Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb .....                     HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib .....                     “Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” .....                     "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" .....                     Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb .....                     Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? .....                     Əfqan Cəlilov onu işdən çıxardı .....                     Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir .....                     Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq .....                     “Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub .....                     Coşqun Qarayevin yerinə o təyin edildi .....                     Paşinyan rus ədəbiyyatına meyllənib .....                     Atası həbs edildi, qaynatası güllələndi .....                     Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa .....                     “Nəzarət edə bilməmişəm” .....                     Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları .....                     Ermənistan üçün YENİ bazar .....                     Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib .....                     "İspanlar bizdən daha üstün oynadılar" .....                     Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə .....                     Dünya Kubokunun “ən”ləri... .....                     "Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." .....                     Tanışının BMW-sini qaçıraraq qəza törətdi .....                     Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi .....                     Zelenski istefa versə, danışıqlar başlayacaq .....                     BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... .....                     Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir .....                     Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq .....                     “Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” .....                     Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? .....                     İran hələ də raket və dronlara malikdir .....                     Neft qiymətləri kəskin dönüş etdi .....                     Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? .....                     Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb .....                     Saatlıda büdcə hara xərclənib? .....                     SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb .....                     ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI .....                     Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır .....                     SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb .....                     Avropa Rusiyaya görə "parçalanır"... .....                 

İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar - SƏNƏDLƏR DANIŞIR
Tarix: 14-10-2014, 11:48 | Çap et
İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar
“Təzadlar”ın ötən saylarında qeyd etdiyimiz kimi, “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun rəhbərliyi dövründə baş vermiş ciddi qanun pozuntuları barədə Azərbaycan Hesablama Palatasının yoxlaması əsasında Baş Prokurorluqda cinayət işi başlanılaraq istintaqı davam etdirilir. İndiyədək ASC-nin bir neçə məsul şəxslərinə qarşı cinayət işi başlanılmışdır və onlardan biri həbs olunmuşdur. Prokurorluğun istintaq hərəkətləri isə hələ də davam etdirlir.
Dünən isə “Təzadlar”ın poçtuna Əli Bayramovun dövləti vəzifədə çalışdığı illərdə belə qanuna zidd olaraq kommersiya fəaliyyəti ilə məşğul olması barədə rəsmi sənəd və sübutlar göndərilib. Təəssüflər olsun ki, redaksiyamızın əməkdaşı qarşı tərəf olaraq Əli Bayramovun mövqeyini öyrənmək istəyindən səbəbli olaraq imtina etməli oldu. Səbəb isə ondan ibarətdir ki, Əli Bayramov bir müddət əvvəl Publika.az saytına müsahibə verərək onun barəsində bəzi KİV-lərdə əsassız yazıların yazıldığını qeyd etmiş, sonra isə “Təzadlar”ın əməkdaşı barədə əsassız ittiham irəli sürmüşdür. O, bildirmişdir ki, guya qəzetin əməkdaşı (ad çəkmir, çünki ona belə bir zəng heç vaxt edilməyib) bu vəzifəyə təyin olunduğu gündən ondan əl çəkmir, ondan yazır... Hətta jurnalist dəfələrlə ona zəng etmişdir və guya jurnalistin məqsədi ondan nəsə qoparmaq olmuşdur və s.
Biz KİV olaraq Əli Bayramovun bu ittihamını və yalanını qəti surətdə rədd edərək söylədiklərinin yalan olduğunu bildirməklə təkzib etdik, bildirdik ki, ümumiyyətlə, Əli Bayramovun 2007-ci ildən- “Aqrolizinq” ASC-yə sədr təyin olunduğu müddətdən ta işdən çıxarılana kimi barəsində “Təzadlar”da heç bir tənqidi yazı dərc olunmamışdır. Uzun sözün qısası, Əli Bayramov yalan danışırdı, sadəcə, ağsaqqal adamdır, bu yalanına görə durub onu məhkəməyə verəsi deyilik ki! Vermirik, çünki onsuz da özünün işi hazırda Baş Prokurorluqda istintaq olunur...
Əli Bayramov adına olan və 50 illiyə icarəyə götürdüyü iki torpaq sahəsini niyə 2012-ci ildə dərhal satıb?
Xatırladırıq ki, “Aqrolizinq” ASC-nin İmişli rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilib... Bu artıq “Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramov işdən çıxarılandan sonra qurumun ikinci regional idarəsinə qarşı cinayət işidir. Ötən ayın sonunda Baş Prokurorluğun mətbuat xidmətindən “Təzadlar”a verilən rəsmi məlumatda deyilirdi ki, “İstintaq zamanı “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidməti hələ bu ilin iyununda isə “Aqrolizinq”in həm də Şəki filialının vəzifəli şəxslərinə qarşı oxşar cinayət işi başlamışdı. Belə ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən rəsmi açıqlamada deyilirdi ki, “Aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir”.
Nəhayət, sentyabrın sonlarında redaksiyamıza “Aqrolizinq” ASC-nin bir qrup işçisi adından ölkənin Baş Prokuroru Zakir Qaralova ünvanlı müraciət göndərilmişdi. Surəti “Təzadlar” qəzetinə ünvanlı müraciətdə dəhşətli arqumentlər və faktlar sadalanırdı. Müraciətdə keçmiş direktor Əli Bayramovun vəzifədə işlədiyi müddətdə yol verdiyi bir sıra qanunsuz hərəkətləri, həmçinin kommersiya fəaliyyəti ilə məşğul olması və s. qeyd edilmişdi... Biz qəzetin 26 sentyabr 2014-cü il tarixli sayında həmin məktub-şikayəti təqdim edəndən bir neçə gün sonra isə başqa bir şikayət məktubu aldıq. Məktub müəllifi olduqca maraqlı bir məsələyə, “Aqrolizinq” ASC sədrinin kommersiya fəaliyyətinə toxunurdu. Məktubdan sitat: “ Hörmətli “Təzadlar”!
Siz dövlət büdcəsini talayanların iç üzünü açırsınız, bunlar Prezidentə dəstəkdir, dövləti maraqları qorumaqdır. Aşağıda sizə təqdim etdiyim və Əli Bayramova məxsus olduğuna 100 faiz əmin olduğum faktları da araşdırın... Onun Xirdalanda torpaq sahələri (6 hektar) isə şəxsən özünə məxsusdur və orada 5 il bundan əvvəl dəvəquşu ferması saxlayırdı, hal-hazırda isə lizinq yolu ilə alınan soyuducular orada fəaliyyət göstərir... Bilirəm ki, o soyuduculara görə neçə vaxtdır ki, lizinq faizini köçürməyib və işi məhkəmədədir... Keçmiş rəisin sürücüsünün də danışdığına görə, Sumqayıtdakı torpaqları da şəxsən özünə məxsusdur, 100 hektara yaxındır. “Stansiya Sumqayıt” deyilən yer var. Orada yeni üsulla tikilmiş istixanalar var. Türklər inşa ediblər. Istixanaların firma sahibi başqa adamdır, Mahir adında bir dostudur... Amma faktiki Əli Bayramovundur. O istixanaları yeni Bakı-Quba magistral avtomobil yoluna çıxan kimi (yuxarı yol) təxminən 6-8 kilometrdən sonra sol tərəfdə görə biləriniz (“Stansiya Sumqayıt” deyilən yerdə). Bu Istixanalar “EKO-AQRO” MMC-nin balansındadır və araşdıra bilərsiniz. Həmin istixanalarda hal-hazırda pomidor yetişdirilir... Zəhmət olmasa bu məlumatları da araşdırın. Bu hələ başlanğıcdır. Əli Bayramovun rayonlardakı əməlləri, lizinqə verilən texnikaların harada olması, Satınalmalara göndərilən MMC-lərin başına gətirilən faiz məsələsi və sair barədə Sizə geniş məlumat və material göndərəcəyəm. Bəzilərinin sənədləri də məndədir”.
Bu da həmin sənədlərdən bir neçəsi. Dünən redaksiyamıza təqdim edilən sənədlərdən məlum olur ki, yuxarıdakı məktubda qeyd olunanlar həqiqətdir və sübuta ehtiyac qalmır. Məsələn, iki sənəd xüsusilə diqqəti çəkəndir. Bu sənədlərin hər ikisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 22 iyun 2012-ci ildə verilmiş 0014254 və 0014257 nömrəli iki ədəd qeydiyyat şəhadətnaməsidir. Həmin qeydiyyat şəhadətnamələrinin biri 01.07.2005-ci ildən 50 il müddətinə Əli Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 2,5 ha torpaq sahəsinə, digəri isə yenə də 01.07.2005-ci ildən başlayraq 50 il müddətinə Əli Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsinə aiddir...

Əli Bayramov adına olan torpaq sahələrini kimə satıb?

Digər sənədlərə diqqət yetirəndə isə daha maraqlı sullarla rastlaşdıq. Məsələn, sənədələrin birindən məlum olur ki, Əli Bayramov qeydiyyat şəhadətnaməsi 0014254 olan və 01.07.2005-ci ildən 50 il müddətinə ona (Əli Məhəmməd oğlu Bayramova) icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 2,5 ha torpaq sahəsini “Eko Aqro” MMC-yə, qeydiyyat şəhadətnaməsi 0014257 olan və 01.07.2005-ci ildən başlayraq 50 il müddətinə yenə də Əli Məhəmməd oğlu Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsi isə “Faraş Aqro” MMC-yə satılıb...
- Bəs “Eko Aqro” MMC və “Faraş Aqro” MMC kimə məxsusdur?
- Bu MMC-lərin fəaliyyəti və vergi ödəyiciliyi barədə nələr üzə çıxdı?
- Həmin MMC-lər hansı hüquqi ünvana məxsusdur?
- “Investment group” şirkəti ilə Əli Bayramovun hansı işgüzar əlaqələri olub?
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu


İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar
İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Bu gün, 15:56
HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib - "Al Jazeera"
Bu gün, 15:53
“Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” - Şahbuzkənd sakinləri ETİRAZ EDİR
Bu gün, 15:46
"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Bu gün, 15:37
Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb - İstintaqın yekun nəticəsinə görə...
Bu gün, 15:35
Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? - İLGİNC İDDİALAR
Bu gün, 15:34
Əfqan Cəlilov onu işdən çıxardı - ƏMR
Bu gün, 15:27
Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir - BU, FAKTDIR!
Bu gün, 15:25
Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq - KİV
Bu gün, 15:23
“Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub - DOSYE
Bu gün, 15:14
Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:02
Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Bu gün, 14:59
Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Bu gün, 14:53
Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Bu gün, 14:48
“Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Bu gün, 14:44
Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Bu gün, 14:35
Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Bu gün, 14:01
Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Bu gün, 13:57
"İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Bu gün, 10:03
Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Bu gün, 09:59
Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Bu gün, 09:56
"Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Bu gün, 09:52
Tanışının BMW-sini qaçıraraq qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 09:44
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bildirdi
Bu gün, 09:42
Zelenski istefa versə, danışıqlar başlayacaq - Jurova
Bu gün, 08:45
BU NƏDİ BELƏ: Mənə kart lazım deyil... - ETİRAZ
Bu gün, 08:43
Si Cinpinin ABŞ-yə səfərinə hazırlıq davam edir
Bu gün, 08:35
Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq - BU GÜN...
Bu gün, 08:32
“Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...” - GƏLİŞMƏ
Bu gün, 08:28
Nifrətin ixracı, izolyasiyanın idxalı: yeni oyanmısınız? - İNCƏLƏMƏ
Bu gün, 08:26
İran hələ də raket və dronlara malikdir - Tramp belə deyir...
Bu gün, 08:20
Neft qiymətləri kəskin dönüş etdi
Bu gün, 08:17
Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR? - "Bu nə rəzalətdir, bu nə idarəçilik formatıdır?"
Bu gün, 08:16
Körfəz ölkələri Hörmüzün təhlükəsizliyi üçün ABŞ-yə sərmayə qoymağa razılaşıb - Rubio
Bu gün, 08:00
Saatlıda büdcə hara xərclənib? - NARAZILIQ VAR...
Bu gün, 07:59
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Bu gün, 07:50
ABB-dən öz bankomatına KOMİSSİYA HAQQI - "Bu nə oyundur belə..."
Bu gün, 07:40
Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır - "The Washington Post"
Bu gün, 07:26
SEPAH ABŞ-nin İordaniyadakı hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb - "Press TV"
Bu gün, 07:24
Avropa Rusiyaya görə "parçalanır"... - "Faynənşl Tayms"
Bu gün, 07:22
Azərbaycanda qalmaqallı qadağa – Qanun icazə verir, marketlər “olmaz” deyir
Bu gün, 07:20
Gözünü qan bürüyən Rusiya... DAVAM EDİR...
Bu gün, 07:06
"Azercell" Azərbaycanın ərazi bütövlüyünü ŞÜBHƏYƏ ALIR? - BU LAP AĞ OLDU...
Bu gün, 07:00
"Jurnalistlərin Prezidentə yazdığı kollektiv müraciətdə adımı görəndə redaktor az qala mikroinfarkt keçirdi..." - Bu, hekayə deyil... HƏYATDIR!
Bu gün, 06:54
Almaniyada təhsil... AZ QALA PULSUZDUR! - ARAŞDIRMA
Bu gün, 06:50
"Təmir deyil e, binanın anasını ağladırlar..." - BÜDCƏ PULUNA YAĞI MÜNASİBƏTİ...
Bu gün, 06:47
"Yol budur, başqa yol da olmayacaq..." - ÇAĞIRIŞ
Bu gün, 06:42
AzəriQaz-da İMTAHAN MÜƏMMASI - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 06:22
Məleykənin təhsil MƏLAKƏLİYİ bitir? - İDDİA
Bu gün, 06:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru