Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                 

Tramp zərbəni niyə gecikdirir? – Hücumun sensasion təfərrüatı
Tarix: 13-04-2018, 09:05 | Çap et
Tramp zərbəni niyə gecikdirir?
Rusiyalı hərbi ekspert Pavel Felgenhauerin “Novaya qazeta” qəzetində dərc olunan məqaləsində yer alıb.

Axar.az məqaləni təqdim edir:

7 ildir davam edən qətliam Suriya cəmiyyətinin dəhşətli dərəcədə radikallaşması və bütün tərəflərin insanlığa qarşı çoxsaylı cinayətləri ilə nəticələnib. Bütün bunlar Tramp üçün o qədər də maraqlı deyil. Bir neçə həftə əvvəl o, ictimai şəkildə elan etdi ki, Amerika hərbçiləri Suriyadan tezliklə çıxmalı və Suriya ilə digər qüvvələr məşğul olmalıdırlar.

“America First” yanaşması Trampın siyasi dəstəyinin əsasını təşkil edən Amerika vətənpərvər millətçilərinə xarakterikdir. Moskva və Tehran onlara Suriyanın böyük hissəsinin döyüşsüz verilməsinə səbəb olan gözlənilməz lütfdən ayılmamış, Trampın müşavirləri onu Suriyada daha yarım il qalmağa inandıra bildilər. 7 aprel çatdı və Şərqi Qutada müxalifətin əlində olan son şəhərdən kimyəvi hücum məlumatları gəlməyə başladı. Bu, Suriyadakı situasiyanı kökündən dəyişdi.

Şahidlər təsdiqləyirlər ki, Dumanın ağır bombardmanı zamanı şəhərə vertolyotlardan həmçinin xlor da atılıb. Əlbəttə, xlor köhnəlmiş zəhərləyici vasitədir və o, yalnız yüksək konsentrasiya zamanı effetiv olur. Xlordan ilk dəfə almanlar 1915-ci ildə Qərb cəbhəsindəki döyüşlərdən istifadə ediblər, amma sonradan müharibənin gedişində daha “yaxşı” şeylər düşünüblər. Lakin digər tərəfdən, xlor ucuz və tez tapılan vasitədir, o, bir çox sənaye sahəsində istifadə edilir. Xlorun istehsalı və saxlanılması qanunidir. O nə zarin, nə də “Noviçok” deyil. Dumada döyüşlərin başa çatdığı konkret şərait Suriya ordusunun xloru tətbiq etmək üçün birbaşa hərbi düşüncəsi olub. Çoxillik mühasirə şəraitində müxalifət döyüşçüləri və mülki əhali Dumada yeraltı keçidlər və sığınacaqlar yaradıblar. Bunlar isə atışma və bombardmandan qorunmaq üçün sığınacaq kimi istifadə edilib. Bu tip yeraltı labirinti davamlı müqavimətlə təmizləmək çox çətin və bahalı işdir. Suriya ordusu isə bir çox cəbhələrdə döyüşür və daimi olaraq hazırlıqlı piyada çatışmazlığı ilə qarşılaşır.

Xlor yaxşı ventilyasiyanın olmadığı və Duma şəhərinin müdafiəçilərinin sığındığı yeraltı sığınacaqlara girə bilən ağır qazdır.

Kimyəvi hücumdan dərhal sonra müxalifətin döyüşçülərinin mənəvi ruhu sındı və onlar Suriyanın şimalına öz ailələri və yaxınları ilə getməyə razılıq verdilər. Duma demək olar ki, mühasirəyə alanların heç bir itki verməməsiylə geri alındı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 apreldə bəyan etdi ki, Dumada zəhərli vasitənin tətbiqindən sonra 500 nəfər xəsarət alıb ki, bunun da 43 nəfəri ölüb. Əsəd hökuməti və Suriya ordusunun komandanlığı isə kimyəvi hücumda iştirak etmədiyini dedi. Rusiya Baş Qərargahı ÜST-nin bəyanatını məsuliyyətsiz və yalan adlandırdı. Sözsüz ki, hərbi qurumu Rusiya Xarici İşlər Nazirliyi də dəstəklədi.

Bəla ondadır ki, son zamanlar Rusiya rəsmi şəxsləri kimyəvi silahlar haqqında o qədər danışıblar ki, artıq həqiqəti desələr belə, onların sözlərinə inananların sayı azdır. Dumadakı kimyəvi insidentin araşdırılması üçün buraya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) texniki katibliyinin ekspertləri yönləndirilməli idi. Lakin ÜST-in fikri dünyanın böyük hissəsi üçün kifayət edə bilər. Üstəlik, KSQT-nin ekspertləri zəhərli vasitənin kimin tətbiq etməsini müəyyənləşdirmək mandatına sahib deyillər. Rusiya hakimiyyəti digər situasiyalarda olduğu kimi, istənilən halda qeyri-diplomatik leksikadan yararlanıb israr edəcək ki, bunlar provokasiya olub, suriyalılar özləri-özlərini zəhərləyiblər.

Tramp Əsədi heyvanla müqayisə etdi. Əsəd rejimini kütləvi qırğın silahının tətbiqinin adi işə çevrilməməsi üçün cəzalandırılması ideyasını Fransa, Britaniya, Avstraliya, Səudiyyə Ərəbistanı və digər ölkələr dəstəkləyir, eləcə də onlar Suriyadakı hərbi əməliyyatların keçirilməsi üçün artıq ABŞ ətrafındakı koalisiyada birləşməyə hazırlaşırlar.

Gələcək müttəfiqlər əvvəldən razılaşıblar ki, əgər BMT Təhlükəsizlik Şurası Suriyada zəhərli vasitələrin tətbiqinin müstəqil və obyektiv araşdırılması üçün xüsusi mexanizmin yaradılması haqqında Amerika qətnaməsi qəbul edilsə, o zaman istənilən fəaliyyətdən yayınacaqlar. 11 apreldə BMT TŞ-dəki 15 üzvdən, Qazaxıstan da daxil olmaqla, 12-si bunun lehinə səs verdi. Çin bitərəf qaldı. Rusiyanın qoyduğu vetonu yalnız Boliviya dəstəklədi. Rusiyanın seçdiyi və Rusiya XİN-in təkrarladığı stil və leksikon ölkəni görünməmiş beynəlxalq təcridə gətirib çıxardı. Belə bir şey hətta Sovet dövründə də olmayıb. O zaman təbliğat dilini diplomatiya dilindən fərqləndirmək olub.

Rusiya hakimiyyəti gələcək koalisiyaya adekvat cavab vəd edir. Bir sözlə, ABŞ-la müharibəni başlamağı real olaraq heç kim istəmir.

Amerikanın hərbi-texniki imkanları o qədər qeyri-mütənasib və texnoloji fərq o qədər böyükdür ki, qeyri-nüvə qarşıdurması olsa, Rusiyanın Yaxın Şərqdəki qruplaşmaları bütün zərbə-hücum imkanlarından qısa müddətdə məhrum olacaqlar. Moskva görünür, zərbəni haradan gözləmək lazım olduğunu anlamır və buna görə də nədənsə, ABŞ-ın Norfolkdan çıxan və Fars körfəzinə yollanan “Harri Trumen” nüvə təyyarədaşıyan gəmisini izləyir. Bu gəmi isə Fars körfəzinə mayda gəlməlidir. Bu vaxta qədər Dumadakı situasiya həll olacaq.

Problem ondadır ki, Vaşinqton siyasi mülahizələr baxımından Əsədin cəzalandırılmasında maksimal şəkildə daha çox ölkənin iştirak etməsini arzu edir.

Hazırda ABŞ-ın istehsalı olan “Tomahavk” qanadlı raketləri yalnız Britaniya donanmasında var və bu say azdır. Digər müttəfiqlər yalnız aviasiyadan istifadə edə bilərlər və Vaşinqton bunun üçün Suriya səmasını açmalı, Rusiyanın son bir neçə ildə səssiz şəkildə Suriyada yerləşdirdiyi hava hücumundan müdafiə sistemini sıradan çıxartmalıdır.

Amerikalılar bunu edə bilərlər, amma itkilər yarana, eləcə də bizim mütəxəssislər həlak ola və konflikt idarəedilməsi mümkün olmayan eskalasiyaya gətirib çıxara bilər. Digər tərəfdən, bununla həm də ABŞ-ın Rusiya hava hücumundan müdafiə sistemlərini məhv edəcək məxfi texniki imkanları ortaya çıxacaq. Əsədin cəzalandırılması üçün razılaşdırılmış hərbi variantın işlənməsi üçün zaman tələb olunması təəccüblü deyil. Görünür, bu, zərbənin endirilməsi ilə bağlı davam edən gecikmələrin əsas səbəbidir.

Trampın ciddi olması aydındır və mütləq hansısa zərbə endiriləcək. Əsas hədəf Əsəd yox, Putindir. Özünü müqavilə imzalamaq sahəsində usta hesab edən Tramp bu cür silahlı yolla Putini sərfəli genişmiqyaslı razılaşmaya məcbur etməyə cəhd edir.

Trampın yeni və ağıllı raketlərin Suriyaya uçacağı və Rusiyanın bununla bacarmayacağı haqqında tviti çoxlarını dəhşətə saldı, amma sonradan Rusiya ilə münasibətləri pisləşdirməmək haqqında tviti rahatlıq gətirdi. Tramp Rusiya iqtisadiyyatına yüngül yardım edəcəyi, əməkdaşlığı yoluna qoyacağı və silah yarışını dayandıracağına vəd verdi.

Trampın seçildiyi zamanı Moskvada hər kəs gözləyirdi ki, o, Putinlə yanaşı oturacaq və onlar hər şey barədə razılaşacaqlar. Və budur, Trampın Rusiya ilə təhdid və təklif razılaşması... Tramp hesab edir ki, bundan çətinliklə imtina etmək olar. Sanksiyalar götürüləcək, Rusiya investisiya və texnologiyalar əldə edəcək, çoxillik iqtisadi durğunluq bitəcək, amma buna qarşılıq Əsəd satılmalıdır. Digər tərəfdən, Moskva həm də Donbası satmalı, Minsk razılaşmasının şərtlərini icra etməlidir. Moskva imtina etsə, raketlər uçacaq.

Bəli, Moskvaya ABŞ-la qlobal fikir ayrılıqlarının həll edilməsi üçün Trampla imzalanacaq gələcək pakt 2016-cı ilin noyabrında bu cür görünmürdü. Görünür, Trampın biznes təcrübəsində Rusiyaya bənzəyən bu cür güc yoluyla müqavilə imzalamaq imkanı əsas amildir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Dünən, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Dünən, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünən, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Dünən, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Dünən, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Dünən, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Dünən, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Dünən, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Dünən, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Dünən, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Dünən, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Dünən, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Dünən, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Dünən, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Dünən, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Dünən, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Dünən, 13:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru