacibdir. Ukrayna və Türkiyənin müdafiə sahəsində əməkdaşlığını isə Ərdoğan “vacib element” adlandıraraq, onun hansısa üçüncü dövlətin əleyhinə yönəlmədiyini vurğulayıb.

Görüşü təhlil etsək görərik ki, Ərdoğan münaqişənin hərb yox, sülh yolu ilə həllinə üstünlük verdiyini deyib. Belə isə Lavrov hansı qızışdırıcılıqdan danışır? Rusiya-Türkiyə arasındakı gərginliyin səbəblərindən biri də ABŞ gəmilərinin Qara dənizə girməsidir. Azərbaycan tərəfini düşündürən suallardan biri də budur ki, iki tərəfdaş ölkə arasında münasibətlərin gərginləşməsi Dağlıq Qarabağdakı vəziyyətə necə təsir edəcək? Münasibətlər korlansa, Rusiyanın Qarabağ, Suriya və Liviyada Ankara ilə əməkdaşlığı riskə girə bilərmi?

Mövcud durumu qiymətləndirən politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya rəsmiləri başlarını itirib, ünvanı da səhv salıblar: “Ərdoğanı bu cür mesajlarla qorxutmaq olmaz. Nəinki Türkiyə, bütün normal dövlətlər, o cümlədən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımı Ukraynanın ərazisi hesab edir. Türkiyə müstəqil dövlətdir, Ukrayna ilə əlaqələri intensivləşdirir, Ukraynaya silah satır, Krımın ilhaqını tanımır. Ancaq o da faktdır ki, Ərdoğan Zelenski ilə görüşündə Rusiya əleyhinə heç bir fikir səsləndirmədi və Rusiyanın adını belə çəkmədi. Etik qaydalara əməl etdi. Ancaq görünür, Türkiyənin Ukraynaya verəcəyi dəstək Rusiyanı bu şəkildə qıcıqlandırıb. Gəlib başqa ölkənin torpağını işğal edib, digər bir ölkəyə qarşı isə ittihamlar səsləndirir. Bu, Türkiyəni qorxutmaq məqsədi daşıyır. Ardınca Rusiyanın əl atdığı yollara baxın, öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb, pandemiya baxımından təhlükəli yer olduğunu bildirib. Bir qədər sonra Türkiyə pomidorunun idxalına da qadağa qoya bilərlər. Pomidor qadağasını Azərbaycana qarşı da istifadə edirdi, ancaq o mərhələ artıq geridə qaldı. İndi Rusiyadan kimsə qorxmur, çəkinmir. Rusiya özünü düşünsün ki, bu cür siyasətlə özündə mərkəzdənqaçma meylləri güclənə bilər”.

Politoloq vurğuladı ki, Ukrayna ilə savaş Rusiyanın özünə də baha başa gələ bilər: “Getdikcə digər dövlətlərdən Ukraynaya dəstək artır, Krımı Ukrayna ərazisi kimi tanıyırlar. Rusiya artıq kimisə təkləyə bilməz, Türkiyə ətrafında türkdilli dövlətlərin ciddi bir bloku yaranır. Azərbaycan da Rusiyanın siyasətindən narazıdır. Prezident İlham Əliyev də aprelin 13-də beynəlxalq ekspertlərlə keçirdiyi görüşdə bildirdi ki, В«İsgəndərВ» raketləri ilə bağlı Putinlə danışıb, lakin o, heç bir aydınlıq gətirməyib. Rusiya artıq heç kimi qorxuda bilməz. Doğrudur, bir çox ölkələr Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Lakin Rusiya müxtəlif ölkələrdə separatçılara dəstək verəndə, torpaqları ilhaq edəndə anlamalıdır ki, heç kim onun yanında dayanmayacaq”.

Ukrayna məsələsində Rusiya ilə Türkiyə arasında yaranan gərginliyin, bu iki ölkənin Suriyada, Liviyada, Qarabağdakı əməkdaşlığına zərbə vura biləcəyi ehtimalına toxunan politoloq vurğuladı ki, onsuz da Rusiya Qarabağda Azərbaycana kifayət qədər problem yaradıb: “Rusiya Suriyada İdlib şəhəri ətrafında Türkiyəyə müəyyən problemlər yaratmaq istəyə bilər. Hesab edirəm ki, bir müddət sonra Rusiyada Zelenskinin Türkiyəyə səfərini unudacaqlar və başa düşəcəklər ki, Türkiyə ilə əməkdaşlıq Rusiya üçün vacibdir. Rusiya ilə əməkdaşlıq da Türkiyə üçün vacibdir. Rusiyanın beynəlxalq aləmdə elə çox dostu yoxdur. Türkiyə isə rəsmi Moskva üçün strateji tərəfdaşdır ”.

ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olması ilə bağlı Rusiyanın Türkiyədən narazılığına münasibət bildirən E.Şahinoğlu dedi ki, bu məsələdə Türkiyə qınana bilməz: “Qara dənizə giriş qaydalarla tənzimlənir, onlardan Türkiyə də kənara çıxa bilməz. Türkiyə boğazların qapısını bağlaya bilməz. ABŞ gəmilərinin Qara dənizə daxil olması ilə bağlı Rusiya Türkiyəni qınaya bilməz. Ərdoğan Zelenski ilə görüşdə də açıq dedi ki, müharibənin əleyhinədir. Belə olan halda, Rusiya Ərdoğandan nə istəyir ?”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru