Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                 

Moldovada Rumıniya ilə birləşmə kampaniyası genişlənir
Tarix: 2-05-2018, 09:19 | Çap et
Moldovada Rumıniya ilə birləşmə kampaniyası genişlənir
Moldovada Rumıniya ilə birləşmə kampaniyası genişlənməkdə davam edir. Getdikcə daha çox moldov kənd və qəsəbələri Rumıniyaya birləşmək barədə bəyannaməyə qoşulduqlarını bildirirlər. Moldova parlamentinin deputatı Boqdan Çırdya Moldova hakimiyyət orqanlarını ölkənin rumınlaşdırılmasına heç bir reaksiya göstərməməkdə ittiham edib. Bu birləşməyə qarşı çıxan və Rusiyanın ciddi təsiri altında olan Qaqauz muxtariyyətinin rəhbəri İrina Vlax Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə bildirib ki, qaqauzlar vahid Rumıniyanın tərkibinə daxil olmayacaqlar. Separatçı əhval-ruhiyyədə olan qaqauz liderinin arqumenti bundan ibarətdir ki 2014-cü il referendumu bu birləşmə ilə ziddiyyət təşkil edir. Başqa bir separatçı qurum - Dnestryanı vilayət də Moldovanın təşəbbüsünə qoşulmayacağını bəyan edir. Öz növbəsində, alman politoloq Aleksandr Rar hesab edir ki, Avropa İttifaqı da "iki Rumıniya”nın birləşməsi ideyasını dəstəkləmir. Onun qənaətincə, belə bir hal Avropa İttifaqını parçalaya bilər. Rusiyapərəst prezident İqor Dodon da məsələyə dərhal reaksiya verib və hamını ölkənin suverenliyinin qorunmasına çağırıb. Beləliklə, demək olar ki, hər gün hansısa bir moldovan kəndinin Rumıniyaya birləşməsi barədə xəbərlər yayılır və artıq bu günə qədər yeddi moldov kəndi belə bir bəyannaməyə imza atıb. Birləşmə tərəfdarları nəhəng rumın üçrəngli bayrağını sərhəd Prut çayı üzərinə də yönəldiblər.

Çayın hər iki tərəfində martın 27-si bayram kimi qeyd olunur. Sadəcə, Rumıniyada həmin gün dövlət bayramı kimi qeyd olunur. 100 il bundan əvvəl Moldova şəhər şurası Sfatul Çeriy Rumıniya ilə birləşmə barədə bəyannamə qəbul edib. Həmin vaxta kimi isə Bessarabiya rumın qoşunları tərəfindən tutulsa da, 22 il sonra bu ərazi yenidən SSRİ tərəfindən işğal olunur. Rumıniyada "Unirya-2018” (Birləşmə-2018) planı mövcuddur. Bu yaxınlarda Buxarestdə xüsusi birləşmə nazirliyinin yaradılması təklifi də səslənib. Moldova siyasəti ilə ciddi məşğul olan Rumıniyanın keçmiş prezidenti Trayan Besesku bu il ölkədə keçiriləcək parlament seçkilərində Milli Birlik Partiyasının fəxri həmsədri kimi iştirak etmək niyyətindədir. Buna mane olan isə Beseskunun Moldova vətəndaşlığından məhrum edilməsidir. Bu qərarı isə prezident İqor Dodon qəbul edib və Kişinyov məhkəməsi tərəfindən təsdiq olunub. Lakin Besesku Moldova pasportunu geri alacağına ümidlərini itirmir və kəndlərin birləşmə barədə bəyannaməsini alqışlayır. O, hesab edir ki, bu, Moldovanın Rumıniyaya birləşməsi üçün əsas verə bilər. Prosesi Krımın Rusiya tərəfindən işğalı ilə eyniləşdirirlər. Lakin Krımın Rusiya ərazisi olduğunu nə Buxarest, nə də Kişinyov tanımır. T.Besesku əvvəldən də bildirib ki, parlamentin diqqətinə Moldova ilə birləşmə barədə qanun layihəsi təqdim edib.

Sosioloji sorğuların nəticələrinə görə, Moldovada əhalinin böyük bir hissəsi birləşmənin əleyhinə olsa da, hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti bu birləşməni müdafiə edir. Məsələ ondadır ki, Konstitusiya Məhkəməsinin altı üzvündən beşi Rumıniya vətəndaşıdır. Hökumət üzvləri də, deputatlar da bu sıraya daxildir. Lakin məsələ ondadır ki, Rusiya tərəfi buna yol vermək istəməyəcək. Qaqauz muxtariyyəti açıq şəkildə bəyan edib ki, Rumıniya ilə birləşməyəcəklər. "Moldova statusunu dəyişəcəyi halda, qaqauzlar öz müqəddəratını təyin etmək hüququna malikdir. Qaqauzlar dörd il əvvəl referendum keçiriblər. Həmin referendumda iki məsələ qoyulmuşdu – Avropa İttifaq və yaxud Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiya tərəfdarısınız? İkinci sual isə "Moldova dövlətçiliyinin saxlanılmasının tərəfdarısınız?” Rəyi soruşulanların 98 faizi Aİİ, 99 faiz isə Moldova dövlətçiliyinin saxlanılmasının tərəfdarı olduğunu bildirib. Bu məsələ bizim üçün həll olunub. Biz müstəqil Moldova tərəfdarıyıq”, - deyə Qaqauz muxtariyyətinin lideri Vlax bildirib. Hökumət üzvü kimi Vlax Moldova rəsmilərinin susqunluğunu başa düşmədiyini bildirib. "Kəndlərin birləşməsi ilə bağlı baş nazir və spiker fikir bildirməlidirlər. Birdə ki, həmin birləşmə sənədinə kimlərin imza atdıqları da araşdırılmalıdır”, - deyə o bildirib. Vlax hesab edir ki, birləşmə bəyannaməsi Liberal Partiyaya və onun sədri Mixay Qimpuaya sərf edir. O, hesab edir ki, Rumıniya Moldova ərazisinə iddia edə və onu öz ərazisi elan edə bilər. "Rumıniya Bessarabiyanın rumın ərazisi olduğunu qoya bilər”, - deyə Qimpu bildirib. Alman politoloq Aleksandr Rar bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi məsələsini alman məmurları ilə müzakirə edib: "Onlar Buxarestin buna gedəcəyinə şübhə ilə yanaşırlar. Çünki, bu məsələ Avropa İttifaqı daxilində çatlara səbəb ola bilər. Bundan əlavə, Rumıniya Rusiya demək deyil. Bu ölkə ona edilən təzyiqlər qarşısında Rusiya kimi davam gətirə bilməz. Belə olan halda, Dnestryanı özünü müstəqil elan edə bilər”.

Tanınmamış Dnestryanı bölgənin keçmiş "vitse-prezidenti” Aleksandr Karaman isə hesab edir ki, Moldova və Rumıniyanın birləşməsi məsələsi tez və asan həllini tapa bilər. O, "Regnum” agentliyinə müsahibəsində bildirib ki, Bessarabiyanın Rumıniyaya birləşməsi 100 illik ərəfəsində baş tuta bilər.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru