Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

Britaniya-ABŞ tandemi yeni dünyanı necə görür? - TƏHLİL
Tarix: 18-03-2021, 08:09 | Çap et
Britaniya-ABŞ tandemi yeni dünyanı necə görür?
Böyük Britaniya özünün yeni müdafiə və xarici siyasət strategiyasını tərtib edib. Hələlik 100 səhifəlik sənədin tam mətni açıqlanmasa da, onun önəmli hissələri dünən – martın 16-da yerli mediaya ötürülüb. Sənəd “soyuq müharibə”nin bitməsindən bəri bu istiqamətdə hazırlanan ilk vizyon sənədi olmaqla, “Brexit”dən sonra Böyük Britaniyanın müstəqil oyunçu kimi dünyada, beynəlxalq siyasətdə öz yerini və missiyasını yenidən müəyyənləşdirmək niyyətinin ifadəsi sayıla bilər.

Strategiyada hazırda Britaniyanın təhlükəsizliyinə ən ciddi təhdid mənbəyi kimi Rusiya Federasiyası göstərilir. Yəni Rusiya faktiki olaraq, düşmən elan edilir və Moskvadan qaynaqlanan təhlükələrə bütün istiqamətlər üzrə fəal şəkildə müqavimət göstəriləcəyi və onların qarşısının alınacağı bildirilir. İlk baxışdan bu dəyərləndirmədən belə nəticə çıxarmaq olar ki, Britaniya müasir dünyada Rusiyanı 1 saylı problem kimi görür. Amma strategiya sənədindəki digər analizlərə nəzər salanda belə olmadığı, əslində 1 saylı problemin və əsas strateji rəqibin Çin Xalq Respublikası olduğu qənaətinə gəlmək mümkündür.

Çin haqqında Rusiyaya münasibətdə olduğu qədər sərt cümlələr qurulmasa da, “Britaniya və onun müttəfiqlərindən fərqli dəyərlərə malik olan bu avtoritar dövlət” (sitat sənəddəndir) Britaniyanın iqtisadi təhlükəsizliyi üçün ən böyük təhdid kimi qiymətləndirilir. Çinin qlobal hökmranlığını əngəlləmək məqsədilə Britaniya Hind-Sakit okean regionunda öz təsirini artırmağa qərar verib.

Bu istiqamətdə əməli addım da atmağa hazırlaşan Boris Conson hökuməti 2021-ci ilin sonuna qədər “Queen Elizabet” aviadaşıyıcısını müşayiətçi zərbə qruplaşması ilə birlikdə bölgəyə göndərməyə hazırlaşır. Bu, o deməkdir ki, Britaniya ABŞ-in Çinlə bağlı siyasətinə qoşulur və müttəfiqinə bu uzunmüddətli rəqabətdə fəal dəstək verəcək.

Xatırlatmaq yerinə düşər ki, Britaniya artıq özünün 5G şəbəkəsinin yaradılmasında “Huawei”in xidmətlərindən imtina edib, öz ərazisində Çinin CGTN telekompaniyasının yayım lisenziyasını ləğv edib. Uyğur məsələsində də sərt mövqe sərgiləyən London Çinin uyğurlara qarşı siyasətini soyqırıma uyğun gələn siyasət kimi qiymətləndirir, İcmalar Palatasında artıq uyğur soyqırımının tanınması barədə təkliflər gündəmə gəlib.

Təbii ki, müdafiə və xarici siyasət sahəsində hər hansı ciddi, uzunmüddətli strategiyalar gücə əsaslanmayanda istər düşmən, istərsə də dostlar tərəfindən ciddi qəbul olunmur və onun uğur qazanması da çətindir. Bu səbəbdən Britaniya özünün nüvə arsenalını 40% artırmaq qərarına gəlib. Hazırda 180 ədəd olan “Trident” qitələrarası ballistik raketlərinin nüvə başlıqlarının sayı 260-a çatdırılacaq. Silahlı Qüvvələrin modernizasiyasına qarşıdakı 4 ildə 80 milyard, 2030-cu ilə qədər isə 200 milyard funt-sterlinq xərclənəcək. Şübhəsiz ki, bunlar yetərli deyil və ABŞ-ın dəstəyi, iştirakı olmadan Britaniyanın yaxın və orta perspektivdə təkbaşına Çin və Rusiya kimi nəhənglərlə strateji mübarizəyə girişməsi mümkün deyil. Əslində ona da şübhə yoxdur ki, Britaniyanın yeni siyasət kursu məhz elə ABŞ-ın təsiri ilə formalaşmaqdadır, anqlo-sakson dünyasının bu iki lideri “soyuq müharibə”də SSRİ-yə qarşı olduğu kimi, qarşıdakı dövrdə Çinə qarşı da sinxron hərəkət edəcəklər. Britaniyanın strategiya sənədində Amerika dövləti ən vacib strateji müttəfiq kimi qiymətləndirilərək həm ikitərəfli, həm də əsas ittifaqlar və qruplar (NATO və anqlo-saks dövlətlərinin kəşfiyyat orqanlarını birləşdirən “Five Eyes”) çərçivəsində aktiv əməkldaşlığın davam edəcəyi qeyd olunur.

ABŞ-ın yeni strategiya sənədi: demokratiya vurğusu

Cozef Bayden hökuməti də martın əvvəlində milli təhlükəsizliyə dair aralıq strategiya sənədi açıqlayıb. (Yekun və geniş milli təhlükəsizlik strategiyası ilin sonuna qədər hazırlanıb, elan ediləcək.)

Sənəddə Çin yeganə rəqib adlandırılır, Rusiyaya isə dünyada destruktiv rol oynayan və qlobal təsirini artırmağa çalışan regional aktor kimi baxılır. Yeni ABŞ administrasiyası Rusiyadan və ondan qaynaqlanan təhlükələrdən çox danışsa da, Moskvanı başlıca təhlükə kimi deyil, cari mərhələdə problem yaradan ikinci dərəcəli güc kimi görür. Çinə isə uzunmüddətli rəqabət üçün resurslara malik əsas strateji rəqib kimi yanaşılır. Baydenin Çinlə bağlı ritorikası Trampın ritorikası qədər sərt və kobud olmasa da, siyasəti eynidir, hətta bu siyasətin təhlükəsizlik istiqaməti daha konkret və birmənalıdır. Yəni ABŞ-ın Çinlə bağlı vahid dövlət siyasəti var və əslində bu siyasət Trampın dövründə deyil, Barak Obamanın elan etdiyi “Asiyaya dönüş” (Pivot to Asia) konsepsiyası ilə tədricən başlayıb və illər ötdükcə konkret məzmun qazanıb.

Bayden hökumətinin ritorikasında və yazılı sənədlərində diqqəti cəlb edən əsas məqamlardan biri budur ki, daxili amilin, ölkənin demokratik və iqtisadi inkişafının, iş yerlərinin və daxili istehsalın qorunmasının önəmi xüsusi qeyd olunmağa başlayıb. Aralıq strategiya sənədində bununla bağlı çox güclü vurğu var: “…Bizim dünyadakı rolumuz öz evimizdəki vəziyyətimizdən və gücümüzdən asılıdır”. Yəni açıq bildirilir ki, ABŞ öz içərisindəki problemləri (əsasən kəskin siyasi qütbləşmə və sosial bərabərsizlikdən irəli gələn məsələlər nəzərdə tutulur) həll etməsə, qlobal çapda güclü ola bilməyəcək və mövqelərini itirəcək.

Demokratlar anladılar ki, əvvəlki dönəmlərdə bu amili gözardı ediblər və qlobalist yanaşmalara çox aludə olduqları üçün içəridə xalqı unudublar. İqtisadi qloballaşma və postindustrial dönəm ABŞ-da, xüsusən onun Orta Qərb regionları və oradan şərq sahillərinə qədər uzanan sənaye zolağında (Rust Belt) iqtisadi tənəzzülə səbəb oldu, ölkə daxilində sosial gərginliyin və bərabərsizliyin artması isə Tramp kimi populistin hakimiyyətə gəlməsi ilə nəticələndi. Demokratlar bu dərsi aldılar. Strategiyada deyilir: “Biz Çinin qeyri-qanuni və vicdansız ticarət praktikasına, Amerikanın işçilərinə zərər vuran iqtisadi siyasətinə qarşı çıxacağıq. Biz milli təhlükəsizlik və tibbi ləvazimatların istehsalı sahəsində kritik önəmə sahib texnologiyaların tədarük zəncirlərinin qorunmasını təmin edəcəyik”. Bu cümlələr Trampın “tvit”lərində və çıxışlarındakı tezislərin eynisidir və göstərir ki, qlobalist zehniyyətə sahib demokratlar da milli istehsalın, yerli fəhlə sinifini qorumağın, hətta bəzi sahələrdə proteksionist siyasət yeritməyin yeni dövrdə milli təhlükəsilik maraqları baxımından önəmini dərk ediblər.

Bayden və komandasının seçki kampaniyasından bu yana israrlı və ardıcıl demokratiya vurğusuna da bu çərçivədə baxmaq lazımdır. Çünki içəridə öz demokratiyasını qoruya bilməyən, yaxud qüsurlu demokratiyası olan bir dövlətin beynəlxalq miqyasda demokratiya çağırışları da ciddi qəbul edilə bilməz. Konqres binasına basqın göstərdi ki, ABŞ demokratiyasına və ümumilikdə ABŞ-ın qüdrətinə və qlobal hegemoniyasına əsas təhdid kənardan yox, elə ölkənin öz içindən gəlir. Bayden və çevrəsi bu təhlükəni çox ciddiyə alır və içəridəki qarışıqlığın ən müxtəlif istiqamətlər üzrə ABŞ-ı, onun beynəlxalq rolunu və təsirini zəiflətməsinin fərqindədir. Bu səbəbdən dünyada demokratiya və əsas azadlıqların dəstəklənməsi ABŞ-ın milli təhlükəsizliyə dair aralıq strategiyasının əsas elementi elan olunub. Sənəddə avtoritarizmin bütün dünyada yüksəlişdə olduğu narahatlıqla qeyd edilir, amma bu tip rejimlərlə mübarizədə hərbi gücə deyil, diplomatiya və digər yumşaq güc vasitələrinə üstünlük veriləcək. Prezident Bayden son həftələrdə dəfələrlə qeyd edib ki, bizim modelimiz (yəni demokratik sistem və dəyərlər) qətiyyən köhnəlməyib və öz effektivliyini saxlayır.

Yuxarıda Baydenin təhlükəsizlik sahəsində Trampdan daha sərt mövqe sərgilədiyini qeyd etdik. Aralıq strategiyada birmənalı vurğulanır ki, ABŞ Çinin öz ərazisi hesab etdiyi Tayvanı, eləcə də Honkonq, Tibet və Sintszyan (Doğu Türküstan) regionlarında insan haqları və ləyaqətinin təmin olunmasını dəstəkləyəcək. ABŞ-ın Hind-Sakit okean bölgəsində güclü anti-Çin qurşağı formalaşdırmaq siyasətini Bayden hökuməti də davam etdirir. Söhbət ABŞ, Yaponiya, Avstraliya və Hindistandan ibarət dördlü formatdan (Quad) gedir.

Martın 12-də ilk dəfə olaraq bu format çərçivəsində 1-ci adamlar (ABŞ prezidenti Bayden, Yaponiya baş naziri Suga, Hindistan baş naziri Modi və Avstraliya baş naziri Morrison) səviyyəsində online görüş keçirildi. Yeni administrasiyanın müdafiə və xarici işlər nazirləri Ostin və Blinken ilk xarici səfərlərini də məhz bu bölgəyə edərək Yaponiya və Cənubi Koreyada tərəf-müqabilləri ilə 2+2 formatında görüş keçirdilər. General Ostin səfərdən əvvəl Havay adalarında yerləşən ABŞ-ın Hind-Sakit okean komandanlığını ziyarət etdi, onun Hindistana səfəri də nəzərdə tutulub.

Milli təhlükəsizliklə bağlı yeni strateji prinsiplərdə qeyd olunur ki, ABŞ öz həyati maraqlarının müdafiəsi üçün lazım gəlsə, güc tətbiqində tərəddüd etməyəcək. Bu çərçivədə Yaponiyaya verilən təminat önəmlidir. Bayden prezident seçildikdən dərhal sonra Yaponiya baş naziri ilə telefon söhbətində ona bildirib ki, ABŞ-Yaponiya təhlükəsizlik müqaviləsi Şərqi Çin dənizindəkli Senkaku arxipelaqına da şamil olunur. Bu adalara Çin də iddia edir və onun buraya ehtimal olunan qəfil hücumu qarşısında Yaponiyanın müqavimət imnkanları zəifdir. Bayden çox aydın şəkildə Senkaku arxipelaqını Çin təhdidindən qoruyacaqlarını, Pekinin bölgədəki, o cümlədən Cənubi Çin dənizindəki iddialarının da qarşısına sədd çəkəcəklərini, bu regionda azad naviqasiya və gəmiçiliyi müdafiə edəcəklərini vurğulayıb.

Bayden NATO-nu gücləndirməyin, Avropa Birliyi və Britaniya ilə bərabər hərəkət etməyin, yəni Tramp dövründə zədələnmiş kollektiv Qərb anlayışını bərpa etməyin vacibliyini də dəfələrlə vurğulayıb.

Postsovet məkanına gəldikə isə, burada ABŞ, Böyük Britaniya və Avropa Birliyi üçün prioritet istiqamət Ukraynadır. Avropa coğrafiyasına aidiyyəti, AB və NATO məkanı ilə həmsərhəd olması, dənizə çıxışı, eləcə də Rusiya revanşizminə qarşı dura biləcək potensiala sahib olması baxımından bu dövlət Qərb üçün böyük önəm daşıyır. Bayden hakimiyyətə gəldikdən sonra Ukraynada çox maraqlı hadisələr baş verməkdədir, açıq hiss olunur ki, Ukraynanı nümunəvi dövlətə çevirmək niyyəti var, çünki Putin rejiminə bundan daha böyük zərbə ola bilməz. (Bu mövzunu yəqin ki, başqa yazıda geniş araşdıracağıq.) Bizim Cənubi Qafqaz subregionunda isə Gürcüstanı həm strateji əhəmiyyəti (Qara dəniz sahili), həm də birmənalı avroatlantik inteqrasiya kursu seçmiş ölkə kimi Ukraynadan sonra Qərb üçün önəm daşıyan ikinci məntəqə adlandırmaq olar. (Bu mövzuya da ayrıca yazıda toxunmağa ehtiyac var.)

Həm ABŞ-ın, həm də Britaniyanın strategiyalarında elmi-texnoloji tərəqqiyə dövlət dəstəyinin önəmi də xüsusi vurğulanıb. Hər iki ölkə öz gücünün məhz bu sahədəki liderliyə əsaslandığını yaxşı anlayır və bundan sonra da həmin istiqamətlər onların siyasətində prioritet olacaq.
Müəllif: Şahin Cəfərli
//pressklub.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Bu gün, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Bu gün, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru